Luanda
Luiziyana
OBASTAN VİKİ
Luara çayı
Luara çayı (fr. Loire, bret. Liger, lat. Liger) — Fransada ən uzun çay. Uzunluğu 1012 км, çay basseynin sahəsi 119 min км². Başlanğıcını Fransanın cənubundakı Ardeş departamentindəki Jrebye-dö-Jonk (Mont Gerbier de Jonc) dağından götürür. Şimlala Orleana qədər axır, sonradan qərbə çevrilir. Nant şəhəri yaxınlığında Atlantik okeanına tökülür. Lura çayı sahillərində Roann, Never, Orlean, Blua, Tur, Anje, Sen-Nezer şəhərləri yerləşir. Çayın qərb sahili Luara ölkəsi regionu adlanır.
Luara (departament)
Luara (fr. Loire, oks. Léger) — Fransa şərqində yerləşən, Overn-Rona-Alp regionun departamentlərindən biri. Sıra nömrəsi — 42. İnzibati mərkəzi — Sent-Etyen. Əhalisi — 766 729 nəfər (departamentlər arasında 28-ci yer, 2010-ci ilin məlumatları). == Coğrafiyası == Ərazisi - 4781 km². Departament keçmiç Luar vadisində yerləşir. Departamentə 3 rayon, 40 kanton və 327 kommun daxildir. == Tarixi == Luara departamenti 1793-cü il martın 4-dən etibarən mövcud olan Rona-Luara departamentinin bölünməsi nəticəsində 1993-cü il noyabrın 19-da yaradılmışdır .
Luara torpaqları
Luara torpaqları və ya Pei-de-la-Luar (fr. Pays de la Loire, IPA: ​[pɛ.i də la lwaʁ]) — Fransanın qərbində bir bölgədir. Paytaxtı Nant şəhəridir. == Coğrafiyası == Ərazisi 32 082 km²-dir. Luara, Luar, Sarta və Mayenn çayları bu ərazidən axır. == Tarixi == == İnzibati bölgüsü == Region departamentlərinə daxildir :Mayenn, Atlantik Luara, Men və Luara, Sarta və Vandeya.
Luara torpağı
Luara torpaqları və ya Pei-de-la-Luar (fr. Pays de la Loire, IPA: ​[pɛ.i də la lwaʁ]) — Fransanın qərbində bir bölgədir. Paytaxtı Nant şəhəridir. == Coğrafiyası == Ərazisi 32 082 km²-dir. Luara, Luar, Sarta və Mayenn çayları bu ərazidən axır. == Tarixi == == İnzibati bölgüsü == Region departamentlərinə daxildir :Mayenn, Atlantik Luara, Men və Luara, Sarta və Vandeya.
Luara vadisi
Luara vadisi (fr. Vallée de la Loire) Fransada Luara çayının orta hissəsində 280 kilometr uzunluğunda vadidir. 800 km² ərazini əhatə edir. Çayın sahillərindəki üzüm bağları və albalı, ənginar və qulançar tarlalarına görə Fransanın beşiyi və Fransanın bağı adlandırılır. Tarixi şəhərləri, memarlığı və şərabı ilə tanınan vadidəki ilk məskunlaşma nümunələrinin Orta paleolit ​​dövrünə aid olduğu düşünülür. 2000-ci ildə YUNESKO-nun qəbul etdiyi qərarla vadi Dünya İrs Siyahısına daxil edilmişdir.
Yuxarı Luara
Yuxarı Luara (fr. Haute-Loire, oks. Naut Léger, Naut Leir) — Fransa cənubunda yerləşən, Overn-Rona-Alp regionun departamentlərindən biri. Sıra nömrəsi — 43. İnzibati mərkəzi — Le-Püi-an-Vele. Əhali — 231 877 nəfər (departamentlər arasında 86-ci yer, 2010-ci ilin məlumatları). == Coğrafiyası == Ərazisi — 4977 km². Departamentin ərazisində Luara çayı axır. Departamente 3 rayon, 35 kanton və 260 kommun daxildir. == Tarixi == Yuxarı Luara — 1790-cı ilin martında Böyük Fransız İnqilabı zamanı yaradılan ilk 83 departamentdən biridir.
Endr və Luara
Endr və Luara (fr. Indre-et-Loire) — Fransada yerləşən, Mərkəz - Luara vadisi regionun departametlərindən biri. Sıra nömrəsi — 37. İnzibati mərkəzi — Tur . Əhalisi — 605 819 nəfər (2010). == Coğrafiyası == Sahəsi — 6127 km². Departamentə 3 rayon, 37 kanton və 277 kommun daxildir. == Tarixi == Departamentin adı 2 çaydan adlandırılır Luara və Endr. Endr və Luara — 1790-ci ilin martında Böyük Fransa İnqilabı zamanı yaradılan 83 departamentlərindən biri. Keçmiş Turen vilayətinin ərazisində yerləşir.
