91-lər
"91-lər" — 1992-ci ildə Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevin Azərbaycanda hakimiyyət uğrunda açıq və fəal mübarizəyə səsləyən, onun hakimiyyətə qayıdışı üçün müraciətə imza atmış, Yeni Azərbaycan Partiyasının "qızıl fondu" elan olunmuş 91 nəfər tanınmış ziyalı.
== Müraciətin məzmunu ==
1992-ci il, 16 oktyabr tarixində Ziyalıların Heydər Əliyevə müraciəti "SƏS" qəzetinin 43-cü (72) buraxılışında "Azərbaycan Sizin sözünüzü gözləyir" başlığı ilə dərc edilmişdi. Bu müraciətin əvvəlində Azərbaycan Respublikasındakı mövcud vəziyyətə, onun baş vermə səbəbinə ümumi nəzər salınırdıː
Daha sonra müraciətdə vəziyyətin doğurduğu digər fəsadlar — "respublikanın olan-qalan iqtisadi potensialının sürətlə dağılması, təbii sərvətlərimizin talan edilməsi", "vəziyyətin ağırlığından, çıxılmazlığından, həyatın qeyri-sabitliyindən, gələcəyə ümidsizlikdən respublikanı yüzlərlə ziyalı — yüksək ixtisaslı kadrların tərk etməsi" barədə məlumat verilir. Ən əsası da bu müraciətdə "Xalqımıza qarşı törədilən ən dəhşətli cinayətləri — 20 Yanvar, Xocalı, Şuşa, Laçın və digər faciələri törədənlərin cəzasız qalması" xüsusi olaraq qeyd olunur və baş verən problemin həllinin güclü bir liderin iradəsinə bağlı olduğu vurğulanırdıː
91-lər müraciətdə ölkəyə rəhbərlik edəcək həqiqi bir lideri Heydər Əliyevin simasında görərək belə bəyan edirdilərː
Müraciətin sonunda bu müraciətə minlərlə Azərbaycan vətəndaşının da məmnuniyyətlə qoşulmağa hazır olması, hələlik isə ilk addım olaraq bunu bir qrup ziyalılar adından edilməsi qeyd olunurdu. Son söz olaraq isə bildirilirdiː
== Heydər Əliyev 91-lər haqqında ==
"91-lər"in müraciəti 16 oktyabr 1992-ci il tarixində "Səs" qəzetində çap olunmuşdur. Bu barədə Azərbaycanın sabiq prezidenti Heydər Əliyev Respublika sarayında keçirilən Yeni Azərbaycan partiyasının yaradılmasının 5-ci ildönümü münasibətilə keçirlən təntənəli yığıncaqda nitqində belə demişdir:
Heydər Əliyev 26 noyabr 2002-ci ildə Yeni Azərbaycan Partiyasının 10 illik yubiley mərasimindəki çıxışında isə 91-lər barədə belə demişdir:
91-lər Heydər Əliyevə müraciət ünvanlayarkən bəzi şəxslər bu müraciətə qoşulmaq istəməyib. Bu barədə məhz Heydər Əliyevin çıxışında dedikləri xüsusi maraq doğururː
== Siyahı ==
== İstinadlar ==
== Xarici keçidlər ==
"91-lər"dən olan hər bir insana diqqət ayrılır. E. İbrahimov; Müsahibəni apardı: K. Həmidov. 525-ci qəzet, 2013, 30 noyabr, s. 8
Azəri N. "Biz fəxr edirik ki, müstəqil Azərbaycan dövlətinin vətəndaşları və regionun ən güclü siyasi təşkilatı — Yeni Azərbaycan Partiyasının üzvləriyik".