LƏLƏKVARİ QUM TİRƏSİ

hakim küləyin istiqamətində uzanan və yamaclarında köndələn istiqamətdə ikinci dərəcəli barxan tirələri-dyunları olan qum tirəsi. перистая песчаная гряда pinnate longitudinal, dune-ridge
LENTVARİ GİLLƏR
LƏLƏKVARİ PARÇALANMA
OBASTAN VİKİ
Lələkvari qulançar
Asparagus setaceus (lat. Asparagus setaceus) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin qulançarkimilər fəsiləsinin qulançar cinsinə aid bitki növü. Vətəni Şərqi və Cənubi Afrikadır, tropik və subtropik meşələrdə, çay vadilərində, düzənliklərində, savannalarda və orta dağ zolağında bitir. Sarmaşan yarımkoldur. Sapşəkilli yarpaqlara bənzəyən şəklini dəyişmiş gövdələri (fillokladilər) 3–12 ədəd olmaqla dəstələrə yığılmışdır. Uzunluğu 0,5–1,5 sm, diametri 0,5 mm-ə qədərdir. Onlar bir az əyilmiş, açıq yaşıldır və bütün bitkiyə zərif görünüş verir Ayrıca zoğları horizontal yerləşək xırda-lələkvari yarpaqlara bənzəyir. Zoğları çox budaqlanır, çılpaqdır. Yarpaqları xırda (0,5 sm), üçkünç, qonur pulçuqlara qədər reduksiya olunmuşdur. Çiçəkləri xırda, tək və ya 2–4 ədəd, ağdır.
Qum
Qum (farsca: قم) — İranda bir şəhərdir. Qum ostanının mərkəzidir. İranda ən qədim şəhərlərdən biridir. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 957,496 nəfər və 241,827 ailədən ibarət idi.
Duzdağ tirəsi
Duzdağ tirəsi – Babək rayonu ərazisində, Naxçıvan dağarası çökəkliyinin mərkəzi hissəsində yerləşən Duzdağ platosunun şərq kənarında, Cəhriçayın sağ sahilindədir. Cənuba doğru istiqamətlənmiş tirənin şərq yamacı çox meyillidir. Ən yüksək zirvəsinin hündürlüyü 1342,0 m-dir. Üst Pleystosenin çaqıl və konqlomeratları ilə örtülmüş Üst Miosenin Sarmat regiomərtəbəsinə aid Duzdağ lay dəstəsinin duzsaxlayan çökmə süxurlarından təşkil olunmuşdur. Tektonik cəhətdən Naxçıvan qoyulma çökəkliyinin geoloji quruluşunda mühüm rol oynayan Duzdağ sinklinalının şimal-qərb qanadına uyğun gəlir.
Korosman tirəsi
Korosman tirəsi — Babək rayonu ərazisində alçaqdağlıq tirə. Naxçıvan dağarası çökəkliyinin Böyükdüz düzənliyini şərqdən hüdudlandırır. Böyükdüz kəndindən 1,5 km cənubda yaranaraq, qövsvari formada Araz su anbarınadək 8 km məsafədə uzanır. Ən hündür zirvəsinin hündürlüyü 833,9 m-dir. Alt və Orta Miosenin çökmə süxurlarından təşkil olunmuşdur. Tektonik cəhətdən Naxçıvan qoyulma çökəkliyinin cənub-qərb cinahında Duzdağ və Böyükdüz qırışıqlarının batımında məskunlaşır.
Okean tirəsi
Okean tirəsi (rus. вал океанский, ing. oceanic rampart, oceanic swell) — talassokratonun sadə, müsbət strukturu, okean dibinin tağvari qalxması. Qanadları sürüşmələrlə, tağı isə qırılmalarla mürəkkəbləşmiş olur. Onun tağ hissəsində bir xətt boyunca uzanan vulkan aparatları yerləşir. Sakit okeanın qərb hissəsində aydın təzahür edir.
