KƏSƏL
KƏSİF
OBASTAN VİKİ
Cərrahi kəsiklər
Cərrahi kəsiklər — Cərrahi əməliyyat zamanı, cərrahi kəsiklər əməliyyat prosedurunu asanlaşdırmaq və xəstəyə lazımi müdaxiləni etmək üçün çox vacibdir. Adətən əməliyyatda bir neçə kəsik eyni anda tətbiq edilir. Ümumiyyətlə, cərrahi əməliyyat zamanı cərrahi kəsiklər həm əməliyyatın gediş prosesinə mane olmaması, həm də xəstənin sağlığı baxımından, mümkün qədər kiçik və səliqəli edilməlidir. Cərrahi kəsiklər əvvəlcədən planlaşdırılmış formada, bədənin istənilən müxtəlif hissələrinə tətbiq oluna bilər. Tibbdə cərrahi əməliyyat zamanı tətbiq edilən cərrahi kəsiklərin hər birinin öz adı var və bu terminlər tarix boyu bu kəsiklərdən ilk istifadə edən məşhur cərrah və həkimlərin adını daşıyır.
Cərəyanın kəsilməsi
Cərəyanın kəsilməsi(Blackout )– cərəyan şəbəkəsində gərginliyin sıfıra düşməsi halı; cərəyanın tam kəsilməsidir. Buna bir çox amillər, o cümlədən təbii fəlakətlər (qasırğa, zəlzələ) və ya elektrik cihazlarındakı (transformatorda, elektrik ötürücü xətlərdə) sıradançıxmalar səbəb ola bilər. Cərayanın kəsilməsi kompüteri korlaya bilər; bu, qəza (kəsilmə) anında kompüterin hansı vəziyyətdə olmasından asılıdır. Bu halda bütün saxlanılmamış məlumatlar biryolluq itəcək. Ən təhlükəli hal isə diskdən məlumatların oxunması və ora yazılma anında cərəyanın kəsilməsi halında yaranır. Belə arzuolunmaz hallardan qorunmağın yolu isə kəsilməz qida mənbələrindən (UNINTERRUPTIBLE POWER SUPPLY, UPS) istifadə etməkdir. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Dedekind kəsiyi
Dedekind kəsiyi - irrasional ədədlərin daxil edilməsi üsullarının birinin əsas anlayışlarındandır. Bu anlayışı alman alimi Dedekind (1831-1916) təklif etmişdir. Dedekind kəsiyinin mahiyyəti aşağıdakı kimidir: Fərz edək ki, Q {\displaystyle Q} rasional ədədlər çoxluğudur.Məlumdur ki, Q {\displaystyle Q} çoxluğu nizamlanmış çoxluqdur. Məlumdur ki, çoxluğu nizamlanmış çoxluqdur. Rasional ədədlər çoxluğunun aşağıdakı şərtləri ödəyən, istənilən kəsişməyən və boş olmayan iki A {\displaystyle A} və B {\displaystyle B} çoxluqlarına ayrılmasını kəsik adlandıraq. A {\displaystyle A} çoxluğunu aşağı (sol) sinif, B {\displaystyle B} çoxluğunu yuxarı (sağ) sinif adlandıraq. Şərtlər aşağıdakılardır: A {\displaystyle A} çoxluğunun hər bir elementi B {\displaystyle B} çoxluğunun hər bir elementindən kiçikdir. Aşağı sinfin ən böyük elementi, yuxarı sinfin ən kiçik elementi yoxdur. Onda rasional ədədlər çoxluğunda bu qayda ilə təyin olunmuş ( A {\displaystyle A} , B {\displaystyle B} ) kəsiyi müəyyən α=( A {\displaystyle A} , B {\displaystyle B} ) irrasional ədədini təyin edir. Dedikind kəsikləri irrasional ədədləri təyin etməyin bir üsuludur.
