1. Binaların divarlarına mala çəkən usta; suvaqçı, malaçəkən, malaçı. Malakeşlər briqadası.
– Bakıda ümumiyyətlə peşəkarlar – bənna, xarrat, dəmirçi, rəngsaz, malakeş və sair çox olardı.
2. Suvaq çəkmək üçün alət; mala, kəmçə. Malakeşi təmizləmək.