Kəsişmək
Kəsişmək ( ing. intersect ~ ru. пересекать ~ tr. kesişmek) – verilənlər bazalarının idarə olunmasında istifadə olunan relyasiya cəbri operatoru. Birtipli kəmiyyətləri özündə saxlayan eyni sayda sahədən ibarət olan iki A və B münasibətləri (cədvəlləri) üçün
INTERSECT A , B
yeni bir münasibətdir (cədvəldir); bu yeni münasibət (cədvəl) həm A-da, həm də B-də olan kortejlərdən (sətirlərdən) təşkil olunur.
İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.