Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Etibar Etibarlı
Etibar Etibarlı — şair-publisist, jurnalist, Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvü, Rəsul Rza adına ədəbi mükafatın laureatı, Prezident təqaüdçüsü. == Həyat və fəaliyyəti == Etibar Etibarlı 2 aprel 1951-ci ildə Şamaxı rayonunun Kürdəmic kəndində (indiki Əhmədli) anadan olmuşdur. 1968-ci ildə S. M. Qənizadə adına Şamaxı şəhər 1 saylı orta məktəbi bitirmişdir. Bir müddət "Yeni Şirvan" rayon qəzetində işləmiş , sonra isə AzTV-nin "Gənclik" redaksiyasının "Yekun" jurnalında ştatdankənar kiçik redaktor kimi fəaliyyət göstərmişdir. Uşaq yaşlarından şeirə həvəs göstərmişdir. 1974-cü ildə M. F. Axundov adına Rus dili və Ədəbiyyatı İnstitutunu (indiki Slavyan Universiteti) bitirib, rayonda müəllim işləmişdir. === Bədii fəaliyyəti === İlk şeirləri hələ məktəbliykən "Göyərçin" jurnalında və rayon qəzetində dərc olunmuşdur. "Ulduz" jurnalının 1969-cu il 10-cu nömrəsində şair Nəbi Xəzri onun haqqında "Uğurlu yol" məqaləsi yazmış, onu ümidverən bir gənc şair kimi ədəbi aləmə təqdim etmiş: Etibar Etibarlının isə həmin nömrədə iki səhifə həcmində şeirləri çap olunmuşdur. 1975-ci ildə "Molodyoj Azerbaydjana" qəzetinin Şamaxı və Ağsu rayonları üzrə ştatdankənar müxbiri olmuşdur. Sonrakı uzun illər ərzində isə jurnalist kimi rəsmi mətbuat orqanlarında, o cümlədən dəvət aldığı keçmiş "Kommunist" qəzetində, daha sonra "Xalq qəzeti", "Mülkiyyət", "Respublika" kimi rəsmi qəzetlərdə, həmçinin AzərTAc-da (Dövlət İnormasiya Agentliyində) işləmişdir.
Sabir Etibarlı
Sabir Etibarlı (Etibarlı Sabir Abdul oğlu; 1953, Göylər, Şamaxı rayonu) — Azərbaycan alimi, neyrocərrah, əməkdar həkim, tibb elmlər doktoru, professor. 2004-cü ildə Neyrocərrahlıq üzrə Azərbaycan dilində çap olunmuş ilk dərsliyin müəllifidir. Sabir Etibarlı 23 avqust 1953-cü ildə Şamaxı rayonunun Göylər kəndində anadan olmuşdur. 1971-ci ildə Azərbaycan Tibb Universitetinə müalicə işi ixtisası üzrə daxil olmuş, 1977-ci ildə məzun olmuşdur. 1983-cü ildə Kiyev şəhərində Kəkimləri Təkmilləşdirmə İnstitutunda ixtisaslaşma kursu keçmişdir. 20 sentyabr 2010-cu ildə Azərbaycan Tibb Universitetinin əməkdaşlarına fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycanda tibb təhsilinin və elminin inkişafındakı xidmətlərinə görə Sabir Etibarlıya Əməkdar Həkim fəxri adı verilmişdir.
Etibarlı Hesablama Bazası
Trusted Computing Base (TCB) Etibarlı Hesablama Bazası (EHB) − hesablama sisteminin təhlükəsizlik siyasətinin dəstəklənməsi üçün cavabdeh olan proqram və aparat komponentləri daxil olmaqla təhlükəsizlik mexanizmlərı. EHB bir və ya bir neçə komponentdən ibarətdir, onlar birlikdə sistem çərçivəsində vahid təhlükəsizlik siyasətinin həyata keçirilməsinə cavabdehdirlər. EHB-nin vahid təhlükəsizlik siyasətini düzgün həyata keçirməsi xassəsi ilk növbədə EHB-nin özünün mexanizmlərindən, həmçinin sistem inzibatçılığının düzgün idarə etməsindən asılıdır. == Ədəbiyyat == İmamverdiyev Y. N, "İnformasiya təhlükəsizliyi terminlərinin izahlı lüğəti", 2015,"İnformasiya Texnologiyaları" nəşriyyatı,160 səh.
