lemur
lend-liz
OBASTAN VİKİ
Jan-Mari Len
Jan-Mari Len (30 sentyabr 1939[…]) — fransız fiziki, supramolekulyar kimyanın banisi, kimya üzrə Nobel mükafatı laureatı. Fransız kimyaçısı Len 1939-cu ilin sentyabrın 30-da Rosemdə anadan olmuşdur. 1960-cı ildə Strasburq Universitetini bitirmişdir. 1960-cı ildə Fransanın Milli elmi tədqiqatlar mərkəzində işləmişdir. 1963-1964-cü illərdə R.B. Vudvordun laboratoriyasında (Harvard Universitetində) təcrübə keçmişdir. 1963-1979-cu illərdə Strasburq Universitetində (1970-ci ildən professor), 1979-cu ildən Kollec de Fransda professor işləyir. Əsas elmi tədqiqat istiqaməti üzvi sintez və kompleks birləşmələr kimyasıdır. 1962 1967-ci illərdə Ç.C. Pedersen tərəfindən başlamış tədqiqatları genişləndirmişdir. 1970-ci ildə NMR və pH-metriya üsulları ilə bisiklik amino-kraun efirlərini öyrənmiş, sübut etmişdir ki, onlar monosiklik kraun efirlərinə nəzərən iki tərtib daha çox kompleks əmələ gətirmək qabiliyyətinə malikdir. 1972-1978-ci illərlə supermolekul adlanan Kraun efirləri komplekslərinin təkcə kationlarla yox, həmçinin anionlarla və neytral molekullarla əmələ gəlməsində həndəsi və energetik komplementarlığının əhəmiyyətli qanunauyğunluq olduğunu müəyyən etmişdir.
Len (inzibati vahid)
Len (isv. län — len, fin lääni — lyani) — İsveçin inzibati-ərazi bölgüsü vahidi. 2010-cu ilə qədər Finlandiya da lena (lyani) idi . 1660-cı ilə qədər, Danimarkada da lenlar idi, lakin sonra amtlara dəyişdirildi. Mənaca oxşar sözlər — vilayət, rayon. Hər bir Lena İsveç hökuməti tərəfindən təyin olunan və onun nümayəndəsi, həmçinin Riksdağ parlamentinin nümayəndəsi olan öz plakatı (länsstyrelse) mövcuddur. Lena Şurasının vəzifəsi hökumətin və Riksdağın siyasətinə uyğun olaraq yerli özünü idarəetməni əlaqələndirməkdir, eyni zamanda yerli xüsusiyyətlərə və tələblərə uyğun olaraq. Ölkənin prezidentinin təyin etdiyi qubernatorun rəhbərliyi altında hökumət tərəfindən idarə olunur. Bundan əlavə, hər bir mahalda mahalın əhalisi tərəfindən seçilən yerli idarəetmə orqanı var - landsting. Landsting'in əsas vəzifələrindən biri Lena şəhərində sosial və tibbi yardım göstərməkdir.
Len Klay stadionu
Len Klay stadionu (ing. Len Clay Stadium) — Qananın Obuasi şəhərində yerləşən stadion. Tamaşaçı tutumu 20,000 nəfərdir. "Aşanti Qold" komandası ev oyunlarını burada keçirir.
Sen-Marten-de-Len
Sen-Marten-de-Len (fr. Saint-Martin-de-Lenne, oks. Sent Martin) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Kampanyak kantonuna daxildir. Kommunanın dairəsi — Miyo. INSEE kodu — 12239. Kommuna təxminən Parisdən 500 km cənubda, Tuluza şəhərindən 155 km şimal-şərqdə, Rodezdən isə 33 km şərqdə yerləşir. 2008-ci ildə əhalinin sayı 268 nəfər təşkil edirdi. 2007-ci ildə 125 yaş arasında (15-64 yaş arasında) 94 nəfər iqtisadi cəhətdən, 31 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi - 75,2%, 1999-cu ildə 66,4%).
