MƏNSUX

ə. 1) qüvvədən düşmüş; 2) ləğv edilmiş.

MƏNSUC
MƏNSUR
OBASTAN VİKİ
Nəsx və mənsux
Nəsx və mənsux — Quran ayələrinin və ya hədislərin bəzi müddəalarının başqa ayə və ya hədislərin hökmlərinin xeyrinə ləğv edilməsi. Nəsx (ərəb. نسخ‎) — "ləğv etmə", "aradan qaldırma", "dəyişiklik" mənalarına gəlir; İslamda ilahi vəhyin ləğvi, dəyişdirilməsi və ya redaktəsidir. Mənsux ləğv edilmiş müddəanın adıdır. Müsəlman doktrinasına görə, 23 il ərzində Məhəmməd peyğəmbərə ilahi vəhylər göndərilib. Və bu vəhylər təkcə Müqəddəs Yazılara daxil olan ayələrlə məhdudlaşmır. Vəhylərin üç kateqoriyaya aid olduğu güman edilir: Qısamüddətli, anlıq dəyəri olan vəhylər. Onlar hər hansısa konkret həyat vəziyyətləri üçün göndərilib və ümumi xarakter daşımayıb. Qalıcı, daha davamlı məna daşıyan vəhylər. Bunlar Məhəmməd peyğəmbər tərəfindən ictimai yerlərdə və ya konkret insanlarla söhbətləri zamanı ifadə edilmiş, xatırlanmış və qeydə alınmışdır.

Значение слова в других словарях