LAQ

сущ. морск. лаг (прибор для определения скорости хода судна и пройденного им расстояния). Hidrodinamik laq гидродинамический лаг
LAKUNA
LAQ-LAQ
OBASTAN VİKİ
Jozef Lui Laqranj
Jozef Lui Laqranj (25 yanvar 1736[…], Turin, Sardiniya krallığı[…] – 10 aprel 1813[…], Paris, Fransa) — fransız riyaziyyatçısı, mexanik və astronomu. == Həyatı == Statika və mexanika elmlərnin əsaslarını genişləndirən və "mümkün yerdəyişmələr" kimi də tanınan "ümumi formulanın" əks olunduğu klassik "Analitik mexanika" traktatının müəllifi. Sonlu artımların formulası ve bir neçə digər teoremlər onun adı ilə bağlıdır. Deyilənə görə Laqranj əsərlərini yazılışda bir səhv belə buraxmadan tamamlayırdı. 20 yaşı tamam olmamış Turində kral artilleriya məktəbinin həndəsə professoru dərəcəsini alır. İyirmi yaşlarında isə dalğaların yayılması və əyrilərin maksimum və minimumuna dair əsərlərinə görə isə artıq bütün dövrlərin ən böyük canlı riyaziyyatçısı kimi qəbul olunur. Eyler və Dalambertin məsləhəti isə Laqranj Berlində Prussiya Elmlər Akademiyasının riyaziyyat bölməsinin direktoru təyin olunur. Birinci Fransa İmperiyası zamanında o senator və qraf seçilir. Dahi riyaziyyatçı Panteonda dəfn olunur. == Fəaliyyəti == Variasiya hesablamasının əsasına çevriləcək izoperimetrik problemi də məhz Laqranj həll etmişdir.
Karavasta laqunu
Karavasta laqunu (alb. Laguna e Karavastasë) — Albaniyada ən böyük, Adriatik dənizində isə ən böyük laqunlardan biri. Karavasta Adriatik dənizindən böyük qum zolağı ilə ayrılmışdır. Laqun Divyaka-Karavasta milli parkının bir hissəsidir. Laqun 1995-ci ilin 29 noyabrından Ramsar konvensiyasına əsasən qorunan beynəlxalq ərazilər siyahısına daxil edilmişdir. == Coğrafiya == Laqun Albaniyanın qərb hissəsində, təxminən Şkumbini və Simnan çaylarının mənbələri arasında, Lyuşnya şəhərindən 20 kilometr qərbdə yerləşmişdir. Laqun təxminən 45 m² ərazini tutur. Laqunun maksimal dərinliyi — 1,3 m, orta dərinliyi — 0,7 m-dir. Laqun Adriatik dənizindən böyük qum zolağı ilə ayrılmışdır. Bataqlıq sahilləri boyunca bir neçə qumlu ada yerləşir.
Kayum (laqun)
Kayum — Kamçatka yarımadasının şimal-şərqində, Berinq dənizi akvatoriyasında yerləşir. İnzibati baxımından Kamçatka diyarı Karaqin rayonu ərazisinə daxildir. karaqin körfəzinin bir hissəsini təşkil edir. Laquna Kayum və Qıtkatkinvayam çayları tökülür. çuk. Ӄуйым çukotkaçadan tərcümədə «buxta» mənasını verir. == Su reestrinin məlumatı == Rusiya dövlət su reyestrinin məlumatına əsasən Anadır-Kolıma hövzə dairəsinə daxildir. Dövlət su reyestrindəki obyekt kodu — 19060000315320000000446.
Kudur-Laqamar
Kedorlaomer (q.yəh. כדרלעמר‎ , Kedor-Laomer; q.yun. Хοδολλογομόρ, Xodolloqomor) və ya Kudur-Laqamar (q.yəh. נדדלעמד‎, Kudur-Laomar) — Əhdi-ətiqdə personaj, Elam hökmdarı, patriarx İbrahimin müasiri. Yaradılış kitabının məzmununda təcəssüm edir. O, indiki Ölü dənizin yerində olan beş şəhərin (Sodom, Qomorra, Adma, Sevoim və Bela ) üsyankar padşahlarını cəzalandırmaq üçün Orta Şərqin digər üç padşahı ilə ittifaqda Fələstinə qarşı yürüşə başlamışdır. Kedorlaomerin adı sırf elamcadır və tanrı Laqamarın adı ilə əlaqələndirilir.