Qıvraq tirəsi
Qıvraq tirəsi – Kəngərli rayonu ərazisində alçaqdağlıq tirə. Dərələyəz silsiləsindən cənub-qərb istiqamətində ayrılan qoldur. Uzunluğu 6 km. Tirənin suayırıcısında Üst Miosenin çökmə süxurlarından təşkil olunmuş, hündürlüyü 1104, 1023, 1058, 1066 m olan günbəzvari yüksəkliklər var. Tektonik cəhətdən Naxçıvan qoyulma çökəkliyinin mərkəzi hissəsində, Qabıllı sinklinalının şimal-şərq qanadında yerləşir.
Xələfli tirəsi
Xələfli tirəsi Cavanşir elinin Yağləvənd oymağının Havsallı tayfasının qollarından biridir. Tirənin yaranması Xələf bəy Yağləvəndli-Cavanşirlə bağlıdır. Onun törəmələri bu tirəni yaratmışlar. Xələfli tirəsi Əzimməmmədli və Nurməmmədli törəyinə bölünür. Nurməmmədli törəyi Xələfov, Nurməmmədov, Vəliyev soyadlarını daşıyan ailələrdən təşkil olunub. Əzimməmmədli törəyi Əzimzadə, Əzimli, Əzimov, Səfiyev, Ağayev, Ağakişiyev soyadlarını daşıyan ailələrdən ibarətdir.
Lələkvari-kəsikyarpaq yemişan
Lələkvari-kəsikyarpaq yemişan (lat. Crataegus pinnatifida) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin yemişan cinsinə aid bitki növü.
Lələkvari bölümlü rodiola
Lələkvari bölümlü rodiola (lat. Rhodiola stephanii) — dovşankələmikimilər fəsiləsinin rodiola cinsinə aid bitki növü.
Dəhnə-Vəlidağ tirəsi
Dəhnə-Vəlidağ tirəsi — Şərur və Sədərək rayonları sərhədində, Naxçıvan dağarası çökəkliyinin şimal-qərbindəki Sədərək düzünün cənub-şərq kənarında alçaqdağlıq silsilə. Araz çayı sahilindən başlayaraq şimal-şərq istiqamətdə 16 km məsafədə uzanır və sonradan maili Şərur düzünün Orta-Üst Pleystosen yaşlı allüvial-prolüvial çöküntüləri altına gömülür. Əsasən Orta-Üst Devon, Alt Karbon və Üst Perm yaşlı karbonat və terrigen-karbonat süxurlarından təşkil olunmuşdur. Ətəklərində Paleozoy çöküntülərini uyğunsuzluqla örtən Miosen yaşlı süxurlar açılır. "Qurd qapısı" dərəsi ilə Dəhnə və Vəlidağ tirələrinə ayrılır. Bozdağ onun gömülmə hissəsinə cavab verir, Sarıdağ massivi isə cənub-şərq şaxəsini təşkil edir. Ən yüksək zirvələri Vəlidağ (1242,2 m), Qaradaş (1213,8 m), Bozdağ (1182,7 m) və Dəhnə (1154,2 m) dağlarıdır. Tektonik cəhətdən Naxçıvan qoyulma çökəkliyinin şimal-qərb qurtaracağında Şərur-Culfa qalxım zonasının Şərur seqmentinin gömülmüş cənub-qərb cinahında cavan çöküntülər altından yer səthinə çıxan Dəhnə-Vəlidağ qalxımına aid edilir və geoloji quruluşda şimal-qərb və şimal-şərq istiqamətli fay və əks-fay qırılmaları ilə kiçik bloklara parçalanmış antiklinal (Dəhnə, Vəlidağ, Dəmirçi) və sinklinal (Saraclıdağ, Qaradaş-Bozdağ, Sarıdağ) qırışıqlarla təmsil olunan antiklinal qalxıma uyğun gəlir.
Qaracalal-Qızılboğaz tirəsi
Qaracalal-Qızılboğaz tirəsi — Naxçıvan Muxtar Respublikasının Babək rayonu ərazisində alçaqdağlıq tirə. Naxçıvan çökəkliyinin şimal-şərq sərhədində, Naxçıvançayla Nəhəcirçay arasında 17 km məsafəyə uzanır və Üst Oliqosen-Alt Miosenin vulkanogen-çökmə süxurlarından təşkil olunmuşdur. Sirabçay və Qahabçayın vadiləri və qobuları ilə eninə kəsilərək bir-birindən təcrid edilmiş Qızılboğaz (1179,7 m), Misdağ (1270,6 m), Toydaş (1312,7 m), Qurddağ (1319,0 m), Qaracalar (1477,6 m), Nəhəcir (1807,3 m) və b. yüksəkliklərdən ibarətdir. Qaracalar və Nəhəcir zirvələri Alt Miosen yaşlı ekstruziv günbəzlərə uyğun gəlir. Tektonik cəhətdən Naxçıvan qoyulma çökəkliyinin şimal-şərq kənarında yerləşir.