Etibarlı Əllər (1973)
Etibarlı Hesablama Bazası (EHB)
Trusted Computing Base (TCB) Etibarlı Hesablama Bazası (EHB) − hesablama sisteminin təhlükəsizlik siyasətinin dəstəklənməsi üçün cavabdeh olan proqram və aparat komponentləri daxil olmaqla təhlükəsizlik mexanizmlərı. EHB bir və ya bir neçə komponentdən ibarətdir, onlar birlikdə sistem çərçivəsində vahid təhlükəsizlik siyasətinin həyata keçirilməsinə cavabdehdirlər. EHB-nin vahid təhlükəsizlik siyasətini düzgün həyata keçirməsi xassəsi ilk növbədə EHB-nin özünün mexanizmlərindən, həmçinin sistem inzibatçılığının düzgün idarə etməsindən asılıdır. == Ədəbiyyat == İmamverdiyev Y. N, "İnformasiya təhlükəsizliyi terminlərinin izahlı lüğəti", 2015,"İnformasiya Texnologiyaları" nəşriyyatı,160 səh.
Etibarlı əllər (film, 1973)
Etibarlılıq
Etibarlılıq – sistemin, kompüterin, yaxud qurğunun verilmiş zaman aralığında müəyyən şəraitdə düzgün işləməsi ehtimalı. Texniki etibarlılıq müxtəlif keyfiyyət göstəriciləri ilə ölçülür; məsələn, sərt diskin etibarlılığı çox zaman dayanmalararası orta qiymət kimi verilir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Rahatdır, əlverişlidir, etibarlıdır (film, 1949)
Elmi-kütləvi filmdir. Kinolent əmanət kassalarının fəaliyyətindən bəhs edir.
Timarlı
Timarlı (türk. timarlı) — orta əsr türk dövlətlərində hakimiyyət tərəfindən timar sahiblərindən yığılan nizamsız süvari milis. Timarlılar daimi orduda yürüşlər zamanı xidmət etməli, habelə dinc vaxtlarda timarlarından gələn gəlir qarşılığında cinayətlərə qarşı cəza tədbirlərində iştirak etməli idilər. Timar sistemi Bizans proniyasının bir çox xüsusiyyətlərini miras götürmüşdür. Bu sistem Osmanlı imperiyasında görkəmli əsgərlərə mükafatlar verən, 1326–1359-cu illərdə hakimiyyətdə olmuş Sultan I Orxanın dövründə meydana çıxmışdır. 1525-ci il siyahıyaalınmasına görə, 37,818 nəfər timarlı kimi siyahıya alınmışdır. Gwinn, Robert P, Charles E. Swanson, and Philip W. Goetz. The New Encyclopaedia Britannica.vol. 8, 11, 10. London: Encyclopaedia Britannica, Inc., 1986 Goffman, Daniel.
Etibar
Etibar — Azərbaycanlı kişi adı. Xoşbəxt, firavan, müvəffəqiyyət mənasındadır. Bu adı olan tanınmışlar Etibar Məmmədov Etibar Məmmədov (siyasətçi) — Azərbaycan siyasətçisi. Etibar Məmmədov (jurnalist) — Azərbaycan jurnalisti. Etibar Məmmədov (bioloq) - Parazitoloq Etibar Aslanov — Etibar Babayev — Etibar Əliyev Etibar Əliyev (hüquqşünas) — hüquq üzrə elmlər doktoru, professor. Polis polkovniki. Etibar Əliyev (milli qəhrəman) — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. Etibar Hümbətov — Etibar Nəzərli — Etibar İsmayılov Etibar İsmayılov (milli qəhrəman) — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. Etibar İsmayılov (kimyaçı) — Azərbaycan alimi.
