Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kvon Ha-lim
Kron
Kron, Kronos, Xronos (yun. Κρόνος, Χρόνος; mənası "zaman" deməkdir) — qədim yunan mifologiyasında titan, səma tanrısı Uranın və yer ilahəsi Geyanın kiçik oğlu. Zamanın şəxsləşdirilmiş obrazıdır. Qədim Roma mifologiyasında Saturn (lat. Saturnus), == Mənşəyi == Uran uşaqları dəhşətli və kinli olduqları, ona hörmətsizlik etdikləri üçün səltənətinin və taxtının devrilməsindən ehtiyat edərək onları Geyanın — yerin bətnində — zülmət Tartarda gizlətmişdir. Bətnindəki ağırlıqdan əzab çəkən yer uşaqlarını ata Urana qarşı üsyana çağırır. Geyanın bu çağırışına səs verən kiçik oğlu zaman — Kron olur. Qisas almaq üçün nəhəng oraq düzəldərək buludlar arasında gizlənərək Uranın yatmasını gözləyir. Kron atası Uranı oraqla cinsiyyət üzvünü kəsərək axtalayır. Nərilti çəkən Uran oğlu Kronu onun da öz övladlarından bunu görməsini deyərək lənətləyir.
Kvn
KVN ("Şən və hazırcavablar klubu"; rus. Клуб весёлых и находчивых) — müxtəlif komandalarının iştirak etdiyi televiziya yumor oyunları.
Bella Svon
İzabella “Bella” Mari Svon (sonra Bella Kallen) Stefani Mayer tərəfindən yazılmış “Alatoran” romanlar seriyasının əsas qəhrəmanlarından biridir. “Alatoran” romanlar seriyasına daxil olan “Alatoran”, “Yeni ay”, “Tutulma” və “Sübh” romanlarında hadisələr Bella obrazının dilindən nəql edilir. Romanlar əsasında çəkilmiş “Alatoran” film seriyasında Bella obrazı aktrisa Kristen Stüart tərəfindən canlandırılmışdır. “Alatoran”da Forks, Vaşinqtona, atasının yanına köçən Bella, sirli Kallenlər ailəsi ilə tanış olur və Edvard Kallenə vurulur. Lakin tezliklə, ailənin vampir birliyi olduğunu öyrənir. Edvardın əlehinə olmasına baxmayaraq, Bella vampir olmaq istəyini ifadə edir. “Yeni ay” da Edvard və Kallenlər ailəsindən olan digər vampirlər Bellanı vampir aləmindən uzaq tutmaq üçün Forksu tərk edir. Quilet tayfasından olan, və sonradan canavar adam olması meydana çıxan Ceykob Blek Kallenlərin şəhəri tərk etməsinə sevinərək, Bella ilə yaxınlıq etməyə çalışır. Bellanın əlaqəsindən şad olmasına baxmayaraq, Bella yalnız Edvardı sevir. “Tutulma” romanının sonunda onlar nişanlanır, “Sübh” romanında isə evlənirlər.
Fredi Kvin
Fredi Kvin (27 sentyabr 1931, Avstriya) — Avstriya müğənnisi. 1956 Avroviziya Mahnı Müsabiqəsində Almaniyanı "So geht das jede Nacht"" mahnısı ilə təmsil etmişdir.
Kron xəstəliyi
Kron xəstəliyi, terminal ileit – mədə-bağırsaq sisteminin ayrı-ayrı sahələrinin iltihabı, qalınlaşması, xoralaşmasıdır. Xroniki formada ağrı, ishal, malabsorbsiya, üveit, oynaq sindromu (iri, asimmetrik, çox vaxti aşağı ətrafların periferik artriti, spondilit, sakroiliit, neqativ RF və ANA, düyünlü eritema) yaranır. Periferik artrit epizodları bağırsaq kəskinləşməsi dövründə olur, halbuki spondilit isə bağırsaq patologiyasının ağırlığından asılı olmayaraq yaranır. Ailə üzvləri arasında Crohn xəstəliyi olan insanlarda xəstəlik 25 dəfə çox rast gəlir. Kron xəstəliyinin Aşkenazi yəhudiləri arasında rastgəlmə tezliyi yüksəkdir.