Qum (Qax)
Qum — Azərbaycan Respublikasının Qax rayonunun inzibati ərazi vahidində kənd. Qum kəndi qədim tarixə malikdir. Kəndin tam mərkəzində ucalan V əsrə aid Qum məbədi, kəndin yuxarı başında yerləşən, XVIII əsrə aid mudafiə məqsədi ilə tikilmiş Sirt qalası, dağların qoynunda yerləşən Taxta qaya adlı abidə buna əyani sübutdur. Kəndin sakinləri olan saxurlar Qafqaz Albaniyası dövründə yaşayan 26 tayfadan biri olub. Onlar haqqında ilk dəfə eramızdan əvvəl 80-60-cı illərdə Lukull ve Pompeyin Qafqaza yürüşlərində rast gəlinir. Qədim gürcü mənbələrində onlara suci, ölkələri isə Suceti və ya Tsuketi adlanır. Onlara həmçinin eri ,ölkələrinə isə Ereti deyirdilər. Qum kəndi Qafqaz Albaniyası dövləti süqut etdikdən sonra Saxur xanlığının (VII-XVI əsr) tərkibində olub. 1562-ci ildə Saxur xanı Adıgörklü bəyə I Təhmasibin sultan titulu verməsindən sonra dövlət İlisu sultanlığı adlandırılmağa başlayıb. İlisu sultanlığının süqutundan sonra ərazilər Rusiya imperiyasının təsirinə keçib.
Qum (Salmas)
Qum (fars. كوم‎) — İranın Qərbi Azərbaycan ostanının Səlmas şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 333 nəfər. yaşayır (64 ailə).
Qum (ada)
Kiçik Zirə — Xəzər dənizinin Bakı körfəzində eyni adlı arxipelaqa aid olan adadır. Bəzən onu Qum adası da adlandırırlar. Qum adası 3.21 km uzunluğa,maksimal eni isə 0.27 km təşkil edir.
Qum (ostan)
Qum ostanı — İranın mərkəzində ostan. Mərkəzi Qum şəhəridir. Ostanın ərazisi 11.237 km² - dir . 2006 - cı ildə aparılmış rəsmi siyahıya almaya əsasən ostanda 1.046.737 nəfər əhali yaşayır . Əhalinin 91,2%-i şəhərlərdə yaşayır ki, onların da əksəriyyəti Azərbaycanlılar, farslar və lurlardır. 24 oktyabr – 13 noyabr 2011-ci il sa. əsasən Qum ostanının əhalisi 1.151.672 nəfərdir (587,661 nəfəri kişilər, 564,011 nəfəri qadınlar).
Qum (süxur)
Qum — xırda qırıntılı kövrək çökmə süxur. Fiziki aşınma nəticəsində əmələ gəlir. Ölçüsü 0,1 mm-dən 1 mm-ə qədər olan müxtəlif mineral (əsasən, kvars, çöl şpatı və s.) və süxur qırıntılarından ibarətdir. Qum əmələgəlmə şəraitinə görə çay, göl, buzlaq, dəniz, eol mənşəli olur. Qitələrin iç tərəflərində və tropik olmayan sahillərdə qum kvars şəklində silis (silikon dioksit və ya SiO2) olur. Ən yayılmış ikinci qum növü isə kalsium karbonatdır. Qumda qiymətli minerallar – qızıl, platin, almaz, yaqut, rutil, titanit və s. ola bilər. Bütün qumlar I dərəcə radioaktivliyə malidirlər (təbii radionuklidlər 370 Bk/kq, radiasiya təhlükəsi yoxdur və tikintidə məhdudiyyətsiz istifadə edilə bilərlər.