Men və Luara
Men və Luara (fr. Maine-et-Loire, bret. Maine e Léger) — Fransanın qərbində yerləşən, Pei-de-la-Luar regionun departamentlərindən biri. Sıra nömrəsi — 49. İnzibati mərkəzi — Anje. Əhalisi — 808 298 nəfər (departamentlər arasında 27-ci yer, 2010-cu ilin məlumatları). == Coğrafiyası == Ərazisi — 7166 km². Departamentin ərazisi Luara çayının yaxınlığında yerləşir. Departamentə 4 rayon, 41 kanton və 363 kommun daxildir. == Tarixi == Maine və Loire - 1790-cı ilin mart ayında Anju əyalətinin ərazisində Böyük Fransa İnqilabı zamanı yaranmış ilk departamentdən biridir.
Mərkəz - Luara vadisi
Mərkəz - Luara vadisi (fr. Centre-Val de Loire, IPA: ​[sɑ̃tʁ]) Fransanın mərkəzi hissəsinin şimalında bir bölgədir.
Sona və Luara
Sona və Luara (fr. Saône-et-Loire) — Fransanın şərqində yerləşən , Burqundiya-Franş-Konte regionun departamenlərindən biri. İnzibati mərkəzi Makondur. Əhalisi 574 874 nəfərdir (departamentlər arasında 47-ci yer, 2010-ci ilin məlumatları). == Coğrafiyası == Departamentin ərazisi 8575 km²-dir. Departamentin ərazisində Sona və Luara çayları axır. Bu çayları birləşdirən Mərkəzi Kanal da mövcuddur. Departamentə 4 rayon, 57 kanton və 573 kommun daxildir. == Tarixi == Sona və Luara, 1790-cı ilin mart ayında Böyük Fransa İnqilabı zamanı yaradılan ilk 83 departamentdən biridir. Keçmiş Burundi və Bresse əyalətlərinin ərazisində yerləşir.
Abakan çayı
Abakan çayı — Xakasiya ərazisindənn axan, Yenisey çayının sol qolunu təşkil edir. Çayın uzunluğu 327 km təşkil edir. Ümumi su toplayıcı hövzəsinin sahəsu 32000 km² təşkil edir. == Axın == Abakan çayı Xaxasiya ərazisində mövcud olan səkkiz inzibati rayondan beşının ərazisindın axır: Askiz, Altaysk, Beysk, Taştıpsk, Usr-Abakan. Abakan çayını əmələ gətirən ısas Çaylar olan Böyük Abakan və Kiçik Abakan çayları öz başlançıqlarını Qərbi Sayan və Altay dağlarından götürür. Çay Samoxval dağları önündə Krasnoyarsk su anbarına tökülür. Yixarı axarlarda çay dərin ensiz yataqla axır. Böyük Monok kəndi yaxınlığında yatağı birdən genişlənir. Butadan Minusinski novuna axır. Burada çay çoxlu qollara ayrılır.
Abin çayı
Abin (adıq Абын — «meşə») — Rusiyanın Krasnodar diyarında çay. Varnavin su anbarına tökülür. Kuban çayının hövzəsinə daxildir. Çayın uzunluğuи — 81 km, su toplayıcı hövzənin sahəsi — 484 km²-dir. == Coğrafiyası == Abin çayı mənbəyi Kosexur silsiləsinin şimal yamacında yerləşir. Yuxarı axarlarında çay sürətl axır və suyu şəffafdır. Erivan stansiyasında çay Mixale çayı ilə birləşir və daha geniş dərə ilə axır. Bu bölgədə çay kənarı boyu Erivan-Şapsuqun torpaq yolu keçir. Şapsuq stansiyası yaxınlığında Abin çayı soldan özünün əsas qolunu Adeqoyu qəbul edir. Daha sonra çay Abinsk boyunca axır və Varnavin su anbarına tökülür.
Abjit çayı
Abjitçay — Azərbaycan Respublikasının Balakən rayonu ərazisində çay. == Toponimikası == Abjitçay Qanıxçayın qoludur. Bəzi tədqiqatçıların fikrincə, çayın adı İran mənşəli ab (su, çay) və jət (qatran) sözlərindən ibarət olub "qatranlı çay" mənasındadır. Qədim türk yazılı abidələrində xristianların xeyir-dua mərasimi "abijik/abişik" adlanır. Ehtimal olunur ki, abjit sözü rayonun ərazisində tarixi məlum olmayan qədim məbəd və ibadətgahla bağlıdır.
