Ətli lobya şorbası — sulu yemək.
Hər pay üçün:
Hərəsi 40 q çəkidə 2–3 tikə qoyun əti suda bişirilir. Lobya yuyulub isladılır və ətə qatılıb bişirilir. Baş soğan doğranır və yağda qızardıldıqdan sonra şorbaya qatılır. Sonra şorbaya duz və istiot vurulub bişirilir.