Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Bob Akri
Robert R. "Bob" Akri (1 oktyabr 1918, Çikaqo, İllinoys – 25 iyul 2013) — amerikalı caz pianoçusu. == Həyatı == 1 oktyabr 1918-ci ildə ABŞ-nin Çikaqo ştatında anadan olmuşdur. Bob Akri təhsilini Çikaqonun "Austin High" məktəbində almışdır. Austin High məktəbində olarkən, "Dare Qarrovay Radio Şousundakı NBC orkestrində" karyerasına başladı. Rudolf Qanz və Fred Euyinq ilə birlikdə oxuyurdu. O həmçinin Dr.Karel Cirak və Bill Russo ilə birlikdə kompozisiyanı öyrəndi. Karyerası ərzində də o, ABC və NBC Radio orkestrində, eləcə də "Mister Kellinin Çikaqo gecə klubunun orkestrı"nda da ifa edirdi. O musiqi üzrə bakalavr təhsili alıb. Bob Akri 70 yaşında ikən "Rusevelt" universitetindən ilk dəfə musiqi dərəcəsi qazanmışdır. O öz karyerasının sonlarında Kontinental Plaza Hotelinin "Kantina Room"dakı qrupuna rəhbərlik etmişdir.
Bob Anderson
Bob Anderson (yarışçı) — ingilis motosiklet və avtomobil yarışçısı.
Bob Dilan
Robert Allen Zimmermann ya da səhnə adıyla Bob Dilan (24 may 1941[…]) — ABŞ müğənnisi. 2016-cı il Ədəbiyyat üzrə Nobel mükafatının sahibi. == Diskoqrafiya == 1962 — Bob Dylan 1963 — The Freewheelin' Bob Dylan 1964 — The Times They Are a-Changin' 1964 — Another Side of Bob Dylan 1965 — Bringing It All Back Home 1965 — Highway 61 Revisited 1966 — Blonde on Blonde 1967 — John Wesley Harding 1969 — Nashville Skyline 1970 — Self Portrait 1970 — New Morning 1973 — Pat Garrett & Billy the Kid 1973 — Dylan 1974 — Planet Waves 1975 — Blood on the Tracks 1975 — The Basement Tapes 1976 — Desire 1978 — Street Legal 1979 — Slow Train Coming 1980 — Saved 1981 — Shot of Love 1983 — Infidels 1985 — Empire Burlesque 1986 — Knocked Out Loaded 1988 — Down in the Groove 1989 — Oh Mercy 1990 — Under the Red Sky 1992 — Good as I Been to You 1993 — World Gone Wrong 1997 — Time Out of Mind 2001 — "Love and Theft" 2006 — Modern Times 2009 — Together Through Life 2009 — Christmas in the Heart 2012 — Tempest 2015 — Shadows In The Night == İstinadlar == == Xarici keçidlər == Rəsmi vebsayt [1] Arxivləşdirilib 2006-11-13 at the Wayback Machine == Ədəbiyyat == John Bauldie (ed.), Wanted Man: In Search of Bob Dylan, Penguin Books, 1992, ISBN 0-14-015361-6. Jonathan Cott (ed.), Dylan on Dylan: The Essential Interviews, Hodder & Stoughton, 2006, ISBN 0-340-92312-1. Bob Dylan, Chronicles: Volume One, Simon and Schuster, 2004, ISBN 0-7432-2815-4. Sue Fishkoff, The Rebbe's Army: Inside the World of Chabad-Lubavitch, Schocken Books, 2003, ISBN 0-8052-1138-1. Andy Gill, Classic Bob Dylan: My Back Pages, Carlton, 1999, ISBN 1-85868-599-0.