Duzdağ kəsilişi
Duzdağ kəsilişi Azərbaycanda ağçagıl-pleystosen çöküntülərinin ən məşhur istinad kəsilişlərindən biridir. Braxisinklinala cavab verən bəndə bənzər Duzdağ dağı Göran dəmir yolu stansiyasından şimalda yerləşir. Dağın geoloji kəsilişini təşkil edən ağçaqıl törəmələri qum və qumdaşı təbəqəcikli nazikqatlı gillərdən (140 m) təşkil olunmuşdur. Bu çöküntülərdə molyuskların qabıqlarına, flora qalıqlarına və onurğalıların sümüklərinə rast gəlinir. Abşeron regiomərtəbəsinin Duzdağ kəsilişi Acınohur regionu üçün istinad kəsilişi kimi qəbul edilir, sahilyanı kontinental çöküntülərin tam açılışı və fauna qalıqlarının zənginliyi ilə fərqlənir. Burada ümumi qalınlığı olan hər üç abşeron yarımmərtəbəsi ayrılır. Kəsilişi qalınlığı olan pleystosenin kontinental çöküntüləri tamamlayır.
Dübrar kəsilişi
Dübrar kəsilişi Böyük Qafqazın cənub yamacı Zaqatala-Qovdağ zona­sının orta və üst təbaşir çöküntülərinin istinad kəsilişi sayılır. Bu kəsiliş Altı­ağac kəndindən qərbdə, Dübrar dağının yamaclarında üzə çıxır və özünün tamlığı və müxtəlif qrup təbaşir faunasının varlığı ilə seçilir.
Dərəköhnəbinə kəsilişi
Dərəköhnəbinə kəsilişi Böyük Qafqaz kənar dəniz hövzəsinin qitə yamacında təbaşirin ortalarında sualtı-sürüşmə deformasiyaları nəticəsində üst apt-alb plastik çöküntülərində yaranmış disharmonik qırışıqlığın əyani nümunəsidir. Bu süxur dəstəminin Giləzi qəsəbəsindən Xızı şəhərinə gedən yolun 11-ci kilometrindən başlayaraq uzunluğu 5 km olan gözəl açılışı ətraf əraziyə özünəməxsus kolorit verir.
Facebook kəsintisi (2021)
Facebook kəsintisi — 4 oktyabr 2021-ci il UTC saatıyla 15:39-da Facebook sosial şəbəkəsi və onun törəmə şirkətləri Messenger, Instagram, WhatsApp, Mapillary və Oculus yeddi saatdan çox müddət ərzində bütün dünyada əlçatmaz oldu. Kəsinti həmçinin "Facebook ilə giriş et" özəlliyini istifadə etməyə çalışan şəxslərin də 3-cü tərəf saytlara girişini əngəllədi. Kəsinti əsnasında bir çox istifadəçi Twitter, Discord ve Telegram-a axın etdi və bu platformaların serverlərində fasilələrə yol açdı. Problemin DNS və IP adresləri arasındakı əlaqədən qaynaqlandığı bildirildi. Təxminən saat 20:50-də Sərhəd Keçid Protokolu (BGP) yönləndirməsi bərpa olundu və 21:05-də DNS xidmətlərinə giriş mümkün oldu. 1 saatdan artıq müddətdən sonra Facebook, Instagram və WhatsApp-a giriş tədricən mümkün oldu. 22:50-də isə problem tamamilə aradan qaldırıldı. Təhlükəsizlik mütəxəssisləri kəsintinin Sərhəd Keçid Protokolu tərəfindən Facebookun DNS serverlərinin yerləşdiyi IP ünvanı prefikslərinini gerilətməsi səbəbi ilə yarandığını və bununla da istifadəçilərin əlaqəli domenlərə əlçatanlığını və xidmətlərdən istifadəsini mümkünsüz etdiyini açıqladılar. Təsirlər qlobal hal aldı; Məsələn, İsveçrə İnternet xidmət təminatçısı Init7, Sərhəd Keçid Protokolunda dəyişiklik edildikdən sonra Facebook serverlərinə yönələn internet trafikində böyük bir azalma qeyd etdi. Cloudflare, saat 15:39 -da (UTC) Facebook-un bütün məsul ad servlerlərinin tutunduğu IP prefiksləri də daxil olmaqla xeyli BGP yeniləmələri etdiyini və həmin əsnada bunun Facebook-un DNS serverlərini İnternetdən əlçatmaz vəziyyətə salmağına səbəb olduğunu açıqladı.
