Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Qurama tikmə
Qurama tikmə (türk. kırkyama, özb. kurok, kurama, ing. patchwork, rus. лоскутное шитьё) - qədim tikmə növüdür, müxtəlif parça hissələrinin bir-birinə pərçimlənməsi ilə başa gələn bu tikmə üsulu. == Texnika == Məişətdə istifadə olunur və dekorativ əhəmiyyət daşıyır. Örtüklər, yorğanlar, yastıqçalar, salfetlərin və s. üzünü bu tikmə ilə bəzəmək olar. Bu növ tikmədə həndəsi elementlərdən daha çox istifadə edilib. Onlara ən çox Abşeronda, Gəncədə, Qazaxda və Gədəbəydə rast gəlmək olar.
Sərt quramat
Xurama
Xurama — Azərbaycan Respublikasının Zəngilan rayonunun Hacallı kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Xurama kəndi Araz çayı sahilində, düzənlikdədir. Yaşayış məntəqəsini XVIII əsrdə Cənubi Azərbaycanın Xurama kəndindən köçüb gəlmiş ailələr salmış və köhnə yaşayış məntəqəsinin adını da buraya vermişlər. Azərbaycan dilinin qərb qrupu dialektlərində xıram "qumlu yer" mənasında işlənir. Oykonimin həmin sözlə bağlılığı güman edilir.1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 21 oktyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.
Quama
Quam (ing. Territory of Guam) — Sakit okeanında Marian adaları qrupuna daxil olan ən böyük və ən cənubuda yerləşəm adası. Quam Havay adalarının 5 min kilometr qərbində yerləşir. Hüquqi baxımdan muxtar statusa malikdir, eyni zamanda Amerika Birləşmiş Ştatlarının federal torpaqlarından hesab olunan Quamda ABŞ hərbi qüvvələrinin böyük bazası vardır. == Tarix == Portuqal səyyah Ferdinand Magellan 1521-ci ildə ispanlar tərəfindən Quama göndərilmişdir. Məqsəd ada və orada yaşayan yerlilər haqqında ətraflı məlumat toplamaq idi. Yerlilərin mənfi davranışları səbəbindən Magellan adada yaşayan xalqı Larones (vandallar) adlandırdığı ehtimal edilir. İspaniya 1565-ci ildə Quam adasının ona məxsus olduğunu rəsmən elan etdi; adada gəlmələrə qarşı başlanmış müqavimət qısa zamanda qırılıdı və 1668-ci ildən başlayaraq onlar İspaniya ağalığını tanımalı oldular. Quamda yaşayan yerli əhalinin zorla katoliklik məhzəbinə qəbul etdirilmişdir. 1898-ci ilə qədər Quam İspaniyanın nəzarətində qaldı.
Quram Kaşia
Quram Kaşia (gürc. გურამ კაშია; doğum 4 iyul 1987, Tbilisi, Gürcüstan SSR, SSRİ) — Niderlandın "Vitess" klubunun və Gürcüstan milli futbol komandasının futbolçusu. == Klub karyerası == === Dinamo Tbilisi === Kaşia karyerasına "Dinamo Tbilisi" klubunda başlayıb. 2006-cı ildən 2010-cu ilədək olan dövrdə Quram klubun heyətində 91 oyun keçirib və 12 qol vurub. O, klubun heyətində iştirak etdiyi sonuncu mövsümdə Gürcüstan çempionatında 33 matçda oynayıb və 8 qol vurub. === Vitess === Kaşia 2010-cu il avqustun sonunda Niderlandın "Vitess" klubuna transfer olunub, o zaman klubun prezidenti milliyətcə gürcü olan Merab Jordaniya idi. O, klubun heyətində debüt oyununa sentyabrın 18-də "NAK Breda" ilə oynanılan görüşdə çıxıb. Bu oyunun əvvəlində klubun əsas heyət oyunçusu olan Frank van der Streyk isinmə hərəkətləri zamanı özünü pis hiss etdiyindən, Quram bu oyunda onun əvəzinə start heyətində çıxmışdır. 2011-ci il martın 29-da Kaşiya "Vitess" ilə olan müqaviləsinin müddətini 2013-cü ilədək artırmışdır. 2011-2012-ci illər mövsümü öncəsi Quram klubun kapitan sarğısını alıb.
