MƏHZ
MƏHZUN-MƏHZUN
OBASTAN VİKİ
Məhəmmədəli Məhzun
Məmmədəli Məhzun (1899, Gədəbəy - 1986, Tehran) — Azərbaycan şairi. Məhzun təxəllüsü ilə yaradıb. Əsli Zunuzun Dərəq kəndi(Dərə Kəndi)ndən idi və Şeyx Fəxrəddin Dərəlinin nəvələrindən idi. Məhəmmədəli Fəxrəddini azərbaycan dilində şeirlər yazıb. "Hicran xəstəsi" şeir toplumu Tehranda çap olunub. == Həyatı == Cənubi Azərbaycanda hökm sürən məşəqqətli həyat tərzi, aclıq və səfalət Məmmədəli Fəxrəddin Məhzunun da atası Hüseynini Şimali Azərbaycana üz tutmağa məcbur etmişdi. Çox gəzib-dolandıqdan sonra o, nəhayət, Gədəbəydə məskunlaşır. Məmmədəli Məhzun da 1899-cu ildə burada anadan olur. Məmmədəli Məhzun 1938-ci ildə Təbrizə gedir. Məmmədəli Məhzun 1986-cı ildə Tehranda vəfat etmişdir.
Məmmədəli Məhzun

Mirzə İsmayıl Məhzun
Mirzə İsmayıl Məşədi Qasım oğlu Hacılı-Cavanşir (1828, Şuşa – 1894, Şuşa) — şair, xəttat, Şuşada fəaliyyət göstərən Məclisi-Fəramuşan ədəbi cəmiyyətinin üzvü. == Həyatı == Mirzə İsmayıl Məhzun 1828-ci ildə Şuşa şəhərində dünyaya gəlmişdi. Atasının yanında sərraclığı öyrənmişdi. Bir müddət əttarlıq etmişdi. Sonra mədrəsədə oxumuşdu. Savadlı olduğundan dolayı mirzə ünvanı daşıyırdı. Məktəbdarlıqla məşğul olmuşdu. Onun haqqında Mir Möhsün Nəvvab, Məhəmməd ağa Müctəhidzadə, Firidun bəy Köçərli öz əsərlərində söhbət açmışlar. Mirzə İsmayıl mahir xəttat idi. Mirzə İsmayıl Məhzun 1894-cü ildə vəfat edib.
Əli Məhzun Rəhimov
Əli Məhzun Zeynalabdinzadə Rəhimov (təxəllüsü: Yetim cücə) — şair == Həyatı == Əli Məhzun Zeynalabdinzadə Rəhimov: "Molla Nəsrəddin" çilərdən biri, "Bürhani-həqiqət jurnalının müdiri və mühərriri kimi tanınmış şair-jurnalistdir. Onun dərin mənalı, oxucunu düşünməyə vadar edən yazıları, bəzən başqa müəlliflərin əsərləri kimi qələmə verilən satirik şeirləri müxtəlif mətbu orqanlarda dərc olunmuşdur. Molla Nəsrəddinçi Əli Məhzun Rəhimovun "İranlı olmasaydı" satirik şeirinin "Mollanəsrəddin" ədəbi məktəbinin istedadlı nümayəndələrindən olan Bayraməli Abbaszadənin 1948-ci ildə nəşr olunan "Seçilmiş əsərləri" və 1964-cü ildə çapdan buraxılan "Seçilmiş şeirləri" kitabına daxil edilməsi maraq doğurur. "İranlı olmasaydı" satirik şeiri "Molla Nəsrəddin" məcmuəsinin 1914-cü il aprelin 11-də nəşr olunan 13-cü nömrəsində şeirin sonunda müəllifin gizli imzası "Yetim cücə" kimi göstərilməsi Bayraməli Abbaszadənin ədəbi irsini oxuculara təqdim edən tədqiqatçı İ.Rzayevi bu gizli imza çaşdırmışdir. Təkzibolunmaz fakt odur ki, "Yetim cücə"B.Abbaszadənin deyil, Əli Məhzun Zeynalabdinzadə Rəhimovun gizli adı-imzası olmuşdur. Bu gizli adimzanın həqiqətən də "Bürhani-həqiqət" məcmuəsinin 1917-ci il aprelin 15-də çıxan 6-cı nömrəsində "Hərdənbir" başlığı ilə dərc olunan yazının Əli Məhzuna məxsus olduğu və həmin yazının "Yetim cücə" gizli adı ilə verilməsi bu məsələyə aydınlıq gətirir. Bu barədə ilk dəfə tanınmış ədəbiyyatşünas-alim, filologiya elmləri doktoru, professor Asif Rüstəmli "Özgə imzalar" sərlövhəsi ilə "Azərbaycan" jurnalının 1989-cu il 1-ci sayında (səh.176-180)çap etdirdiyi məqaləsində, sonra isə Bayraməli Abbaszadəyə həsr etdiyi "Tufanlardan keçən ömür" (Bakı, Sabah, 1995, səh.40-41)monoqrafiyasında məlumat vermişdir. "Molla Nəsrəddin" məcmuəsində "İrəvan səyahətim"adlı yazıda oxuyuruq: "…Çıxıb bazara Yetim cücəni… Məhkəmə pişiyini xəbər aldım, dedilər ki, onlar adam içinə çıxmağa ehtiyat edirlər…" Məlum faktdır ki, Yetim cücə Əli Məhzun Rəhimovun, Məhkəmə pişiyi isə Cabbar Əsgərzadənin imzalarıdır. Bunlar danılmaz faktdır. == Ədəbiyyat == Hüseyn Həşimli.
Əli Məhzun Zeynalabdinzadə Rəhimov

Значение слова в других словарях