MƏĞLUBEDİLMƏZ

прил. магълубвал течир, магълуб (ийиз) тежер; гьич кӀаник акат тийир, гзаф гужлу, гьамиша гъалиб жедай (мес. кьушун).
MƏĞLUB
MƏĞLUBEDİLMƏZLİK
OBASTAN VİKİ
Məğlubedilməz armada
Məğlubedilməz armada (isp. Armada Invencible) yaxud Möhtəşəm və şərəfli armada (isp. Grande y Felicísima Armada) — ingilis-ispan (1587-1604) müharibəsi zamanı, ispanlar tərəfindən toplanan (130 gəmidən ibarət) nəhəng hərbi donanma. Armadanın yürüşü 1588 ilin may-sentyabr aylarında, Alonso Peres de Qusman, Medina-Sidoniya hersoqunun komandanlığı altında baş tutub. Məğlubedilməz armada, Çarlz Hovardın komandanlığı altında, kiçik holland və ingilis gəmilərindən ibarət donanma tərəfindən, Qravelin döyüşü ilə bitən bir neçə toqquşmada yüngülcə şilküt edilib. Bu döyüşlərdə seçilən “Yelizavetanın piratları”ndan biri - Frensis Dreyk idi. Döyüş iki həftə davam etdi. Armada yenidən qruplaşa bilməyərək, döyüşdən vaz keçərək, şimala tərəf getdi, bununla belə ingilis donanması, İngiltərənin şərq sahili boyunca məsafə saxlayaraq onu izləməyə davam edirdi. Ispaniya qayıdış ağır idi: Armada şimali Atlantika ilə getdi, İrlandiyanın qərb sahili boyunca. Güclü boran və ştormlar nəticəsində gəmilər bu adanın şimal və qərb sahilinə çırpıldı.
Məğlubedilməz David
David Anaxt və ya Məğlubedilməz David (erm. Դավիթ Անհաղթ; VI əsr – VI əsr) — erməni neoplatonist filosofu, antik fəlsəfədə İsgəndəriyyə məktəbinin nümayəndəsi. David Anaxt İsgəndəriyyədə və Afinada təhsil almışdır. O, "Fəlsəfənin tərifləri", "Porfirinin "Müqəddimə"sinin təhlili" və başqa əsərlərində platonizmi Aristotel və Pifaqor təliminin ünsürləri ilə əlaqələndirmişdir. David Anaxt skeptisizmə, relyativizmə qarşı çıxmış, fəlsəfi idrakın kəsərliliyi ideyasını müdafiə etmişdir. David Anaxta görə, fəlsəfənin məqsədi şərdən azad olmaq və əxlaqi kamillik yolunu göstərməkdir. Bilik özünəməqsəd olmayıb, insanın əxlaqca yüksəlməsinə xidmət etməlidir. Onun məntiqi mühakimələrində dialektik ideyalar var. David Anaxt orta əsr erməni fəlsəfəsinə rasionalizm prinsipləri gətirmişdir. 1980-ci ildə YUNESKO-nun qərarı ilə David Anaxtın 1,500-ci yubileyi qeyd edilmişdir.
Məğlubedilməz (film, 1988)
Məğlubedilməz və ya Çətin ölmək (ing. Die Hard) — 1988-ci ildə Brüs Uillisin baş rol adlığı ABŞ filmi. Film Oskar mükafatına və bir sıra nominasiyalara layiq görülmüşdür. Film amerika yazıçısı Roderik Torpun 1979-cu ildə yazdığı "Heç nə əbədi deyildir" (ing. Nothing Lasts Forever) novellası əsasında çəkilmişdir. Nyu-York polisi Con MakKleyn (Brüs Uillis) Yeni il ərəfəsində Los-Anceles şəhərinə boşanmış həyat yoldaşı Holli (Bonni Bedelia) ilə barışmaq üçün gəlir. Con MakKleyn Hollinin işlədiyi Los-Ancelesin "Nakatomi Plaza" adlı göydələninə gəlir və onun burada olduğunu görür. Gecə vaxtı şənlik zamanı göydələni qəflətən mafiya başçısı Hans Qruber (Alan Rikman) başçılığı altında banda ələ keçirir. Quldurlar çox sayda işçiləri girov götürürlər. Bu işçilər sırasına MakKleynin həyat yoldaşı Holli də daxildir.
Məğlubedilməz (film, 2007)
Məğlubedilməz 4.0 — 2007-ci ildə istehsal olunmuş döyüş filmi. Dünyanı yenə də yeni terror dalğası bürüyüb. Ümumdünya kompüter şəbəkəsi terrorçuların əlindədir. Hükumət və xüsusi xidmət orqanları gücsüzdür. Con Makleyn yenə də terrorçularla mübarizəyə qalxır. O, uzun müddətdir ki, istefadadır. Amma bu dəfə söhbət onun ailə üzvlərinin həyatından gedir. Brüs Uillisin dublyoru Larri Rippenkrüger çəkiliş zamanı səkkizmetrlik hündürlükdən yıxılaraq ciddi xəsarət alıb. Çəkilişlər təxirə salınıb və Larri bir neçə ay klinikada yatıb. Onun çilik-çilik olmuş bilək, sifət və kəllə sümüklərini titan protezlərlə əvəz ediblər.
Məğlubedilməz 4 (film, 2007)

Məğlubedilməz 4.0 (film, 2007)

Məğlubedilməzlər (film, 1983)
Filmdə siçanların yuva mənbəyi olan Bakıdakı binaların zirzəmiləri göstərilir və bu rəzilliyə səbəb olan əlaqədar orqanlar tənqid edilir.
Məğlubedilməzlərin məzarı
Məğlubedilməzlərin məzarı (mak. Могила на непобедените) — Şimali Makedoniya, Prilepdə II Dünya Müharibəsi xatrəsidir. Abidə kompleksi 1961-ci ildə Makedoniyadakı Xalq Qurtuluş Mübarizəsinin şəhid və döyüşçülərinin şərəfinə inşa edilmişdir. Xatirə kompleksinin müəllifi serbiyalı memar Boqdan Boqdanoviçdir. Kompleks əsgərlərin küp qəbirləri və ümumi məzarlarından ibarətdir. Küpşəkilli qəbirlər mərmərdən tikilib və antik dövrdəkiləri xatırladır. Kompleksdəki ən böyük belə məzar üstündə əbədi alov simvoluna malikdir, bu Makedoniya xalqının azadlıq uğrunda mübarizəsinin rəmzidir. Kompleksin ikinci hissəsində Prilepdən və qonşu yerlərdən ölən 462 partizan döyüşçünün qalıqlarını özündə cəmləşdirən gizli sərdabə var. Buradakı mərmər sütunlara həmin şəxslərin adları yazılmışdır. Xatirə kompleksi üzərindəki tikinti işləri 2007-ci ildən 2008-ci ilə qədər dəvam etmişdir.

Значение слова в других словарях