Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Mantar palıdı
Quercus suber (lat. Quercus suber) — fıstıqkimilər fəsiləsinin palıd cinsinə aid bitki növü. == Təbii yayılması == Yabanı halda Aralıq dənizi sahillərinin ətrafında geniş yayılmışdır, ilk dəfə Cənubi Avropada təsvir edilmişdir. == Botaniki təsviri == Yavaş böyüyən, hündürlüyü 15–20 m, gövdəsinin diametri 30 sm olan, şaxələnmiş çətirli, həmişəyaşıl ağacdır. Gövdə və budaqlarının qabığı mantar qatına malikdir. Birillik zoğları və tumurcuqları sıx, keçəvari, sarımtıl-boz tükcüklərlə örtülmüşdür. Yarpaqları dərili, qalın, oval, yumurtavari-uzunsov, kiçik, biz dişli və ya kənarları bütöv formalı olub, uzunluğu 3–7 sm, eni 1,5–3,5 sm, kənarları çıxıntılıdır. Yarpaq saplağı 1–1,5 sm uzunluqdadır. Üstdən parlaq, tünd yaşıl, altdan sıx, xırda, boz tükcüklüdür. May-iyun aylarında çiçəkləyir.
Mantaş
Mantaş (Xudabəndə) — İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. Çeşmə Mantaş (Bicar) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd.
Mantra
Mantra (sanskr. मन्त्र) — əsasən sanskritcə olan dini heca və ya poeziyadır. İstifadəsi mantra ilə əlaqəli məktəb və fəlsəfəsinə görə dəyişiklik göstərir. Əsasən ruhani kanallar olaraq istifadə edilir, sözlər və yaranan titrəşmələrdən faydalanaraq şəxsin daha yüksək bir şüura çatmasına kömək edirlər. Digər məqsədləri dini mərasimlərdə bolluğa sahib olmaq, təhlükədən uzaq olmaq və ya düşmənləri uzaqlaşdırmaq üçündür. Mantralar Hindistanda Veda Hinduizmi ilə yaranıb və daha sonra Buddistlər, Siqhlər ve Caynistlər tərəfindən mənimsənilmişdir. == Etimologiya == Mantraların ümumi qəbul edilmiş bir tərifi vardır. Sanskritcə mantra- sözü (m. मन्त्रः, həm də n. मन्त्रं) man "düşünmək" (həm də manas "ağıl") və vasitə mənasındakı -tra şəkilçisindən yaranıb, hərfi mənası "fikir vasitəsi" olur.
Matar
Matar — Anju adaları qrupuna daxil olan elə də böyük olmayan ada. Ada Çukot dənizi ilə Şərqi Sibir dənizi araspnda yerləşir. İnzinati cəhətdən Yakutiya ərazisinə daxildir. Ərazi Ust Lena qoruğuna daxildir.
Böyük Şantar
Böyük Şantar adası — Şantar adaları qrupuna daxil olan ən böyük ada. Ada 1999-cu ildə digər adalarla birlikdə "Şantar adaları" yasaqlığına daxil edilir. 2013-cü ildən isə Şantar Adaları Milli Parkı elan edilmişdir. Ada Oxot dənizi suları ilə əhatlənmişdir. İnzibati cəhətdən isə Rusiya Federasiyasının Xabarovsk diyarı ərazisinə daxildir. Adanın şimal-şərqində Yakşin körfəzi sahilində meteoroloji stansiya yerləşir. == Ümumi məlumat == Adanın sahəsi 1766 km² təşkil edir. Ada şimaldan cənuba 65 kilometr, şərqdən qərbə isə 55-ci paralel boyunca 47 kilometr. Adanın şimalında Severnı, cənubunda Filipp, qərbində Radujnıy, mərqində isə Şimal-Şərq burunkarı yerləşir. Adanın şimal-şərqində Bolşoye gölü yerləşir.
Kiçik Şantar
Kiçik Şantar — Şantar adaları qrupuna daxil olan üçüncü böyük ada. Böyük Şantar adasından 8 km aralıda qərarlaşır. Şimaldan cənuba uzanır və balığa bəngər quruluşa malikdir. Adanın sahəsi 100 km², uzunluğu 19 km, eni isə 1,5–6 km arasında dəyişir. Materikdən Lindholm boğazı, Beliçi adası adasından isə Opasnı boğazı ilə ayrıllr. Adanın şimal nöqtəsi Uspeniya burnu, cənub nöqtəsi isə Qaykovski burnudur. Bütünlüklə tayqa meşələri ilə örtülüdür. 1999-cu ildə digər adalarla birlikdə "Şantar adaları" yasaqlığına daxil edilir. 2013-cü ildən isə Şantar Adaları Milli Parkı elan edilmişdir.