Sen-Satyurnen-de-Len
Sen-Satürnen-de-Len (fr. Saint-Saturnin-de-Lenne, oks. Sent Adornin) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Kampanyak kantonuna daxildir. Kommunanın dairəsi — Miyo. INSEE kodu — 12247. Kommuna təxminən Parisdən 500 km cənubda, Tuluza şəhərindən 160 km şimal-şərqdə, Rodezdən isə 37 km şərqdə yerləşir. 2008-ci ildə əhalinin sayı 359 nəfər təşkil edirdi. Sen-Satürnen kilsəsi (XIII əsr).
Sen-Satürnen-de-Len
Sen-Satürnen-de-Len (fr. Saint-Saturnin-de-Lenne, oks. Sent Adornin) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Kampanyak kantonuna daxildir. Kommunanın dairəsi — Miyo. INSEE kodu — 12247. Kommuna təxminən Parisdən 500 km cənubda, Tuluza şəhərindən 160 km şimal-şərqdə, Rodezdən isə 37 km şərqdə yerləşir. 2008-ci ildə əhalinin sayı 359 nəfər təşkil edirdi. Sen-Satürnen kilsəsi (XIII əsr).
Devid Marşal Lenq
Devid Marşal Lenq(ing. David Marshall Lang; 6 may 1924 – 20 mart 1991, Harlov[d], Esseks[d]) — tarixçi. London universitetində Qafqaz tədqiqatları professoru. Gürcüstan, Ermənistan və Bolqarıstan üzrə mütəxəssis. Devid Marşal Lenq 6 may, 1924-cü ildə anadan olmuşdu. Kembric Müqəddəs İohan kollecini bitirmişdi. II Dünya Müharibəsi dövründə zabit kimi İranda xidmət etmişdi.1944-cü ildə Təbriz şəhərində vitse-konsul kimi çalışmışdı. Təbrizin Bərnəva məhəlləsində yaşayan ermənilərlə tanış olmuşdu. 1949-cu ildə London Şərq və Afrika məktəbində (SOAS) işləməyə başlamışdı. D. M. Lenq Amerikanın numizmatika cəmiyyətində saxlanılan, elmə 2 variantda məlum olan belə sikkələri gürcü ərəb bənzətmələrinə, daha dəqiq desək, Abbasi dirhəmlərinə aid edib.
Edvin Herbert Lend
Edvin Herbert Lənd (Edwin Herbert Land) — (7 may 1909 – 1 mart 1991) Amerikalı alim və ixtiraçı Edvin Herbert Lənd 7 may 1909-cu ildə anadan olmuşdur. Amerikalı alim-optik, ani fotoçəkiliş üçün istifadə olunan "Polaroid" kamerasının ixtiraçısı, Fototexnika və məişət avadanlıqlarının istehsalı ilə məşğul olan "Polaroid Corporation" amerikalı şirkətinin banisi olan Lənd 1963-cü ildə milli elmin inkişafına verdiyi töhfələrə görə ABŞ-nin Prezident Azadlıq Medalı ilə təltif edilmişdir. Əliquliyev R. M., Salmanova P. M. İnformasiya cəmiyyəti: maraqlı xronoloji faktlar. Bakı: "İnformasiya Texnologiyaları" nəşriyyatı, 2013, 169 səh.
Enli lentqurd
Enli lentqurd (lat. Diphyllobothrium latum) — Pseudophyllidea dəstəsinə aid olan lentşəkilli qurddur. Enli lentqurd yaxşı bişirilməmiş yoluxmuş balıqla və ya durna balığının çiy kürüsü ilə qidalanma zamanı insanda parazitik xəstəlik olan difillobotrioz xəstəliyini törədir. Enlilent qurdun uzunluğu 9–20 m-dir. Bədəni təşkil edən buğumların sayı 4000-dən çox olub, rəngi ağımtıl, boz və ya sarımtıldır. Baş yumurta formasında olub, uzunluğu 2,5 mm, eni isə 1 mm-dir. Skoleks ön tərəfdən dəyirmi, yan tərəflərdən isə basıqdır. Başın ventral və dorzal səthində bir dərin şırım (botri) vardır. Bu şırımı başın en kəsiyində aydın görmək olur. Başın arxa hissəsi daralaraq 15 mm uzunluğu olan boyuna keçir.