Qum (torpaq)
Qum — xırda qırıntılı kövrək çökmə süxur. Fiziki aşınma nəticəsində əmələ gəlir. Ölçüsü 0,1 mm-dən 1 mm-ə qədər olan müxtəlif mineral (əsasən, kvars, çöl şpatı və s.) və süxur qırıntılarından ibarətdir. Qum əmələgəlmə şəraitinə görə çay, göl, buzlaq, dəniz, eol mənşəli olur. Qitələrin iç tərəflərində və tropik olmayan sahillərdə qum kvars şəklində silis (silikon dioksit və ya SiO2) olur. Ən yayılmış ikinci qum növü isə kalsium karbonatdır. Qumda qiymətli minerallar – qızıl, platin, almaz, yaqut, rutil, titanit və s. ola bilər. Bütün qumlar I dərəcə radioaktivliyə malidirlər (təbii radionuklidlər 370 Bk/kq, radiasiya təhlükəsi yoxdur və tikintidə məhdudiyyətsiz istifadə edilə bilərlər.
Qum (İran)
Qum (farsca: قم) — İranda bir şəhərdir. Qum ostanının mərkəzidir. İranda ən qədim şəhərlərdən biridir. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 957,496 nəfər və 241,827 ailədən ibarət idi.
Qum Fırtınası
Qum fırtınası və ya toz fırtınası - quraq və yarı quraq bölgələrdə məşhur olan meteoroloji hadisə. Qum fırtınası, Bora cəbhəsinin zəif qum və tozun uçurulduğunda ortaya çıxar. Hissəciklər, uçurulma və dayandırılma ilə nəql edilər və bir yerdə torpaq erozyonuna və başqa yerdə depozisyona səbəb olar. Səhra və Ərəb Yarımadası ətrafındakı quraq torpaqlar, İran, Pakistan və Hindistandan gəlib Oman dənizində yığılan bəzi qatqılar ilə birlikdə, havadan enən qum və toz başlıca mənbədir. Çindəki fırtınalar isə Böyük Okeana tozları yerləşdirər. Səhra və Ərəb Yarımadasının xaricində ABŞ ilə Kanadada Rocky dağlarının şərqi boyunca uzanan Böyük Düzlüklər, Çinin Daxili Monqolustan Muxtar bölgəsindən Monqolustan Respublikasına uzanan Qobi səhrasına və Çinin Sincan Uyğur Muxtar Bölgəsində olan Təkləməkan Çölündə meydana gələn qum fırtınası bilinər. Qum fırtınası termini əksəriyyətlə səhradakı qum fırtınası məzmununda istifadə və xüsusilə Səhrada görünürlüğünü salan incə hissəciklərin yanında, əhəmiyyətli bir miqdarda daha böyük qum parçacıqlarının səthə yaxın yerlərdə uçurulduğunda istifadə edilir. Toz fırtınası termini isə daha incə hissəciklərin uzun məsafələrdə uçurulduğunda və xüsusilə şəhər sahələrində yoluxanda istifadə edilir. [1] Elm adamları ScientificAmerican.com 10 Avqust 2007 qasırğalar Afrika toz linki araşdırmaq http://www.earth-policy.org/Books/Seg/PB2ch05_ss3.htm Arxivləşdirilib 2007-06-29 at the Wayback Machine azalır TORPAQ Lester R. Brown Səth toz konsentrasiyaları 12 saatlıq ABŞ xəritəsi 'Səth Toz konsentrasiyaları üçün sətirdə bir saat blok Mouse-over' Slide Show of a Dust Storm Arxivləşdirilib 2004-06-23 at the Wayback Machine Lubbock, Texas dekabr 15, 2003 Dust in the Wind Al Asad İraq, 27 aprel 2005-ci ildə bir toz fırtına Video Arxivləşdirilib 2007-09-02 at the Wayback Machine Photos of the April 14 1935 and September 2 1934 dust storms in the Texas Panhandle hosted by the Portal to Texas History.
Qum adası
Kiçik Zirə — Xəzər dənizinin Bakı körfəzində eyni adlı arxipelaqa aid olan adadır. Bəzən onu Qum adası da adlandırırlar. Qum adası 3.21 km uzunluğa,maksimal eni isə 0.27 km təşkil edir.
