lud

s. laden
luchsen
Luder
OBASTAN VİKİ
Homo Ludens
Homo Ludens,(lat. “Oynayan insan”) 1938- ci ildə Niderland tarixçisi və mədəniyyətşünası Yohan Heyzinq tərəfindən nəşr olunmuş əsərdir. Əsərdə mədəniyyətin və cəmiyyətin inkişafında oyunun əhəmiyyəti müzakirə edilir. Heyzinq, oyunun mədəniyyətin formalaşması üçün əsas və lazımlı (kifayət qədər olmasa da) şərt olduğunu göstərir. Ludens sözünün ingilis dilində birbaşa ekvivalenti yoxdur, çünki eyni zamanda idman, oyun, məktəb və praktika mənalarını verir. Homo Ludens, oyun tədqiqat tarixinin vacib hissəsidir. Bu daha sonra Roger Kailua kimi alimlərə təsir etmişdir . Sehrli dairə konsepsiyası Homo Ludensdən ilham alınaraq yaradılıb. Heyzinqin düşüncəsində əsas rol oynamamasına baxmayaraq, daha sonra öyrənmə oyunlarının bir parçası olaraq "Oyun Qaydaları"nda Katie Salem və Eric Zimmermann tərəfindən populyarlaşdırıldı və genişləndirildi. Heyzinq kitabının ön sözündə, oyunun mədəniyyət elementi olmadığını əksinə mədəniyyətin oyun elementi olduğunu açıqlayır.
Jurinea ludmilae
Jurinea ludmilae (lat. Jurinea ludmilae) — mürəkkəbçiçəklilər fəsiləsinin jurinea cinsinə aid bitki növü.
Lin Luder
Ludar burnu
Ludar burnu (rus. Лударь) — Baykal gölünün şimal-qərbində, Baykalskoe kəndindən 2 km şimal-şərqdə yerləşir. Burunda qədim mağara vardır. Mağarada qədim dövrə aid saxsı qablar aşkarlanmışdır. Mağara yaxınlığında isə qədim dövrə aid olan yaşayış yerinin qalıqları vardır. Bu yaşayış yerinin yaşı təqribi olaraq 4 min il götürülür. Burunda yerləşən Ludar dağında, hündürlüyü 0,3–0,5 m olan daş tikilinin qalıqları vardır. Daş tikilinin sahəsi 3–4 km²-dir. Вокруг Байкала: Мини-энциклопедия. — Иркутск: ИП Осинкина Л. А., ООО РИА "Рико", 2006.
Ludhiana
Ludhiana — Pəncabda yerləşən iri şəhər.Vilayətin en böyük şəhəri olan Ludhianada 2011 siyahılanmağına görə 1,618,879 insan yaşayır. 310 km²'lik ərazisi olan şəhərin 13 km şimalından Sutlej çayı axır. Şimalı Hindistanın böyük ticarət şəhərlərindən biridir. Vilayətin paytaxtı Chandigarha 100 km məsafədədir. Ölkənin paytaxtı Yeni Dehliye ise avtomobilyolu, dəmiryolu ve havayolu ilə gedilə bilir.
