KVARTET

[ital. əsli lat.] квартет (1. кьуд алатдалди ягъун ва я кьуд ванцелди лугьун патал туькӀуьрнавай музыкадин эсер; 2. кьуд касдикай ибарат музыкантрин десте).
KVARTAL
KVAS
OBASTAN VİKİ
Qaya (kvartet)
Qaya — 1961-ci ildən 1988-ci ilə qədər fəaliyyət göstərmiş Azərbaycan vokal kvarteti. Qrupun heyətinə Arif Hacıyev, Lev Yelisavetski, Rauf Babayev və Teymur Mirzəyev daxil idi. Qrup Azərbaycan, ingilis, ispan, polyak və rus dilində mahnılar ifa etmişdir. 1961-ci ildə Rauf Hacıyev qrupu Azərbaycan Dövlət Estrada Orkestrində işləməyə dəvət etdikdən, "Qaya" böyük səhnəyə gəldi. Qrup müxtəlif dövrlərdə Fərəc Qarayev, Fikrət Əmirov, Rauf Hacıyev, Tofiq Babayev, Tofiq Quliyev, Vasif Adıgözəlov və digər bəstəkarla iş görmüşdür. 1960-cı illərinin əvvəllərində Asəf Zeynallı adına orta ixtisas musiqi məktəbində təhsil alan dörd gənc — Arif Hacıyev, Adil Nəzərov, Rauf Babayev və Teymur Mirzəyev vokal kvartet yaratmaq fikrinə düşürlər. Qrupun ilk çıxışları tələbə yığıncaqlarında və musiqi məktəbinin kiçik otaqlarında baş tutur. 1961-ci ildə kvartet bəstəkar Rauf Hacıyev rəhbərlik etdiyi Azərbaycan Dövlət Estrada Orkestrində "Qoscaz" adlandırdılan kollektivə işə dəvət edilir. O zaman kollektiv "Bakı vokal kvarteti" adlanırdı. Azərbaycan Dövlət Estrada Orkestrində çalışdıqları dövrdə Adil Nəzərov ailə vəziyyətilə bağlı kollektivdən gedir və onu Lev Yelisavetski əvəz edir.
Sevil (kvartet)
"Sevil" vokal-instrumental ansamblı — 1971–1977-ci illərdə mövcud olmuş və Azərbaycanın qadınlardan ibarət ilk caz qrupu və vokal kvarteti. Vaqif Mustafazadə Eliza Mustafazadə ilə 1969-cu ildə Azərbaycana qayıtdıqdan sonra 1971-ci ilin noyabr 1-də Sevil qrupunu yaradır. Qrupun adı Cəfər Cabbarlının eyniadlı əsərindən götürülmüşdü. Ansambl 1971-ci ilin dekabrın 31-də ilk dəfə televiziyada çıxış edir. 1975-ci ildə Rəna Talıbova qrupa qatılır və ansambl Tiflisdə "Zaqafqaziya baharı" festivalında iştirak edir. Bundan bir il sonra qrup Varşavada konsert verməyə dəvət olunur. Ansamblın üzvləri yalnız qadın vokalistlər olsa da, Vaqif Mustafazadə qrupu pianoda müşayiət edir və bədii rəhbərlik edirdi. Müxtəlif vaxtlarda tarda Azər Rzayev, saksafonda Tofiq Şabanov, orqanda Çingiz Tağıyev, həmçinin Tahir Rzayev, Heybət Məmmədbəyli (bazqitara),David Poysman və Yalçın Rzazadə olmaqla qrupu müşayiət edən musiqiçilər də dəvət olunmuşdur. Qrup 1977-ci ildə fəaliyyətini dayandırmışdır. Qrupunun dağılma səbəblərindən biri qrup üzvlərinin şəxsi həyatları ilə bağlı olmuşdur.
"Qaya" Vokal Kvarteti
Qaya — 1961-ci ildən 1988-ci ilə qədər fəaliyyət göstərmiş Azərbaycan vokal kvarteti. Qrupun heyətinə Arif Hacıyev, Lev Yelisavetski, Rauf Babayev və Teymur Mirzəyev daxil idi. Qrup Azərbaycan, ingilis, ispan, polyak və rus dilində mahnılar ifa etmişdir. 1961-ci ildə Rauf Hacıyev qrupu Azərbaycan Dövlət Estrada Orkestrində işləməyə dəvət etdikdən, "Qaya" böyük səhnəyə gəldi. Qrup müxtəlif dövrlərdə Fərəc Qarayev, Fikrət Əmirov, Rauf Hacıyev, Tofiq Babayev, Tofiq Quliyev, Vasif Adıgözəlov və digər bəstəkarla iş görmüşdür. == Tarixi == === Qrupun yaranması === 1960-cı illərinin əvvəllərində Asəf Zeynallı adına orta ixtisas musiqi məktəbində təhsil alan dörd gənc — Arif Hacıyev, Adil Nəzərov, Rauf Babayev və Teymur Mirzəyev vokal kvartet yaratmaq fikrinə düşürlər. Qrupun ilk çıxışları tələbə yığıncaqlarında və musiqi məktəbinin kiçik otaqlarında baş tutur. 1961-ci ildə kvartet bəstəkar Rauf Hacıyev rəhbərlik etdiyi Azərbaycan Dövlət Estrada Orkestrində "Qoscaz" adlandırdılan kollektivə işə dəvət edilir. O zaman kollektiv "Bakı vokal kvarteti" adlanırdı. Azərbaycan Dövlət Estrada Orkestrində çalışdıqları dövrdə Adil Nəzərov ailə vəziyyətilə bağlı kollektivdən gedir və onu Lev Yelisavetski əvəz edir.