Kxon şəlaləsi
Kxon (laos ຂກົກນເກະ ຜກະ ຜເກະງ) — Laosda şəlalə. Mekonq çayı üzərində yerləşən Kxon şəlaləsi ölkənin Tyampasak əyalətində, Kamboca sərhəddi yaxınlığındadır. Şəlalə kaskad tiplidir və astanalardan ibarətdir. == Ümumi məlumat == Şəlalə Kamboca sərhəddindən 3,5 km şimalda yerləşir. Əslində Kxon böyük astanadır. Şəlalənin rəsmi adı Khonephapheng Waterfaldır. Dünyada daha çox Kxon kimi tanınır. Bəzən Kon terminidə işlədilir. Ehtimal olunur ki, şəlaləni 1920-ci ildə E. Kxoxan adlı səyyah aşkar etmiş. Onun şərəfinə şəlalə belə adlandırılmış.
Viktor Kron
Viktor Kron (isv. Victor Crone; 31 yanvar 1992) — İsveç müğənnisi. O, "Storm" mahnısı ilə Estoniyanı İsrailin Tel-Əviv şəhərində keçirilən 2019 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. O daha öncə 2015-ci ildə Behranq Miri ilə birlikdə ifa etdiyi "Det rår vi inte för" mahnısı ilə İsveçin Melodifestivalen yarışmasında iştirak etmişdir. Həmin ildə ifaçının "Burning Man" adlı debüt sinqlı təqdim olunmuşdur.
Çarli Svon
Aşağıdakı siyahıda yazıçı Stefani Mayerin Alatoran, Yeni Ay, Tutulma və Sübh romanlarından ibarət Alatoran romanlar seriyasının və həmin romanlar əsasında çəkilmiş eyniadlı filmlər seriyasının qəhrəmanları göstərilmişdir. İzabella “Bella” Mari Svon (sonra Bella Kallen) Stefani Mayer tərəfindən yazılmış “Alatoran” romanlar seriyasının əsas qəhrəmanlarından biridir. “Alatoran” romanlar seriyasına daxil olan "Alatoran ", "Yeni Ay", "Tutulma" və "Sübh" romanlarında hadisələr Bella obrazının dilindən nəql edilir. “Alatoran”da Forks, Vaşinqtona atasının yanına köçən Bella sirli Kallenlər ailəsi ilə tanış olur və Edvard Kallenə vurulur. Lakin tezliklə ailənin vampir birliyi olduğunu öyrənir. Edvardın əleyhinə olmasına baxmayaraq, Bella vampir olmaq istəyini ifadə edir. “Yeni ay”da Edvard və Kallenlər ailəsindən olan digər vampirlər Bellanı vampir aləmindən uzaq tutmaq üçün Forksu tərk edir. Quilet tayfasından olan və sonradan canavar adam olması meydana çıxan Ceykob Blek Kallenlərin şəhəri tərk etməsinə sevinərək, Bella ilə yaxınlıq etməyə çalışır. Bellanın əlaqəsindən şad olmasına baxmayaraq, Bella yalnız Edvardı sevir. "Tutulma" romanının sonunda onlar nişanlanır, “Sübh” romanında isə evlənirlər.
Diodor Kron
Diodorus Kronus (yun. Διόδωρος Κρόνος, m. ö. IV yüzillik) — qədim yunan filosofu, Sokratın öyrəncisi, Meqara məktəbinin təmsilçisi. == Fəlsəfəsi == Diodorus Kronus Elea məktəbinin nümayəndələri kimi hərəkətin olmasını inkar edirdi. Onun fikrincə hərəkətin özünü yox, onun nəticələrini dərk etmək mümkündür. Hərəkət hər hansı bir yeri əhatə etməlidir. Ancaq bununla belə, hər hansı bir yerdə olan hər bir şey hərəkətsizdir. Deməli, hansısa şey hərəkət edirsə həmin anlarda hansısa bir yeri tutur və ona görə də hərəkətsizdir. Ya da hərəkət edən şey olduğu və olmadığı yerdə düşünülə bilər.
