MƏBUS

MƏ’BUS

ə. millət vəkili; deputat.

MƏBUDƏ
MƏBZUL
OBASTAN VİKİ
Azərbaycan Məclisi-Məbusanı
Azərbaycan Xalq Cümhuriyyəti Parlamenti və ya Azərbaycan Cümhuriyyəti Məclisi-Məbusanı (az.-əski. آذرنایحان جمهوریتی مجلس مبوثانی‎) — Azərbaycan Xalq Cümhuriyyətinin qanunverici orqanı, Milli Şuranın xələfi. 7 dekabr 1918-ci il saat 13:00-da açılmışdır. == Tarixi == === Yaradılması === 1918-ci il may ayının 28-də Zaqafqaziya Seyminin Müsəlman fraksiyası özünü Azərbaycan Milli Şurası elan etdi. Beləliklə, Azərbaycanın ilk Parlamenti yarandı və ilk parlamentli respublikanın bünövrəsi qoyuldu. İstiqlal bəyannaməsində bəyan edildiyi kimi "Müəssislər Məclisi toplanıncaya qədər Azərbaycanın başında xalqın seçdiyi Milli Şura və Milli Şura qarşısında məsuliyyət daşıyan Müvəqqəti hökumət durur". 1918-ci il, sentyabrın 17-də Fətəli xan Xoyski kabinetinin təşkilindən üç ay sonra Azərbaycan Xalq Cümhuriyyəti hökuməti Bakıya köçdü. Bakı paytaxt elan olundu. Parlamentli respublika idarəçiliyinin hüquqi norma və qaydalarına sadiq qalan Fətəli xan Xoyski hökuməti, eyni zamanda, Müəssislər Məclisinin çağırılması üçün hazırlıq görməyə başladı. Bu məqsədlə xüsusi komissiya yaradıldı.
Məclis-i Məbusan
Məclis-i Məbusan (Osmanlı türkcəsi: مجلس مبعوثان) — Osmanlı imperiyasında 23 dekabr 1876 tarixli konstitusiyaya görə qurulmuş, birinci və ikinci məşrutiyyət dövrlərində fəaliyyət göstərmiş qanunvericilik orqanıdır. Padşah tərəfindən təyin edilən Soylular məclisi (ayan məclisi) və ümumi parlamentdən (məclis-i ümumi) ibarətdir. Məclis-i Məbusan 7 dönəm fəaliyyət göstərdi: 31 mart 1877–28 iyun 1877 tarixlərində 13 dekabr 1877–14 fevral 1878 tarixlərində 4 dekabr 1908–18 yanvar 1912 tarixlərində 18 aprel 1912–5 avqust 1912 tarixlərində 1914–21 dekabr 1918 tarixlərində 12 yanvar 1920–11 aprel 1920 tarixlərində 23 aprel 1920 tarixində isə Ankarada Böyük Millət Məclisi fəaliyyətə başladı. == Mənbə == Myron Weiner; Ergun Özbudun (1987). Competitive Elections in Developing Countries. Duke University Press. p. 333. ISBN 0-8223-0766-9 Rainer Grote; Tilmann Röder (16 February 2012). Constitutionalism in Islamic Countries: Between Upheaval and Continuity.