Fileto (kəsilmiş)
Fileto və ya fileto (İngiltərə: / ˈfɪlɪt /, US: / fɪˈleɪ /; Fransız dilindən filet, [filɛ] kimi tələffüz olunur) sümüksüz bir ət və ya balıq parçasıdır. Fileto tez -tez bir çox mətbəxin əsas tərkib hissəsidir və bir çox yeməklər, maddələrdən biri olaraq müəyyən bir növ filetonun istifadəsini tələb edir. ABŞ -da mal əti vəziyyətində, bu termin ən çox mal əti, xüsusilə də fileto mignonuna aiddir. Toyuq filesi, bəzən tenderloin olaraq da adlandırılır, toyuq və ya dəvəquşu bifteklərindən hazırlanan xüsusi bir ət parçasıdır. [1] Bir toyuqun hər birinin uzunluğu bir neçə düym və eni təxminən 1 düym olan iki fileto var. Onlar sternumun mərkəzindəki göğüs qəfəsinin üstündəki ana sinə altında yatırlar. Əsas döşdən bir iplə ayrılırlar. Toyuq filesi bir çox ölkələrdə supermarketlərdə çox populyardır. Əsas döşə yapışdırıla bilər və ya ümumiyyətlə dörd və ya daha çox fileto paketində döşdən ayrılar. Fileto hazırlayarkən, pulcuqları balıqdan çıxarmalısınız.
Fiskal kəsir
Geoloji kəsiliş
Geoloji kəsiliş — süxurların yatım şəraitinin, müxtəlif yaşlı və tərkibli süxurların qarşılıqlı münasibətinin, geoloji kütlələrin forma və qalınlıqlarının dəyişməsinin, qırışıqlıq və qırılma pozulmalarının xarakterinin, müxtəlif fatsiyaların və onların bir-birinə qarşılıqlı münasibətinin şaquli müstəvidə qrafik təsviri. Geoloji kəsiliş geoloji xəritə ilə birlikdə tərtib edilir və dərinə getdikcə quruluşun dəyişməsini əyani şəkildə göstərir. Geoloji kəsiliş tərtibində təkcə yerüstü müşahidə materialları deyil, həmçinin quyu və geofiziki müşahidə materiallarından da istifadə olunmalıdır. Bəzən Geoloji kəsiliş məfhumu əvəzinə səhvən "Geoloji profil" termini işlədilir. Geoloji planalma Geoloji tsikl (geoloji inkişaf tsikli) Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press. 2006. 679.
Kesar kəsiyi
Qeysər kəsiyi (lat. caesarea "hökmdar", "imperator" və lat. sectio "kəsik") hamiləliyi bitirmək üçün tətbiq edilən cərrahi müdaxilə, qarın boşluğuna müdaxilə edilərək, uşaqlığın yarılması ilə dölün azad edilməsi – "doğulması" əməliyyatının adıdır. Adətən tibbi göstəriş əsasında icra edilməsinə baxmayaraq, müasir dövrdə hamilənin arzusu ilə də müdaxilə icra edilir. Firdovsi nin "Şahnamə"sinin qəhrəmanı Rüstəm məhz qeysər kəsiyi ilə dünyaya gəlmişdir. Müdaxilnin adının mənşəyi haqqında üç fərziyə mövcuddur. Pliniy hesab edir ki, sezarların sələflərindən birinin (güman ki, bi Yuli Sezar olmuşdur) bu müdaxilə yolu ilə dünyaya gəldiyindən belə adlandırılmışdır. Roma imperator qanunlarına görə (lat. Lex Caesarea sezar qnunu) ölən hamilə qadının uşağını xilas etmək üçün tətbiq edildiyindən. lat.