Etibar Babayev
Etibar Adil oğlu Babayev (15 dekabr 1950, Bakı) — Əməkdar jurnalist; pedaqoq; "Azad Azərbaycan" Teleradio Şirkətinin bədii şura sədri; Bakı Slavyan Universitetinin professoru. == Həyatı == Etibar Babayev 1950-ci il dekabrın 15-də Bakı şəhərində anadan olmuşdur. 1968-ci ildə H. Cavid adına 132 nömrəli orta məktəbi, 1973-cü ildə M. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun teatrşünaslıq fakültəsini bitirib. Politoloq ixtisası üzrə İkinci ali təhsilini Bakı Ali Partiya məktəbində alıb. Əmək fəaliyyətinə 1971-ci ildən Azərbaycan Teleradio verilişləri Komitəsinin redaksiyaları ilə əməkdaşlıqla başlayıb. "Tələbə klubu", "Yeddinci qitə", "Sözlü-nəğməli İstanbul", "Kanal-6 təqdim edir" kimi populyar verilişlərin müəllifi və aparıcısı olaraq tamaşaçıların rəğbətini qazanıb. Şair-dramaturq Adil Babayevin (1925–1977) oğludur. == Siyasi fəaliyyəti == Etibar Babayev Azərbaycan Komsomolu Mərkəzi Komitəsində təlimatçı, daha sonra təbliğat və mədəni kütləvi işlər şöbəsinin müdiri (1975–1979), Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin mədəniyyət şöbəsində təlimatçı (1979–1981), Bakı şəhər Partiya Komitəsinin təbliğat-təşviqat şöbəsinin müdiri (1981–1988) kimi məsul vəzifələrdə çalışıb. 1981–1989-cu illərdə Bakı Şəhər Sovetinin deputatı seçilib. 1989–1992-ci illərdə "Azərbaycantelefilm"in direktoru, Azərbaycan Dövlət Teleradio Şirkətinin sədr müavini vəzifələrində çalışıb.
Etibar Cəbrayıloğlu
İsmayılov Etibar Cəbrayıl oğlu (11 dekabr 1967, Lənkəran) — Azərbaycanın tanınmış jurnalisti və köşə yazarı. == Həyatı == Etibar Cəbrayıloğlu 1967-ci il dekabrın 11-də Lənkəran şəhərində anadan olub. 1985-ci ildə Həzi Aslanov adına şəhər 3 saylı orta məktəbi bitirib. Bir müddət N.B.Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında yardım heyətinin aktyoru, rejissor assistenti kimi çalışıb. Teatrın komsomol təşkilatının katibi olub.1986-1988-ci illərdə Qazaxıstan şəhərində hərbi xidmətdə olub. 1991-96-cı illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində pedaqoq-təşkilatçı ixtisası üzrə təhsil alıb. == Jurnalist fəaliyyəti == 1991-ci ildən mətbuat sahəsində fəaliyyət göstərir. Qeyri-leqal çap olunan "Çeşmə" qəzeti ilə fəal əməkdaşlıq edib. "Elin səsi" qəzetində müxbir, "Lənkəran" qəzetində redaktor müavini olub.1996-ci ildən Bakıya köçdükdən sonra "Press-fakt" qəzetində müxbir, şöbə müdiri, "Bu gün" qəzetində baş redaktor müavini, "Yeni Müsavat" qəzetində informasiya şöbəsinin müdiri, "Yeni Yüzil" və "Cümhuriyyət" qəzetlərində baş redaktor müavini, "Politika" qəzetində baş redaktor, "Üç nöqtə" qəzetində şöbə redaktoru, "Hesabat" jurnalında koordinator, "Gün səhər" qəzetində şöbə redaktoru, baş redaktor müavini, "Biz+" jurnalında baş redaktor müavini, "Haqqın nuru" qəzetində baş redaktor müavini vəzifələrində çalışıb.Vaxtilə 1990-cı illərdə "Yasamaldan məktublar" adlı silsilə köşə yazıları ilə oxucuların rəğbətini qazanmışdır. 2007-ci ildən "Ədalət" qəzeti ilə əməkdaşlıq edir.
Etibar Cəfərov
Etibar Elkin
Etibar Erkin (Etibar Əfrasiyab oğlu Məmmədəliyev) — ekstrasens. == Həyatı == 3 avqust 1948-ci ildə Qazaxda anadan olub. 1980-ci illərdən başlayaraq özündə parapsixoloji fenomeni hiss edib. 1981-ci ildə SSRİ Elmlər Akademiyası yanında akademik A. Spirkinin kursuna daxil olub. E. Erkin 1989-cu ildə İnsan və Elmlər Mərkəzini yaradıb. 1990-cı ildə Xalq Alimləri və Ekstrasensləri İttifaqını təsis edib. O, 14 yanvar 1999-cu ildə iki oğlu ilə birlikdə qətlə yetirilib. Parapsixoloqun ölümü ictimaiyyət arasında böyük rezonansa səbəb olub. Çoxları hesab edir ki, onun ölümünə səbəb ideyaları və kitabları olub.