Ludilər sülaləsi
Ludilər sülaləsi — 1451-1526-cı illər arasında Dehli sultanlığında hökm sürən bir Əfqan xanədanı. Qurucusu, bir öncəki xanədan olan Seyyidlər sülaləsindən Sultan Məhəmməd şahın Sirhind valisi Bəhlul Ludidir. Əfqanların Gilzay qəbiləsinə mənsub olan Ludilər, Qurlu Sultanı Muizzüddin Məhəmməd zamanında (1203-1206) ordunun yüksək qədəmələrinə gətirildilər; Dehli sultanı Məmlük xanədanından Sultan Qiyasəddin Balaban da (1246-1266) onları Hindlilərə qarşı sərhəd bölgələrinə yerləşdirdi. 1341-ci ildə Məlikşah Ludi adlı bir komandanın öndərliyində ayaklanarak Multanda hakimiyət quran Ludilər, bu tarixdən etibarən Şimali Hindistanın təsirli güclərindən biri halına gəldilər. Seyyidlər xanədanının qurucusu Xızır xan (1414-1421), Tuğluqlulara qarşı verdiyi mücadilə sırasında büyük yararlılıklar göstərən Sultan Şah adlı Ludi komandanını İslam xan ünvanıyla Sirhind valiliyinə gətirdi. İslam xan Ludi, yenə Xızır xanın cagirdarlarından olan və bir savaşda ölən qardaşı Məlik Kalanın oğlu Bəhlulu himayəsinə aldı və onu qızıyla evləndirdi; daha sonra da öz oğlu olmasına baxmayaraq güvən duyduğu Bəhlulu vəliəhd təyin etdi (1431). Bununla birlikdə İslam xanın ölümü üzərinə torpaqlar oğlu Qütub xan, qardaşı Məlik Firuz və Bəhlul arasında bölüşdürüldü. Bəhlul əmisiylə birlikdə Qütub xana və onları Sirhinddən çıxarmaq istəyən Seyyid Sultanı Məhəmməd şaha qarşı cəbhə təşkil etdi. Ancaq Məhəmməd şahın əsgərləri aparılan savaşda bu cəbhəni dağıtdılar. Pəncaba çəkilən Bəhlul, bir neçə il içərisində yenidən bir ordu quraraq Seyyidlərin son hökmdarı Əlaəddin Aləm şahın ordularını məğlub etdi və Sirhindi təkrar ələ keçirərək bölgəyə hakim olub (1440) “xan-i xənan” ünvanını aldı.
Ludmila Guzun
Ludmila Quzun (26 iyun 1961 – 16 aprel 2021) — Moldovalı siyasətçi. O, Moldova Parlamentində Unqeni dairəsini təmsil edən millət vəkili olmuşdur. Quzun 26 İyun 1961-ci ildə Moldovanın Faleşti rayonunda anadan olmuşdur. Moldova Demokratik Partiyasını təmsil edərək, 24 fevral 2019-cu ildə Moldova Parlamentinə deputat olaraq daxil oldu və 16 aprel 2021-ci il tarixdə ölümünə qədər vəzifəni icra etdi. Quzun 7 aprel 2021-ci il tarixindən etibarən COVID-19 diqnozu ilə xəstəxanada müalicə almış, 16 aprel 2021-ci il tarixində isə vəfat etmişdir.
Ludmila Quzun
Ludmila Quzun (26 iyun 1961 – 16 aprel 2021) — Moldovalı siyasətçi. O, Moldova Parlamentində Unqeni dairəsini təmsil edən millət vəkili olmuşdur. Quzun 26 İyun 1961-ci ildə Moldovanın Faleşti rayonunda anadan olmuşdur. Moldova Demokratik Partiyasını təmsil edərək, 24 fevral 2019-cu ildə Moldova Parlamentinə deputat olaraq daxil oldu və 16 aprel 2021-ci il tarixdə ölümünə qədər vəzifəni icra etdi. Quzun 7 aprel 2021-ci il tarixindən etibarən COVID-19 diqnozu ilə xəstəxanada müalicə almış, 16 aprel 2021-ci il tarixində isə vəfat etmişdir.
Ludolf van Seylen
Ludolf van Seylen (ing. Ludolph van Ceulen; 28 yanvar 1540 və ya 1540[…], Hildeshaym[d], Aşağı Saksoniya – 31 dekabr 1610[…], Leyden, Hollandiya qraflığı) — Holland riyaziyyatçısıdır; 1615-ci ildə p-i ədədinin 32 onluq işarəyə qədər hesablanmasını çap etdirmişdir.
