KƏSB

lüğətdə “qazanma, iş, toplama, ruzi axtarma, istəmə, əldə etmə, səy göstərmə və qazanc yolu” kimi mənaları ifadə edir. Kəsb Quranda keçən bir anlayış olaraq bəzən qəlbin bir kəsbi və əzmi (Quran, 2: 225), bəzən ticarətdə mal qazanmaq (Quran, 2: 267), bəzən də səy və əməl mənasında (Quran, 2: 286; 7: 39) istifadə edilmişdir. Kəlamda (I) isə kəsb daha çox qulun hərəkət və əməlinin yaradılışı mövzusunda fərqli görüşlərin ortaya çıxması ilə gündəmə gəlmişdir. Bəzi məzhəb mənsubları qulların hərəkətlərinin Allaha nisbət edilməsini rədd etmişdir. Maturidilərə görə kəsb insanın sifətidir. Onun iradə və qüdrətinə bağlıdır. Allahın yaratdığı hərəkət insan iradəsi ilə reallaşar. Bu səbəbdən insanın hərəkəti yaratma deyil, kəsb olaraq adlandırılır. Allahın hərəkəti isə bir yaratma hadisəsidir. Yaratma yalnız Allaha məxsus özəllikdir. Kəsb isə insana aid olmaqla hərəkətlə ortaya çıxır. Əşarilərə görə iqtisab (qazanılan və ya əldə edilən) hərəkəti insanda meydana gələn zəruri hərəkət kimidir. Allah hərəkəti yaratdığı kimi iqtisabi da yaradır. İnsanın vəzifəsi yalnız iqtisab etməkdir. Eyni zamanda, günahlardan çəkinərək hər hansı bir faydalı bir işin görülməsi və ya mənimsənilməsidir. Ümumiyyətlə, kəsb Allahın iradəsi ilə insanın azad seçiminin birləşməsidir.
KƏRAMƏT
KİBR
OBASTAN VİKİ
Kəsbi Ərəşi
Kəsbi Ərəşi XVIII əsri şair Kəsbi Ərəşi barədə Salman Mümtaz məlumat vermiş, onun XVII əsrdə yaşa­dı­ğını, I Şah Abbas dövrünün (1587-1629) tarixi şəxsiyyətləri Yusif xan və Molla Həsənin dostu olduğunu bildirmişdir. «XI əsri-hicrinin əvvəllərində Şah Ab­bas Kəbir tərəfindən Yusif xan adlı bir zat Şirvan vilayətinə bəylərbəyi təyin olun­muşdu. Yusif xan özü gözəl təbi-şerə malik olduğu kimi, və­ziri Molla Həsən də o vaxtın dərin bilikli, fəsahətli şair­lə­rindən idi. Bu şairdust əmirin əhdində bəzi türkcə və farsca şeirlər söyləyən qüdrətli şairlər də yetişmişdir ki, onlardan da bəhs etmək mənfəətdən xali de­yil­dir.

Значение слова в других словарях