Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kvintet
Kvintet (it. quintetto latıncadakı lat. quintus — "beşinci" sözündən) — beş ifaçı-musiqiçidən, vokalistdən və instrumentalistrən ibarət musiqi qrupu. == Məşhur kvintetlər == === Caz === Ən məşhur caz-kvintetlərdən biri Çarli Parkerin (saksofon) rəhbərlik etdiyi kvintet idi: Dizzi Qilespi (truba), Bad Pauel (fortepiano), Çarli Minqus (bas), Maks Rouç (baraban).
Kvinten Timber
Kvinten Rayan Krispito Timber (17 iyun 2001-ci ildə anadan olub) — Eerste Diviziya təmsilçilərindən olan Yonq Ayaks klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Niderland futbolçusudur. == Klub karyerası == === Yonq Ayaks === Timber Feyenoord akademiyası vasitəsilə inkişaf etmişdir. 2 fevral 2018-ci ildə Timber Erediviziya təmsilçilərindən olan Ayaks klubu ilə 2021-ci ilin 30 iyun tarixinə kimi yeni müqavilə imzalamışdır. 2018-ci ildə o, əkiz qardaşı Yurrien ilə birlikdə analıq soyadı olan Timber soyadını qəbul etmişdir. O vaxta qədər isə Kvinten atalıq soyadı olan Maduro soyadından istifadə edirdi. Timber öz peşəkar karyerasında debütünü 15 oktyabr 2018-ci ildə PSV II klubuna qarşı oyunda etmişdir. O, 90 dəqiqə meydanda mübarizə aparmışdır. Eerste Diviziya görüşündə Yonq Ayaks rəqibinə 1-2 hesabı ilə məğlub olmuşdur. == Şəxsi həyatı == Kvinten Utrext şəhərində anadan olmuşdur. Valideynləri isə Aruba vətəndaşlarıdır.
Qaya (kvartet)
Qaya — 1961-ci ildən 1988-ci ilə qədər fəaliyyət göstərmiş Azərbaycan vokal kvarteti. Qrupun heyətinə Arif Hacıyev, Lev Yelisavetski, Rauf Babayev və Teymur Mirzəyev daxil idi. Qrup Azərbaycan, ingilis, ispan, polyak və rus dilində mahnılar ifa etmişdir. 1961-ci ildə Rauf Hacıyev qrupu Azərbaycan Dövlət Estrada Orkestrində işləməyə dəvət etdikdən, "Qaya" böyük səhnəyə gəldi. Qrup müxtəlif dövrlərdə Fərəc Qarayev, Fikrət Əmirov, Rauf Hacıyev, Tofiq Babayev, Tofiq Quliyev, Vasif Adıgözəlov və digər bəstəkarla iş görmüşdür. 1960-cı illərinin əvvəllərində Asəf Zeynallı adına orta ixtisas musiqi məktəbində təhsil alan dörd gənc — Arif Hacıyev, Adil Nəzərov, Rauf Babayev və Teymur Mirzəyev vokal kvartet yaratmaq fikrinə düşürlər. Qrupun ilk çıxışları tələbə yığıncaqlarında və musiqi məktəbinin kiçik otaqlarında baş tutur. 1961-ci ildə kvartet bəstəkar Rauf Hacıyev rəhbərlik etdiyi Azərbaycan Dövlət Estrada Orkestrində "Qoscaz" adlandırdılan kollektivə işə dəvət edilir. O zaman kollektiv "Bakı vokal kvarteti" adlanırdı. Azərbaycan Dövlət Estrada Orkestrində çalışdıqları dövrdə Adil Nəzərov ailə vəziyyətilə bağlı kollektivdən gedir və onu Lev Yelisavetski əvəz edir.
Sevil (kvartet)
"Sevil" vokal-instrumental ansamblı — 1971–1977-ci illərdə mövcud olmuş və Azərbaycanın qadınlardan ibarət ilk caz qrupu və vokal kvarteti. Vaqif Mustafazadə Eliza Mustafazadə ilə 1969-cu ildə Azərbaycana qayıtdıqdan sonra 1971-ci ilin noyabr 1-də Sevil qrupunu yaradır. Qrupun adı Cəfər Cabbarlının eyniadlı əsərindən götürülmüşdü. Ansambl 1971-ci ilin dekabrın 31-də ilk dəfə televiziyada çıxış edir. 1975-ci ildə Rəna Talıbova qrupa qatılır və ansambl Tiflisdə "Zaqafqaziya baharı" festivalında iştirak edir. Bundan bir il sonra qrup Varşavada konsert verməyə dəvət olunur. Ansamblın üzvləri yalnız qadın vokalistlər olsa da, Vaqif Mustafazadə qrupu pianoda müşayiət edir və bədii rəhbərlik edirdi. Müxtəlif vaxtlarda tarda Azər Rzayev, saksafonda Tofiq Şabanov, orqanda Çingiz Tağıyev, həmçinin Tahir Rzayev, Heybət Məmmədbəyli (bazqitara),David Poysman və Yalçın Rzazadə olmaqla qrupu müşayiət edən musiqiçilər də dəvət olunmuşdur. Qrup 1977-ci ildə fəaliyyətini dayandırmışdır. Qrupunun dağılma səbəblərindən biri qrup üzvlərinin şəxsi həyatları ilə bağlı olmuşdur.