Bob Harper
Robert "Bob" Harper — amerikalı personal məşqçi. Amerika teleserialı The Biggest Loserdə iştirak etmişdi. == Həyatı == Bob Harper 18 avqust 1965-ci ildə Neşvill şəhərində anadan olmuşdu. Harper heyvandarçılıq fermasında böyüyüb, ancaq sonradan iddialı və ambisialı Bob Los Ancelesə, öz arzularının axtarışına qedir. O Klarksvilldəki Austin Peay Dövlət Universitetinə qəbul olmuşdu. Bob Skinny Bitch adlı kitabı oxuduqdan sonra ciddi şəkildə vegeterian olmağa qərar verir That same year, PETA voted him sexiest male vegetarian of the year. . PETA ona ilin ən seksual personal məşqçisi adını vermişdi. The Biggest Loser adlı teleproektin məşhurluğu inanılmaz dərəcədə böyükdür və başlıca olaraq, Bob da bu proektdə kənarda qalmadı. Proqrammın rəsmi treneri olduqdan sonra, o millionlarla kök insanların canlı efirdə arıqlamalarına kömək oldu. Maraqlısı odur ki, iştirakçılar etiraf edirdilər ki, Bob efirdə daim nəzakətli və hətta biraz yumşaq olmasına baxmayaraq, əslində idman zalında təmamilə başqa cürdü.
Bob Houp
Lesli Tauns Houp (ing. Leslie Townes Hope; 29 may 1903[…] – 27 iyul 2003[…]) — Dünyaca məşhur olan Bob Houp peşəkar gülüş ustası, aktyor, müğənni, rəqqas, idmançı və yazıçı idi. Houpun yüksək səviyyəli tərəfdaşı Bing Krospi ilə 7 bölümnən ibarət "Yol" musiqili komediya filmi, o cümlədən baş rola çəkildiyi 54 bədii film, həmçinin 70-dən çox qısamüddətli və bədii filmlər daxil olmaqla təxminən 80 ili əhatə edən bir karyerası var. Musiqi sahəsində "Thanks for the Memory" (xatirə üçün təşəkkürlər) mahnısı onun ən çox yadda qalan mahnısı idi. Houp Londonun cənub-şərqində Eltam mahalında anadan olmuş, 4 yaşında ikən ailəsi ilə birlikdə Birləşmiş Ştatlara köçmüş, Klivlend, Ohayo ştatında böyümüşdü. 1910-cu illərin sonlarında boksçu kimi qısa karyerasından sonra, 1920-ci illərin əvvəllərində şou-biznes karyerasına başlamışdı, "Broadway" teatrında fəaliyyət göstərmədən əvvəl "Vodevil" dövründə komediyaçı və rəqqas kimi başladı. Houp 1934-cü ildən başlayaraq radio və filmlərdə görünməyə başladı. O, həmçinin müasir Amerika komediyasının əsasını qurmağa kömək etdi.
Bob Marli
Robert Nesta "Bob" Marli (6 fevral 1945, Nayn Mayl, Yamayka — 11 may 1981, Mayami) — Yamaykalı musiqiçi və Rastafari hərəkatının üzvü. Reqqi musiqisinin tanınmasında əvəzsiz rolu olmuş Bob Marley "I shot the sheriff", "Bad Boys", "No Woman, No Cry", "One Love" və s. hitlərin müəllifidir. Məhz reqqi musiqisi onun beynəlxalq müvəffəqiyyətinin sayəsində Yamayka xaricində geniş şöhrət əldə etmişdir. == Həyatı == Yamaykalı musiqiçi, gitaraçı, vokalçı və bəstəkar Bob Marli — əsl adı Robert Nesta Marli 1945-ci il fevralın 6-sı anadan olub. Bobun ölümündən 30 il keçməsinə baxmayaraq o indiyədək Reqqi janrının ən yaxşı nümayəndəsi sayılır. Reqqini Yamayka sərhədlərindən kənarda bütün dünyaya məhz Bob Marli tanıdıb. Bob Marli Yamaykanın Nayn-Mayls kəndində anadan olub. Onun atası Böyük Britaniya zabiti Norval Marli avropalı idi. Daha sonra o Yamaykada işlədiyi zaman 18 yaşlı Sedella Bukerlə tanış olur və onlar evlənirlər, lakin Bob doğulandan sonra Norval ailəni tərk edir.
