Hüseyn xan Lələ
Hüseyn xan Lələ (?-1918) — İran Mücəzat Komitəsinin üzvü.
== Həyatı ==
Hüseyn Lələ suçu şagirdi kimi Ağabala xan Sərdari-Əfxəmin sarayına işə düzəlmişdi. Məşrutətələblərə qoşulub Gilandan Təbrizə qədər fəaliyyət göstərmişdi.
1916-cı ildə İbrahim xan Münşizadənin təşəbbüsü ilə xainlərindən intiqam almaq üçün "Cəza komitəsi" təşkil olundu. Onun müavini Əsədulla xan Əbülfətzadə idi. Dəstəyə ilk qoşulanlar arasında Kərim Dəvatgər, Rəşidəssultan Xalxali, Seyid Murtuza, Əbdülhüseyn Saatsaz vardı.
Sonralar bu komitəyə Məmmədnəzər xan Mişkətülməmalik, Hüseyn Lələ, Ehsanulla xan Dustdar, yazıçı Mirzə Ələkbər Ərdaği, xəttat İmadülküttab və Hacı Zaman xan Kürdüstani Bahadurüssəltənə də daxil oldular.
Komitə üzvləri əvvəlcə məmləkətə xəyanət edənləri və anqlofilləri aradan götürməyə başladılar. Komitəyə təsadüfi, mənfəətgüdən tamahkarlar daxil olduqda komitənin bütün sirləri açıldı.
Hacı Zaman xan Kürdüstani komitənin bütün sirlərini açdı, onun hiyləsilə komitə uzvləri Kürdustana, Bani şəhərinə sürgün olundular, 9 ay zindanda qaldıqdan sonra azad edildilər.