Kintex (Bolqarıstan)
Kintex — Bolqarıstana məxsus dövlət şirkəti. Bolqarıstan Respublikasının xarici ticarəti ilə məşğuldur. 1965-ci ildə yaradılıb. Şirkətin idarə edilməsi Bolqarıstan İqtisadiyyat Nazirliyinin tabeliyindədir. == Tarixi == Şirkət 1965-ci ildə Bolqarıstanın paytaxtı Sofiya şəhərində yaradılıb. Şirkət 1992-ci ilə qədər Bolqarıstan Kommunist Partiyasının gizli xidməti olan Dövlət Təhlükəsizliyi Komitəsinə tabe idi və siqaretdən ağır silahlara qədər hər şeyin satışına nəzarət edirdi. Bolqarıstanda 1992-ci ildə Ticarət hüququ qüvvəyə minir və 1992-ci ildə Kintex, ticarət qanunları ilə tənzimlənən "Qapalı Səhmdar Cəmiyyətə" çevrilir. Şirkətin səhmlərinin hamısı dövlətə məxsusdur. Kintex, Bolqarıstan Ordusu və polisi üçün məhsulların ixracı, idxalı və yenidən ixracı lisenziyasına sahibdir. == Fəaliyyəti == Şirkətin əsas fəaliyyət sahəsi ticarətdir.
Qvinet Peltrou
Qvinet Keyt Peltrou (27 sentyabr 1972[…], Los-Anceles, Kaliforniya) — ABŞ aktrisası və müğənnisi. Qvinet Peltrou 27 sentyabr 1972-ci ildə Kaliforniyanın Los-Anceles şəhərində anadan olmuşdur. O, aktrisa Blythe Danner və film prodsseri Bruce Paltrowın qızıdır. Atası əslən yəhudi, anası isə yarı holland, yarı ingilisdir. Özündən kiçik Jake Paltrow adlı qardaşı var. Əmisi isə opera müğənnisidir. Aktrisa Santa Monika şəhərində böyüyüb. 2003-cü ildə ingilis əsilli müğənni Chris Martinlə ailə həyatı quran aktrisa 2014-cü ildə ondan boşanmışdır. Cütlyün iki övladı var.
Timoti Vinter
Timoti Vinter (16 yanvar 1996) — Yamaykalı üzgüçü. Timoti Vinter Yamaykanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. Timoti Vinter birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 100 m arxası üstə stildə, təsnifat mərhələsində iştirak etdi. 57.20 saniyəlik nəticəsi ilə 34-cü yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi.
Karla Kvint
Karla Kvint (d. 22 sentyabr 1972) — Niderlandı təmsil edən su poloçusu. == Karyerası == Karla Kvint, Niderland yığmasının heyətində 2000-ci ildə Avstraliyanın Sidney şəhərinin ev sahibliyində baş tutan XXVII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Bürünc medal uğrunda görüşdə Rusiya yığmasına 4:5 hesabı ilə məğlub olan Niderland yığması, Sidney Olimpiadasını dördüncü pillədə başa vurdu.