Dreq-kvin
Dreq kvin (ing. Drag queen) – əyləncə məqsədləri üçün qadın kimi geyinmək və gender rolunu təqlid etmək və bunu daha da şişirtmək üçün dreq geyimindən və makiyajdan istifadə edən bir şəxsdir, adətən kişidir. Tarixən drag-queenlər gey mədəniyyətinin bir hissəsi olublar. Dreq şoularina dodaq sinxronizasiyası(sinxrobuffonada), canlı oxuma və rəqs daxildir. Onlar adətən LGBT qürur paradlarında, dreq yarışmalarında, karnavallarda və gecə klublarında çıxış edirlər. Dreq kvinlər növü, mədəniyyəti və fədakarlığına görə fərqlənirlər. Kişi kimi geyinib və kişiləri təqlid edərək əyləndirən qadınlara isə dreq kinq (ing. drag king) deyilir. Ara-sıra dreq obrazlarında çıxış edənlər LGBT icmasına aid olmaya bilərlər. Yaradıcılığının bir hissəsində əks cinsi parodiya edən hər kəs drag queen və ya drag king deyil.
Dreq Kvin
Dreq kvin (ing. Drag queen) – əyləncə məqsədləri üçün qadın kimi geyinmək və gender rolunu təqlid etmək və bunu daha da şişirtmək üçün dreq geyimindən və makiyajdan istifadə edən bir şəxsdir, adətən kişidir. Tarixən drag-queenlər gey mədəniyyətinin bir hissəsi olublar. Dreq şoularina dodaq sinxronizasiyası(sinxrobuffonada), canlı oxuma və rəqs daxildir. Onlar adətən LGBT qürur paradlarında, dreq yarışmalarında, karnavallarda və gecə klublarında çıxış edirlər. Dreq kvinlər növü, mədəniyyəti və fədakarlığına görə fərqlənirlər. Kişi kimi geyinib və kişiləri təqlid edərək əyləndirən qadınlara isə dreq kinq (ing. drag king) deyilir. Ara-sıra dreq obrazlarında çıxış edənlər LGBT icmasına aid olmaya bilərlər. Yaradıcılığının bir hissəsində əks cinsi parodiya edən hər kəs drag queen və ya drag king deyil.
Billi Von
Billi Von (ing. Billy Vaughn ; 12 aprel 1919 – 26 sentyabr 1991) — Amerikalı müğənni və musiqiçi, aranjimançı, estrada orkestrinin dirijoru. Musiqiçinin AllMusic tərcümeyi-halının müəllifi Vonu "1950-ci illərin və 1960-cı illərin əvvəllərinin ən məşhur qrup rəhbərlərindən və pop aranjimançılarından biri" adlandırır və iddia edir ki, rok-n-roll dövründə "həqiqətən də hər hansı digər qrup rəhbərindən daha çox hitləri var idi" . == Diskoqrafiya == Bax: vikipediyanın ingilis bölməsində " Billy Vaughn § Discography " məqaləsinə.
Kon-Tiki
" Kon-Tiki " (norv. Kon-Tiki ) — Norveç səyyahı və kəşfiyyatçısı Tur Heyerdal və beş yoldaşının 1947 -ci ildə polineziyalıların əcdadlarının Cənubi Amerikadan miqrasiya yolu ilə Sakit Okean sularında üzdüyü sal (Heyerdal nəzəriyyəsinə görə). == Dizayn == Sal uzunluğu 10 metrdən 14 metrə qədər olan 9 balsa kündəsindən ibarət idi, salın iti burnu olması üçün bükülmüşdü. "Kon-Tiki" düzbucaqlı yelkən, sərt avar və iki paralel cərgə xəncər lövhələri ilə təchiz edilmişdi (salın dibindən aşağıya doğru uzanan və həm keil, həm də sükan rolunu oynayan lövhələr). İnkaların 50 dəniz milinə qədər sənədləşdirilmiş okean səyahətləri etdiyi salların dizaynı. "Kon-Tiki" bir çox Polineziya əfsanələrinin əfsanəvi qəhrəmanının adını daşıyırdı. Bu əfsanələrə görə, Kon-Tiki, Polineziya adalarında yaşayış məntəqələri quran və yerli mədəniyyətin yaranmasına səbəb olan bir qrup qəbilə həmkarı ilə birlikdə şərqdən üzdü. == Ekspedisiya == Kon-Tiki 28 aprel 1947 -ci ildə Perunun Kallao limanından yola düşdü. İlk 50 mil üçün sal Peru Hərbi Dəniz Qüvvələrinin yedək gəmisi Guardian Rio tərəfindən Humboldt cərəyanına çatana qədər çəkildi. Ekipaj ilk dəfə iyulun 30 -da Puka Puka adası idi.
