KUZGUNKILICI
KÜÇÜCÜK
OBASTAN VİKİ
Kuzu Fosil Muzeyi
Kuzu Fosil Muzeyi (佐野市葛生化石館, Sano-şi Kuzu Kasekikan) – Yaponiyanın Toçiqi prefekturasının Sano şəhərində, şəhərin Kuzu regionunda yerləşən fosil muzeyi. == Tarixi == Muzeyin əsası 1979-cu ildə Kuzu Şəhər Tarix-Diyarşünaslıq Muzeyinin bir hissəsi kimi qoyulmuşdur. 2004-cü ildə muzeyə kurator təyin olunmuş, 2005-ci ildə yenidən qurularaq yeni muzeyə çevrilmişdir. Kuzu şəhərinin Sano şəhərinə birləşdirilməsindən sonra muzeyin tam rəsmi adı Sano Şəhər Kuzu Fosil Muzeyi olmuşdur. Muzey göstərdiyi xidmətlərə 2022-ci ildə Yaponiya Geologiya Cəmiyyətinin Kanto filialının xüsusi mükafatını qazanmışdır. == Ekspozisiya == Muzey Kuzu Mədəniyyət Mərkəzinin birinci mərtəbəsində yerləşir. Muzey Sano şəhərində və şəhərin ərafında tapılmış fosil, süxur və təbii materiallara həsr olunmuşdur. Muzeyin əsas ekspozisiyasını əhəngdaşı və kərgədan fosilləri təşkil edir. Kuzu regionu Yaponiyada əhəngdaşı hasilatına görə tanınmışdır. yapon kərgədanının və nəhəng Yabe maralının qalıqları tapılmışdır.
Boran Kuzum
Boran Kuzum (1 oktyabr 1992, Ankara) — Türkiyəli aktyor. == Həyatı == Boran Kuzum, 1 oktyabr 1992-ci ildə Ankarada anadan olmuşdur.
Kuzun
Kuzun — Azərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Kənd ərazisində yaşayış məskənlərinin e.ə. II minillikdən movcud olması güman edilir. == Toponimikası == Kuzun oyk., sadə. Qusar rayonunun Zindanmuruq i.ə.v.-də kənd. Qusarçayın sahilində, dağətəyi ərazidədir. Tədqiqatçıların fikrincə, oykonim türk dillərində coğrafi termin kimi işlədilən kəzen (dağın beli, yayla, aşırım) sözündəndir. Yaşayış məntəqəsi salındığı ərazinin adını daşıyır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 847 nəfər, milliyətcə ləzgi olan əhali yaşayır.
Kuzunqışlaq
Kuzunqışlaq — Azərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Təxminən 1050-ci ildən yaşayış məskəni olduğu sübut olunmuşdur. == Toponimikası == Kuzunqışlaq oyk., mür. Qusar r-nunun Bala Qusar i.ə.v.-də kənd. Samur-Abşeron kanalının sahilində, düzənlikdədir. Oykonim Kuzun (kənd adı) və qışlaq komponentlərindən ibarət olub, "Kuzun kəndinin qışlağı" mənasındadır. Qışlaq kollektivləşmədən sonra daimi yaşayış məntəqəsinə çevrilmişdir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 1079 nəfər əhali yaşayır. == Təhsilin vəziyyəti == Kənddə bir orta və bir ibtidai məktəb binası var.
Möhübəli Əfəndi Kuzunvi
Möhübəli əfəndi Kuzunvi (1868, Kuzun, Hil rayonu – 1922 və ya 1928, Qıraqlı, Xaçmaz rayonu) — Azərbaycan pedaqoqu, filosofu, dinşünası və partizanı. Ləzgidir. Ləzgi xalqın qəhrəmanı, milli istiqlal hərəkatının fəal iştrakçısı, Qusarlı Möhübəli əfəndi Kuzunvi 1868-ci ildə Qusar-ın Kuzun kəndində anadan olub. O, həmçinin "Möhübəli əfəndi Kuzunski", "Molla Möhübəli", "Möhübəli əfəndi Kuzunvi" kimi tanınıb. Dövlət xadimi Nəriman Nərimanov isə onu "nadir insan" adlandırmışdır. Kuzunvi Ləzgi dili ilə yanaşı, Azərbaycan, türk, ərəb, rus, lak, avar, fars, tabasaran dillərini də bilirdi. O, Türkiyədə təhsil almışdır. Möhübəli əfəndi Kuzunvi fəlsəfəyə və dinə aid bir neçə kitab yazmışdır, lakin onun qətlindən sonra Sovet hakimiyyəti tərəfindən çaya atılmışdır. Möhübəli əfəndi öz vəsaiti hesabına 1890-cı ildə Kuzun kəndində məktəb açmışdır. Bununla bağlı 1903-cü ildə "Ежегодник" jurnalı belə məlumat vermişdi.
Mushab-Əli Kuzunvi
Mushab-'Əli Kuzunvi (ləzg. Кузун Мусхьаб-‘Алий) — imam və bolşevik rejiminə qarşı ləzgi müqavimətinin liderlərindən biri. Ləzgilerin kuzunar soyuna məhsub olub. Ləzgilərin Milli qəhrəmanı . Sovet dönəmində Quba üsyanının imamı və başçsı. Mushab-Əli Qusar rayonun Kuzun kəndində Ləzgi ailəsində anadan olub. O, Türkiyədə İslami təhsili aldıqdan sonra, bir neçə müsəlman ölkəsində muhacirliq edib, regiona böyük İslam alimi və nüfuzlu din xadimi olaraq geri dönür. Mushab-Əli doğma ləzgi dili ilə yanaşı ərəb, türk, fars, rus dillərini də mükəmməl bilirdi. Tarixi mənbələrdə və arxivlərdə əsasən "Möhübəli əfəndi Kuzunvi" adı ilə tanınır. O1890-cı ildə öz vəsaiti ilə kəndində böyük məktəb tikdirir.