Kunta Kinteh adası
Kunta Kinteh və ya köhnə adları ilə Ceyms və ya Müqəddəs Andrev adası — Qambiyadakı Qambiya çayında ada. Çayın mənsəbindən 30 km (19 mil) məsafədə yerləşən adada Ceyms qalası yerləşir. == Tarix == Adanın Avropa ilə qarşılıqlı əlaqəsi 1456-cı ilin mayında, italyan kəşfiyyatçılar Alvis Kadamosto və Antoniotto Usodimarın rəhbərlik etdiyi Portuqaliyalı bir ekspedisiyanın adaya çıxması ilə başlamışdır. Ekspedisiyya dənizçilərdən Andrev adındakı birini adada basdırır və ona ilk avropa adını, Müqəddəs Andrev adını verir. Həmçinin Dioqo Qomez də, 1458-ci il ekspedisiyasında Müqəddəs Andrev adasına lövbər salmışdır. Portuqaliyalı bir yaşayış məskəni olan San Dominqo 15-ci əsrdə, Qambiya çayının şimal sahilində, St Andrew adası ilə üzbəüz qurulmuşdur. == Miras == Ada Qərbi Afrika qul ticarətində əhəmiyyətli bir tarixi yer olaraq, əlaqəli ərazilərlə birlikdə UNESCO-nun Ümumdünya irsi olaraq siyahıya alınmışdır. Kunta Kinteh adası ağır eroziya keçirir və qalanın aktiv olduğu bu müddət ərzində ölçüsünün təxminən 1/6 hissəsi qalmışdır. Adada hələ də ingilislərin bir neçə inzibati binasının dağıntıları, kiçik bir bənd və bir neçə baobab ağacı qalmışdır. Dağıntılar bir qədər sabitləşdirilmişdir və qorunur.
Kvint Horatsi Flakk
Kvint Horatsi Flakk Roma ədəbiyyatının qızıl dövrü şairlərindən biridir. E.ə. 65–8-ci illərdə yaşamışdır. Avqust dövründə fəaliyyət göstərmiş şairlərdəndir. == Həyatı == Azad olunmuş qulun oğlu olan Horatsi kiçik bir kənddə anadan olmuşdur. Fəlsəfə ilə maraqlanmışdır. Brutun başçılığı altındakı orduda fəaliyyət göstərmişdir. Sonradan Oktavian Avqust tərəfindən əfv edilmiş və Vergili tərəfindən Messenata təqdim olunmuşdur. == Yaradıcılığı == Horatsini yaradıcılığına bunlar daxildir: "Odalar" "Epodlar" "Satiralar" "Poeziya elmi" "Epistollar" == "Poeziya elmi" == Horatsinin ən məşhur əsəri "Pizonlara məktub" da adlandırılan "Poeziya elimdir". bu əsər poetik üslubda yazılmış və burada müəllifin bədii yaradıcılıqla bağlı fikirləri və tövsiyələri doqquz hissədə verilmişdir.
Kvint Fabi Maksim Kunktator
Kvint Fabi Maksim Kunktator ( Kunktator lat. astagəl, ləng, ehtiyatlanan) - II Pun müharibəsi zamanı Hannibalın ordusuna qarşı vuruşan diktator. Hannibalın ordusunu həlledici döyüşdə məğlub etmək cəhdləri bir neçə dəfə romalılar üçün faciyəvi məğlubiyətlə bitdiyinə görə, Kvint Fabi çox ehtiyatlı taktika seçmişdir, o Hannibalı kiçik toqquşmalarla yormağı düşünürdü. Ancaq bu siyasət Romada narazılıqla qarşılandı, çünki müharibənin uzanması, senatın fikrinə görə Romaya baha başa gəlirdi. Nəticədə Kvint Fabinin səlahiyətləri yeni seçilmiş konsullara Terrensi Varrona və Emili Pavelə verilir. Onların Hannibalı həlledici döyüşdə məğlub etmək niyyəti romalılar üçün çox baha başa gəlir. Kann yaxınlığında (Kanna döyüşü) Hannibal Roma ordusunu mühasirəyə salır və demək olar ki tamamilə məhv edir. Bundan sonra romalılar məcburən ehtiyatlı taktika variantına qayıdırlar. == Mənbə == История Древнего Мира. Расцвет Древних Обществ.
Qay Messi Kvint Trayan Desi
Qay Messi Kvint Trayan Desi (lat. Gaius Messius Quintus Traianus Decius), Roma tarixşünaslığında daha çox Desi Trayan və ya Desi kimi tanınır (201[…] – 1 iyul 251) — 249–251-ci illərdə hakimiyyətdə olmuş Roma imperatoru. Desi Pannoniyadan idi. O, senator kimi 249-cu ildə imperator Filipp tərəfindən asayişi bərpa etmək və nizam-intizamı qorumaq üçün yerli qarnizonların üsyan etdiyi Pannoniya və Myoziyaya göndərilmiş, lakin ona tabe olan qoşunlar tərəfindən tezliklə imperator elan edilmişdir. Desiyə qarşı çıxan Filip Veronada məğlub olmuşdur. Desi güc əldə etdikdən sonra bütün dövlətdə xristianların ilk sistematik təqibini təşkil etmişdir. O, 1 iyul 251-ci ildə oğlu və həmimperatoru Etrusk Heren ilə birlikdə Moeziyada Abritt yaxınlığında karp və qot tayfaları ilə döyüşdə həlak olmuşdur.