Marko Kon
Marko Kon (20 aprel 1972, Belqrad) — Serbiya müğənnisi. 2009 Avroviziya Mahnı Müsabiqəsində ölkəsini Cipela adlı mahnıyla Milan Nikolić ilə birlikdə təmsil etmiştir.
Satoşi Kon
Satoşi Kon (yap. 今 敏 Kon Satoshi, 12 oktyabr 1963, Kuşiro, Hokkaydo prefekturası – 24 avqust 2010[…], Tokio) — Yaponiya animasiya rejissoru və ssenarist.
Status-kvo
Status-kvo (lat. status quo,hərfi mənası-mövcud olan vəziyyət) — beynəlxalq hüquqda mövcud olan, yaxud müəyyən məqamda mövcud olmuş faktik və ya hüquqi vəziyyəti ifadə etmək üçün işlədilən termin.
Status kvo
Status-kvo (lat. status quo,hərfi mənası-mövcud olan vəziyyət) — beynəlxalq hüquqda mövcud olan, yaxud müəyyən məqamda mövcud olmuş faktik və ya hüquqi vəziyyəti ifadə etmək üçün işlədilən termin.
Valter Kon
Valter Kon — 9 mart 1923 il, Vyana, Avstriya — 19 aprel 2016 il, Santa Barbara, Kaliforniya, ABŞ) — Avstriya əsilli amerikalı nəzəri fizik. Kimya üzrə Nobel mükafatı laureatı (1998il, Con Popl ilə birlikdə) "sıxlıq funksional nəzəriyyəsinin inkişafına görə". Santa Barbaradakı Kaliforniya Universitetinin fəxri professoru, ABŞ Milli Elmlər Akademiyasının (1969il) və Amerika Fəlsəfə Cəmiyyətinin (1994il) üzvü, London Kral Cəmiyyətinin (1998il) və Rusiya Elmlər Akademiyası (2006il) , Avstriya Elmlər Akademiyasının fəxri üzvü (2011il). Valter Kon 9 mart 1923-cü ildə yəhudi ailəsində anadan olub. Valideynləri ziyalı və təhsilli insanlar idi: atası Solomon Kon, Moraviyanın Hodonin əsilli idi və "Postkartenverlag Brueder Kon" bədii açıqcalar üçün mağaza və mətbəə işlədirdi; anası Gitl Rappaport Qalisiyadakı (indiki Ukrayna) Brodi şəhərindən idi. Uşaqlıqdan dövlət Akademik Gimnaziyasında (Akademische Gymnasium) latın və yunan dillərini, daha sonra xüsusi Hayes yəhudi məktəbində (Zwi Perez Chajes Gymnasium) iki müəllimin böyük dəstəyi təsiri ilə oxudu. Bu iki müəllimin biri — Albert Eynşteynin köməkçisi fizik Emil Nohel (1886–1942 illər) və riyaziyyatçı Viktor Sabbat idi ki, hər iki müəllim həbs düşərgəsində öldü. 1938-ci il martın 11-dən 12-nə keçən gecə alman qoşunları Avstriyaya daxil oldular. Avstriya ordusu təslim oldu. Valter və bacısı şanslı olaraq, "Kindertransport" xilasetmə əməliyyatının köməyi ilə işğal edilmiş Avstriyadan İngiltərəyə, bir az sonra isə Kanadaya gedə bildilər.