Adaqum çayı
Adaqum (Adıkum, Adaqim, Atakuma,Ataqum; adıq Атӏэкӏумэ) — Rusiyanın Krasnodar diyarında çay. Adaqum Kuban çayının sol qolu olub, uzunluğu 66 km, su toplayıcı hövzənin sahəsi 336 km²-dir. Bakanka və Neberjay çaylarının birləşməsi nəticəsində yaranır. Çayın mənsəbi Markotxsk silsiləsinin şimal yamaclarındadır. Çayın qidalanması qarışıqdır. İl ərzində daha çox yağış suları üstünlük təşkil edir. Adaqum çayı əvvəllər çoxsaylı qollardan ibarət geniş şəbəkəyə malik idi. İndi çay qollarının bir çoxundan məhrum olub. Buna səbəb çay yatağında inşa edilmiş Varnavin su anbarıdır. Məhs Adaqum çayı bu su anbarına tökülür.
Adda çayı
Adda — İtaliyada çay. == Tarixi == İkinci koalisiyanın (İngiltərə, Rusiya, Avstriya və s.) Fransa ilə müharibəsində Aleksandr Suvorovun komandanlıq etdiyi Rusiya–Avstriya qoşunları 27–28 aprel 1799-cu il tarixlərində Adda çayı sahillərində general Jan Viktor Moronun komandanlıq etdiyi fransız ordusuna qalib gəlmişdir. == Xüsusiyyətlər == Po çayının sol qolu olan Addanın uzunluğu 313 kilometr, hövzəsinin sahəsi təqribən 8 min kilometr2-dir. == İqtisadiyyat == Adda çayı üzərində çox sayda SES var. Bəzi yerlərdə gəmiçiliyə yararlıdır. Addadan Milana uzunluğu 56 kilometr olan kanal çəkilmişdir.
Adice çayı
Adice (it. Adige; alm. Etsch‎; ven. Àdexe‎; romanş Adisch; lat. Athesis; q.yun. Ἄθεσις və ya Ἄταγις, Atagis)) — İtaliyanın şimalında çay. == Xüsusiyyətləri == Adice çayının uzunluğu 410 kilometr, hövzəsinin sahəsi 14,7 min kilometr2-dir. Adriatik dənizinə tökülür. == Tarixi == Adice çayı tarixdə bir çox müharibələrə şahid olmuşdur. 1799-cu ildə fransız general Bartelemi Lui Jozef Şerer Avstriyanı bu çayın sahilində məğlub etmişdir.
Adur çayı
Adur çay (fr. Adour, bask Aturri, oks. Ador) — Fransanın cənub-qərbində çay. == Xüsusiyyətləri == Uzunluğu 335 kilometrdir. Mərkəzi Pireney dağlarından başlanır və Biskay körfəzinə tökülür. == İqtisadiyyat == 128 kilometr məsafədə gəmiçiliyə yararlıdır. Suvarmada istifadə olunur. SES var. Tarb və Bayonna şəhərləri Adur çayının sahilindədir. == İstinadlar == == Xarici keçidlər == Commission Européenne—Natura 2000: Cartographie du Barthes de l'Adour— (fr.) — maps of the Adour and Adour Basin.
Afips çayı
Afips (adıq Афыпс) — Rusiyanın Krasnodar diyarında və Adıge Respublikasında çay. Çayın uzunluğu 96 km, sutoplayıcı hövzənin sahəsi— 1380 km²-dir. Çayın adı adıgey dilindədir. "Ps" şəkilçisi adıqca "psı" su deməkdir. Adın başlanğıcı Afa (ildırım və şimşək tanrısı) tanrısının adıdır. Baxmayaraq ki, bu tanrı çərkəzlər və abazinlər arasında qəbul edilmədi. "Afa" adı həm də meşəli dağ olan "Böyük Afipsə" verilmiş. Başqa bir versiyaya görə toponim kab.-çərk. Афӏыпс sözündən "şirin" və adıq Ахуы — "ağ" sözündən formalaşıb. Ancaq C.Kokov düşünür ki, bu yanılış assosiasiyadır.
Akiqava çayı
Akiqava çayı və ya Akikava çayı — Böyük Tokio bölgəsinin qərbində axan çay. Tama çayının əsas qoludur. == Haqqında == Akiqava çayı iki suayırıcıya malikdir: şimal və cənub. Mənbəyi Çiçibu Tama Kay Milli Parkında yerləşir. Akiruno və Hinohara şəhərlərindən, eləcə də, Kanaqava və Tokio prefekturalarından keçir. Çayın dərəsi populyar istirahət yeridir.