Qum bazilikası
Qum bazilikası — Qax rayonunun Qum kəndi ərazisində yerləşən IV–V əsrlərə aid üçnefli, günbəzli alban məbədi. Qədim Bizans memarlığındakı bazilika (latın dilində basilevs-hökmdar bazilika isə hökmdarın evi mənasını verir) tipində inşa olunduğu üçün elmi ədəbiyyatda Qum bazilikası adlandırılır. Abidə ilk dəfə əsaslı şəkildə XX əsrin 40-cı illərində bərpaçı-memar Pyotr Baranovski tərəfindən tədqiq olunmuş və bərpa işləri aparılmışdır. Moisey Kalankatuklunun "Albaniya tarixi" əsərində adını qeyd etdiyi Qomenk yaşayış məskənində inşa edilmiş məbədlə eyniləşdirilir. Fələstinli xristian missioneri Yeliseyin atəşpərəstlər tərəfindən öldürüldüyü yerdə Alban çarı III Mömün Vaçaqanın göstərişi ilə inşa olunduğu ehtimal edilir. Abidə də ilkin elmi tədqiqat işləri Qafqaz ekspedisiyası zamanı A.S.Xaxanov tərəfindən aparılmışdır. Daha sonra Qum bazilikası P.D.Baranovski tərəfindən tədqiq edilmiş və öyrənilmişdir. P. Baranovski abidəni VI əsrə aid etmişdir. Sonradan Q.N.Çubinaşvili və D.A.Axundov da Qum bazilikasında tədqiqat işləri aparmışlar. Məbədin qalıqları Qum kəndinin mərkəzində yerləşir.
Qum bələdiyyəsi
Qax bələdiyyələri — Qax rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Qum cüllütü
Qum dəniz
Qum dəniz yatağı Bakı şəhərindən cənub-şərq istiqamətdə 21 km məsafədə dənizdə yerləşən neft-qaz yatağıdır. "Qum dəniz" neft yatağı 1955-ci ildən sənaye işlənməsinə verilmişdir. Yataqda məhsuldar horizontlar Balaxanı, Fasilə, Qirməkiüstü qumlu, Qirməkialtı və Qala lay dəstələridir. İşlənmənin əvvəlindən 1 aprel 2011-ci il tarixinə 491 quyu qazılmışdır. Yatağın ərazisi 145 km²-dir. Toplanmış hasilat 1 yanvar 2011-ci il tarixinə 28 993 min ton olmuşdur.
Qum məbədi
Qum bazilikası — Qax rayonunun Qum kəndi ərazisində yerləşən IV–V əsrlərə aid üçnefli, günbəzli alban məbədi. Qədim Bizans memarlığındakı bazilika (latın dilində basilevs-hökmdar bazilika isə hökmdarın evi mənasını verir) tipində inşa olunduğu üçün elmi ədəbiyyatda Qum bazilikası adlandırılır. Abidə ilk dəfə əsaslı şəkildə XX əsrin 40-cı illərində bərpaçı-memar Pyotr Baranovski tərəfindən tədqiq olunmuş və bərpa işləri aparılmışdır. Moisey Kalankatuklunun "Albaniya tarixi" əsərində adını qeyd etdiyi Qomenk yaşayış məskənində inşa edilmiş məbədlə eyniləşdirilir. Fələstinli xristian missioneri Yeliseyin atəşpərəstlər tərəfindən öldürüldüyü yerdə Alban çarı III Mömün Vaçaqanın göstərişi ilə inşa olunduğu ehtimal edilir. Abidə də ilkin elmi tədqiqat işləri Qafqaz ekspedisiyası zamanı A.S.Xaxanov tərəfindən aparılmışdır. Daha sonra Qum bazilikası P.D.Baranovski tərəfindən tədqiq edilmiş və öyrənilmişdir. P. Baranovski abidəni VI əsrə aid etmişdir. Sonradan Q.N.Çubinaşvili və D.A.Axundov da Qum bazilikasında tədqiqat işləri aparmışlar. Məbədin qalıqları Qum kəndinin mərkəzində yerləşir.