MANŞIRLAMAQ f. məh. Bir şeyin yerini, səmtini və başqa cəhətlərini bələdləmək, nişanlamaq. Bahadır bir ağacın dalına qısılıb məzkur qızı yaxşı manşırladı. N.Nərimanov. [Xəlil:] İndidən yerini manşırlasan yaxşıdır. M.Hüseyn.