KƏRAMƏT

mənəvi cəhətdən yüksələn mömin şəxsin fövqəltəbii bacarığa və istedada sahib olmasıdır. İlahiyyatçılara görə kəramət sahibi insanlar, ancaq möhkəm inanca və sağlam etiqada sahib olmalıdır. Kəramət peyğəmbərlərə verilən möcüzədən fərqlənməkdədir. İslam alimlərinə görə peyğəmbərlər Allahın varlıq və birliyini, peyğəmbərlərin Allah tərəfindən göndərilən elçi olduğunu sübut etmək üçün Allahın iradəsi daxilində göstərdikləri fövqəltəbii hadisə və əməllərdir. Kəramət sahibləri isə insan ağlı və məntiqi ilə dərk edilməyən hər hansı qabiliyyət və bacarığı insanların gözü önündə nümayiş etdirməkdən çəkinməlidirlər. Çünki, kəramət sahibi insanların missiyaları Allahın varlığını və birliyini sübuta yetirmək deyildir. Onlar təriqət, həqiqət və mərifət yolçuluğunda qazandıqları ən yüksək məqamın nəticəsi olaraq kəramət sahibi olmuşlardır. İslam məzhəblərinin əksəriyyəti kəraməti qəbul edir və buna dair Quranın 3: 37 ayəsini dəlil göstərirlər. Mütəzililər isə kəraməti qəbul etməmişdirlər.
KƏLMEYİ-ŞƏHADƏT
KƏSB
OBASTAN VİKİ
Kəramət
Kəramət – xariqüladə hadisə olub, ruhi paklıq, batini saflıq və Allaha yaxınlıq sayəsində baş verir. Bəzən haqqın təntənəsi və ucalığı haqqında yaranan qeyri-adi hallara kəramət deyilir. Kəramət dedikdə fövqəladə şeylər nəzərdə tutulur. Bu fövqəladəlik bir peyğımbərdə olduğu halda möcüzə, vəlilərdə, seyidlərdə və s. olduğu halda isə kəramət adlanır. Peyğəmbərdə vəhylə həyata keçirildiyi üçün möcüzə, vəlilərdə ilhamla gerçəkləşdiyi üçün kəramətdir. Kəramət əsla peyğəmbərlik iddiasında olmayan şəxsə aiddir.
Kəramət Böyükçöl
Kəramət Böyükçöl (tam adı: Kəramət Qəşəm oğlu Nəcəfov; 17 oktyabr 1987, Əliqullar, İmişli rayonu) — Azərbaycan yazıçısı, publisist. Kəramət Böyükçöl 17 oktyabr 1987-ci ildə İmişli rayonunun Əliqulular kəndində anadan olub. Səbail rayonu 51 saylı orta məktəbini bitirib. 2007–2011-ci illərdə Bakı Dövlət Universitetinin Filologiya fakültəsini bitirib. Azərbaycan ictimaiyyəti onu ANS TV-də qonaq olduğu bir verilişdə dediyi erotik şeirlə tanıdı. 2010-cu ildə Azərbaycan Yazıçılar Birliyinə üzv olmuşdur. 11 noyabr 2015-ci ildə sərt tənqidləri və çıxışları səbəbilə Azərbaycan Yazıçılar Birliyinin üzvlüyündən kənarlaşdırılıb. Böyükçöl 18 avqust 2020-ci ildə kirayə qaldığı bir evdə sərxoş halda Facebook hesabından açdığı canlı yayımda hökuməti tənqid edərkən polis tərəfindən basılmış və zor tətbiq edilərək saxlanılmışdır. O, canlı yayımda ölkənin digər bəzi məşhurlarına qarşı təhqirlər də etmişdir. Polis verdiyi açıqlamada qonşuların bu vəziyyətdən rahatsız olduğunu və şikayət etdiklərini bildirmişdir.
Kəramət Hüseynov
Kəramət Hüseynov (30 avqust 1998, Bakı) — Azərbaycanı təmsil edən cüdoçu. Kəramət Hüseynov 1998-ci il avqustun 30-da anadan olub. 2007-ci ildən cüdo ilə məşğul olur. İdmana gəlməsinə dayısı (anasının qardaşı), olimpiya çempionu Elnur Məmmədli ilham olub. Atilla İdman Klunun üzvüdür. Şəxsi məşqçisi Emin Fətullayevdir. Kəramət Hüseynov 2014-cü ilin aprelində Portuqaliyada baş tutan yeniyetmələr arasında European Cup beynəlxalq turnirinin qalibi oldu. Bu onun beynəlxalq turnirlərdə birinci uğuru idi. 2015-ci ildə Antalya şəhərində European Cup beynəlxalq turnirinin qalibi olan Kəramət Hüseynov iyulda Gürcüstanda Avropa Gənclər Olimpiya Festivalını gümüş medalla başa vurdu. 2016-cı il ərzində Kəramət Hüseynov Avstriya, Çexiya və Almaniyada baş tutan European Cup beynəlxalq turnirlərində bir dəst medala sahib oldu.
Kəramət (ad)
Kəramət Böyükçöl — Azərbaycan yazıçısı, publisist. Kəramət Hüseynov — Azərbaycanlı cüdoçu.
Kardinal və dini kəramətlər (Rafael)
Kardinal və dini kəramətlər (it. Virtù e la Legge) —İntibah dövrü İtaliya rəssamı Rafael Santinin yağlı boya ilə işlədiyi rəsm əsəri.Rafel əsəri 1511-cu ildə çəkmişdir.Əsər Rafael Santinin yaradıcılığının Roma dövrünə aid edilir.Parnas əsəri hal-hazırda Vatikanda saxlanılır.

Значение слова в других словарях