Quram Marxuliya
Quram Marxuliya (gürc. გურამ მარკჰულია) — tarix elmləri doktoru, Suxumi Dövlət Universitetinin professoru, AMEA–nın fəxri doktoru, "Tərəqqi" medalı laureatı. == Həyatı == Quram Rajdenoviç Marxuliya 1972-ci il Gürcüstan SSR–in tərkibinə daxil olan Abxaziya MSSR–də, Suxumi şəhərində anadan olmuşdur. Tarix elmləri doktoru, professordur. 1995–2007-ci ildə Ekvtime Takaişvili adına umumi Gürcüstan Tarix Cəmiyyətinin Gənclər təşkilatının sədri olmuşdur. 2003-cü ildə Suxumi Dovlət Universitetinin şöbə müdiri olmuşdur. 2007-ci ildə "İberiya" Universiteti nəzdində Strateji Araşdırmalar İnstitutunun direktoru olmuşdur. Hal-hazırda "Hüquq və Politologiya"jurnalının redaktor müavini, "Macne" Suxumi Dövlət Universitetinin elmi jurnalının redaktoru və "Кавказ и мир" beynəlxalq jurnalının baş redaktorudur. Azərbaycan alimləri ilə sıx əlaqə saxlayır. Azərbaycan həqiqətlərinin təbliğində təkcə Gürcüstan Respublikasında deyil, İsraildə və başqa ölkələrdə fəal iştirak edir.
Quram Tikanadze
Quram Tikanadze (12 sentyabr 1932, Kviriketi[d], Quriya – 27 avqust 1963, Şhara dağı, Sameqrelo-Yuxarı Svaneti diyarı) — gürcü sovet fotoqrafı və alpinisti. == Həyatı == 7-ci sinifdən bəri fotoqrafiyaya maraq salmışdı. 1959-cu ildən "Bayraq" (დროშის) jurnalında korrespondent işləməyə başlamışdı. 1962-ci ildən isə Tbilisi Fotojurnalist Həmkarlar İttifaqının sədri vəzifəsini icra etməyə başlamışdır. Onun işləri əsasən poetik janrdadır. Fotoları Almaniya, Çexoslovakiya və Polşada çap olunmuş, beynəlxalq sərgilərdə göstərilmişdir. 1963-cü ildə Kabardin-Balkariya sərhəddindəki Şxara zirvəsində faciəvi şəkildə vəfat etmişdir. Ölümündən sonra Murman Lebanidze ona rekviyem şeir yazmış, Qafqazın zirvələrindən biri onun şərəfinə adlandırılmışdır. Yaxın dostu yazar Quram Rçeuşvili də gənc vaşında vəfat etmişdi.
Bulama
Bulama — "bulanmaq" sözündən olub, təzə doğan sağmal heyvanların 2-3 gündən sonrakı bir neçə gün ərzində sağılan südüdür. Bulama sözünə Azərbaycan Şifahi Xalq Ədəbiyyatında daha tez-tez rast gəlinir; Heyvanın bala verməsinin 2-3-cü günündən sonra təxminən 4-5 gün ərzində sağılan südündən alınır. Bulama ağuz südündən sonra olan süd məhsuludur. bulama ağuzdan duru, süddən bir qədər qatı olmaqla yanaşı açıq sarımtıl rəngdə olur. Bulamanı bişirərkən qab od üzərinə qoyulduğu andan bişənə qədər oxlovla bulanır (qarışdırılır). Belə edilməsə bulama çürüyər. Elə bu səbəbdən də bu süd məhsulu bulama adlanır və o kətəməz kimi bərkimir. Bulama bişirilərkən ona duz atılmır. Uşaqlar üçün hazırlandıqda azca (zövqə uyğun) şəkər tozu əlavə edilir. Bulamanı süni yolla da hazırlamaq olar.
Qaraca
Qaraca dağı (Daşkəsən) — Daşkəsən və Xanlar rayonlarının sərhəddində yerləşən dağ. Qaraca dağı (Yevlax) — Yevlax rayonu ərazisində Bozdağ silsiləsinin şərq qurtaracağında dağ. Qaraca dağı (Şamaxı) — Şamaxı rayonunda yerləşən dağ. Qaraca dağı (Yardımlı) — Yardımlı rayonunda yerləşən dağ.
