MALAKAN

[rus.] малакан (малаканвилин тарикьатдикай тир кас).
MALAXİT
MALAKANLIQ
OBASTAN VİKİ
Malakan bağı
Xaqani bağı və ya Molokan bağı — Bakının ən qədim parklarından biri. Ərazisi kiçikdir (0.8 hektar), Səbail rayonunda yerləşir. Park adını orta əsrlərdə Şamaxıda yaşamış şair Xaqani Şirvanidən alır. Park cənubdan Üzeyir Hacıbəyov küçəsi ilə, şimaldan Xaqani küçəsi ilə, şərqdən Qoqol küçəsi ilə, qərbdən Rəsul Rza küçəsi ilə məhdudlaşır. == Təsviri == Bağın arxitektura-landşaft kompozisiyasının əsası üç qızın heykəlindən təşkil edilmiş "Üç gözəl" heykəllər qrupu ilə əyri cızıqlı formalı hovuzdan ibarətdir. Heykəllər qrupu adi daşın böyük parçaları üzərində oturdulmuşdur. Bağ pavilyonunun cərgələri su hovuzundan başlayır. Bağın yolları elə istiqamətlənib ki, onlar mərkəzdə yerləşən hovuza qədər diaqonal şəklində davam edir. Bağın ərazisi kiçik olsa da (0.8 hektar), kifayət qədər rahatdır və bakılıların istirahət üçün sevimli məkanıdır. Yaşıllıq əraziləri elə yerləşib ki, skamyaların yanında kifayət qədər kölgəlik ərazisi var.
Malakanlar
Malakanlar (rus. Молокане [Molokane], gürc. მალაკნები [Malaknebi], erm. Մոլոկաններ [Molokanner], ukr. Молокани [Molokanı], türk. Malakanlar) — xristianlığın pravoslav qolunun sektalarından biri. == Ümumi məlumat == XVIII əsrin ikinci yarısında Rusiyada yaranmışdır. Onlar kilsəni və keşişləri inkar edir, ibadət mərasimi adi evlərdə keçirirlər. Malakan icmasına qocalar və ya seçilmiş şəxslər başçılıq edir. 1820-ci ildən başlayaraq, malakanlar Cənubi Qafqaza, Krıma, 1870-ci illərdə isə Sibirə, Zakaspi və Qars vilayətlərinə köçürülmüşlər.
Malakanlar məhəlləsi
Malakanlar məhəlləsi — XIX əsrdə Xan bağının boş qalmış ərazisində Gəncəyə köçürülən malakanların saldıqları məhəllə.Xalq arasında bura həm də "Malaqannar", "Kələmlik" kimi də adlanır. == Tarixi == Gəncə xanlığının dövründə Xan bağının ətrafında çay daşından və gil palçıqdan hündür hasar çəkilmişdi. 1803-cü ilin dekabrında Sisianovun qoşunları ilə gəncəlilər arasında Quru qobu döyüşündən sonra ikinci şiddətli toqquşma məhz Xan bağında olmuşdur. Həmin toqquşma zamanı 200 şəmşəddilli, 300 erməni iki saat keçməmiş düşmənə təslim olmuş, 250 nəfər müdafiəçi həlak olduqdan sonra podpolkovnik Simonoviçin dəstəsi bağı tutmuşdur. Hasarların əhatəsində müxtəlif ağacların yaşıllıqların içərisində xanın imarəti, Xan xəlvətxanası və heyvanxana var idi. Sonradan bu yerlər dağıdılmış və ərazi boş qalmışdır. XIX əsrin 30-cu illərində Gəncəyə köçürülən sektantlar-malakanlar Xan bağının boş qalmış ərazisində yerləşdirilmiş, bundan sonra həmin ərazilər xalq arasında "Malaqannar", "Kələmlik" kimi çağırılmağa başlamışdır.

Значение слова в других словарях