ABBA kvarteti
ABBA —1970–1982-ci illərdə fəaliyyət göstərmiş İsveç musiqi kvarteti. Qrupun adı üzvlərinin adlarının baş hərflərindən yaranıb. Dünya üzrə qrupun 350 milyon albomu satılmışdır. 1974-cü il Avroviziya Mahnı Müsabiqəsinin qalibidir. İlk albomu olan "Ring Ring" 1973-cü ildə çıxıb. 2008-ci ildə isə "The Albums" komplekti buraxılıb. Bu buraxılışa ABBA-nın 8 studiya albomu və 1 hədiyyə diski daxildir. ABBA 1972–1982-ci ilərdə fəaliiyət göstərmiş və ifaçılarının adlarının ilk hərflərinə görə adlandırılmış İsveç musiqi kvartetidi. ABBA dünya musiqi tarixinin ən məşhur və uğurlu qruplarınnan biridir. Qrupun musiqi yazıları bütün dünya üzrə 350 milyon nüsxədən çox satılmışdı.
Azərbaycan Dövlət Simli Kvarteti
Azərbaycan Dövlət Simli Kvarteti Azərbaycan Dövlət Simli Kvarteti (ADSK) 1998-ci ildə yaradılıb. Kvartetin repertuarı Azərbaycan və xarici bəstəkarların klassik və müasir əsərləri ilə zəngindir. == Simli Kvartetin iştirakçıları == Uran Seyidov (I skripka) – Azərbaycan Respublikasının Əməkdar artisti. Q.Qarayev adına Azərbaycan Dövlət Kamera orkestrinin konsertmeysteridir. Soltan Məmmədov (II skripka) – SONOR müasir musiqi ansamblının konsertmeysteridir. Vaxtanq İmanov (viola-) Azərbaycan Dövlət Simfonik orkestrinin solistidir. Azərbaycan Respublikasının Əməkdar artistidir. Rasim Abdullayev (violonçel) – Azərbaycan Respublikasının Əməkdar artistidir.
Culyard simli kvarteti
Culyard simli kvarteti (ing. Juilliard String Quartet) — 1946-cı ildə Nyu-Yorkda bəstəkar, Culyard məktəbinin rəhbəri U. Şumen tərəfindən yaradılmışdır. == Haqqında == Kvartetin ilk heyətinə R. Mann (1-ci skripka), R. Koff (2-ci skripka), R. Xillyer (alt), A. Uinoqrad (violonçel) daxil idilər. Heyətdə dəfələrlə dəyişiklik edilmişdir. 2006-cı ildə kvartetin heyətində C. Smirnoff (1-ci skripka), R. Koups (2-ci skripka), S. Rouds (alt), C. Krosnik (violonçel) çalmışlar. Klassik repertuarla yanaşı (V.A. Motsart, Y. Haydn və b.) 20-ci əsr musiqisi (o cümlədən A. Şönberqin, A. fon Vebernin), xüsusən də müasir Amerika bəstəkarlarının əsərləri (kvartet vergerin “Ko kul”, V. Vlasov və V.Q. Ferenin “Altın kız” (1949), “İssık-Kul sahillərində” (1951) əsərləri tamaşaya qoyulmuşdur.
Kronos kvarteti
Kronos Kvarteti əsasən San-Fransiskoda fəaliyyət göstərən Amerika simli kvartetidir. Kvartet qırx ildən çoxdur ki, yaradıcılıqla məşğuldur və qrup üzvləri daim dəyişir. Kvartetin yaradıcılığı çox genişdir: müasir klassik musiqi də daxil olmaqla bir çox musiqi janrını əhatə edir. Onlar üçün 900-dən çox əsər yazılmışdır. == Qrupun yaranma tarixi == Kvartet Vaşinqtonun Seattle şəhərində skripkaçı David Harrington tərəfindən təsis edilib. Onların ilk çıxışı 1973-cü ilin noyabrında baş tutub. 1978-ci ildən bəri kvartet Kaliforniya ştatının San Francisco şəhərində fəaliyyət göstərir. Qrupun ən uzun müddət fəaliyyət göstərən üzvləri (1978-dən 1999-a qədər) skripkaçı Harrington və John Sherba, alt simli alət ifaçısı Hank Dutt və violonçeldə Joan Jeanrenaud olub. Qırxdan çox studiya albomu olan və bir çox ökələrdəki möhtəşəm çıxışlarına görə onları "dünyanın ən məşhur" yeni musiqi "qrupu" adlandırırlar və repertuarlarının əhatəliliyinə görə onların fəaliyyəti musiqi fəlsəfi araşdırmaları baxımından yüksək qiymətləndirilib. Kvartet 1999-cu ildə yaranmalarının iyirmi beşinci ildönümünü qeyd edən zaman, qrupun portfoliosunda 600-dən çox əsərdən ibarət repertuar (bura onlar üçün yazılmış 400 simli kvartet də daxil idi), 3000-dən çox çıxış, yeddi ədəd ASCAP birincilik mükafatı (Amerika Bəstəkarlar, Müəlliflər və Naşirlər Cəmiyyəti), klassik və populyar musiqi üzrə Edison Mükafatları var idi, həmçinin 1,5 milyondan çox səsyazmaları satılmışdı.

Значение слова в других словарях