I
(Qax)
bax lengər . – Muxtar kişi bir ləngər xingalı bir dəfədə yiyir
II
(Ağdaş, Qazax, Mingəçevir, Zaqatala)
kəndirbazların öz müvazinətini saxlamaq üçün istifadə etdikləri uzun ağac. – Kəndirvaz ləngərsiz kəndirdə yeriyə bilməz (Qazax)
◊ Ləngər verməx’ – yırğalanmaq. – Ağac dalbadal ləngər verdi
III
(Göyçay)
uzundəstəli dəhrə
IV
(Quba)
müvazinət
V
(Qazax)
yeriş növü. – Bu ləngər yerişi kimnən örgənifsəη?