Qaraman
Qaraman — Azərbaycan Respublikasının Göyçay rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2004-cü il tarixli, 727-IIQ saylı Qərarı ilə Göyçay rayonunun Qaraman kəndi Ləkçılpaq kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Qaraman kənd inzibati ərazi vahidi yaradılmışdır. == Toponimikası == Kəndin adı qaraman tayfasının adı ila əlaqədardır. Bir məlumata görə, 2000 çadırdan ibarət qaramanlar Səlcuq sultanı Toğrul bəy dövründə (1038-1063) əvvəlcə Anadoluya gəlmiş və buradan da başqa yerlərə, o cümlədan Azərbaycana yayılmışlar. Qaramanların XIII əsrdə şimaldan Azərbaycana gəlməsi və buradan müəyyan hissəsinin Ön Asiyaya köçməsi fikri də mövcuddur. Onlar varsaq, qara, İsa, koşun va qıştomir qollarından ibarət olmuşlar. XV əsrdə Cənubi Azərbaycanda yaşamış qaramanlar qızılbaş tayfalarından biri olmuşdur. Səfəvi şahları hərbi xidmətlərinə görə bu tayfaya Azərbaycanda yerlər vermişdilər. Qaraman adı Çində yaşayan salarlar arasında da çəkilir. Tadqiqatçılara görə, qaraman oğuz tayfalarındandır.
Qaramat
Qaramat - türk, çuvaş və anadolu xalq mədəniyyətində kabus cini. Keremet və ya Qarımıt da deyilir. "Qarav" olaraq da bilinər. Kabuslara səbəb olan və bunun nəticəsində sayıqlama və psixoloji pozuqluqları ortaya çıxaran şər varlıq. İndiki vaxtda şizofreniya adı verilən ruhi xəstəliyə bənzər halların keçmişdə bu varlıqla əlaqəli olduğu düşünülmüşdür. Bundan başqa bu söz; çuvaş dilində pis ruh, ataların ruhlarının çağırılması, müqəddəs ərazi, müqəddəs obyekt; Udmurt dilində şeytan kimi mənalar ehtiva etməkdədir. Yəni xüsusilə məşhur bir inanc olaraq iştirak etdiyi Çuvaş dilində həm müsbət həm də mənfi bir dizi məna saxlayar. Əvvəllər pis ruh olaraq da bilinən mifik bir varlıqdır. "Çuvaş Etimologiya Lüğəti"ndə "Kiremet" şəklində iştirak edən bu sözün mənası "kinli ruh" olaraq keçməkdədir. Tatar dilində isə tərs bir mənala "xeyriyyəçi ata ruhu, qoruyucu ruh" mənasını verməkdədir.
Qautama
Budda (sanskr. बुद्ध, q.türk Burxan) — "Budda" sözü, Sanskrit dilində "oyanmaq, idrak etmək, başa düşmək" mənasını verən "budh" feilinin keçmiş zaman tipi olub, "oyanmış, idrak etmiş, bilinclənmiş" anlamına gəlir. Hind dilində "budda" sözü "nurlu" deməkdir. Qautama Budda, tarixdə "budda" sözcüyünü özünə görə də, ona inanan və bir yol göstərici olmadan özündən oyanan hər kəs üçün də işlətmişdir. Buddizmdə "budda" anlayışı ilə ifadə edilən şəxsin ruhunun saflıq, məsumluq və mükəmməlliyinin gücünə, öz-özünə çatması və beləliklə daha əvvəl ortaya çıxarmadığı aydın (mükəmməl) bilgəliyə çatmış (Prajna), habelə şəfqət və mərhəmətdən uzaq sonsuz həyatı sərhədsizcə inkişaf etdirməkdir. == Həyatı == === 49 günlük imtahan === Şahzadə Siddhartanın evdən çıxmasından tam 6 il keçirdi. 6 il boyunca Şakuya qəbiləsinin vəlihəd şahzadəsi sərgərdan gəzib özünüdərkə yetmək istəyirdi. Bunun üçün 4 müəllimdən dərs almışdı. Amma yaranışın dərkini anlaya bilmədiyi üçün müəllimlərindən ayrılıb 5 dostu ilə aclıq və məhrumiyyətlərlə bədənini öldürməyə və ruhunu dirçəltməyə qərar vermişdi. Lakin bütün məhrumiyyətlərə dözmələrinə baxmayaraq, onların ruhu işıqlanmamış və özlərini dərk edə bilməmişdilər.