Bob Peysli
Bob Peysli(ing. Bob Paisley; 23 yanvar 1919 – 14 fevral 1996, Liverpul) — ingilis futbolçu və baş məşqçi. == Həyatı == == Karyerası == 1939-cu ildə Mersisaydın qırmızı tərəfinə transfer olan Bob Paisley, 1946-47 mövsümündə bir çempionluq qazandığı, ardından 1951-də kapitan olduğu və 1954-də aktiv futbol həyatını sonlandırdığı Liverpulda, 15 il boyunca, qırmızı formanı tərlətdi.Bob Peysli, futbolu buraxmasının ardından Liverpulda qaldı və ehtiyat komandada məşqçiliyi və əsas komandada fizyoterapistlik etməyə başladı. Onu Liverpul tarixinin ən çox uğur qazanan məşqçisi kimi qəbul edə bilərik. Bill Şenklidən sonra Liverpulun başına gələn ən yaxşı məşqçi. Avropanın kralı Peysli. 1 Dekabr 1959-cu ildə, Böyük Adam Bill Şenkli, 2-ci liqadakı Liverpulun başına keçdi. . Şenkli, Bob Peysli və Co Feqan köməkçiləri olaraq yanına aldı və 1962-ci ildə, klubu 8 illik ikinci liqa kabusundan çıxartdı. Bob Peysli, üç liqa, iki federasiya kuboku (FA), bir UEFA Kuboku zəfərindən sonra 1974-də məşqçiliyi buraxan Şenklidən bayrağı götürdü. İlk ilində Liverpulu liqada ikinci etməsi fanatları üzdü.
Bob Ross
Bob Norman Ross (d. 29 oktyabr 1942, Daytona Sahili, Florida, ABŞ - ö. 4 iyul 1995, Orlando, Florida, ABŞ) — ABŞ rəssam və televiziyaçısı. == Həyat == Bob Ross, yarım saat ərzində təbiət rəsmlərinin yaradıldığı uzun illər davam edən "Şəkil Sevinci" proqramıyla tanınmışdır. Orijinal adı "The Joy of Painting" olan proqram çox populyar olmuşdur. Rəssam tutulduğu limfa bezi xərçəngi səbəbiylə 1995-ci ildə həyatını itirmişdir. Hazırladığı televiziya proqramları hələ də bir çox ölkənin TV kanallarında yayımlanmaqdadır.
Bob Sinkler
Bob Sinkler (doğum adı Kristof Le Friа́n fr. Christophe Le Friant; 10 may 1969-cu il) — Fransalı prodüser, DJ. Yellow Production adlı leyblın yaradıcısı. == Musiqi karyerası == Kristof Le Friа́n Dj-liyə 1980-ci illərdə "Chris the French Kiss" adı altında başlayıb. Bu müddət ərzində hip-hop musiqisi və caz musiqisi ona daha çox təsir edib və o, The Mighty Bop və Reminiscence Quartet (musiqi kvarteti ilə birlikdə) adlı musiqi layihələri yaradıb. Reminiscence kvartetində Le Friа́n ləqəbini Desmond K dəyişmişdir. Bob Sinkler adını 1998-ci ildə qəbul edib, bu təxəllüsü o, Le Magnifique filmindən götürüb. O, haus-musiqisinin "fransız üslubunu" diskonun sətirləri ilə istifadəsinə və tanıdılmasına görə məşhurlaşıb. O, öz musiqi üslubunun "sülh, məhəbbət və haus-musiqisinindən" ilham aldığını bildirmişdi. Sinklerin bir neçə mahnısı beynəxalq hitlərə çevrilmişdilər, xüsusən də Avropa da çox populyar olmuşdular. "Love Generation" (Qeri Paynla birgə) və "World, Hold On" (Stiv Edvardsla birgə) onun ən populyar hitləridi.
Bob Veaton
Bob Veaton (28 dekabr 1941, Viktoriya) — Kanadalı keçmiş üzgüçü. Bob Veaton Kanadanı 1960-cı ildə XVII Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Bob Veaton birinci dəfə Olimpiya Oyunlarına 1960-cı ildə qatıldı. O, Romada baş tutan XVII Yay Olimpiya Oyunlarında kişilər 100 m arxası üstə stilində, təsnifat mərhələsində iştirak etdi. 1:05.7 saniyəlik nəticəsi ilə öz cığırında 3-cü yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi.