Etibar Elçiyev
Etibar Elçiyev (10 may 1972, Tetritskaro rayonu, Kvemo-Kartli) — kik-boksinq üzrə Gürcüstan idmançısı, "maqnit adam" təxəllüslü Ginnes kitabı rekordçusu. == Həyatı == Etibar Elçiyev 1972-ci ildə Gürcüstan SSR Tetriskaro (keçmiş Ağbulaq) rayonunun Kosalar kəndində anadan olmuşdur. Hazırda Marneuli şəhərində yaşayır. Milliyyətcə azərbaycanlıdır. == Uğurları == Etibar Elçiyev 2011-ci ilin dekabr ayında öz bədənində 50 metal qaşıq saxlamaqla Ginnes rekordlarını təzələmişdir. Bundan əvvəlki rekord 2009-cu ildə bədənində 17 qaşıq saxlamış kanadalı Aaron Caissieyə məxsus idi. Bundan sonra o, 26 saniyə ərzində 14 kiloqramlıq dəmir lövhəni və onun üzərində dayanan 92 kq. çəkisi olan adamı saxlayıb. Yükün birlikdə çəkisi 106 kq. təşkil edib.
Etibar Erkin
Etibar Erkin (Etibar Əfrasiyab oğlu Məmmədəliyev) — ekstrasens. == Həyatı == 3 avqust 1948-ci ildə Qazaxda anadan olub. 1980-ci illərdən başlayaraq özündə parapsixoloji fenomeni hiss edib. 1981-ci ildə SSRİ Elmlər Akademiyası yanında akademik A. Spirkinin kursuna daxil olub. E. Erkin 1989-cu ildə İnsan və Elmlər Mərkəzini yaradıb. 1990-cı ildə Xalq Alimləri və Ekstrasensləri İttifaqını təsis edib. O, 14 yanvar 1999-cu ildə iki oğlu ilə birlikdə qətlə yetirilib. Parapsixoloqun ölümü ictimaiyyət arasında böyük rezonansa səbəb olub. Çoxları hesab edir ki, onun ölümünə səbəb ideyaları və kitabları olub.
Etibar Hacıyev
Hacıyev Etibar Firudin oğlu (5 aprel 1971, Zod, Vardenis rayonu – 15 iyun 1992, Aşağı Ağcakənd, Goranboy rayonu) — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. == Həyatı == Etibar Hacıyev 1971-ci ildə Göyçə mahalının Basarkeçər rayonunun (Vardenis) Zod kəndində anadan olmuşdur. Zod kənd orta məktəbini bitirdikdən sonra bir müddət sovxozda işləmişdir. Erməni millətçiləri və separatçıları tərəfindən oradakı soydaşlarımız qovulan zaman onun ailəsi Kəlbəcər rayonuna pənah gətirir. Etibar 1989-cu ildə hərbi xidmətə çağırılır, ordudan tərxis edildikdən sonra isə vətənə geri dönür. == Döyüşlərdə iştirakı == 1992-ci ildə Etibar könüllü olaraq Milli Orduya yazılır və torpaqlarımızın müdafiəsinə qalxır. Böyük Canbar, Kiçik Canbar, Buzluq, Erkəç kəndlərinin erməni quldurlarından azad edilməsində xüsusi fədakarlıq göstərir. 1992-ci il 15 iyun Goranboy rayonunun Ağcakənd kəndinin azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olur. == Ailəsi == Subay idi. == Milli Qəhrəman == Azərbaycan Respublikası prezidentinin 23 iyun 1992-ci il tarixli 6 saylı fərmanı ilə Hacıyev Etibar Firudin oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.
