MAARİFÇİLİK

is.
1. Maarifi yayma, maarif tərəfdarı olma; maarifpərvərlik.
“Bahadır və Sona” kimi lirik bir əsərdə də ədib öz maarifçilik fikirlərini davam etdirir. M.Arif.

2. tar. XVII-XVIII əsrlərdə Qərbi Avropada və XVIII-XIX əsrlərdə Rusiyada feodalizmi tənqid edən və xalqın maariflənməsinə tərəfdar olan mütərəqqi ideya hərəkatı. Maarifçilik ideyası.

Синонимы

  • MAARİFÇİLİK MAARİFÇİLİK Mirzə Rzanın maarifçilik təşəbbüslərini şah despotizmi boğub məhv edir (M.Arif); MAARİFPƏRVƏRLİK Onun maarifpərvdrliyinə bəzi cahil və nad
MAARİFÇİ
MAARİFLƏNDİRİLMƏ
OBASTAN VİKİ
Maarifçilik
Maarifçilik — bilik və mədəniyyətin ötürülməsi, yayılması ilə əlaqədar fəaliyyətdir. Maarifçilik elmi tutumlu və sistemli bir fikri cərəyan kimi XVIII əsrdə meydana çıxsa da, maarifçilik ideyaları çox qədimlərdən mövcud olmuş və bəşər mədəniyyətinin inkişafında müstəsna rol oynamışdır. == Azərbaycanda maarifçilik == Orta əsrlər Azərbaycan ədəbiyyatında da maarifçilik ideyalarının geniş yayıldığını görmək olar. Xüsusən dünya şöhrətli Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin ölməz poemalarında bu ideyalara böyük önəm verildiyinin şahidi olmaq mümkündür. Belə ki, «Xəmsə»yə daxil olan poemaların hamısında maarifçi hökmdar ideyasının qızıl xətlə keçdiyini aşkara çıxarmaq olar. Məhz bu cür zəngin maarifçilik ənənələrinə malik olduğundandır ki, Azərbaycan ədəbi-fəlsəfi fikir yeni dövrdə maarifçilik hərəkatına yaxından qoşularaq bu ideyaların qızğın təbliğatçısına çevrildi. XIX–XX əsr Azərbaycan maarifçiləri sırasına Həsən bəy Zərdabi, Qasım bəy Zakir, Seyid Əzim Şirvani, Mirzə Ələkbər Sabir, Cəlil Məmmədquluzadə, Məmməd Səid Ordubadi, Əbdürrəhim bəy Haqverdiyev, Səfərəli bəy Vəlibəyov, Aleksey Osipoviç Çernyayevski və başqaları aid edilir.
Maarifçilik Dövrü
Maarifçilik dövrü (fr. siècle des lumières, alm. Aufklärung) XVII- XVIII əsrlərdə Avropa mədəniyyətində mənəvi durum. Maarifçiliyin incəsənətdə proyeksiyaları: barokko, rokoko və klassizm, fəlsəfədə isə – deizm və mexanisizm olmuşdur. Maarfçilik İntibahı əvəz edib romantizm dövrünü qabaqlayır. == Ümumi xarakteristikası == Dində Allah Böyük Yaradan kimi kainatı yeddi günə yaradır. Xristianlıq inanaclarına görə Allah insanlara iki kitab – İncil və təbiət kitabları verib. Deməli dinin özündə də ruhani təbəqsi ilə birgə alimlər təbəqəsi mövcduddur. Buradan da dini və dünyəvi mədəniyyətin paralelizmi doğur ki, bu da dindəki riyakarlıq və fanatizmi tədricən diskreditasiyasına gətirib çıxarır. Dünyanı dərk etməyimizin yeganə vasitəsi azad idrakdır.
Pedaqoji maarifçilik
Təhsildə maarif və ya Pedaqoji maarifçilik — əhali arasında savad, bilik, mədəniyyət yaymaq üçün mütəşəkkil surətdə həyata keçirilən tədbirlər sistemi. Məsələn, xalq maarifi, maarif xərcləri, maarif şöbəsi. Maarif insanın ömrü boyu əldə edilən bilik, təhsil, savadla ölçülür. Maarifçilik Maarifçilik dövrü Əliquliyev R.M., Şükürlü S.F., Kazımova S.İ., Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər // Bakı. İnformasiya Texnologiyaları nəşriyyatı. 2009. 201 s.
Avropada maarifçilik dövrü mədəniyyəti
Azərbaycan Demokratik Maarifçilik Partiyası
Azərbaycan Demokratik Maarifçilik Partiyası və ya qısaca ADMP — Məmmədhənifə Musayev tərəfindən qurulan və 1995-ci il avqustun 4-də dövlət qeydiyyatına alınan siyasi partiya. ADMP 1995–2000-ci illərdə və 2015-ci ildən Milli Məclisdə təmsil olunur. ADMP sədri 1995–2004-cü illərdə Məmmədhənifə Musayev olub, 2004-cü ildən isə sədr onun oğlu Elşən Musayevdir. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2023-cü ilə aid hesabatına əsasən Azərbaycan Demokratik Maarifçilik Partiyasının üzvlərinin 85%-i kişi, 15%-i isə qadın olmuşdur. == Tarixi == Məmmədhənifə Musayevin qurucusu olduğu Azərbaycan Demokratik Maarifçilik Partiyası (ADMP) 1995-ci il avqustun 4-də Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alındı. Yeni qurulan ADMP üç ay sonra, 1995-ci ildə baş tutan parlament seçkilərində mübarizə apardı. Bu seçkilərdə qalib olmayan partiya 4 fevral 1996-cı il tarixli təkrar seçkilərə qatıldı. Nəticədə ADMP üzvü və partiya katibi Babaxan Muradov qalib gəldi və Milli Məclisin deputatı seçildi. Daha sonra ADMP 2000-ci il noyabrın 11-də baş tutan parlament seçkilərində mübarizə apardı, amma Milli Məclisdə təmsil olunmaq hüququ qazana bilmədi. ADMP sədri Məmmədhənifə Musayevin 2004-cü ildə vəfat etməsindən sonra onun oğlu, Elşən Musayev ADMP sədri oldu.

Значение слова в других словарях