malın mənşə ölkəsi

Malın tamamilə həmin ölkədə istehsal olunduğu və ya müəyyən edilmiş meyarlar əsasında kifayət qədər yenidən emala məruz qaldığı ölkə

malın kifayət qədər emal meyarı
malın (işin, xidmətin) təhlükəsizliyi
OBASTAN VİKİ
Ada Ölkəsi
Ada ölkəsi - ana bölgəsi bir və ya bir çox ada dan ibarət olan ölkələr üçün istifadə edilən coğrafi termin. Dünyadakı ölkələrin 49 dənəsi ada ölkəsi olub, bu sayı bütün ölkələrin təxminən olaraq 25%-ni əhatə etməkdədir. == Siyasət == Ada ölkələrində ümumiyyətlə demokratiya görülərkən, demokratiya ilə idarə olunan ölkələrin nisbəti, ada dövləti olmayan ölkələrə görə olduqca yüksəkdir. Bununla birlikdə bir çox ölkənin tarixində siyasi baxımdan sabitlik görülməkdədir. == Müharibə == Ada ölkələri, ümumiyyətlə tarix boyunca torpaqlara sahib olmaq istəyən dövlətlər arası anlaşılmazlıqlara, sonra isə tez-tez yaşanan dəniz müharibələrinə səhnə olmuşdur.. .Bunda qurudan hər hansı bir ölkə ilə sərhədə sahib olmaması, quru dövlətlərinə görə daha kiçik olmaları və dəniz ilə hava nəqliyyatından asılı olmaları təsirlidir. Günümüzdə isə bir çox ada ölkəsinin ordusu yoxdur, çox kiçik olmaqda və ya pullu əsgərlərdən meydana gəlməkdə, bu sayədə isə işğalçılara açıq mövqedə var. == Təbii ehtiyatlar == Külək gücü, hidravlik güc, geotermal enerji, biodizel kimi yenilənə bilər enerji qaynaqlarının istifadəsi, artan neft qiymətləri üzündən sürətli bir şəkildə yüksəlməkdədir. == Coğrafiya == Ada dövlətlərinin bir çoxu, digər dövlətlərə nəzərən iqlim dəyişikliklərindən olduqca çox təsirlənir. Böyük Okyanusdaki aşağı hündürlüklü ada ölkələri suların yüksəlməsiylə birlikdə batma təhlükəsiylə qarşı-qarşıya qalır.
Arazbar ölkəsi
Arazbar tüməni — Elxanilər dövrünə yaranmış inzibati ərazi vardı. Arazbardan inzibati ərazi kimi bəhs edən tarixçilərdən biri də Fəzlullah Rəşidəddindir. Tarixçi oğlu Məcidəddinə yazdığı məktubunda bildirir ki, Dizmar və Arazbar vilayətləri 15 min man nar tədarük edir. XVIII əsrdən sonrakı tarixi-coğrafi əsərlərdə və dövlət fərmanlarında Arazbar adı tez-tez hallanır. XVI əsr tarixçisi Zeynəddin bin Həmdullah Qəzvini "Zeylə-tarixe-qozide" adlı əsərində 1392-ci il olaylarından bəhs edərkən yazır: "Xürrəm Muğan, Aran və Arazbar vilayətlərini zəbt etdi." Qaraqoyunlu hökmdarlarından Sultan Cahanşah bəy və oğlu Sultan Həsənəli bəyin hökmlərində "Qapanat, Aran və Arazbar tüməni" yazılması bir daha sübut edir ki, XIV əsrin ikinci yarısında Arazbar adlı inzibati ərazi vardı. Şah İsmayıl Səfəvinin hökmlərində də Arasbar adı xatırlanır. Tarixçi Şərəf xan Bitlisi "Şərəfnamə" adlı əsərində Osmanlıların Azərbaycana yürüşündən bəhs edərkən yazır: "Fərhad paşa Heydər paşanı bu vilayətin gözətçisi qoydu və müzəffər qoşunu ilə Arasbarda olan qacarların üzərinə hücumuma keçdi".
Bask Ölkəsi
Basklar ölkəsi (isp. Comunidad Autónoma del País Vasco) — İspaniyada yerləşən muxtar region. Basklar ölkəsi İspaniyanın şimalında və Fransanın cənub-qərbində yerləşir. Əraziyə muxtariyyət statusu 25 iyul 1979-cu ildə İspaniya tərəfindən verilmişdir. Basklar bir çox məsələlərdə İspaniyaya tabe deyillər. Ərazini basklara məxsus Ertzaintza adlı polis təşkilatı qoruyur. Bundan başqa, turizm, maliyyə, vergilərdən əldə olunan gəlirlərin böyük bir qismi İspaniyanın deyil Bask Muxtariyyətinin büdcəsinə gedir. İspaniya nın şimalında avtonom bölgədir. Sahəsi 7,234 km ² əhalisi isə 2,125,000 nəfərdir. Muxtar Ölkənin paytaxtı Vitoria - Gasteiz şəhəridir.
