LƏR-LƏVİN

(Çənbərək)
sir-sifət. – Qızyetərin lər-ləvini na:sarıdı?
LƏR
LƏRGƏ
OBASTAN VİKİ
Ləvin (Piranşəhr)
Ləvin (fars. لاوينب‎) - İranın Qərbi Azərbaycan ostanının Piranşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 522 nəfər yaşayır (65 ailə).
32-lər
32-lər — Azərbaycan Milli Ordusunun əsgərləri “qırmızıların” gəlişi ilə qətiyyən barışmaq istəmirdilər. Ona görə də Azərbaycanın ayrı-ayrı bölgələrində bolşevizmə qarşı güclü müqavimət göstərirdilər. 1920-ci il mayın 25-26-da Gəncədə Sovet hakimiyyətinə qarşı 10-12 minə qədər şəxsin iştirak etdiyi güclü silahlı çıxış olmuşdu. Üsyanın əsas qüvvəsini yeni hökumətə itaət göstərmək istəməyən Azərbaycan Milli Ordusunun bölmələri təşkil edirdi. Üsyana general Cavad bəy Şıxlinski, general Məhəmməd Mirzə Qacar, polkovnik Cavanşir bəy Kazımbəyov və başqalarından ibarət Şura rəhbərlik edirdi. Mayın 31-də XI Qızıl Ordu hissələri şəhərə nəzarəti ələ keçirmişdilər. Düz 3 gün Gəncədə terror və qarət həyata keçirildi. Bir məlumata görə, Gəncə döyüşləri zamanı 8800 nəfər “qırmızılardan”, üsyançılardan isə 13 min nəfər öldürülmüşdü. Üsyanın yatırılması zamanı Milli Ordunun 6 generalı, o cümlədən general-mayor Cavad bəy Şıxlinski, general-mayor Məhəmməd Mirzə Qacar qətlə yetirilmişdi. 72 nəfər zabit Nargin adasına aparılaraq orada güllələnmişdi.
91-lər
"91-lər" — 1992-ci ildə Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevin Azərbaycanda hakimiyyət uğrunda açıq və fəal mübarizəyə səsləyən, onun hakimiyyətə qayıdışı üçün müraciətə imza atmış, Yeni Azərbaycan Partiyasının "qızıl fondu" elan olunmuş 91 nəfər tanınmış ziyalı. == Müraciətin məzmunu == 1992-ci il, 16 oktyabr tarixində Ziyalıların Heydər Əliyevə müraciəti "SƏS" qəzetinin 43-cü (72) buraxılışında "Azərbaycan Sizin sözünüzü gözləyir" başlığı ilə dərc edilmişdi. Bu müraciətin əvvəlində Azərbaycan Respublikasındakı mövcud vəziyyətə, onun baş vermə səbəbinə ümumi nəzər salınırdıː Daha sonra müraciətdə vəziyyətin doğurduğu digər fəsadlar — "respublikanın olan-qalan iqtisadi potensialının sürətlə dağılması, təbii sərvətlərimizin talan edilməsi", "vəziyyətin ağırlığından, çıxılmazlığından, həyatın qeyri-sabitliyindən, gələcəyə ümidsizlikdən respublikanı yüzlərlə ziyalı — yüksək ixtisaslı kadrların tərk etməsi" barədə məlumat verilir. Ən əsası da bu müraciətdə "Xalqımıza qarşı törədilən ən dəhşətli cinayətləri — 20 Yanvar, Xocalı, Şuşa, Laçın və digər faciələri törədənlərin cəzasız qalması" xüsusi olaraq qeyd olunur və baş verən problemin həllinin güclü bir liderin iradəsinə bağlı olduğu vurğulanırdıː 91-lər müraciətdə ölkəyə rəhbərlik edəcək həqiqi bir lideri Heydər Əliyevin simasında görərək belə bəyan edirdilərː Müraciətin sonunda bu müraciətə minlərlə Azərbaycan vətəndaşının da məmnuniyyətlə qoşulmağa hazır olması, hələlik isə ilk addım olaraq bunu bir qrup ziyalılar adından edilməsi qeyd olunurdu. Son söz olaraq isə bildirilirdiː == Heydər Əliyev 91-lər haqqında == "91-lər"in müraciəti 16 oktyabr 1992-ci il tarixində "Səs" qəzetində çap olunmuşdur. Bu barədə Azərbaycanın sabiq prezidenti Heydər Əliyev Respublika sarayında keçirilən Yeni Azərbaycan partiyasının yaradılmasının 5-ci ildönümü münasibətilə keçirlən təntənəli yığıncaqda nitqində belə demişdir: Heydər Əliyev 26 noyabr 2002-ci ildə Yeni Azərbaycan Partiyasının 10 illik yubiley mərasimindəki çıxışında isə 91-lər barədə belə demişdir: 91-lər Heydər Əliyevə müraciət ünvanlayarkən bəzi şəxslər bu müraciətə qoşulmaq istəməyib. Bu barədə məhz Heydər Əliyevin çıxışında dedikləri xüsusi maraq doğururː == Siyahı == == İstinadlar == == Xarici keçidlər == "91-lər"dən olan hər bir insana diqqət ayrılır. E. İbrahimov; Müsahibəni apardı: K. Həmidov. 525-ci qəzet, 2013, 30 noyabr, s. 8 Azəri N. "Biz fəxr edirik ki, müstəqil Azərbaycan dövlətinin vətəndaşları və regionun ən güclü siyasi təşkilatı — Yeni Azərbaycan Partiyasının üzvləriyik".