Etibar Hüseynov
Etibar Əli oğlu Hüseynov (29 yanvar 1968, Bakı) — Azərbaycan Respublikası Milli Məclisinin IV çağırış deputatı. == Həyatı == Hüseynov Etibar 29 yanvar 1968-ci ildə Bakı şəhərində anadan olub. 1980-cı ildə atasının iş yerinin dəyişməsi ilə əlaqədar Şəmkir rayonuna köçüb. 1986–88 ci illərdə Moskva şəhərində hərbi xidmətini çəkir. Hərbi xidmətdən döndükdən sonra Qarabağ hadisələri ilə bağlı başlayan tələbə hərəkatına qoşulur. 1988-ci il noyabrında Meydan hadisələri və 1991-ci ilin 28 mayında BDU-nun qarşısında saxlanılaraq 15 sutka həbs olunur. == Təhsili == Nəsimi rayon 247 nömrəli məktəbdə 1-ci sinifə gedib. Şəmkir rayonunun Kür qəsəbəsində Lenin adına Beynənmiləl orta məktəbi bitirir və 1985-ci ildə İnşaat Mühəndisliyi inustutunun (hazırkı Memarlıq Universitetinin) mülki-sənaye tikintisi fakultəsinə daxil olub. 92–93-cü illərdə Azərbaycan jurnalistlər Birliyi nəzdindəki Bakı Jurnalistika institutunda, daha sonra isə 2004-cü ildə ikinci təhsil kimi BDU-nin Mexanika-Riyaziyyat fakultəsində təhsil alıb. == Fəaliyyəti == 1992-ci ildə Jurnalist fəaliyyətinə müstəqil "7 gün" qəzetində başlayıb.
Etibar Həsənov
Etibar Həsənzadə
Etibar Oktay oğlu Həsənzadə (ilk adı: Etibar Salmanov; 7 iyun 1992, Daşkəsən) — Azərbaycan şairi, yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Respublikası Prezident təqaüdçüsü (2019). == Həyatı == Etibar Oktay oğlu Həsənzadə 7 iyun 1992-ci il tarixində Azərbaycanın Daşkəsən şəhərində anadan olmuşdur. O, 2010-cu ildə Anar Mursəlov adına Daşkəsən şəhər 2 saylı orta məktəbi bitirmişdir. O, Azərbaycan Yazıçılar Birliyinin, İstedadlı Əlillər İctimai Birliyinin fəxri üzvü, Avrasiya İncəsənət, Mədəniyyət, Ədəbiyyat və Elm Federasiyasının (AİMƏEF) və Türkman Ədəbiyyatçı və Yazıçılar Birliyinin üzvüdür. Həsənzadə 2014-cü ilin sentyabr ayında Bakı Slavyan Universitetinin Yaradıcılıq Fakültəsinin dinləyicisi olmuş, 2016-cı ildə həmin fakültədən məzun olmuşdur. == Yaradıcılıq fəaliyyəti == Etibar Həsənzadə yaradıcılıq fəaliyyətinə 2014-cü ilin yanvar ayında "Könlümlə söhbət" şeirlər toplusunun nəşr edilməsiylə başlamışdır. Bundan sonra "Duyğular dinsin" (2015), "Gecikmiş etiraf" (2015), "Bir həyat romanı" (2016), "Sevgi bəstəsi" (2017), "Nurla gəldi, Nurla Yaşadı, Nurla getdi" (2018) kitabları nəşr edilmişdir. Həsənzadənin şeirləri və hekayələri "Avrasiya Şairleri Antolojisi"ndə, "Qarabağnamə" (I, II, III, IV cilddə), "Unutulmayan Hocalım", "Sevirəm, sevmişəm, sevəcəyəm də" (I, II, III cilddə), "Ziya", "Bölgələrdən səslər", "Anasız, atasız dünyam", "Xocalı harayı və Əsirlikdən gələn səs", "Zirvə", "Şairlər seçkisi" (IX, X və XI cildlər), "Bir yandan boşalıb dolan dünyadır", "Karabağdan, Kerkükden Çanakkaleye şiir seçkisi", "Türk Dünyası şiir seçkisi III cild", "Xarı bülbül", "Sirli, sözlü Daşkəsən", "Aprel döyüşləri", "Dünya yalan Dünyadır", "Türk illerinde çocukluk günleri" antologiyalarında və "Hər könüldən bir soraq" almanaxında dərc olunmuşdur. Onun şeirlərinə mahnılar bəstələnmiş, eşitmə və danışma qüsurlu insanlar üçün şeirləri və onların mahnıları üçün Azərbaycan işarət dilində 3 klip çəkilmişdir.