Laqaş
Laqaş-Mesopotamiyada Qədim dövr şəhərlərindən biri.E.ə. XXV-XXIV əsrlərdə yaranmışdır.Erkən sülalələr dövrünün son mərhələsində (e.ə. XXV-XXIV əsrlər) Laqaş şəhəri yüksəlməyə başlayır. Laqaş dövlətinin banisi Urnanşe idi. Urnanşenin nəvəsi Eannatum (2400-cü il) Laqaşın qüdrətini daha da artırır. Eannatum Şumerin bir sıra şəhərlərini Laqaşa tabe edir. Entemena və Luqalandanın vaxtında ərazi böyüsə də, əhalinin vəziyyəti pisləşir. Ona görə də Luqalandanın hakimiyyəti uzun sürmür . Ali hakimiyyət Uruinimkinanın əlinə keçir. O, əvvəlcə özünü ensi (kahin-hökmdar), sonra luqal (hökmdar) adlandırır.
Laqo-Naki yaylası
Laqo-Naki (Laqonaki; adıq Лэгъо-Накъ) — Adıgey Respublikası və Krasnodar diyarı sərhəddində yerləşən yayla. Yayla Qərbi Qafqaza aid olub mütləq hündürlüyü 2200 metrdir. Yaylanın orta hündürlüyü 2000 metrdir. Ümumi sahəsi 800 km²-dir. Ərazi öz alp çəmənlikləri ilə tanınır. == Ümumi məlumat == Yaylanın demək olarıki əsas hissəsi Adıgey Respublikasının Maykop rayonu ərazsisinə daxildir. Çox kiçik şimal və qərb hissəsi, Kurjips çayı vadisi və Messo dağı yamacları Krasnodar diyarının Apşeron rayonu ərazisinə aiddir. Apşeron rayonuna daxil olan ərazi istisna olmaqla bütün yayla Qafqaz qoruğuna daxildir. Yayla ərazisi 13 avqust 1992-ci ildə Adıgey hakimiyyətinin 234 nömrəli «Laqo-Naki otlaqlarının Qafqaz dövlət biosfer qoruğuna verilməsi haqqında» qərarına əsasən verilmişdir. Yayla yamacında dağ-xizək turizm bazası yerləşir.
Laqoa-Mirin
Laqoa-Мirin (port. Lagoa Mirim, isp. Laguna Merín) — Braziliya cənubunda, Uruqvayın isə şərqində olan şirinsulu göl. Uruqvarda göl Laquna-Merin olaraq adlanır. Uzunluğu 220 km, maksimal eni 42 km təşkil edir. Ümumi sahəsi 3750 km² olan göl dünyada sahəsinə görə 54-cüdür. Atlantik okeandan bataqlılaşmış qumlu sahə ilə ayrılır. Ensiz San-Qonsalo axarı Laqoa-Mirin gölünü Patus gölü ilə birləşdirir. Dayazdır. Gölə tökülən ən iri çay Jaquarandır.
Laqodex acıçiçəyi
Laqodexbinə
Laqodexbinə — Azərbaycan Respublikasının Zaqatala rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalinin əsas məşğuliyyəti taxılçılıq, tütünçülük, fındıqçılıq, tərəvəzçilik, bağçılıq və maldarlıqdır.
Laqodexi
Laqodexi (gürc. ლაგოდეხი, azərb. Qabal‎) — Alazan vadisində (Gürcüstan) şəhər, Laqodexi rayonunun mərkəzi, Kaxetiya tarixi ərazisinin parçası olub. Əhalisi — 5918 nəfər (2014). Laqodexi Azərbaycanın Balakən rayonu ilə sərhəddə yerləşir. == Tarixi == Laqodexinin adı Leketi sözündən yarandığı ehtimal olunur. Leketi tərcümədə leklərin vətəni deməkdir. Qafqaz Albaniyasının tayfalarından biri hesab edilən leklərin indiki ləzgilər olduğu qəbul edilir. Leklər patriarx Foqarmanın nəslindən olan Lekosun adından aldığı hesab olunur. Gürcü əfsanələri də bunu qəbul edir.
Laqodexi bələdiyyəsi
Laqodexi bələdiyyəsi (gürc. g.ə. ლაგოდეხის მუნიციპალიტეტი, l.ə. laqodexis munitsipaliteti) — Gürcüstan Respublikasının Kaxeti mxaresində inzibati ərazi vahidi. 2006-cı ilədək Laqodexi rayonu adlanırdı.
Laqodexi qoruğu
Laqodexi (gürc. ლაგოდეხის სახელმწიფო ნაკრძალი) — Gürcüstan ərazisində mövcud olan qoruq. Üstəlik ərazidə həmcinin yasaqlıq mövcuddur. Yasaqlığın tarixi 2003-cü ildən başlayır. Goruq 1912-ci ildə təşkil efilmişdir. Ümumilidə Gürcüstan ərazisində təşkil olunan ilk qoruqdur. == Yerləşməsi və coğrafiyası == Qoruğun ərazisi Gürcüstanın şimal-şərqində, Qafqaz dağlarının cənub ətəklərində yerləşir. Qoruq ərazisi Azərbaycan və Dağıstanla sərhdə malikdir. Qoruğuun sahəsi 19 748 ha, yasaqlığın ərazisi isə 4702 hektardır. Qoruğun ərazisi 590–3500 metr okean səviyyəsindən yüksəklikdə qərarlaşır.