Ervum lens
Vicia lens (lat. Vicia lens) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin lərgə cinsinə aid bitki növü. Vicia lens subsp. lamottei (Czefr.) H.Schaef., Coulot & Rabaute Vicia lens subsp.
Filipp Lenard
Filipp Lenard Eduard Anton (7 iyun 1862 - 20 may 1947) — Fizika üzrə Nobel mükafatı laureatı (1905) Filipp Lenard Eduard Anton 1862-ci il iyunun 7-də Slovakiyanın Preysburq (indiki Bratislava) şəhərində anadan olmuşdur. Milliyyətcə slovak olan bu alman fiziki Hitler rejiminin qatı tərəfdarı olmuşdur. Katod şüalarının tədqiqinə görə 1905-ci ildə Nobel mükafatı laureatı adına layiq görülmüşdür. Filipp Lenard Eduard Anton 20 may 1947-ci ildə Almaniyanın Messelhauzen şəhərində vəfat etmişdir. Lenard, Philipp (1906). Über Kathodenstrahlen (On Cathode Rays) (in German). Lenard, Philipp. Über Aether und Materie (On Aether and Matter) (in German). Lenard, Philipp (1914). Probleme komplexer Moleküle (Problems of complex molecules) (in German).
Georgi lenti
Georgi lenti — Rusiyanın imperiya simvollarından biri. 1769-cu ildə imperatriça II Yekaterina tərəfindən təsis olunub və Rusiya üçün qəhrəmancasına savaşan rus əsgərlərinə verilən mükafatlar onun üzərinə vurularaq, təqdim olunurdu. Həmin vaxtlardan başlayaraq, lentin standartı belədir: 3 qara, 2 narıncı xətt. Hazırda isə "Georgi lenti" Rusiyanın şovinist, "velikorus" və neofaşist gənclər təşkilatının, bir sıra siyasi partiyaların simvolu kimi istifadə olunur. Latviya hökuməti Georgi lentini 2014-cü ilin mayında qadağan etməyə təklif edib. Bundan əvvəl, Latviya ictimai tədbirlərdə Sovet rəmzlərinin istifadəsini qadağan etmişdi. Litvada da Latviyada kimi qadağa müzakirə olunurdu.
Good Bye, Lenin!
Qud bay, Lenin! (ing. Good bye, Lenin!) — tragikomediya janrında çəkilmiş alman filmi. Film ADR-in ləğvi və Almaniyanın birləşməsi haqqdadır. Filmin baş rolunda cavan gənclər oynayır, onlar infarkt keçirmiş və komadan çıxmış ağır xəstə ananın sağlamlığını qorumaq üçün ADR-in hələ də mövcud olmasını imitasiya edirlər. ADR-də dost və xoşbəxt 4 nəfərdən ibarət ailə — ər, arvad və 2 körpə uşaq yaşayır. Bir gün ailənin başçısı xaricə ezamiyyətə çıxır və o zamanki "dəmir pərdə" dönəmində tez-tez baş verən hadisə oldu — ata Qaçaq oldu və Qərbdə qaldı. Christiane Kerner'in yanına Mülki qeyimli insanlar gəlir və ona ərinin qərb ölkəsinə qetməsi barədə bəzi suallar verirlər. Sosializm ideallarına təmamilə inanan Christiane depressiyaya düşür, heç kimnən danışmır və onu xəstəxanaya yerləşdirirlər. Uşaqlar onu müntəzəm baş çəkirlər və bir neçə vaxtdan sonra o xəstəxanadan yazılır.