Kökünün kəsilməsi təhlükəsi olan vəhşi fauna və yabanı flora növlərinin beynəlxalq ticarət konvensiyası
Kökünün kəsilməsi təhlükəsi olan vəhşi fauna və yabanı flora növlərinin beynəlxalq ticarət konvensiyası (ing. the Convention on International Trade in Endangered Species of Wild Fauna and Flora, CITES) — 2010 iyulun 2-ə qara kürü ixracçıları, emalçıları və qablaşdırıcılarının siyahısına 4 Azərbaycan şirkətinin adı daxil edib. Azərbaycanda qanuni olaraq nərə balıqlarının tutulması ilə üç şirkət – "Xəzərbalıq", "Lənkəran Balıq Kombinatı" və "Neftçala Balıq Kombinati" məşğul olur. Sonuncu iki şirkət "Caspian Fish Co. Azerbaijan"ın (Britaniya) nəzarəti altında işləyir. Qara kürünün emalı və ixracı hüququ "Caspian Fish Co. Azerbaijan"a məxsusdur. Siyahıya, həmçinin, "KASPI" və "AB Siyazan Fish" şirkətləri daxil edilib. Onlar, demək olar ki, qara kürü biznesindən kənarlaşıblar. Xəzər dənizinin bioloji su resursları üzrə komissiya iyunda nərə balıqlarının tutulması və onların kürüsünün yığılmasına kvota qoyub.
Kəlovudağ kəsilişi
Kəlovudağ kəsilişi Cənub-Şərqi Qafqazın şimal yamacı təbaşir çökün­tülərinin istinad kəsilişi sayılır. Kəsiliş Quba rayonunun Qonaqkənd kəndindən şimali-şərqdə yerləşən Kəlovu dağının yamaclarını təşkil edir və eyni zamanda, özünün mötəbərliliyi və müxtəlif qrup təbaşir faunası nümayəndələrinin çox­luğu ilə fərqlənir.
Kəsik
Böyük Kəsik — Azərbaycan Respublikasının Ağstafa rayonunun inzibati ərazi vahidində kənd. Kəsik (Xudabəndə) — İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd.
Kəsik (Xudabəndə)
Kəsik (fars. كسيك‎) — İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 530 nəfər yaşayır (111 ailə).
Kəsik konis
Konus — həndəsi elementdir. Konus düzbucaqlı üçbucağın katetlərindən birinin ətrafında 360°Fırlanması ilə alınan fəza fiqurudur. Konusun tili yoxdur, təpəsi və üzü 1 ədəddir. Kəsik Konus. Konusu kəsən və oturacağına paralel olan müstəvi ilə konusun oturacağı arasında qalan hissə kəsik konus adlanır. Həcmi: V = 1 3 π r 2 h {\displaystyle V={\frac {1}{3}}\pi r^{2}h} Yan səthin sahəsi: S y a n = π r ⋅ l {\displaystyle S_{yan}=\pi r\cdot l} Tam səthin sahəsi: S t a m = π r ⋅ ( r + l ) {\displaystyle S_{tam}=\pi r\cdot (r+l)} Konusun diaqonal kəsiyi bərabəryanlı üçbucaqdır. Burada V-Həcm Syan-yan səthin sahəsi Stam-tam səthin sahəsi r-konusun oturacağının radiusu h-konusun hündürlüyü l-konusun doğuranıdır.
Kəsik sümürgə
Kəsik sümürgə (lat. Asplenium incisum) — bitkilər aləminin qıjıkimilər şöbəsinin qıjılar sinfinin əsl qıjılar dəstəsinin sümürgəkimilər fəsiləsinin sümürgə cinsinə aid bitki növü.
