LAPAROTOMİYA

сущ. мед. лапаротомия (операция вскрытия брюшной полости), чревосечение
LAPAROSKOPİYA
LAPÇIN
OBASTAN VİKİ
Laparotomiya
Laparotomiya — qarın boşluğuna daxil olmaq üçün qarın divarından cərrahi kəsiklər edilməsini əhatə edən cərrahi əməliyyat. O, seliotomiya kimi də tanınır. == Mənşəyi və tarixi == İlk uğurlu laparotomiya 1809-cu ildə Kentukki ştatının Danville şəhərində Efraim Makdouell tərəfindən anesteziyasız həyata keçirilmişdir. 13 iyul 1881-ci ildə Corc E. Qudfello, Arizona ərazisində 32 kolt revolveri ilə güllələnən bir mədənçini müalicə etmişdir. Qudfello, güllə yarasını çıxartmaq üçün ilk laparotomiyanı həyata keçirərkən, vurulan adamı 9 gün sonra əməliyyat edə bildi. == Terminologiyası == Termin yunan sözü λᾰπάρᾱ (lapara) "qabırğa və bud arasında bədənin yumşaq hissəsi, yan" və tom şəkilçisindən və yunanca τομή (tom) "(cərrahi) kəsik" sözündən əmələ gəlir. Diaqnostik laparotomiyada (çox vaxt eksplorativ laparotomiya və qısaldılmış eks-lap kimi tanınır) xəstəliyin təbiəti məlum deyil və laparotomiya səbəbi müəyyən etməyin ən yaxşı üsulu hesab olunur. Terapevtik laparotomiyada səbəb (məsələn, yoğun bağırsaq xərçəngi) müəyyən edilir və onun müalicəsi üçün cərrahi müdaxilə tələb olunur. Adətən yalnız diaqnostik laparotomiya müstəqil cərrahi əməliyyat hesab olunur. Xüsusi bir əməliyyat artıq planlaşdırıldıqda, laparotomiya prosedurun yalnız birinci mərhələsi hesab olunur.

Digər lüğətlərdə