Ludoqorets Razqrad PFK
İlk dəfə 2010-11 sezonunda Bolqarıstanın ən üst liqası olan A Grupa'ya çıxmıştır. Ardıcıl beş sezonda çempion olmuş, həmçinin 2011-12 ve 2013-14 sezonlarında Bolqarıstan Kubokunu ve Bolqarıstan Super Kubokunu qazanmaqla tarixi nailiyyət əldə etmişdir. 2015-16 sezonunda Júnior Caiçara'nın Schalke 04 klubuna satışından əldə edilen €4.500.000 klub tarixində alınan ən yüksək transfer gəliri, həmin sezon São Paulo'dan alınan Jonathan Cafu üçün ödənilən €2.200.000 isə ən yüksək transfer xərci olaraq qeydiyyata alınmışdır. A PFL: Çempion (5): 2011-12, 2012-13, 2013-14, 2014-15, 2015-16 Bolqarıstan Kuboku: Çempion (3): 2012, 2014, 2023 Bolqarıstan Super Kuboku: Çempion (2): 2012, 2014 B PFL: Çempion (1): 2010-11 Bolqarıstan təmsilçiləri arasında, bir sezonda Avropa kuboklarında ən çox oyun keçirən (16), qəbələ qazanan (9), səfərdə qələbə qazanan (5) klubdur. Həmçinin qrupda məğlub olmadan qrub birincisi olan ilk bolqar klubudur(2013-14 UEFA Avroliqa B Qrupu). Ən iri hesablı qalibiyyətini 2014-15 Çempionlar Liqasının İkinci Turunun ilk oyununda F91 Dudelanjla oyunda (4-0) əldə etmiş, ən iri hesablı məğlubiyyətə isə 2016-17 Çempionlar Liqasının A Qrupunda Arsenal səfərində uğramışdır (6-0). Avrokuboklarda ən çox qol vuran oyunçusu 8 qolla Roman Bezjak, ən çox oyun keçirən isə Svetoslav Dyakov, Cosmin Moti, Marcelinhodurlar (43 oyun). 16 avqust 2017 tarixində yenilənib *2013-14 ve 2016-17 sezonlarında Çempionlar Liqasında məğlub olaraq yoluna UEFA Avropa Liqasında davam etmişdir.
Ludovik Culi
Ludovik Culi (fr. Ludovic Giuly; 10 iyul 1976[…], Lion) — fransız futbolçu.
Ludoviko Ariosto
Ludoviko Ariosto (8 sentyabr 1474[…], Recco nel Emiliya – 6 iyul 1533[…], Ferrara) — italyan şairi, dramaturq.
Ludoviko Ferrari
Ludoviko Ferrari (ing. Lodovico de Ferrari, 2 fevral 1522 – 5 oktyabr 1565) — İtaliya riyaziyyatçısıdır; 4 dərəcəli cəbri tənliyin həll üsulunu tapmışdır.
Ludwig Adolph Timotheus Radlkofer
Lüdviq Radlkofer (alm. Ludwig Radlkofer‎ 12 dekabr 1829 — 16 fevral 1927) — alman botanik, professor, mikoloq, tibb elmləri doktoru.
Ludwig Büchner
Fridrix Karl Kristian Lüdviq Büxner (alm. Friedrich Karl Christian Ludwig Büchner‎; d. 29 Mart 1824, Darmştadt - ö. 1 May 1899) — materialist Alman mütəfəkkiri və yazıçı Georq Büxnerin qardaşı. Baxışları L.Feyerbax və P.J.J. Kabanisin ideyalarının təsiri altında formalaşmışdır. Büxner üçün başlanğıc maddə ilə eyniyyət təşkil edən və bir sıraxassələrə, yaxud qüvvələrə (onlardan ə mühümü hərəkətdir) malik materiya anlayışıdır. Büxnerə görə, təbiətin aynası kimi başa düşülən fikir, şüur yüksək təşkil olunmuş materiyanın – beynin məhsuludur və ruhani yalnız beyin funksiyalarının məcmusudur. Büxner sosial darvinizm ideyalarının müdafiəçisi olmuş, yaşamaquğrunda mübarizəni (ka pitalist rəqabətini) sosial inkişafın əsası hesab etmişdir. 1881-ci ildə Azad fikirlilərin Alman İttifaqını yaratmışdır. Büxnerin ideyaları F. En gelsin materiyanın hərəkət formalarını təsnif etməsinə təsir göstərmişdir.