Kəsikbaş
Kəsikbaş - İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indiki Qaranlıq (Martuni) rayonunda kənd. Rayon mərkəzindən 10 km məsafədə Mədinə kəndinin yanında yerləşirdi. Toponim kəsikbaş tayfa adı əsasında əmələ gələn etnotoponimdir. Quruluşca sadə toponimdir. Erm. SSR AS RH-nin 7. XII. 1945-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Lernakert qoyulmuşdur.
Kəsilmiş flomoides
Kəsilmiş flomoides - (lat. Phlomoides laciniata) Çoxillik, hündürlüyü 50-100 sm olan, kökyanı boyuncuğu ağ yunlu bitkidir. Gövdəsi sadə, bəzən az budaqlıdır; adətən ağ uzun tükcüklərlə sıx yunlu şəkildə tükləşmişdir. Yarpaqları yaşıl, az tüklənmişdir, uzun saplaqlı kökyanı yarpaqları lələkvari və ya ikiqat lələkvari parçalanmışdır. Gövdə yarpaqları qısa saplaqlı, yuxarıdan kəsilmiş diş-dişlidir. Uzun sıx sünbülvari çiçəkqrupu əmələ gətirən çiçəkləri çox çiçəkli köbələrdədir. Kasacığı 16–20 mm, boruvari–zəngvari, sıx ağımtıl-yunludur. Tacı 30 mm qədər uzunluqda; yuxarı dodağı ağ bizşəkillidir, içi qıraqdan ağ ipəkvaridir; aşağı dodağı üç dilimli, orta dilimi əlvan sarı, yan dilimləri limonvari-sarıdır. Fındıqca sıx şırımlıdır. Böyük Qafqazın bütün rayonlarında arandan orta dağ qurşağına kimi yayılmışdır.
Kəsilmiş həyat (film, 1999)
Yarıda qalmış həyat (ing. Girl, Interrupted) — rejissor Ceyms Menqoldun 1999-cu ildə çəkilmiş filmi. Film Süzanna Keysin eyniadlı romanın motivləri əsasında ekranizasiya olunmuşdu. Süzanna Keysen 18 yaşlı qız, uğursuz intihar cəhdindən sonra psixiatrik klinikaya düşür. Orada o digər pasientlərlə tanış olur, o cümlədən Lisa adlı aqressiv-sosiopat qız ilə. Lisa bir neçə dəfə qaçış düzənləmişdi və sonuncu qaçışda onu tuturlar və klinikaya geri qaytarırlar. Özünün keçmiş rəfiqəsinin otağında o Süzannanı görür və rəfiqəsi özünü intihar etdiyini öyrənir. Bir neçə vaxtdan sonra Lisa Süzanna ilə dostlaşır. O Süzannada özünün keçmiş rəfiqəsini görür, onun ölümündə günahkar olduğunu düşünür və buna görə də Süzanna ilə birgə klinikadan qaçır. Onlar yaxınlarda xəstəxanadan yazılan Deyzinin evində gizlənirlər.
Kəsilmiş qulaq və qəlyanla avtoportret
"Kəsilmiş qulaq və qəlyanla avtoportret" (nid. Zelfportret met verbonden oor) — məşhur holland və fransız rəssam Vinsent van Qoqun 1889-cu ildə çəkdiyi rəsmi. O, bu əsəri 1889-ci ilin yanvarında Arl şəhərində olduğu dövrdə çəkib. Gerçəkliyi həssas qavraması və ruhi müvazinətsizliyi Van Qoqu psixi xəstəliyə gətirib çıxarır. Qogen Arl şəhərinə qonaq gəlir, lakin yaradıcı fikir ayrılıqları mübahisə doğurur. Van Qoq rəssamın başına stəkanı atır, sonra, Qogen getmək niyyətini elan etdikdə ülgüclə onun üzərinə hüçum edir. Həmin günün axşamı dəlilik tutmasında rəssam qulağının sırğalığını kəsir. Vinsent van Qoqun sifəti rəsmin böyük hissəsini tutur. Başı üçdə dörd sol tərəfə çevrilmişdir. O isti gödəkcə, nimdaş papağ geyinib.