Akkuşa çayı
Bala Kür (kanal) — Neftçala rayonu ərazisində Kür çayından Xəzər dənizinə çəkilən kanal. Akkuşa — Kür çayının Salyan və Neftçala rayonları ərazisindəki, həm də "Bala Kür" adlanan qolu.
Akri çayı
Akri (port. Rio Acre) — Cənubi Amerikanın mərkəzi hissəsindən axan çay. Çay Braziliyanın şimal-qərbi və Boliviyanın şimalından axır. Çayın uzunluğu 650 km-dir. Öz başlanğıcını And dağlarpndan götürür. Bir hissəsi Braziliya və Boliviya sərhəddini təşkil edir. Purus çayının mənbəyini təşkil edir. Çay 480 km məsafədə gəmiçilik üçün yararlıdır. Gursululuq dönəmində, yanvardan maya qədər naviqasiyaya yararlı sahə artır.
Aksaut çayı
Aksuat (Хасаут, qaraç.-balk. Схауат) — Qaraçay-Çərkəz Respublikasında çay. Aksuat çayı bol sulu və gür dağ çayı olub Böyük Qafqazın şimal yamacı boyu axır. Aksuat Kiçik Zelençuk çayının sol qolu. == Coğrafiyası == Aksuat — Qaraçay-Çərkəz Respublikasının ərazisində yerləşən az çox bol sulu çaylardan biridir. Aksuat çayı Xasaut buzlağından qidalanır. Çayın uzunluğu 77 km, su toplayıcı hövzəsinin sahəsi isə 843 km²-dir. Aksuat çayı cənubdan şimala doğru uzanan Mıstı-Baş və Aksaut dağ silsilələrinin dərələri boyu axır. Bu silsilənin müəyyən hissəli fərqli adlarla adlandırılır: Qitçe-Teberdin, Ak, Baduk, Xajibey, Kınır-Çat, Qidam və s. Ümumən belə mürəkkəb və dərələrlə parçalanmış dağ silsiləsini Aksuat-Tiberdin adlandırmaq mümkündür.
Aksay çayı
Aksay (устар. Асагалыль, qum. Яхсайсув,; çeç. Яьсси) — Çeçenistanın Naji-Yurt və Qudermes rayonu, Dağıstanın Botlix rayonu, Novolak rayonu, Babayurd və Xasavyurd rayonlarından keçən çay. Çayın yamacı 14.5 m/km-dir.. == Relyefi == Çay öz başlanğıcını And dağları silsiləsinin şimal yamacından götürür. Mənbəyinin hündürlüyü dəniz səviyyəsindən 2080 m yüksəklikdədir. Kanal ilə Aktaş çayına birləşən Aksay çayı Aksay su anbarına axır. Uzunluğu 144 km, su tutma sahəsi 1390 km², orta dərinliyi isə 444 m-dir. Hövzəsinin çox hissəsi (87%) 1000 m-dən aşağıdır, ərazinin 11% -i 0 m -dən aşağıdır.
Aktaş çayı
Aktaş (qum. Акъташ, çeç. Гӏурий, avar. Ахчи, Казма) — Dağıstan Respublikasında çay. Çay Dağıstanın Kazebek və Xasvyurt rayonları ərazisindən axır. Qumuq dilində toponimin tərcüməsi "ağ daş" — акъ таш demkdir. == Coğrafiyası == Aktaş öz başlanğıcını Suyasi-Meer silsiləsinin şimal-şərq yamacından, Andiyski silsiləsinin kəsişməsindən götürür. Mənbənin dəniz səviyyəsindən hündürlüyü — 2300 metrdir. Aktaş çayının meyilliyi 14,6 m/km-dir. Mənsəbinin hündürlüyü isə — 10 metrdir.
Alatır çayı
Alatır (çuvaş Улатăр, erz. Ратор) — Rusiyanın Nijeqorod, Mordoviya və Çuvaşiya ərazilərindən axan çay. Çayın uzunluğu 296 km, hövzəsi 11 min km² təşkil edir. == Coğrafiya == Çayın mənbəyi Pervomaysk şəhərindən 10 km qərbdə yerləşir. Çsyın əsas istiqaməti şərqədir. Çay yuxarı axarlarda Nijeqororod vilayəti ilə Mordoviya sərhəddini təşkil edir. Sonradan çay Permomaysk, Lukoysnovvə Poçinkovski rayonları ərazisindən axır. Adı çəkilən rayonlar Nijeqorod vilayəti ərazisində yerləşir. Daha sonra çsy Mordoviyanın İçalkovski, Ardatovski rayonları ərazisindən axır. Aşağı axarlarda isə Alatır rayonuna keçir.