Bob Vudvord
Robert Apşer "Bob" Vudvord (ing. Robert Upshur "Bob" Woodward; 26 mart 1943[…]) — "Pulitzer" mükafatlı jurnalist. 1972–1974-cü illərdə Outerqeyt qalmaqalı zamanı Vaşinqton post qəzetinin müxbiri olaraq ABŞ prezidenti Riçard Niksonun istefa etməsinə məcbur olacaq faktları üzə çıxararaq böyük uğur qazanmışdır.
Bob Şuli
Bob Şuli (ing. Bob Schooley) - ABŞ ssenari müəllifi və prodüseridir.
Daue Bob
Daue Bob Postyuma (nid. Douwe Bob Posthuma; d. 12 dekabr 1992, Amsterdam, Niderland) və ya sadəcə Daue Bob — Niderland müğənnisi və bəstəkarı. O, Niderlandın De beste singer-songwriter van Nederland yarışmasında qələbə qazanmışdır. Əsasən kantri və folk musiqisi ifa edən müğənni Niderlandı 2016 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. == Həyatı == Daue Bob Postyma 12 dekabr 1992-ci ildə Niderlandın paytaxtı Amsterdamda anadan olmuşdur. Onun atası Simon Postyuma Niderlandın The Fool dizayn şirkətinin üzvüdür. Daue 6 yaşında ikən pianoda ifa etməyi öyrənmiş və musiqi janrı kimi ilkin olaraq klassik musiqi və caz ilə maraqlanmışdır. O, 14 yaşında gitarada ifa etməyə başlamışdır. Daue musiqiyə 50-ci və 70-ci illərin kantri, folk və pop musiqilərindən ilham aldığını söyləmişdir.
Sponge Bob
"Süngər Bob Kvadrat Şalvar" (ing. "SpongeBob SquarePants") — ABŞ-də yaradılmış, dünyanın ən populyar televiziya proqramlardan biri. 2004-cü ildə serialın əsasında Süngər Bob Kvadrat Şalvar Film adlı cizgi filmi çəkilib. 2007-ci ildə Time jurnalı bu serialın bütün zamanların ən yaxşı cizgi serialı olduğunu yazmışdılar. Süngər Bob — cizgi filmin əsas qəhrəmanıdır. Qonşusu Patrik onun ən yaxşı dostudur. Onların ən çox sevdiyi məşğuliyyətlərdən biri də meduza ovlamaqdır. Süngər Bobun və Patrikin qonşusu Squidwardın isə bu heç də xoşuna gəlmir. Squidward həmişə onların bu hərəkətlərindən imtina etmələrini istəyir. Lakin Süngər Bob və Patrik Squidwardın dediklərini zarafat kimi başa düşür və yenə də istədiklərini edirlər.
Usta Bob
Usta Bob (ing. Bob the Builder) — HIT Entertainment, HOT Animation və SD Entertainment üçün Kit Çapman tərəfindən yaradılmış Britaniya animasiyalı uşaq televiziya serialıdır.
Billi Bob Tornton
Billy Bob Thornton (4 avqust 1955) — Amerikan oyunçu, film yazarı. Onun şöhrətlənməsi 1990'ların ortasında, Sling Blade adlı filmi yazıb,rejissorluq edib,filmdə iştirak etməyindən sonra başlayır. Bu filmlə Billy Bob Oskar mükafatı almışdır. Melissa Lee Gatlin ilə 1978-1980 illər arasında, Toni Lavrens ilə 1986-1988 illər arasında, Cynda Villiams ilə 1990-1992 illər arasında, Pierta Davn Çerniak ilə 1993-1997 illər arasında ve Ancelina Coli ilə 2000-2003 illər arasında evli qalan Billy Bob Thornton'un ən maraqlı sevgi hekayəsi Ancelina Coli ilə olmuşdur.