Kəsilmə emalçısı
Kəsilmə emalçısı ( ing. interrupt handler (IH) ~ ru. обработчик прерываний ~ tr. kesme işleyici) – müəyyən kəsilmələri emal etmək üçün yerinə yetirilən xüsusi prosedur. Hər bir kəsilmə növü müəyyən prosedurla bağlıdır. Kompüter yaddaşının aşağı ünvanlarında hər bir kəsilmə üçün uyğun prosedurların ünvanlar cədvəli saxlanılır. Bu ünvanlar göstəricilər (POINTERS) və ya vektorlar (VECTORS) adlandırılır, çünki onlar kəsilmə emalçılarının başlanğıcını göstərir. Proqramçılar sistemdə olan kəsilmə emalçıları toplusunu əvəzləmək və ya genişləndirmək üçün özlərinin kəsilmə emalçılarını yarada bilərlər. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Kəsilmə nöqtəsi
==Kəsilmə nöqtəsi== Kəsilmə nöqtəsi-– proqramın vəziyyətinin, dəyişənlərin qiymətlərinin proqramçı tərəfindən öyrənilməsi məqsədilə proqramın çalışmasının durdurulduğu nöqtədir. Kəsilmə nöqtəsi sazlanma prosesində qoyulur və istifadə olunur: bunun üçün proqramın mətnində bir neçə yerdə hər hansı keçid, çağırış və ya tələ (HOOK) komandası qoyulur ki, idarəetməni sazlama proqramına ötürsün İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Kəsilmə sorğusu xətləri
Kəsilmə sorğusu xətləri( ing. interrupt request lines (IRQ) ~ ru. линии запроса прерывания ~ tr. kesme isteği hatları) – kəsilmələri (xidmət haqqında sorğuları) qurğulardan (məsələn, giriş-çıxış portlarından, klaviaturadan, disksürəndən) mikroprosessora göndərən aparat vasitələri kanalları. Kəsilmə sorğusu xətləri kompüterin aparat vasitələrində quraşdırılıb və onlara müxtəlif səviyyəli öncəliklər (prioritetlər) verilib, buna görə də mikroprosessor daxil olan kəsilmənin nisbi vacibliyini müəyyənləşdirə bilər. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Kəsilməz enerji qaynağı
Kəsilməz enerji qaynağı –( eng. UPS Uninterruptible Power Supply ) kompüter (yaxud başqa elektron qurğu) ilə qida mənbəyi (adətən, məişət elektrik şəbəkəsi) arasına qoşulan və elektrik enerjisinin kəsilməsi nəticəsində kompüterə daxil olan cərəyanın kəsilməməsinə, bununla da kompüterin mümkün zədələnmələrdən qorunmasına təminat verən qurğu. UPS-lərin müxtəlif modelləri müxtəlif müdafiə səviyyələri təklif edir. UPS-lərin hamısı batareya və cərəyanın itməsini bildirən indikatorla təchiz olunur; indikator işə düşəndə UPS-in gərginliyi dərhal onun batareyasına keçir ki, istifadəçi işinin nəticəsini saxlaya və kompüteri normal söndürə bilsin. Batareyanın cərəyanı saxlama müddəti UPS-in modelindən asılıdır. Daha mükəmməl modellərdə verilən elektrik enerjisinin süzgəcdən keçirilməsi, gərginliyin titrəyişindən mürəkkəb qorunma imkanları vardır. Bundan başqa, belə modellərdə əməliyyat sisteminin UPS ilə qarşılıqlı əlaqədə olması üçün ardıcıl port var ki, bu da xarici enerji təchizatı kəsildikdə sistemi avtomatik söndürməyə imkan verir. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.