Lər (Şəbüstər)
Lər (fars. لار‎) — İranın Şərqi Azərbaycan ostanının Şəbüstər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 530 nəfər yaşayır (102 ailə).
121-lər manifesti
121-lər manifesti (fr. Manifeste des 121, tam başlıq:fr. Déclaration sur le droit à l’insoumission dans la guerre d’Algérie, ing. Declaration on the right of insubordination in the Algerian War, azərb. Əlcəzair müharibəsində tabe olmama haqqı bəyannaməsi‎) - 121 ziyalı tərəfindən imzalanmış, 6 sentyabr 1960-cı ildə Vérité-Liberté jurnalında dərc edilmiş açıq məktubdur. Fransız hökümətini, Qollçu Mişel Debreni və ictimaiyyətini Əlcəzair İstiqlaliyyət müharibəsini qanuni istiqlaliyyət müharibəsi olaraq tanımağa çağırmışdır. Fransız ordusunun işğəncələrini qınayan, Fransa dövlət məmurlarını vicdani rəddə (siyasi, əxlaqi və ya dini səbəblərə görə hərbi xidmətdən boyun qaçırmaq) hörmət etməyə dəvət edən açıq məktubdur. Bəyannamı Dionys Maskolo, Maurise Blanşot və Jan Şüster tərəfindən hazırlanmışdır.
300-lər Komitəsi
Komitet 300 və ya 300-lər Komitəsi (ing. Committee of 300) — Yer kürəsində Vahid Dünya Hökuməti (Yeni Dünya Nizamı) yaratmaq istədikləri iddia olunan siyasi-iqtisadi-ictimai təşkilat.
55-lər hadisəsi
55-lər hadisəsi və ya Sivas düşərgəsi — 27 may çevrilişindən sonra şərq və cənub-şərqdən seçilmiş 55 ağa, şeyx və tayfa başçısının Qərbi Anadoluya sürgün edilməsi. Milli Birlik Komitəsi DP üzvlərini "Kürdüstanda hökumət qurmaqda" ittiham etmişdir. 31 may 1960-cı ildə MBK-nin "Cümhuriyyət" qəzetində bu mövzuda müxtəlif sənədlər tapdığı, Şeyx Səidin oğlunun DP hakimiyyəti dövründə şərqə təbliğat səfərləri etdiyi məlum olmuşdur. Çevrilişdən 4 gün sonra şərq və cənub-şərqdən seçilən 485 ağa və şeyx Sivas Kabak Yazısı düşərgəsinə göndərilmişdir. Camal Gürsəlin bu mövzuda 2,500 tanınmış kürdü öldürməyi təklif etdiyi iddia olunmuşdur. Sivasdakı düşərgə 19 oktyabr 1960-cı ildə qüvvəyə minən 105 saylı Məcburi Məskunlaşma Qanunu ilə boşaldılmış və Milli Birlik Komitəsi tərəfindən "55 ağa" DP-ni dəstəklədiyi iddia edilərək Antalya, İsparta, İzmir, Afyon, Manisa, Dənizli və Çoruma sürgün edilmişdir. Bu qanun 1962-ci ildə ləğv olunmuşdur. == Bərzani hərəkatı == Şimal-şərqi İraqda Mustafa Bərzaninin liderliyi ilə Kürdüstan Demokrat Partiyasının başlatdığı hərəkat Türkiyənin Hakkari, Van, Siirt, Mardin, Diyarbəkir, Muş, Şırnak kimi regionlarına təsir göstərmişdir. Bu ərazilərdə Bərzani lehinə yaraqlıların toplanılması cəhdləri edilmişdir. Molla Mustafa Bərzani mülkədar, şeyx və tayfa başçısı hesab olunurdu.
300-lər Komitəsi: Dünya hökumətinin sirləri
Üçyüzlər Komitəsi: Dünya hökumətinin sirləri — Con Koulmanın 300-lər Komitəsindən bəhs edən didaktik kitabı. Kitabın yazarı, Böyük Britaniya Xüsusi Xidmətinin keçmiş zabiti Con Koulman yazır: "Həqiqət isə ondan ibarətdir ki, biz müstəqil ölkə və müstəqil xalq deyilik və heç vaxtda müstəqil olmamışıq, çünki bizi həmişə gözəgörünməz hökumət - Komitet 300 idarə edib" == Məzmun == Təxribatın miqyası dəhşətə gətirir: dövlət, maliyyə-iqtisadi, təhsil və digər ictimai institutların hamısı ələ keçirilmiş və sərt nəzarət altındadır. Üstəlik, total nəzarət təkcə ictimai miqyasda həyata keçirilməyib, həm də hər bir şəxsin fərdi şüurun nəzarət səviyyəsinə çatdırılıb. Kitab, sadaladığı faktlarla oxucunu dəhşətə gətirir, bu gün dünyada baş verən qlobal hadisələri, içində olduğumuz prosesləri anlamaq üçün ona yeni imkanlar yaradır. Çıxış yolu isə sirli və qara niyyətli "Komitet 300" təşkilatının birbaşa öz nəzarəti altına almağa çalışdığı bizlərin hər birimizin öz əlindədir. Xəbərdarlığın sonu == İstinadlar == == Həmçinin bax == == Xarici keçidlər == "The Committee of 300" ( (ing.)). coleman300.net. 2014-10-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-10-09. "John Coleman Komitet 300" ( (az.)).