Billy Bob Tornton
Billy Bob Thornton (4 avqust 1955) — Amerikan oyunçu, film yazarı. Onun şöhrətlənməsi 1990'ların ortasında, Sling Blade adlı filmi yazıb,rejissorluq edib,filmdə iştirak etməyindən sonra başlayır. Bu filmlə Billy Bob Oskar mükafatı almışdır. Melissa Lee Gatlin ilə 1978-1980 illər arasında, Toni Lavrens ilə 1986-1988 illər arasında, Cynda Villiams ilə 1990-1992 illər arasında, Pierta Davn Çerniak ilə 1993-1997 illər arasında ve Ancelina Coli ilə 2000-2003 illər arasında evli qalan Billy Bob Thornton'un ən maraqlı sevgi hekayəsi Ancelina Coli ilə olmuşdur.
Bob's Burgers
Bob's Burgers (azərb. Bobun Burgerləri‎) — 9 yanvar 2011-ci ildə Fox kanalında nümayiş etdirilən Loren Bouchard tərəfindən hazırlanan bir cizgi film. Serialın əsası Belcher – valideynləri Bob və Linda olmaqla, onların uşaqları Tina, Gene və Luis burger restoranında işləyən ailə üzərində qurulub. "Ev Filmi" adlı filmini yaratdıqdan sonra Bouçard tərəfindən hazırlanmışdır. 20th Century və Fox Studiyasının birlikdə səyi nəticəsində hazırlanır. İlk mövsümə baxışları qarışıq olsa da, sonrakı mövsüm üçün rəylər daha çox müsbət olmuşdur. Bobun Burgeri cizgi-serialından qabaq Fox Studiyası tərəfindən çəkilmiş "Human Flesh" 9.39 milyon aktiv izləyici topladığı üçün, Bobun Burgeri serialı yayımlandıqdan sonra ilk həftədə ən çox izlənən 9-cu serial olmağı bacardı. Yenidən yayımlanması 23 iyun 2013-cü ildən başlayaraq Cartoon Network kanalının yetişkinlər üçün olan gecə kanalı Adult Swimdə yayınlanmağa başladı. Bobun Burgeri cizgi-serialının əsasında Dynamite Entertainment tərəfindən bir cizgi kitab seriyası 2014-cü ilin sentyabrında çapa başladı. Cizgi filmin musiqi albomu isə May ayının 12-də, 2017-ci ildə yayımlanmağa başlandı.
Bob Anderson (yarışçı)
Bob Anderson (ing. Robert Hugh Fearon "Bob" Anderson; 19 may 1931, Hendon[d], Böyük London – 14 avqust 1967) — ingilis motosiklet və avtomobil yarışçısı, 29 Qran-pri Formula 1-də iştirak etmişdir. Karyerasına 1953-cü ildə moto yarışlarda iştirak edərək başlamış, 7 ildə iki dəfə North West 200 qalibi olmuş, müntəzəm olaraq xal qazanmışdır. Lakin, 1960-cı ildə iştirak etdiyi yarışda zədə aldı. Formula Junior –da və 5 il 1963-67 illərdə Formula 1-də iştirak etdi. 1967- ci ildə Silverstone Circuit –də test zamanı qəzaya düşdü. == Bioqrafiya == Anderson, 1931-ci ildə Britaniyada anadan olub. Karyerasına 50-ci illərdə moto yarışlarda iştirak edərək başladı. 1960-cı ildə aldığı zədə nəticəsində motosiklet yarışlarına son qoydu və öz imkanlarını qiymətləndirmək üçün, Anderson, Formula Junior-da çıxış etməyə başlayır. Daha sonra Lotus komandasında yarışlara qatılır.