Qrampa
Qrampa, Ziazan — Ermənistanın Üçkilsə rayonunda kənd.
Quarana
Quarana (port. guaraná, lat. Paullinia cupana) — paulliniya cinsinə aid bitki növü.
Qubaxa
Qubaxa — Rusiya Federasiyasında yerləşən şəhər. Perm diyarına daxildir.
Quramit
Quramit (lat. Lolium) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin qırtıckimilər fəsiləsinə aid bitki cinsi.
Qurbağa
Quyruqsuzlar (lat. Anura) — heyvanlar aləminin xordalılar tipinin suda-quruda yaşayanlar sinfinə aid heyvan dəstəsi. 5600-dən artıq(bəzi mənbələrə görə 2100-ə yaxın) növü var. == Maraqlı məlumatlar == • Hələ XVIII əsrdə italyan alimi L. Qalvani şimşək çaxanda qurbağaların ayaq əzələlərinin yığılıb açılmasını müşahidə etmişdi. Sonralar bu müşahidədən elektrikin təsirinin öyrənilməsində istifadə edilmişdir. • Məşhur rus fizioloqu İ. M. Seçenov (1862) ilk dəfə qurbağa üzərində baş beynin reflekslər əmələ gəlməsində rolunu öyrənmişdir. • Şimali Amerikada bəzi qurbağaların səsi bir neçə kilometrlikdən eşidilir. Onların səsi öküz səsinə oxşadığı üçün öküz qurbağa adlandırılır. • Kamerunda qoliaf adlı qurbağa yaşayır. Bütün dünyada ən iri hesab edilən bu qurbağanın kütləsi 3 kq 300 qr, gövdəsinin uzunluğu isə 32 sm-dir.
Quriya
Quriya diyarı (Gürcücə: გურია) — Gürcüstanın Qaradəniz sahilində inzibati ərazi vahidi. Gürcüstan Respublikasının doqquz diyarından (gürcücə: მხარე) biri. Quriyanın mərkəzi Ozurgetidir. Ozurgeti şəhərinə şəhər statusu 1840-ci ildən verilib. Şəhər 1934–1989-cu illərdə Filip Makharadze şərəfinə Makharadze adlandırılmışdır. Son statistikasına əsasən rayon əhalinsinin sayı 113 350 nəfər idi (2014).
Qurman
Qurman — müxtəlif ölkələrin mətbəx dadları ilə maraqlanan şəxs.
Quruba
Qurumba (əvvəlki adı: Quruba) — Azərbaycan Respublikasının Lənkəran rayonunun Rvo inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 2001-ci il tarixli, 191-IIQ saylı Qərarı ilə Lənkəran rayonunun Rvo kənd inzibati ərazi dairəsi tərkibindəki Quruba kəndi Qurumba kəndi adlandırılmışdır. 25 oktyabr 2011-ci ildə Azərbaycan Respublikasının Milli Məclisinin qərarı ilə Qurumba və Narbağı kəndləri Rvo kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, mərkəzi Qurumba kəndi olmaqla Qurumba kənd inzibati ərazi dairəsi yaradılmış və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilmişdir. == Toponimikası == Bu oykonimin Qunınba variantın da qeydə alınmışdır. Bəzi tədqiqatçılara görə, oykonim talış dilində ku (dağ, təpə), ron (yol) və bə (qapı) komponentlərindən düzəlib, "dağ yolunun qapısı" deməkdir. Digər mülahizəyə görə isə, oykonim qronbə sözündən olub, mənası "qəbirlər qapısı" deməkdir. == Tarixi == == Əhalisi == Əhalisi 937 nəfərdir.
Quruca
Quruca (lat. Gnaphalium) — mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Növləri == == İstinadlar == Quruca:The Plant List saytında takson barədə məlumat.