Good bye, Lenin! (film, 2003)
Qud bay, Lenin! (ing. Good bye, Lenin!) — tragikomediya janrında çəkilmiş alman filmi. Film ADR-in ləğvi və Almaniyanın birləşməsi haqqdadır. Filmin baş rolunda cavan gənclər oynayır, onlar infarkt keçirmiş və komadan çıxmış ağır xəstə ananın sağlamlığını qorumaq üçün ADR-in hələ də mövcud olmasını imitasiya edirlər. ADR-də dost və xoşbəxt 4 nəfərdən ibarət ailə — ər, arvad və 2 körpə uşaq yaşayır. Bir gün ailənin başçısı xaricə ezamiyyətə çıxır və o zamanki "dəmir pərdə" dönəmində tez-tez baş verən hadisə oldu — ata Qaçaq oldu və Qərbdə qaldı. Christiane Kerner'in yanına Mülki qeyimli insanlar gəlir və ona ərinin qərb ölkəsinə qetməsi barədə bəzi suallar verirlər. Sosializm ideallarına təmamilə inanan Christiane depressiyaya düşür, heç kimnən danışmır və onu xəstəxanaya yerləşdirirlər. Uşaqlar onu müntəzəm baş çəkirlər və bir neçə vaxtdan sonra o xəstəxanadan yazılır.
Gənc Leninçilər (film, 1951)
Hezer Lencenkemp
Hezer Lencenkemp (17 iyul 1964, Talsa) — ABŞ aktrisasıdır. Ən məşhur filmi "Qarağac küçəsində dəhşət" filmidir. Bu filmdə Nensi Tompson personajının ifa etməsi ilə film səhnəsində böyük populyarlıq qazanmışdır. Hezer Lencenkemp 17 iyul 1964-cü ildə Oklahoma ştatının Talsa şəhərində rəssam Meri Elis və neft maqnatı Dobi Lencenkempin ailəsində dünyaya gəlmişdi. Atası Dobi Karter və Klinton administrasiyasının energetika komissiyasının müavini vəzifəsində işləyirdi. Hezer 1983–1994-cü illər arasında bir çox filmlərə çəkilmişdi. Hezer Lencenkemp Devid Leroem Anderson ilə ailə həyatı qurmuş və ondan iki övladı dünyaya göz açmışdı. Cütlük Kaliforniya ştatının Los Anceles Sahəsinə məxsus Malibu şəhərində yaşayırlar. Hezer Lencenkemp — Internet Movie Database saytında.
Imagine (Con Lennon mahnısı)
"Imagine" — John Lennon tərəfindən yazılmış və səsləndirilmiş utopik bir mahnı. Mahnı sənətçinin 1971-ci il tarixli Imagine adlı albomunda idi. Hər nə qədər müxtəlif versiyaları edilmiş olsa və zaman içində bir çox fərqli sənətçi mahnını səsləndirmiş olsa da hələ ən çox sevilən və bəyənilən versiyası orijinal olanıdır. Bu gün ən çox sevilən mahnılardan olan Imagine, Rolling Stonenin Bütün Zamanların Ən Yaxşı 500 mahnısı anketində üçüncü olmuşdur. Lennon mahnını "din-əleyhdarı, milliyyətçilik-əleyhdarı, ənənələrə qarşı və anti-kapitalist" olaraq tanıtmışdır. Bu tanıtma Geoffrey Giulianonun Lennon`in America adlı kitabında ifadə edilmişdir. "Imagine" insan hüquqları təşkilatı Amnesty International yəni Beynəlxalq Əfv Təşkilatının rəsmi mahnısıdır. 1993-cü ildə, Lennon'un ölüm ildönümündə, David Bowie mahnını canlı olaraq yenidən səsləndirmişdir (cover etmişdir). 1999-cu ildə BMI "Imagine" mahnısını 20-ci əsrdə ən çox səsləndirilən 100 mahnıdan biri seçmişdir. 2004-cü ildə, A Perfect Circle qrupu mahnını eMOTIVe adlı albomlarında yenidən səsləndirdi (cover etdi).