Ludwig Mies van der Rohe
Ludwig Mies van der Rohe qısaca Ludwig Mies (27 mart 1886[…], Aaxen, Prussiya, Almaniya imperiyası – 17 avqust 1969[…], Çikaqo, ABŞ[…]), Alman memar və konstruktor. Daş ustası olan atası ilə hörgü emalatxanalarında işləmişdir. 13 yaşında Berlinə köçdü və burada art nouveau memarı və mebel dizayneri Bruno Paul üçün işləməyə başlamışdır. 1907-ci ildə ilk dizaynını etmişdir (filosof Alois Riehl üçün Riehl Evi). 1908-ci ildə Memar Peter Behrens ilə işləməyə başlamış və burada Karl Friedrich Schinkel və Frank Lloyd Wright haqqında tədqiqatlar aparmışdır. Mies 1913-cü ildə Berlinə köçdü və Ada Bruhn ilə evlənmişdir. Berlində öz memarlıq ofisini açmışdır. Birinci Dünya müharibəsi dövründə Balkanlarda xidmət edib qayıtdıqdan sonra göydələnlər üzərində işləməyə başlamış və öz ofisində dizaynlar etmişdir. 1921-ci ildə Bruhnla evliliyinə son qoyan Mies, öz anasının evlilik öncəsi soyadını əlavə edərək adını Ludwig Mies van der Rohe olaraq dəyişdirmişdir. 1920-ci illərdə Berlin avanqard dərnəyində (Novembergruppe, Zehner Ring, G jurnalı) fəal iştirak etmiş və Hans Richter, El Lissitzky, Theo van Doesburg kimi müasir sənəti müdafiə etmişdir.
Ludyan zəlzələsi (2014)
Ludyan zəlzələsi — Çində 3 avqust 2014-cü il saat 08:30:13-də 6.5 bal gücündə baş vermiş zəlzələ. Zəlzələnin episentri Ludyan yaşayış məntəqəsində olub. Episentri Çinin Yunyan əyalətində baş verən zəlzələ nəticəsində ölənlərin sayı əvvəlcə 150, sonra 175, sonda isə 367-yə çatdığı bildirilir.
Ludçular hərəkatı
Ludçular — XIX əsrdə toxuculuq maşınlarını məhv edən radikal fraksiya yaradan, İngiltərə toxuculuq işçilərinin anda əsaslanan gizli təşkilatı. Qrupun adının Lester yaxınlığındakı Ansteydən olan əfsanəvi toxucu Ned Ludddan götürüldüyü güman edilir. Onlar standart əmək təcrübəsini əvəz etmək üçün maşınlardan "fırıldaqçı və aldadıcı şəkildə" istifadə edən istehsalçılara etiraz edirdilər. Ludçular, onların sənayedəki rollarını maşınların alacağını bildikləri üçün bacarıqlarını öyrənməyə sərf olunan vaxtın boşa gedəcəyindən narahat idilər. Bir çox Ludçu fabriklər oxşar məhsulları daha ucuz satdığı üçün bağlanmış emalatxanaların sahibləri idi. Həmin emalatxana sahibləri üçün bir fabrikdə iş tapmaq çox çətin idi, çünki fabriklərdə əşyaların istehsalı emalatxanada eyni şeyi istehsal etməkdən daha az işçi tələb edirdi. Bu, bir çox insanı işsiz və qəzəbli etdi. Ludçular hərəkatı İngiltərənin Nottingem şəhərində başladı və 1811-ci ildən 1816-cı ilə qədər davam edən bütün regionda üsyanla yekunlaşdı. Dəyirman və fabrik sahibləri etirazçıları güllələməyə başladılar və nəticədə hərəkat, təqsirləndirilən və məhkum edilmiş Ludditlərin edamı və cəza daşınmasını ehtiva edən qanuni və hərbi güclə yatırıldı. Zaman keçdikcə bu termin sənayeləşməyə, avtomatlaşdırmaya, kompüterləşdirməyə və ya ümumiyyətlə yeni texnologiyalara qarşı çıxanları ifadə etmək üçün istifadə edildi.