Etibar Mahmudov
Etibar Məmmədov
Etibar Səlidar oğlu Məmmədov (2 aprel 1955, Bakı) — Azərbaycan Milli İstiqlal Partiyasının qurucusu və ilk sədri, Azərbaycan Respublikası Milli Məclisinin I çağırış deputatı. == Həyatı == Etibar Məmmədov 1955-ci il aprel ayının 2-də Bakı şəhərində anadan olmuşdur. 1972-ci ildə ADU-nun Tarix fakültəsinə daxil olur. Universitetdə təhsil alarkən gizli dərnəklərdə fəaliyyət göstərib, Cənubi Azərbaycan məsələsi ilə bağlı universitetin divar qəzeti üçün məqalə yazıb və bu yazıya görə universitetdən xaric edilir. [mənbə göstərin] Bitirdiyi universitetdə müəllim kimi fəaliyyətə başlayan Etibar Məmmədov 1985-ci ildə "Rus çarizmi və Ali müsəlman silki XIX əsrdə" mövzusunda dissertasiya müdafiə edərək tarix elmləri namizədi dərəcəsi alıb.[mənbə göstərin] === Ailəsi === Etibar Məmmədov 1986-cı ildə ailə həyatı qurmuşdur. İki oğlu, bir qızı var. Qardaşı Eldar Məmmədov 29 mart 2010-cu ildə vəfat edib. Oğlu Ayxan Etibaroğlu AMİP Gənclər Təşkilatının sədridir. == İctimai-siyasi fəaliyyəti == === Azərbaycan Xalq Cəbhəsində === Etibar Məmmədov siyasi prosesslərə tələbəlik dövründə qoşulmuşdur. Bakı Dövlət Universitetində təhsil alan E.Məmmədov burada gizli dərnəklərdə fəaliyyət göstərib.
Etibar Nəcəfov
Etibar Pirverdiyev
Etibar Sinabəddin oğlu Pirverdiyev (23 iyun 1964, Yuxarı Ləgər, Qusar, Azərbaycan) — "Azərenerji" Açıq Səhmdar Cəmiyyətinin keçmiş prezidenti, mühəndis-elektrik. == Həyatı == Etibar Pirverdiyev 23 iyun 1964-cü ildə Qusar rayonunun Yuxarı Ləgər kəndində anadan olmuşdur. 1983-1987-ci illərdə V.D.Kalmıkov adına Taqanroq Radiotexnika İnstitutunda təhsil almışdır. İxtisasca mühəndisdir. 1988-1991-ci illərdə Azərbaycan Kosmik Araşdırmalar İnstitutunda, Bakı Qazan-Mexaniki Zavodunda müxtəlif vəzifələrdə çalışmışdır. 2000-2001-ci illərdə Azərbaycan Respublikası Dövlət Əmlakı Nazirliyinin Özəlləşdirilmiş səhmdar cəmiyyətlərində dövlət payının tənzimlənməsi şöbəsinin rəisi, «Bakıelektrikşəbəkə» Açıq Tipli Səhmdar Cəmiyyətinin sədri vəzifələrində işləmişdir. Azərbaycan Respublikası Prezidentinin 27 noyabr 2001-ci il tarixli, 830 nömrəli Sərəncamı ilə "Azərenerji" ASC-nin prezidenti təyin edilmişdir. 4 sentyabr 2018-ci ildə "Azərenerji" ASC prezidenti vəzifəsindən azad edilmişdir. Ailəlidir, 3 övladı var.
Etibar Qafarov
Etibar Qocayev
Etibar Quliyev
Emil Əliyarlı
Əliyarlı Emil Xudayar oğlu — azərbaycanlı rejissor, operator. == Həyatı == Emil Əliyarlı 30 avqust 1983-cü ildə Rusiyanın Pyatiqorsk şəhərində anadan olub. Sabir Rəzzaqov adına Cəlilabad şəhər 7 nömrəli orta məktəbi bitirib. 2000-ci ildə "Pyatiqorsk Dovlət Humanitar-Texnoloji Universitetinin" "İdarəetmə və turizm" fakültəsinin qiyabi şöbəsinə daxil olub. 2004-cü ildə Pyatiqorsk Dovlət Humanitar-Texnoloji Universitetinin idarəetmə və turizm fakültəsini bitirib. 2003-ci ilin dekabr ayından "Azad Azərbaycan"(ATV) teleradio yayım şirkətində operator assistenti vəzifəsində əmək fəaliyyətinə başlamışdır. 2004-ci ilin fevral ayından "Azad Azərbaycan"(ATV) teleradio yaylm şirkətində tele-operator vəzifəsinə keçirilib. 2004-ci ildən "ATV" telekanalın Milli Məclisdə akkreditə olunmuş operatoru. 2006-cı ilidən isə "ATV" telekanalının Prezident Administrasiyasında akkreditə olunmuş operatoru kimi fəaliyyətə başlayıb. 2008-ci ilin fevral ayında "ATV" telekanılın baş operatoru vəzifəsinə təyin olunmuşdur.