Laqos
Laqos — Nigeriyanın ən böyük şəhəri. 1991-ci ilin dekabr ayınadək ölkənin paytaxtı olmuşdur. Əhalisi 7 937 932 nəfər (2006), sahəsi 999,6 km²-dir.
Laqos ştatı
Laqos ştatı (ing. Lagos State) — Nigeriya Cənub-qərb geosiyasi zonasında ştat. Şimalda və şərqdə Oqun ştatı ilə, qərdə isə Benin ilə həmsərhəddir. Cənubda Atlantik okeanın tərəfindən sulanır. == Adı == Laqos Portuqallılar gələn vaxtından bəri qəbul olunmuş addır. Ondan əvvəl, Eko adı işlənilirdi. Bu əvvəlki ad əsasən Laqos adasına aid olaraq istifadə olunurdu. Ekonun ilk sakinləri Avori tayfası idi. Avori ovçuları və balıqçıları İfedən sahil tərəfi köçüblər. Eko sözü bini dilindəki hərbi düşərgə sözündən gəlir.
Laqqutu
Laqqutu — müxtəlif ölçülü iki dördbucaq ağac qutudan ibarət zərb aləti. Azərbaycanda Lerik , Astara, Masallı, Lənkəran, Cəlilabad rayonlarında daha çox istifadə edilir. Alətin müxtəlif növləri bir çox ölkələrdə geniş yayılıb. Nağara, qoşa nağara, qaval və başqa zərb alətləri ilə birlikdə müasir ansambl və orkestrlərin tərkibində ifa edilir. == Söz açımı == "Laqqutu" sözü 2 türk kökündən əmələ gəlib: lax/lığ (boş) və qutu . Eyniköklü sözlər: "alaşa", "alaçıq" , rus dilində "лошадь" (loş at) , "лачуга" (alaçıq) . == Quruluşu == Laqqutu mizin üzərinə qoyularaq iki ağac toxmaqla çalınır. Alətin ölçüləri 250x125x50 mm-dir. Qoz, ərik, tut, fıstıq ağaclarından içərisi xüsusi ölçüdə oyularaq hazırlanır. Oyuğun üst hissəsi alt hissəsinə nisbətən nazik yonulduğundan ifa zamanı xüsusi səs tembri alınır.
Laqran (Fransa)
Laqran (fr. Lagrand, oks. Lagrand) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Alplar. Kommunanın dairəsi — Qap. Orpyer kantonuna daxildir. INSEE kodu — 05069. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 280 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 156 nəfər (15-64 yaş) arasında 114 nəfər iqtisadi fəal, 42 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 73.1%, 1999-cu ildə bu 68.6%). Fəal olan 114 nəfərdən 103 nəfər (56 kişi və 47 qadın) işləyir, 11 nəfər işsizdir (3 kişi və 8 qadın).
Laqranj nöqtələri
Bir birini qravitasiya qüvvəsi ilə cəzb edən iki göy cisminin arasında qravitasiyanın bərabərləşdiyi nöqtələrə Lagranj nöqtələri deyilir. Joseph Louis Lagrange'nin kəşf etdiyi və elm dünyasına qazandırdığı bu nöqtələr 5 dənədir. Qısaca L1,L2,L3,L4,L5 olaraq adlandırılır. L1 nöqtəsi iki göy cismi arasında qalan və onların cazibəsinin bərabərləşdiyi yerdir. Burda dayanan bir cism demək olar ki heç bir təsirə məruz qalmadan uzun müddət dolana bilər. L2 nöqtəsi isə kiçik olan göy cisminin arxasında qalan nöqtədir və yenə də qüvvələrin bərabərləşdiyi nöqtəni göstərir. L3 nöqtəsi iki göy cisminin böyük olanının arxa tərəfidir. Ancaq yenə də ikisinində qüvvələrinin bərabərləşdiyi yerdir. L4 və L5 nöqtələri heç bir təsirə məruz qalmadan sonsuza qədər dolana biləcəyiniz ən güvənli yerdir.L4 və L5 nöqtələri Dünyadan 1.6 milyon km uzaqda yerləşir.Yəni bu nöqtədən uzaqda olsanız Günəşin təsirində olacaqsınız. Əgər ki,bu nöqtədən daha yaxın olsanız o zaman Yer kürəsinin təsirində olacaqsınız.