Inga lenticellata
Inga lenticellata (lat. Inga lenticellata) — paxlakimilər fəsiləsinin i̇nqa cinsinə aid bitki növü.
Inga lentiscifolia
Inga lentiscifolia (lat. Inga lentiscifolia) — paxlakimilər fəsiləsinin i̇nqa cinsinə aid bitki növü.
Jermen Lens
Jermen Marsiano Lens (d. 24 noyabr 1987, Amsterdam, Niderland) — Surinam əsilli hollandiyalı futbolçu. Türkiyə Super Liqası təmsilçilərindən Beşiktaş’da oynayır.
John Lennon
Con Ono Lennon (doğum adı Con Vinston Lennon, sonradan dəyişdirilmiş adı Con Vinston Ono Lennon; ing. John Winston Ono Lennon; 9 oktyabr 1940[…] – 8 dekabr 1980[…], Nyu-York, Nyu-York ştatı) — məşhur The Beatles qrupunun yaradıcısı və ifaçısı, Böyük Britaniyanın cəngavər titulunun sahibi, Akademiya və Qremmi mükafatı laureatı, britaniyalı rok-musiqiçi, müğənni, bəstəkar, qrafika rəssamı və yazıçısı. XX əsrin ən məşhur musiqiçilərindən biri hesab edilir. O 1940-cı il 9 oktyabr tarixində Böyük Britaniyanın Liverpul şəhərində doğulub. Lennon uşaq vaxtı məktəbi sevmirdi. Çox ağıllı olmasına baxmayaraq ən yaxşı şagirdlərin sırasından ən pislərin sırasına düşmüşdü. Lakin məktəbdə öz daxili incəsənət sevgisini və bacarığını üzə çıxarıb. O məktəb xorunda oxuyub və məktəb jurnalını buraxırdı. Həmin illər Alisa möcüzələr ölkəsində kitabını oxuyurdu. 1950-ci illərin ortaları Bill Heylinin Rock Around the Clock mahnısı işıq üzü gördükdən sonra Liverpulda rock and roll populyarlıq qazanmağa başladı.
La La Lend (film, 2016)
La La Lend (ing. La La Land) — ssenari müəllifi və rejissoru Demyen Şazel olan, əsas rolları Rayan Qoslinq, Emma Stoun, Con Lecend və Rozmari Deuittin canlandırdığı, 2016-cı ildə romantik musiqili komediya-drama janrında çəkilmiş ABŞ filmidir. Filmdə musiqiçi və yeni fəaliyyətə başlayan aktrisanın Los-Ancelesdə görüşüb bir-birlərinə aşiq olmalarından bəhs edilir. Filmin adı həm hadisələrin baş verdiyi şəhərə, həm də reallıqdan uzaq anlamlı idioma işarədir. Şazel ssenarini hələ 2010-cu ildə yazsa da, onun yaradıcılıq ideyalarını sıxışdırmadan maaliyyələşdirməyə razılaşacaq studiya tapmaqda çətinlik çəkirdi. 2014-cü ildə çıxarılmış "Qamçı" filminin uğur qazanmasından sonra, layihə "Summit Entertainment" tərəfindən qəbul edilmişdir. "La La Lend" filminin premyerası 31 avqust 2016-cı ildə Venesiya Film Festivalında baş tutmuş, film ABŞ-də 9 dekabr 2016-cı ildə, Azərbaycanda 12 yanvar 2017-ci ildə təqdim edilmişdir. $30 milyon büdcəsi olan film, ümumilikdə $132 milyon gəlir gətirmişdir. Çıxarıldığı dövrdən başlayaraq təriflənən "La La Lend", 2016-cı ilin ən yaxşı filmlərindən biri kimi dəyərləndirilmişdir. Tənqidçilər tərəfindən Şazelin ssenarisi və rejissor işi, Stoun və Qoslinqin aktyor işi, Castin Hurvitzin orijinal film musiqisi və musiqi nömrələri yüksək qiymətləndirilmişdir.