Basklar ölkəsi
Basklar ölkəsi (isp. Comunidad Autónoma del País Vasco) — İspaniyada yerləşən muxtar region. Basklar ölkəsi İspaniyanın şimalında və Fransanın cənub-qərbində yerləşir. Əraziyə muxtariyyət statusu 25 iyul 1979-cu ildə İspaniya tərəfindən verilmişdir. Basklar bir çox məsələlərdə İspaniyaya tabe deyillər. Ərazini basklara məxsus Ertzaintza adlı polis təşkilatı qoruyur. Bundan başqa, turizm, maliyyə, vergilərdən əldə olunan gəlirlərin böyük bir qismi İspaniyanın deyil Bask Muxtariyyətinin büdcəsinə gedir. İspaniya nın şimalında avtonom bölgədir. Sahəsi 7,234 km ² əhalisi isə 2,125,000 nəfərdir. Muxtar Ölkənin paytaxtı Vitoria - Gasteiz şəhəridir.
Bassari ölkəsi
Bassari Ölkəsi və onun Bassari, Fula və Bedik Mədəni Landşaftı — Seneqalın cənub-şərqində yerləşən, insan fəaliyyətinin və təbii mühitin qarşılıqlı təsirindən yaranan yaxşı qorunan çoxmədəniyyətli bir ərazidir. Bassari-Salemata bölgəsi, Bedik-Bandafassi sahəsi və Fula-Dindefello bölgəsi kimi hər biri özünəməxsus morfoloji xüsusiyyətlərə malik üç coğrafi ərazini əhatə edir.2012-ci ildə Bassari ölkəsi Bassari, Fula və Bedik Mədəni Landşaftları ilə birlikdə UNESCO-nun Ümumdünya irsi siyahısına əlavə edilmişdir.
Dağ ölkəsi
Dağlıq ölkə — Yer kürəsinin bir neçə min kilometr məsafədə, dəniz səviyyəsindən çox yüksəklikdə yerləşən mürəkkəb konfiqurasiyalı səthi. Konkret sərhəddi və coğrafi adı var (məsələn, Alp, Qafqaz, Altay və s.
Şirvan ölkəsi
Şirvan — indiki Azərbaycan Respublikasının şərqində, Xəzər dənizinin qərb sahili ilə Kür çayı arasında yerləşən tarixi ərazi. Qədimdə Şirvan Dərbənddən Kür çayına doğru Xəzər dənizi sahillərində yerləşən kiçik bir vilayətin adı idi. Qədim Şirvan şəhəri bu vilayətin mərkəzi rolunu oynayırdı. Şirvanşahlar zamanı onlara tabe olan daha geniş ərazilər də "Şirvan" adlanmağa başladı. Şirvan ərazisində VIII – XVI əsrlərdə Azərbaycanın ən mühüm dövlət qurumlarından biri- paytaxtı Şamaxı şəhərində yerləşən Şirvanşahlar dövləti mövcud olmuşdur. Orta əsrlərin Şərq tarixində bu ən uzun müddət mövcud olmuş dövlət idi. == Adın etimologiyası == Şirvan toponiminə bir sıra ölkələrin yer adlarında – Türkiyənin Cənub-şərqi Anadolu regionunda, Şimali İraqda, Cənubi Azərbaycanda (qərb hissəsi, Xoydan cənubda) və Xorasan yaxınlığında rast gəlinir. Şirvan İraq tayfalarından birinin adı kimi də çəkilir. Lakin bütün ərəb mənbələrində Şirvan adı ilə yanaşı Şərvan formasına da təsadüf edilir. Bunu gürcü salnamələri da təsdiq edir.