Li Kyon Ok
Li Kyon Ok (kor. 리 경옥; 3 yanvar 1980, Pxenyan) — Yüngül çəki dərəcəsində Şimali Koreyanı beynəlxalq yarışlarda təmsil edən qadın cüdoçu. 2000-ci illərin birinci yarısında Koreya Xalq Demokratik Respublikası yığmasında iştirak edirdi. Afinada keçirilən Yay Olimpiya Oyunlarının iştirakçısı, Dünya Çempionatının gümüş medalının sahibi, Busanda keçirilən Asiya Oyunlarının bürünc mükafatçısı, cüdo üzrə Asiya çempionu, milli və beynəlxalq turnirlərin bir çox yarışlarının qalibidir. == Bioqrafiyası == Li Kyon Ok 3 yanvar 1980-ci ildə Pxenyanda anadan olmuşdur. Böyük beynəlxalq turnirlərdə birinci ciddi uğuruna 2001-ci ildə nail olmuşdur. Koreya Xalq Demokratik Respublikasının əsas milli yığma tərkibinə düşdü və Ulan-Batorda keçirilən Asiya Çempionatında iştirak etdi. Burada Ok ölkəsinə qızıl medal qazandırdı. Yüngül çəki dərəcəsində bütün rəqiblərinə qalib gələrək çempion oldu. Finalda Cənubi Koreyanın nümayəndəsi Kan Sin Xe üzərində qələbə qazandı.
Lim O-Kyon
Lim O-Kyon (11 dekabr 1971) — Cənubi Koreyanı təmsil edən həndbolçu. == Karyerası == Lim O-Kyon Cənubi Koreya yığmasının heyətində 1992-ci ildə İspaniyanın Barselona şəhərinin ev sahibliyində baş tutan XXV Yay Olimpiya Oyunlarına qatıldı. Final oyununda Norveç yığmasını 22:28 hesabı ilə məğlub edən Cənubi Koreya yığması, Barselona Olimpiadasını 1-ci yerdə başa vurdu və qızıl medal qazandı. Daha sonra Lim O-Kyon Cənubi Koreya yığmasının heyətində 1996-cı ildə Atlanta şəhərinin ev sahibliyində baş tutan XXVI Yay Olimpiya Oyunlarına qatıldı. Final oyununda Danimarka yığmasına 37:33 hesabı ilə məğlub olan Cənubi Koreya yığması, Atlanta Olimpiadasını 2-ci yerdə başa vurdu və gümüş medal qazandı. Lim O-Kyon Cənubi Koreya yığmasının heyətində 2004-cü ildə Yunanıstanın Afina şəhərinin ev sahibliyində baş tutan XXVIII Yay Olimpiya Oyunlarına qatıldı. Final oyununda Danimarka yığmasına 38:36 hesabı ilə məğlub olan Cənubi Koreya yığması, Afina Olimpiadasını 2-ci yerdə başa vurdu və gümüş medal qazandı.
Mon Kyon-Ha
Mon Kyon-Ha (d. 29 may 1980) — Cənubi Koreyanı təmsil edən həndbolçu. Mon Kyon-Ha Cənubi Koreya yığmasının heyətində 2000-ci ildə Avstraliyanın Sidney şəhərinin ev sahibliyində baş tutan XXVII Yay Olimpiya Oyunlarına qatıldı. Bürünc medal uğrunda oyunda Norveç yığmasına 22:20 hesabı ilə məğlub olan Cənubi Koreya yığması, Sidney Olimpiadasını 4-cü yerdə başa vurdu. Daha sonra Mon Kyon-Ha Cənubi Koreya yığmasının heyətində 2004-cü ildə Yunanıstanın Afina şəhərinin ev sahibliyində baş tutan XXVIII Yay Olimpiya Oyunlarına qatıldı. Final oyununda Danimarka yığmasına 38:36 hesabı ilə məğlub olan Cənubi Koreya yığması, Afina Olimpiadasını 2-ci yerdə başa vurdu və gümüş medal qazandı. Mon Kyon-Ha Cənubi Koreya yığmasının heyətində 2012-ci ildə London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarına qatıldı. Bürünc medal uğrunda oyunda İspaniya yığmasına 32:30 hesabı ilə məğlub olan Cənubi Koreya yığması, London Olimpiadasını 4-cü yerdə başa vurdu.
