LƏYƏN

is. Müxtəlif ehtiyaclar – içində əl-üz və ya paltar yumaq, mürəbbə bişirmək və s. üçün istifadə edilən misdən və ya başqa materiallardan qayrılmış müxtəlif şəkilli dərin qab.
[Molla] həmişə ətəyinin altında da bir ləyən gətirib, onu da plovla doldurub evə aparır. Ə.Haqverdiyev.
Qapının yanında, ləyənin içində çoxlu təzəcə yuyulmuş paltar vardı. S.Rəhman.
Sərvnaz qarı cəld su qızdırıb Nəcəfalı kişinin keyimiş ayaqlarını ləyənə saldı. B.Bayramov.

Синонимы

  • LƏYƏN LƏYƏN Rübaba yağış suyu ilə dolan tavanı, teşti, ləyəni aparıb boşaltdı, yenə gətirib əvvəlki yerinə qoydu (H

Этимология

  • LƏYƏN Yunan dilindən keçib və onlarda laqun şəklində işlədilir. Qabın bir növüdür, “dəyirmi” deməkdir. (Bəşir Əhmədov
LƏYAQƏTSİZLİK
LƏYƏNCİK

Значение слова в других словарях