Şəki ölkəsi
== Ərazisi == Müxtəlif dövrlərdə hakimlik, xanlıq, vilayət, ölkə və s. adlandırılan bu tarixi ərazi əsasən İndiki Azərbaycan Respublikası ərazisinin şimal-qərb hisəsini, həmçinin, qismən, indiki Gürcüstan Respublikasının ərazisinin şərqini və indiki Rusiya Federasiyasındakı Dağıstan Respublikası ərazisinin cənubunu əhatə etmişdir. == Tarixi == Şəki knyazlığı Şəki hakimliyi Şəki xanlığı Şəki əyaləti Nuxa qəzası Şəki rayonu == Şəkinin hökmdarları, xanları və məlikləri == Seyid Əli Orlat -1393 — 1399 Seyid Əhməd Orlat 1393 — +1423/24 Əli inaq -1435 — +1435 1444/45 — 1456/57 Əlican (Candar) xan (Qara keşişin oğlu) 1456/1457 — ? Qutul xan (Əlican xanın oğlu) Əbdülqafar -1447/1448 — +1468/1469 ___ — ____ Zəki (Şəki) xan (Qutul xanın oğlu) -1497 — 1497 Şahhüseyn -1519 — May,1524 Həsən sultan May,1524 — May, 1551 Dərviş Məhəmməd xan (Həsən sultanın oğlu) === Şəkidə Səfəvi, Osmanlı və Nadir şah hakimiyyəti dövrü (1551-1746) === ==== Şəki hakimləri ==== 1551 — ___1555 Toygün bəy Qacar 1555 — ?
Şərab ölkəsi
"Şərab ölkəsi" (ing. The Republic of Wine) — Çinli yazar Mo Yan tərəfindən satirik üslubda yazılmış əsər. == Süjet == Çin. XX əsrin 90-cı illərinin əvvəlləri. Çzyüqo adlı şəhərə detektiv Din Qouer təşrif buyurur ki, yayılmış bəzi xəbərlərin doğru olub olmadığını araşdırsın. Belə ki, deyilənə görə yerli məmurlar aşbazlara balaca uşaqları bişirtdirərək yeyirlər. Bununla əlaqədar Çzyüqoda artıq "ətlik körpə" sənayesi əməlli başlı inkişaf etməkdədir. Din Qouerlə paralel olaraq yazıçı Mo Yan Çzyüqonun yerli yazıçısı və şərabçı Li İdou adlı bir nəfərlə yazışır. Li İdou da öz növbəsində yazıçıya poçt vasitəsiylə Mo Yanın personajı olan Din Qouerlə əlaqəli, lakin reallığı qeyri-müəyyən, absurd və mistik olan müxtəlif kiçikhəcmli hekayələr göndərir. Nəticədə romanda müxtəlif maraqlı obrazlar və hadisələr yaranır.
Mənşə (Den Braunun əsəri)
Başlanğıc (ing. Origin) — ABŞ yazıçısı Den Braun tərəfindən 2017-ci ildə mistik-triller janrında yazılmış romandır. Robert Lenqdon haqqında romanlar seriyasından olan əsər Mələklər və iblislər, Da Vinçi şifrəsi, İtirilmiş simvol və Cəhənnəm romanlarından sonra beşinci romandır. Əsər ilk dəfə 3 oktyabr 2017-ci ildə "Doubleday" nəşriyyatı tərəfindən təqdim edilmişdir.
Azəristan ölkəsi (kitab)
Azəristan ölkəsi (litvaca - „Azerstano šalis“) — Litva yazıçısı Vintsas Krevenin hekayələr kitabı. Azərbaycanın milli-mənəvi dəyərlərinin, ədəbiyyatı və tarixinin, məişəti və təbiətinin gözəl bilicisi, Azərbaycan xalqının, onun mədəniyyətinin böyük və səmimi dostu Vintsas Kreve XX əsr Litva ədəbiyyatının ən məşhur klassiklərindən biridir. Onun həyat və yaradıcılığının on bir ilə yaxın dövrü (1909-1920) sıx şəkildə Azərbaycanla bağlı olub və həmin illər yaradıcılığının ən məhsuldar dövrü hesab olunur. O, bir müəllim kimi, Abdulla Şaiq və Azərbaycanda bir çox yazıçı, jurnalist, həkim, iqtisadçı, alim-pedaqoq, ictimai xadim kimi tanınan azərbaycanlışagird və tələbələrin mütərəqqi dünyagörüşlərinin formalaşmasında, ədəbi-estetik və elmi-nəzəri baxışlarının düzgün istiqamətdə təşəkkül tapmasında böyük rol oynayıb. == Məzmun == V.Kreve Şərq mifləri əsasında yazdığı, xüsusilə Azərbaycan tarixi və milli-mənəvi dəyərləri, məişəti, dini adət-ənənələri və təbiətini ustalıqla təsvir etdiyi "Azəristan ölkəsi" yüksək ədəbi məziyyətləri, dərin dini-fəlsəfi müddəaları və milli varlığın yaşadılması ilə bağlı vacib, həyati şərtləri özündə ehtiva edən çox əhəmiyyətli bir əsərdir.