Çxve Kyon-Sob
Çoi Kyonq-Sob (29 may 1972) — Şimali Koreyanı təmsil edən stolüstü tennisçi. Çoi Kyonq-Sob Şimali Koreyanı 1992-ci ildə Barselona şəhərində baş tutan XXV Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 17-ci, cüt turnirdə isə 17-ci pillənin sahibi olub. Daha sonra Çoi Kyonq-Sob Şimali Koreyanı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 33-cü, cüt turnirdə isə 17-ci pillənin sahibi olub.
Klon (teleserial, 2001)
Klon (port. O Clone) — Globo televiziya şirkəti tərəfindən istehsal olunan və 2001-2002-ci illərdə yayımlanan melodram teleserialı. Braziliyada istehsal olunan televiziya serialında ilk dəfə olaraq müsəlmanların həyat tərzi ətraflı şəkildə göstərilib. Həmçinin Braziliya teleserialı tarixində ilk dəfə olaraq klonlaşdırma mövzusuna toxunulur. Serialın digər mühüm mövzusu narkotik asılılığıdır. Serialda əsas personaj olan Jadi rolunu Covanna Antonelli oynayıb. == Məzmun == 1980-ci illərin əvvəlləri Rio de Janeyro, Braziliya. Gənc müsəlman qız Jadi (Covanna Antonelli) anası öldükdən sonra yetim qalır və əmisi Əlinin yaşadığı Mərakeşə getməli olur. Problem ondadır ki, Jadi İslam ölkəsinin mədəniyyətindən çox fərqli mədəniyyətə malik bir ölkədə yaşayırdı. Beləliklə, o, Mərakeşə gəldikdən sonra bütün yeni adət və ənənələri öyrənməli, yeni həyat tərzinə uyğunlaşmalı və ziddiyyətli şəxsiyyətinə və dininə zidd hərəkətlərinə görə məruz qalacağı bütün cəzalarla üzləşməlidir.
Heynrix von Kleist
Bernd Heynrix Vilhelm von Kleist(d. 18 oktyabr,1777 -ö. 21 noyabr,1811) — alman şair. Dram, hekayə və novella yazarı. Pyeslərində dram və tragediya üstünlük təşkil edir. Əsərlərində Romantizm cərəyanının izləri görünür. == Həyatı == Şair olmaqla yanaşı, hekayə və novella yazarı olan Heynrix von Kleist 18 oktyabr 1777-ci ildə Frankfurt(Oder)da doğuldu və 21 noyabr 1811-ci ildə Berlindəki "Kleyner Vannsee" gölünün sahilində sevgilisi ilə birlikdə intihar edərək həyatına son qoydu. Az müddətli təhsil həyatından sonra 1792-ci ildə Prussiya ordusuna daxil oldu və 1799-cu ildə leytenant rütbəsi ilə ordudan ayrıldı. Sonradan Viadrina universitetində hüquq və fəlsəfə təhsili aldı.1800-cü ildə Berlindəki Maliyyə Nazirliyində işləməyə başladı. Bir il sonra Parisə ziyarət etdi, ardından İsveçrədə yaşamağa başladı.
Evoj
Evoj (fr. Évosges) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Sen-Ramber-an-Byuje kantonuna daxildir. Kommunanın dairəsi — Belle. INSEE kodu — 01155. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 140 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2010-cu ildə 85 yaş arasında (15-64 yaş arasında) 71 nəfər iqtisadi cəhətdən fəal, 14 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici - 83,5%, 1999-cu ildə 70,7%). 71 aktiv sakindən 63 nəfər (32 kişi və 31 qadın), 8 nəfər işsiz (4 kişi və 4 qadın) işlədi. Aktiv olmayan 14 nəfər arasında şagird və ya tələbə, 7 nəfər təqaüdçü, 3 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.