Qurumba
Qurumba (əvvəlki adı: Quruba) — Azərbaycan Respublikasının Lənkəran rayonunun Rvo inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 2001-ci il tarixli, 191-IIQ saylı Qərarı ilə Lənkəran rayonunun Rvo kənd inzibati ərazi dairəsi tərkibindəki Quruba kəndi Qurumba kəndi adlandırılmışdır. 25 oktyabr 2011-ci ildə Azərbaycan Respublikasının Milli Məclisinin qərarı ilə Qurumba və Narbağı kəndləri Rvo kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, mərkəzi Qurumba kəndi olmaqla Qurumba kənd inzibati ərazi dairəsi yaradılmış və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilmişdir. == Toponimikası == Bu oykonimin Qunınba variantın da qeydə alınmışdır. Bəzi tədqiqatçılara görə, oykonim talış dilində ku (dağ, təpə), ron (yol) və bə (qapı) komponentlərindən düzəlib, "dağ yolunun qapısı" deməkdir. Digər mülahizəyə görə isə, oykonim qronbə sözündən olub, mənası "qəbirlər qapısı" deməkdir. == Tarixi == == Əhalisi == Əhalisi 937 nəfərdir.
Kurima
Kurima yap. 来間島 — Miyako qrupuna, Sakişima adalarına və Ryukyu arxipelaqına daxil olan kiçik ada. İnzibati cəhətdən Yaponiyanın Okinava prefekturası, Miyako qəzası və eyniadlı dairə ərazisinə daxildir. == Coğrafiya == Adanın sahəsi 2,84 км²,ən hündür nöqtəsi 47 metr təşkil edir. 2011-ci il məlumatına görə adada 168 nəfər adam yaşayır. Əsas yaşayış məntəqəsi Kurima qəsəbəsidir. Adanın ərazisi düzənlikdir. Ən hündür nöqtəsi 47 m təşkil edir. Miyakocima adası ilə körpü vastəsi birləşir.
Acacia jurema
Dəri ağacı (lat. Mimosa tenuiflora) — paxlakimilər fəsiləsinin mimoza cinsinə aid bitki növü. == Təbii yayılması == Braziliyanın şimali-şərq hissəsində, şimalda, Meksikanın cənub hissəsində 1000 m hündürlükdə, quru düzənliklərdə, seyrək meşələrdə bitir. == Botaniki təsviri == Gövdəsinin üzərində az iynələri olan dekorativ, kiçik ağacdır. İynələri bünövrəsində enli, uzunluğu 3 mm-dir. Yarpaqları nazik bölünmüş, lələkvari, uzunluğu 3-5 sm-dir. Çiçəkləri ağ rəngli, silindrik, möhkəm olmayan sünbülvari çiçək qruplarında yerləşmiş, ətirlidir. Meyvələrin uzunluğu 2,5-3,0 sm, 4-6 hissəyə bölünmüşdür. Təbiətdə meyvə və toxumları ana bitkidən 5-8 m radiusda küləklə ətrafa yayılır. Sulfat turşusundan istifadə yolu ilə toxumların straitifikasiyası və ya onların qabığının mexaniki zədələnməsi cücərməni çox artırır.
Artemisia aurata
Artemisia aurata (lat. Artemisia aurata) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yovşan cinsinə aid bitki növü.
Geraea
Geraea (lat. Geraea) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid biki cinsi. == Növləri == Geraea canescens Torr.
Girampa
Girampa - Körpübasar mahalında İrəvan quberniyasının Eçmiədzin qəzasında, kənd. Kənd 1918 ci ildə dağdılmışdır.
Guarea
Guarea (lat. Guarea) — meliekimilər fəsiləsinə aid bitki cinsi. == Növləri == == İstinadlar == Guarea:The Plant List saytında takson barədə məlumat.
Quruzma
Quruzma — Azərbaycan Respublikasının Sabirabad rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisinin sayı 2500 nəfərə qədərdir. Kənd Kür çayı ətrafında yerləşir, ərazisi təxminən 700 hektardır. Kəndin digər tərəfində Kürün keçmiş axarı olan, gölün bir növü sayılan axmaz yerləşir.