Ağ zanbaqlar ölkəsi
Ağ zanbaqlar ölkəsi (rus. Финляндия, страна белых лилий) — Qriqori Petrov tərəfindən 1923-cü ildə yazılmış tarixi roman. Əsərdə Qriqori Petrovun müxtəlif vaxtlarda çıxdığı Finlandiya səyahətlərində gördükləri əks olunmuşdur. Kitab Yohan Vilhelm Snelman adlı fin mütəfəkkirin öz xalqını düşmüş olduğu ağır durumdan çıxarması yolunda apardığı mübarizəni ətraflı şəkildə izah etməkdədir. İlk dəfə 1923-cü ildə Sarayevo şəhərində nəşr edilmişdir. Qısa müddət sonra bir çox dilə tərcümə edilərək, xüsusi ilə Bolqarıstan və Türkiyədə böyük marağa səbəb olmuşdur. 1925-ci ildə Bolqarıstanda nəşr edilməsindən sonra kitabın bütün ölkə ərazisinə yayılması üçün dövlət səviyyəsində işlər aparılmış və bu ölkədə yaşayan türk icmasının vasitəsi ilə kitabın məşhurluğu Türkiyəyə yönəldilmişdir. Mustafa Kamal Atatürkün göstərişi ilə kitab Türkiyədə yerləşən hərbi məktəblərdə tədris olunmağa başlamışdır. Kitab ilk dəfə Azərbaycan dilinə 2016-cı ilin aprel ayında Milli Fikir Mərkəzi və Kitabıstan yayınlarının birgə fəaliyyəti nəticəsində nəşr olunmuşdur. 2017-ci ildə XAN nəşriyyatı tərəfindən kitabın II nəşri həyata keçirilmişdir.
Qatilin inancı: Mənşə (film, 2009)
Assasinin kredosu: Mənşə (ing. Assassin’s Creed: Lineage) — Qatilin İnancı II videooyunu əsasında çəkilmiş üç qısa bölümdən ibarət bir filmdir. Film Ubisoft tərəfindən çəkilmişdir. Və birinci bölümü də 26 oktyabr 2009-cu ildə YouTube-də çıxmışdır. Filmin məqsədi videooyun üçün həvəs yaratmaq idi, bununla bərabər, həm də o, Ubisoft-un film sahəsinə girməsində ilk addım oldu. Filmi kanadalı rejissor İv Simono yönəltmişdir. == Süjet == Filmdəki əhvalat Qatilin İnancı II oyunundakı əhvalatın başlanğıcıdır. Diqqətlər videooyunun baş qəhrəmanı Ezio Auditore da Firenze-nin atası Covanni Auditore-nin üzərində cəmləşir. Covanni XV əsr intibah dövrundə İtaliyada yaşayan bir Qatildir. Yeni bir çağın başlanğıcında satqın bir ailə tərəfindən birləşmiş vahid İtaliyanı dağıtmaq üçün İtaliyanın güclü ailələrindən olan Medisi ailəsinə qarşı sui-qəsd qurulur.
Əbədi Odlar Ölkəsi (1945)
== Məzmun == Film Sovet Azərbaycanının 25 illiyinə həsr olunmuşdur. Kinolent simfonik orkestr tərəfindən bəstəkar Tofiq Quliyevin "Əbədi odlar ölkəsi" poemasının ifa edilməsi ilə başlanır. Dinləyicilər arasında cavan bir qız diqqətlə musiqiyə qulaq asır. Bu qızın gözləri önündən doğma torpağın gözəllikləri, qədim abidələr, Çingiz xanın, Teymurləngin, Toxtamışın, Nadir şahın, Şah Abbasın, Qacarın, Fətəli xanın, Nizaminin, Füzulinin, Vaqifin və başqalarının portretləri gəlib keçir. Filmdə 1905-ci ilin hadisələri, 26 Bakı komissarının güllələnməsi, 1920-ci ilin aprel günləri, neft mədənləri, pambıq tarlaları, heyvandarlıq fermaları, meyvə bağları, üzüm, subtropik, çay, tütün plantasiyaları, balıqçılıq artelləri, səhiyyə ocaqları canlanır. İkinci Dünya müharibəsində xalqımızın göstərdiyi rəşadət, əmək qəhrəmanları-neftçilərin portretləri (Baba Babazadə, Rüstəm Rüstəmov, Firudin Ağayev, Süleyman Vəzirov) filmdə öz əksini tapmışdır. == Film haqqında == Film saxlanılmayıb. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Hüseyn Seyidzadə Ssenari müəllifi: İmran Qasımov, Sabit Rəhman Baş operator: Seyfulla Bədəlov Operator: Cavanşir Məmmədov, Vladimir Yeremeyev, Mirzə Mustafayev, Arif Nərimanbəyov Bəstəkar: Tofiq Quliyev Səs operatoru: İlya Ozerski == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə.