Süleyman Əliyarlı
Süleyman Sərdar oğlu Əliyarlı (18 dekabr 1930, Şahsevən eli – 16 yanvar 2014, Bakı) — Azərbaycan tarixçisi, tarix elmləri doktoru, professor 18 dekabr 1930-cu ildə Karyagin (indi Beyləqan) rayonunun Şahsevən kəndində dünyaya gəlmişdir. 1954-cü ilində Moskva Dövlət Universitetini fərqlənmə ilə bitirmişdir. Moskva Dövlət Universitetinin tam beşillik kursunu 1954-cü ildə fərqlənmə diplomu ilə bitirdikdən sonra Azərbaycan MEA Tarix İnstitutunda 5 il çalışmışdır. Aspiranturanın son kursundan Bakı Dövlət Universitetinin Azərbaycan tarixi kafedrasına müəllim vəzifəsinə dəvət edilmiş və ömrünün sonunadək həmin kafedrada çalışmışdır. 1962-ci ildə "Bakı proletariatının vəziyyəti" adlı namizədlik dissertasiyasını müdafiə etmiş və tarix elmləri namizədi adını almışdır 1975-ci ildə "Azərbaycan neft sənayesində inhisarlar" mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək tarix elmləri doktoru elmi dərəcəsini almışdır. 1989–2000-ci illər Azərbaycan Milli Məclisinin Yer adları (Toponimiya) komissiyasına başçılıq edib. 1992–2001-ci illərdə Azərbaycan Ali Attestasiya Komissiyası Rəyasət Heyətinin üzvü olub. 1990-cı ildə Azərbaycan Əməkdar elm xadimi fəxri adına layiq görülüb. 2000-ci ildə Türk Tarix Kurumunun fəxri üzvü seçilib. 1978 mayından 2001-ci ilin iyun ayına kimi, yəni 23 il Azərbaycan tarixi kafedrasına başçılıq etmişdir.
İltifat Əliyarlı
İltifat Musa oğlu Əliyarlı (1949, Birinci Şahsevən, Jdanov rayonu) — Tarixçi-alim, publisist, tarix üzrə fəlsəfə doktoru.[mənbə göstərin] İltifat Əliyarlı 1949-cu ildə Jdanov (indiki Beyləqan) rayonunun Birinci Şahsevən kəndində anadan olub. 1974-cü ildə ADU (indiki BDU)-nun tarix fakuitəsinin əyani şöbəsini bitirib. 1974–1981-ci illərdə Beyləqan rayonunda müəllim, 1982–1995-ci illərdə AMEA-nın A. Bakıxanov adına Tarix İnstitutunda baş laborant, kiçik elmi işçi və elmi işçi vəzifələrində çalışıb. 1990-cı ildə Azərbaycan polisiinin tarixi üzrə respublikada ilk dəfə olaraq dissertasiya işi müdafiə edərək, tarix elmləri namizədi alimlik dərəcəsi alıb. Elmi-tədqiqatla yanaşı ali məktəblərdə pedaqoji fəaliyyətlə də məşğul olub. İ. Əliyarlı 1996–2008-ci illərdə AR DİN-in "Mübariz keşikdə" qəzetində çalışıb. O, hazırda qüvvədə olan 2 iyul Polis Gününün təsis edilməsində yaxından iştirak edib. Tarix üzrə fəlsəfə doktoru İ. Əliyarlı polis və Azərbaycan tarixinə dair 6 kitabın və bir neçə elmi məqalələrin müəllifidir. Radio və televiziyada çıxışları olub, dövrü mətbuatda müxtəlif aktual mövzularda 1000-ə yaxın məqaləsi dərc edilib. İ. Əliyarlı 2008-ci ilin sentyabrından AR Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) sistemində işləyib.