Bob Semple tankı
Bob Semple tankı - Yeni Zelandiya Daxili İşlər naziri Bob Semple tərəfindən İkinci dünya müharibəsində yaradılmış Yeni Zelandiya tankıdır. Əldə olan materiallardan istifadə edilməklə hərbi texnikaya olan ehtiyacdan yaradılmış olan bu tank traktorun üzərinə polad parçaları birləşdirməklə yaradılmışdır. Yaponiyanın Yeni Zelandiyanı işğal etmək qorxusundan yaradılmış olan bu tank ölkənin müdafiə edilməsi ehtiyacından yaradılmışdır. Rəsmi konstruksiya və hazırlanma planına sahib olmayan bu tank yaradılmış, lakin çoxsaylı mexaniki qüsurları, istifadə edilməsinin praktiki cəhətdən olduqca çətin olması səbəbindən kütləvi istehsala və hərbi əməliyyat meydanlarına heç bir zaman buraxılmamışdır. == Konstruksiya və yaradılması == Yeni Zelandiyanın qonşusu Avstraliya kimi yerli zirehli müharibə maşını istehsal edəcəck sənayesi yox idi. Zirehli müharibə maşının Böyük Britaniyadan idxal ediləcəyi gözlənilirdi. Avstraliya və Yeni Zelandiya zireh və zirehli maşın istehsal edəcək ağır sənayeyə sahib olsa da çox az şey istehsal edilmişdi. Yeni Zelandiya Ordusunun mexanikləşdirilməsi fikri, müharibədən əvvəl irəli sürülsə də bu sahədə çox az uğurlara imza atılmışdı. Əfqanıstan və Çinə satılan Caterpillar Model 35 şassisi üzərində bir zirehli qutudan hazırlanmış 1937-ci il istehsalı olan ABŞ istehsalı olan Disston “Altı Ton Traxtor Tankı”nın istifadəsi məsləhət görülmüşdü. Yeni Zelandiya bəzi digər ölkələrin zirehli yük maşınlarına oxşayan zirehli yük maşınları istehsal etmişdi və Avstraliyadan Böyük Britaniya istehsalı olan Universal Daşıyıcı (Universal Carrier) almaq planları baş tutmamışdı.
Süngər Bob (personaj)
Süngər Bob Kvadrat Şalvar (ing. SpongeBob SquarePants) — Süngər Bob Kvadrat Şalvar, Patrik Starın şousu və "Korall" düşərgəsi: Süngər Bobun uşaqlığı cizgi seriallarının əsas qəhrəmanıdır. İlk cizgi serial Nickelodeon telekanalında ilk dəfə olaraq 1 may 1999-cu ildə yayımlanmışdır. Personaj dəniz bioloqu və animator olan Stiven Hillenberq tərəfindən yaradılmışdır. Cizgi serialın ingilis (orijinal) versiyasında Süngər Bob Kvadrat Şalvar personajını aktyor Tom Kenni səsləndirir. Süngər Bob — dəniz süngəridir, lakin, mətbəx süngəri formasındadır. Cizgi serialın müəllifi Stiven Hillenberq ilk dəfə olaraq Süngər Bobu kvadrat formasında təsvir etməmişdi. Lakin daha sonra Stiven Hillenberq Süngər Bobu kvadrat formasında təsvir etmişdir. Bunun da səbəbi kvadrat formasında Süngər Bobun daha gülməli və maraqlı görünməsidir. Süngər Bob ananas evdə yaşayır.
Süngər Bob qaçışda
Süngər Bob qaçışda (ing. The SpongeBob Movie: Sponge on the Run) — Tim Hillin rejissorluğu ilə 2020-ci ildə çəkilmiş animasiya filmi. Cizgi filmi "Süngər Bob" serialının yaradıcısı Stiven Hillenburqun xatirəsinə həsr olunub. Bu cizgi film, Süngər Bob haqqında çəkilən üçüncü tammetrajlı filmdir. Atlantida kralı Poseydon (Mett Berri) kanslerindən (Reci Uotts) qrim üçün bir ilbiz sifariş verməsini istəyir. Kansler də elan verir. Elanı oxuyan Şeldon Plankton (Mister Lourens) bunu krabsburgerin sirli reseptini ələ keçirmək üçün bir fürsət hesab edir. Belə ki, o düşünür ki, əgər Süngər Bobun ev ilbizi Qerini (Tom Kenni) Poseydona versə Süngər Bob Atlantidaya gedəcək və bir daha dönməyib ona mane olmayacaq. Və Plankton öz planını yerinə yetirib Qerini Poseydona satır. Süngər Bob (Tom Kenni) bundan xəbər tutaraq dostu Patriklə (Bill Fagerbakki) birgə axtarışa çıxır.
