Mushab-Əli Kuzunvi (ləzg. Кузун Мусхьаб-‘Алий) — imam və bolşevik rejiminə qarşı ləzgi müqavimətinin liderlərindən biri. Ləzgilerin kuzunar soyuna məhsub olub. Ləzgilərin Milli qəhrəmanı[1] . Sovet dönəmində Quba üsyanının imamı və başçsı.
Mushab-Əli Kuzunvi | |
---|---|
ləzg. Кузун Мусхьаб-‘Алий | |
Şəxsi məlumatlar | |
Doğum yeri | |
Vəfat tarixi | 1920 |
Vəfat yeri | |
Milliyyəti | Ləzgi |
Fəaliyyəti | İmam |
Dini | sünni islam |
Hərbi xidmət | |
Rəhbərlik edib | Ləzgi qoşunları |
Döyüşlər | Quba üsyanı |
Elmi fəaliyyəti | |
Tanınır | Mühüb Əli |
Mushab-Əli Qusar rayonun Kuzun kəndində Ləzgi ailəsində anadan olub. O, Türkiyədə İslami təhsili aldıqdan sonra, bir neçə müsəlman ölkəsində muhacirliq edib, regiona böyük İslam alimi və nüfuzlu din xadimi olaraq geri dönür. Mushab-Əli doğma ləzgi dili ilə yanaşı ərəb, türk, fars, rus dillərini də mükəmməl bilirdi.
Tarixi mənbələrdə və arxivlərdə əsasən "Möhübəli əfəndi Kuzunvi" adı ilə tanınır. O1890-cı ildə öz vəsaiti ilə kəndində böyük məktəb tikdirir. Sonrakı illərdə o, Qusar ərazisində iki mədrəsə açıb, səkkiz məscidi təmir etdirib. Onun təhsil fəaliyyəti və xeyriyyəçiliyi 1903-cü ildə nəşr olunan İllikdə müzakirə edilmişdir.
Mushab-'Əli Kuzunvinin ləzgi xalqı arasında nüfuzunun daha da artmasından qorxan bolşevik inqilabçıları onu ləğv etmək qərarına gəldilər. 1920-ci ildə Mushab-Əli Əfəndi Ağaşirinoba kəndində pusquya düşür və orada öldürülür. Bu hadisə Qusar İnqilab Komitəsinin sədri Şarşanidzenin Quba İnqilab Komitəsinə 29 avqust 1920-ci il tarixli məruzəsində ətraflı təsvir edilmişdir.