Lena
Lena (ad) — qadın adı. Lena çayı — Rusiyada çay. Lena dirəkləri — Lena çayı sahilində yerləşən təbiət abidəsi. Lena (kommuna) — kommuna.
Lena (kommuna)
Lena (fr. Lenax) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Le-Donjon kantonuna daxildir. Kommunanın dairəsi — Vişi. INSEE kodu — 03142. 2008-ci ildə əhalinin sayı 243 nəfər təşkil edirdi. 2007-ci ildə əmək qabiliyyətli 140 nəfər arasında (15-64 yaş) 95 nəfər iqtisadi cəhətdən fəal, 45 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 67.9%, 1999-cu ildə 65.6%). Fəal olan 95 nəfərdən 90 nəfər (56 kişi və 34 qadın), 5 nəfər işsiz (2 kişi və 3 qadın) idi. Fəal olmayan 45 nəfər arasında 6 nəfər şagird və ya tələbə, 26 nəfər təqaüdçü, 13 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Lena Belkina
Lena Belkina (ukr. Олена Юріївна Бєлкіна; 27 noyabr 1987, Daşkənd) — Müğənni (mezzo-soprano).
Lena Meyer-Landrut
Lena Meyer-Landrut (23 may 1991) — alman müğənni. 2010 Avroviziya Mahnı Müsabiqəsində Almaniyanı "Satellite" mahnısı ilə təmsil etdi və bu mahnı ilə Almaniya qalib oldu. 2011 Avroviziya Mahnı Müsabiqəsində də o, Almaniyanı təmsil etdi.. 1991-ci il mayın 23-də Hannoverdə doğulan Lena ailənin tək övladıdır. 5 yaşından rəqslə məşğul olub, müxtəlif teleseriallara çəkilib. Vokal təhsili yoxdur.
Lena Qlaz
Lena Qlaz (ivr. ‏אילנה דוד‏‎; 23 may 1961, Bakı) — əvvəllər SSRİ-ni, 1979-cu ildən bu yana isə İsraili təmsil edən şahmatçı, qadınlar arasında beynəlxalq usta (1982). 1977-ci ildə qadınlar arasında Azərbaycan SSR çempionatının qalibi olub. 1979-cu ildən İsraili təmsil etməyə başlayıb. 1980-ci ildə qadınlar arasında İsrail çempionatının qalibi olub. 1987-ci ildə Jeleznovodskda keçirilmiş qadınlar arasında şahmat üzrə dünya çempionatında iştirak etmiş və yekunda çilili Covanna Arbuniç Kastro ilə 10–11-ci yerləri bölüşdürmüşdür. Lena Qlaz qadınlardan ibarət şahmat üzrə İsrail yığmasının heyətində 1980, 1982, 1988 və 2014-cü illərdə Şahmat Olimpiadasının iştirakçısı olub. Lena Qlaz Yerusəlim Yəhudi Universitetini və Yerusəlim Musiqi və Rəqs Akademiyasını bitirib. O, hazırda Beer-Şeva Şahmat Məktəbinin direktoru və uşaq məşqçisi işləyir. FIDE Chess profili Lena Glaz.
Lena deltası
Lena deltası — dünyanın ən böyük deltalarından biridir. Dültanın sahəsi 45 min km²-dir. Təqribi olaraq Laptevlər dənizi daxilinə 150 km daxil olmuşdur. Detla kiçik göllər, adalar və qollarla zəngindir. Dənizə yalnız üç qol dayanmadan suyunu çatdıra bilir: qərbi - Olenyokskaya, mərkəzi — Trofimovskaya və şərqi — Vısovskaya. Bu qolların hamısı gəmiçilik üçün yararlıdır. Ancaq 106 km uzunluğa malik Bıkovskaya qolu Tiksi buxtasına açılır. Burada isə Yakutiyanın dəniz qapısı olan Tiksi limanı yerləşir. Deltada Ust-Lenski qoruğu və Lena-Delta biosfer rezervi yerləşir. Onlar ümumilikdə 60 min.

Значение слова в других словарях