Job
JOB ~ задание ~ iş ~ iş, tapşırıq-kompüterin yerinə yetirdiyi müəyyən həcmli iş.Termin meynfreymlər meydana çıxanda yaranıb: o zaman müxtəlif proqramlar tərəfindən emal edilən verilənlər paket-paket, çox zaman perfokartlarda verilirdi və informasiyanın işlənməsi ayrıca əməliyyat və ya iş kimi planlaşdırılıb yerinə yetirilirdi. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov). İnformatika terminlərinin izahlı lüğəti. “Bakı” nəşriyyatı, 2017, 996 s.
Kob
Kobus kob (lat. Kobus kob) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinin su keçisi cinsinə aid heyvan növü.
Rob
Rob — ad. Rob Burdon — Linkin Parkın zərb alətçisi. Rob Qonsalves — Kanadalı rəssam. Rob Elder — Ficili oxatan.
.срб
.срб (.xn--90a3ac) — Yuxarı səviyyəli kiril əlifbasında olan Serbiyanın milli domeni. İnternetdə kiril əlifbasında yazılmış ikinci domen. (birinci .рф) . Domen 3 may 2011-ci ildə işə salınmışdı . Domen adlarının qeydiyyat prosesi 27 yanvar 2012-ci ildə başladı.. Bu zonada birinci qeyd edilmiş domen "рнидс.срб" oldu — (Serb milli domen registratoru).
2009 год
== Hadisələr == Azərbaycan Respublikasında "Uşaq ili". 1 aprel - Xorvatiya və Albaniyanın NATO-ya qəbul edilməsi. 21 iyun — Danimarkanın keçmiş müstəmləkəsi Qrenlandiyanın öz müstəqilliyini elan etməsi. A-Team adlı rep-qrupu yaradılmışdır. 18 fevral - "Bakı İslam mədəniyyətinin paytaxtı – 2009" tədbirlərinin təntənəli açılışı . 18 mart - Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklər haqqında əlavə və dəyişikliklər edilməsinə dair referendum keçirilməsi. 18-24 mart - Bakıda "Muğam aləmi" Beynəlxalq musiqi festivalının keçirilməsi. 30 aprel — Azərbaycan Dövlət Neft Akademiyasında terror hadisəsi 4 may - Azərbaycan Respublikasının Prezidenti tərəfindən "Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya"nın və "Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında sərəncamın imzalanması. 9 sentyabr — Azərbaycan və Tuvalu dövlətləri arasında diplomatik əlaqələrin qurulması haqqında Birgə Kommünike imzalanması. 6 dekabr — Bakı şəhərində Azərbaycan Vikipediyası istifadəçilərinin ilk görüşünün keçirilməsi.
2011 год
== Hadisələr == Azərbaycan Respublikasında "Turizm ili". 1 yanvar Estoniya avro pul vahidinə keçir, Avro Bölgəsinin 17-ci üzvü olur. Macarıstan Avropa Birliyi Şurasının sədri oldu. 3 yanvar Arnold Şvartsenegger Kaliforniya ştatın qubernator yerini buraxıb. 4 aprel — Cartoon Network (Türkiyə) Loqosunu dəyişmişdir. 11 fevral – Misirdə uzun sürən etirazlardan sonra ölkə prezidenti Hüsnü Mübarək istefa verir. 11 mart – Yaponiyada 8.9 bal gücündə dağıdıcı zəlzələ baş verir. Zəlzələ nəticəsində sunami fəlakəti yaşanır, Fukusima atom stansiyasında qəza baş verir. 15 sentyabr — Moskvada Müslüm Maqomayevin Mədəni-Musiqi İrsi Fondunun dəstəyilə hazırlanmış Müslüm Maqomayevin abidəsinin təntənəli açılış mərasimi olmuşdur 24 oktyabr — Azərbaycan Respublikası ilk dəfə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilmişdir. 31 oktyabr — Dünya əhalisinin sayı 7 milyard olmuşdur.
