1. Çox məhsul verən; məhsullu, münbit, bərəkətli. Məhsuldar torpaq.
2. Çox bar verən; gəlirli, xeyirli. Məhsuldar çay növü. Məhsuldar arı cinsi.
3. Qiymətli şeylər yaradan, istehsal edən. Məhsuldar əmək.
// Çox məhsul istehsal edən, yaxşı işləyən. Məhsuldar fəhlə.
4. məc. Çox əsər yazan, çox yaradan, yaradıcılıq məhsulu çox olan. Məhsuldar alim. Məhsuldar yazıçı.
5. dilç. İndi də işlənən, yeni sözlər düzəltmə imkanı verən. Məhsuldar şəkilçilər. Məhsuldar formalar. ◊ Məhsuldar qüvvələr iqt. – maddi nemətlər istehsal etmək üçün alətlər və onları işlədib maddi nemətlər istehsal edən adamlar.