Laqranj və Eyler baxımları
Bütöv mühit mexanikasında hərəkətinin öyrənilməsinin iki üsulu – Laqranj və Eyler üsulları var. Mühitin hərəkətinin öyrənilməsinin Laqranj baxımı fərdiləşdirilmiş hissəciklərin hərəkətinin izlənməsi ilə bağlıdır. Yəni bu baxımda, öz yerləşməsini dəyişən konkret hissəciyin mexaniki xassələrin dəyişməsi izlənilir. Riyazi nöqteyi nəzərdən Laqranj baxımı müşahidəçi koordinatlardan istifadə etməsi ilə əlaqədardır və bu koordinatlar {ξ ^ {1} }, &xi^1; y^1 , y² , y³ Laqranj koordinatları adlandırılır. Eyler baxımına əsasən fəzanın qeyd olunan nöqtəsində müəyyən vaxtlar yer tutan mühit nöqtələrinin mexaniki xassələrinin dəyişməsi izlənilir. Bu xassələr və onların dəyişməsi fəzanın qeyd olunan nöqtəsinə şamil olunur. Riyazi nöqteyi nəzərdən Eyler baxımı izləyici koordinat sisteminin koordinatlarından tədqiqatda istifadə etməsi deməkdir. Ona görə izləyici x^1 , x² , x³ koordinatlar Eyler koordinatları adlanır.
Laqun
Laqun (it. laguna, lat. lacus) rus. лагуна, ing. lagoon) – okeandan (dəniz-dən) bar, dil, mərcan rifləri ilə ayrılmış və nadir hallarda onunla dar boğazlarla birləşmiş dayaz su hövzəsi. Daha çox atollun daxilində rast gəlinir. — kiçik su tutarı olub dənizdən ensiz qumdan ibarət dil və ya mərcan rifi ilə ayrılır. Laquna tipik nümunə Venesiya şəhərinin yerləşdiyi ərazini göstərmək olar. İlk əvvəllər elə laqun adlanan termin Venesiyanın yerləşdiyi əraziyə şamil edilirdi. Sonradan bütün dünyada yerləşən bu tip coğrafi obyektlərə şamil olunmuşdur.
Laquna
Laqunlu sahil
Laqunlu sahil (rus. лагунный берег, ing. lagoon coast) — sahil tipi, sahil xəttinin bütün girinti-çıxıntıları (körfəzlər, limanlar və s.) açıq dənizdən qum təpələri və tirələri ilə ayrılaraq sahil boyunca uzanan laqun zənciri əmələ gətirir.
Laqutovka (Arxangel)
Laqutovka (başq. Лагутовка, rus. Лагутовка) — Başqırdıstan Respublikasının Arxangel rayonunda yerləşən kənd. Kənd İnzer kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Arxangel): 29 km, kənd sovetliyindən (Mışatkan): 10 km. ən yaxın dəmiryol stansiyasından (Priural stansiyası): 32 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə ruslar (49%), beloruslar (39%) üstünlük təşkil edir.
Maksim Vaşer-Laqrav
Maksim Vaşye-Laqrav (21 oktyabr 1990, Nojan-sür-Marn, Val-de-Marn, Fransa) — qrosmeyster (2005) və Gənclər arasında şahmat üzrə Dünya çempionu (2009), üçqat Fransa Çempionu (2007, 2011, 2012), Dünya Kubokunun yarımfinalçısı (2013), hazırda Fransanın 1, dünyanın isə 3 nömrəli oyunçusu. == Həyatı == Maksim Vaşye-Laqrav 21 oktyabr 1990-cı ildə Fransada doğulub.
Maksim Vaşye-Laqrav
Maksim Vaşye-Laqrav (21 oktyabr 1990, Nojan-sür-Marn, Val-de-Marn, Fransa) — qrosmeyster (2005) və Gənclər arasında şahmat üzrə Dünya çempionu (2009), üçqat Fransa Çempionu (2007, 2011, 2012), Dünya Kubokunun yarımfinalçısı (2013), hazırda Fransanın 1, dünyanın isə 3 nömrəli oyunçusu. == Həyatı == Maksim Vaşye-Laqrav 21 oktyabr 1990-cı ildə Fransada doğulub.
Oryak-Laqast
Oryak-Laqast (fr. Auriac-Lagast, oks. Auriac) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Kassan-Beqone kantonuna daxildir. Kommunanın dairəsi — Rodez. INSEE kodu — 12015. Kommuna təxminən Parisdən 530 km cənubda, Tuluza şəhərindən 110 km şimal-şərqdə, Rodezdən isə 23 km cənubda yerləşir. 2008-ci ildə əhalinin sayı 256 nəfər təşkil edirdi. 2007-ci ildə əmək qabiliyyətli 148 nəfər arasında (15–64 yaş arasında) 100 nəfər iqtisadi fəal, 48 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 67,6%, 1999-cu ildə bu 67,7%).

Значение слова в других словарях