Bonave-le-О
Vonave-le-О (fr. Vaulnaveys-le-Haut) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Viziy kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38529. Kommunanın 2010-cu il üçün əhalisi 3442 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 338 ilə 1 714 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 500 km cənub-şərqdə, Liondan 105 km cənub-şərqdə, Qrenobldan 11 km şimal-qərbdə yerləşir.
Hо (hərf)
Հ, հ (Adı: ho, erm. հո) — erməni əlifbasının 16-ci hərfi. Transkripsiya "h". Tələffüzü "H". Rəqəm işarəsi "70". Mesrop Maştots tərəfindən 405-406-cı illərdə yaradılıb. Orta əsrlərdə "erkatagir", "qrçagir", "notrgir", "şhagir" yazı növləri istifadə olunub.
Sen-Marten-lez-О
Sen-Marten-lez-О (fr. Saint-Martin-les-Eaux, oks. Sant Martin deis Aigas) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. Şimali Manosk kantonuna daxildir. Kommunanın dairəsi — Forkalkye. INSEE kodu — 04190. 2008-ci ildə əhalinin sayı 99 nəfər təşkil edirdi. 2007-ci ildə 72 yaşda (15-64 yaş arasında) 54 nəfər iqtisadi cəhətdən fəal, 18 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 75.0%, 1999-cu ildə 80.0%). Fəal olan 54 nəfərdən 48 nəfəri (27 kişi və 21 qadın), 6 nəfər işsiz (2 kişi və 4 qadın) idi.
Vonave-le-О
Vonave-le-О (fr. Vaulnaveys-le-Haut) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Viziy kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38529. Kommunanın 2010-cu il üçün əhalisi 3442 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 338 ilə 1 714 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 500 km cənub-şərqdə, Liondan 105 km cənub-şərqdə, Qrenobldan 11 km şimal-qərbdə yerləşir.
ВИНИПОЛ BБ-2 aşqarı
VİNİPOL VB-2 (rus. ВИНИПОЛ BБ-2) aşqarı – qatılaşdırıcı aşqar olub, vinil-n-butil efirinin polimerindən (C6H12)n ibarətdir. aşqarı eynicinsli, şəffaf, rəngi - açıq sarı rəngdən sarı rəngə çalır. VİNİPOL VB-2 aşqarı yaxşı qatılaşdırıcı olub yağların özlülüyünü və özlülük indeksini artırmaqla yanaşı, onların yaşlayıcılıq xassələrinin də yaxşılaşdırır, dielektrik və plastiklik xassələrini yüksəldir. Lakin termooksidləşdirici və mexaniki destruksiyaya qarşı davamlılığı yüksək deyil. Vinil-n-butil efirinin Fridel-Krafts və ya Tsiqler-Natta katalizatorlarının iştirakında kation polimerləşməsindən alınır. Alınan polimerin molekul çəkisi 6000-12000 həddində olur. VİNİPOL VB-2 aşqarı hal-hazırda sənayedə ТУ 0258-037-05788576-2000 üzrə buraxılır. VİNİPOL VB-2 aşqarı hidravlik mayelər (АГМ-10, МГЕ-10А), kompressor və digər yağlar üçün qatılaşdırıcı aşqar kimi tətbiq olunur. Yüksək voltlu aparatlarda dielektrik kimi, eləcə də toz boyaların istehsalında plastifikator kimi istifadə edilir.
ОТ-54
OT-54 — Sovet orta tipli tankı. 1955-1959 illər arasında kiçik bir sıra istehsalı oldu. Огнемётные танки OT-54, TO-55 и ОБ. 483 Arxivləşdirilib 2009-01-06 at the Wayback Machine на сайте КП «ХКБМ им. А. А. Морозова».
Хо (hərf)
Հ, հ (Adı: ho, erm. հո) — erməni əlifbasının 16-ci hərfi. Transkripsiya "h". Tələffüzü "H". Rəqəm işarəsi "70". Mesrop Maştots tərəfindən 405-406-cı illərdə yaradılıb. Orta əsrlərdə "erkatagir", "qrçagir", "notrgir", "şhagir" yazı növləri istifadə olunub.