Əbədi odlar ölkəsi (film, 1945)
== Məzmun == Film Sovet Azərbaycanının 25 illiyinə həsr olunmuşdur. Kinolent simfonik orkestr tərəfindən bəstəkar Tofiq Quliyevin "Əbədi odlar ölkəsi" poemasının ifa edilməsi ilə başlanır. Dinləyicilər arasında cavan bir qız diqqətlə musiqiyə qulaq asır. Bu qızın gözləri önündən doğma torpağın gözəllikləri, qədim abidələr, Çingiz xanın, Teymurləngin, Toxtamışın, Nadir şahın, Şah Abbasın, Qacarın, Fətəli xanın, Nizaminin, Füzulinin, Vaqifin və başqalarının portretləri gəlib keçir. Filmdə 1905-ci ilin hadisələri, 26 Bakı komissarının güllələnməsi, 1920-ci ilin aprel günləri, neft mədənləri, pambıq tarlaları, heyvandarlıq fermaları, meyvə bağları, üzüm, subtropik, çay, tütün plantasiyaları, balıqçılıq artelləri, səhiyyə ocaqları canlanır. İkinci Dünya müharibəsində xalqımızın göstərdiyi rəşadət, əmək qəhrəmanları-neftçilərin portretləri (Baba Babazadə, Rüstəm Rüstəmov, Firudin Ağayev, Süleyman Vəzirov) filmdə öz əksini tapmışdır. == Film haqqında == Film saxlanılmayıb. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Hüseyn Seyidzadə Ssenari müəllifi: İmran Qasımov, Sabit Rəhman Baş operator: Seyfulla Bədəlov Operator: Cavanşir Məmmədov, Vladimir Yeremeyev, Mirzə Mustafayev, Arif Nərimanbəyov Bəstəkar: Tofiq Quliyev Səs operatoru: İlya Ozerski == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə.
Qafqaz ölkəsi və xalqlarının təsviri üçün materiallar»
"Qafqaz əraziləri və xalqlarının təsvirinə dair materiallar toplusu" (QƏXTMT)— rus dilində Сборник материалов для описания местностей и племён Кавказа (SMOMPK). Jurnal Tiflis Qafqaz Tədris Dairəsi İdarəsi tərəfindən 1881-ci ildən başlayaraq, nəşr edilmişdir. == Haqqında == 1881-ci ildən başlayaraq Qafqaz Tədris Dairəsi İdarəsinin vəkili Yanovski nəşrə rəhbərlik edirdi (1902-ci ildə vəfat etmişdir). Jurnalda Qafqazın tarixi, arxeologiyası, dilçiliyi və etnoqrafiyası üçün geniş material, onların tarixinə dair məqalələr yer almışdır. Qafqaz xalqlarının lüğətləri və mətnləri, narlar haqqında əfsanələr, böyük rus və xarici mahnıları, gürcülərin, azərbaycanlıların, osetinlərin, dağ yəhudilərinin və digər Qafqaz xalqlarının həyatı və adətlərinə dair məqalə və materiallar böyük elmi marağa olmuşdur. Çoxcildli əsər Qafqazın son fəthindən sonra tədqiqatçılar tərəfindən toplanan gündəlik həyat, yazı, həyat tərzi, adət-ənənələr, folklor və və s. haqqında məlumatları özündə cəmləşdirir. Nəşrdə kəndlərin və şəhərlərin təsvirləri, onların tarixi, həyatı və əhalinin sənətkarlıqları haqqında oçerklər yer almışdır. Tarixi, lirik, məişət və ritual mahnıları, əfsanələr, Qafqaz xalqlarının dilinin gözəlliyini və mənəvi mahiyyətini açır. Bu nəşrin elmi dəyəri 1893-cü ildə "Xalq Təhsili Nazirliyinin Jurnalı"nda dərc olunmuş geniş icmallarda professor V.F.Miller tərəfindən tanınmışdır.
акы́н бесприве́тность изреше́чивать тигроло́в тройня́шка эзо́пов пенсионе́рка солдафо́нский та́ймер трапецеида́льный шестидне́вный леньгас обормот amphibology carbon dating cave Cestrian dead-smooth high-heel hot pepper loudish parsimonious pineal gland podzolic животновод