Quercus ludens
Robert Ludlum
Robert Ludlum (25 may 1927[…], Nyu-York, Nyu-York ştatı – 12 mart 2001[…], Neypls[d], Florida) — Amerika yazıçısıdır. Onun 29 kitabı 210 milyon nüsxədən çox nəşr olunub və 32 müxtəlif dilə tərcümə olunub. 2001-ci ildə vəfat edən müəllifin geridə müqavilə müəllifləri tərəfindən nəşr edilməli olan çoxlu əlyazmaları və kobud qaralamaları qoyub getdiyi iddia edilir. Ümumiyyətlə, onun yazdığı kitab növləri məxfi xidmətin qəhrəmanları və casuslar üzərində qurulmuşdur. Bu, müəllifin davamlı populyarlığının sübutudur. 2001-ci ildə ölümündən sonra Ludlum Fondu yazıçının ən məşhur əsərlərindən olan Bourne seriyasını davam etdirməyə qərar verdi və onun yaxın dostlarından Erik Van Lustbader hələ də bu seriyanı davam etdirir. İndiyə qədər 7 davam kitabından yəni Bourne Legancy, Bourne Betrayel, Bourne Imperative, Bourne Dominion, Bourne Objective, Bourne Deception, Bourne Sanction kitabından 4-ü türk dilinə tərcümə edilmişdir.
Salix ludoviciana
Salix nigra (lat. Salix nigra) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin söyüdkimilər fəsiləsinin söyüd cinsinə aid bitki növü. Amerina nigra (Marshall) Raf.
Senecio ludens
Senecio ludens (lat. Senecio ludens) — mürəkkəbçiçəklilər fəsiləsinin xaçgülü cinsinə aid bitki növü.
Sennıe Ludı
Sennıe Ludı — Barens dənizində daxil olan Ura körfəzində yerləşən 3 adacıqdan ibarət adalar qrupu. Onların uzunluqları 130 – 200 m arasında yerləşir. Şalim adasının cənub qutaraçağından 100–170 m aralıda qərarlaşırlar. Arxipelaqın ümumi uzunluğu 700 metrdir. Qrupa daxiil olan adalardan biri Şalim adasına dayazlıqla birləşir. Yay ayları adaların üzəri ot bitkiləri ilə örtülür. Görünür adaya adın verilməsi bununla əlaqədardır. Ağ dənizdə də Soloves arxipelaqına daxil olan Sennıe Ludı adlı ada vardır. Сенные Луды // Кольская энциклопедия. В 5 т.
Turdus ludoviciae
Somali qaratoyuğu (lat. Turdus ludoviciae) — qaratoyuqlar fəsiləsinin qaratoyuq cinsinə aid heyvan növü. BirdLife Species Factsheet.
İbrahim şah Ludi
İbrahim şah Ludi(puşt. ابراهیم لودي, urdu ابراہیم لودی; XV əsr, Dehli – 21 aprel 1526) — Ludilər sülaləsindən Hindistan hökmdarı. Sultan İskəndər şah Ludinin böyük oğludur. Atasının ölümünə görə 22 noyabr 1517-ci ildə taxta çıxdı. Hökmdarlığını qəbul etmeyen müxalifləri, qardaşı Cəlal xanın ətrafında toplanıb onu Cavnpur hökmdarı elan edərək ölkəni ikiyə bölmək istədilər. İbrahim Ludi həmən qardaşının üzərinə bir ordu göndərdi. Məğlub olan Cəlal xan, Siqhlərin əlindəki Qevaliyara sığındı. İbrahim Qevaliyarı da mühasirə etdi və Cəlal xanı ələ keçirərək adamlarıyla bərabər həbsə atdı. Cəlal xan bir müddət sonra həbsxanada öldü. İbrahim şah daha sonra, dövlət adamlarının ona qarşı sadiq davranmadığı gərəkçəsiylə sərt bir idare tərzi menimsədi və bir çox irəli gələn əyan-ərkanı basqıya məruz qoyaraq özündən soyutdu.