Manbar (Sayınqala)
Manbar (fars. منبر‎‎) — İranın Qərbi Azərbaycan ostanının Sayınqala şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 625 nəfər yaşayır (122 ailə).
Mannar adası
Mannar (sinh. දිස්ත්රික්කය, tam. மன்னர் ஐலன்ட்) — Şri-Lankaya məxsus olan ada. Ada Polk boğazında yerləşir. Sahəsi 130 km²-dir. 2003-cü il məluumatına görəadada 45307 nəfər yaşayır. Hər kvadarat km əraziyə 348,515 nəfər düşür. Şri-Lanka adasından şimal-qərbdə yerləşir. Ən böyük yaşayış mənqədəsi Mannar şəhəridir. Mannar şəhərindən başqa burada Talaimannar, Pesalai, Karisal, Siruththoppu adlı yaşayış məntəqələri vardır.
Mantaş (Xudabəndə)
Mantaş (fars. منطش‎) - İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 148 nəfər yaşayır (30 ailə).
Şantar adaları
Şantar adaları — Oxot dənizinın suları ilə əhatələnən arxipelaq, ətrafında Ud körfəzi, Turuq körfəzi və Akademii körfəzləri vardır. Materikdən Şantar dənizi və Lindholm boğazı ilə atrılır. İnzibati cəhətdən Rusiyanın Xabarovsk diyarı Tuquro-Çumikan rayonu ərazisinə daxildir. Adalar ilk dəfə polkovnik Yakov Aqeeviç Elçinin rəhbərlik etdiyi 1718—1719 illər ekspedisiyası zamanı kəşf edilmişdir. Arxipelaqa 15 ada daxildir: Böyük Şantar, Feklistov adası, Kiçik Şantar, Beliçi adası, Medveji adası, Ptiçi adası, Saxarnaya Qalava, Kusov adası, Feklistov adası, Siviçi Daşları, Suxotina adası, Severnıy Srednıy Yujnıy adaları və Diomid Daşları. Adaların ümumi sahəsi 2,5 min. km² təşkil edir Adaların relyefi dağlıqdır. Maksimal hündürlüyü 720 metrdir, digər məlumatlarda bu hündürlük 701 m-dir. Ən hündür zirvə Veselaya dağı Böyük Şantar adasında yerləşir. İri adalarında iynəyarpaqlı və elni yarpaqlı meşələrə rast gəlinir.
Şantar dənizi
Şantar dənizi (rus. Шантарское море — dəniz Rusiyanın şərqində, Oxot dənizinin şimal-qərbində yerləşir. İki dənizin akvatoriyası bir-biri ilə Şantar adaları ilə ayrılır. Şimalda Böyük Şantar, şərqdə Kiçik Şantar, cənubda, Tuqur körfəzi, qərbdə isə Ud estuarisi ilə əhatələnir. Dəniz 1853-1874-cü illər ərzində Balina ovunu həyata keçirən Amerikan balinaovlayan gəmilərinin məskəninə çevrilir. Bölgədə əsasən Qrenlandiya balinasının ovu həyata keçirilirdi. Atlas SSRİ // SSRİ Nazirlər Soveti yanında geodeziya və kartoqradiya üzrə idarə. Moskva.
Manta birostris
Nəhəng dəniz iblisi və ya Manta (lat. Manta birostris) — Mantalar cinsinə, Qartalvari skatlar fəsiləsinə daxil olan növ. "Mobulinae" altsinfinə daxil olan yeganə onurğalıdır ki, üç cüt funksional ətrafa sahibdir. Skatların ən iri nümayəndəsidir. Onların uzunluqları 9,1 m (əsasən 4—4,5 m), ən irisinin çəkisi isə 3 tona qədərdir. Mantalar geniş areala sahib olsalar da, əsasən mülayim, tropik və subtropik sularda, 35° ş. e. və 35 °C. e. arasında yayılmışlar. Bu nəhəng okean canlısına istər sahil zonaları, mərcan riflərinin və ada qruplarının ətrafı, istərsə dərinliyi 120 m olan su altı zirvələrin ətraflarında rastlamaq mümkündür.
Ptiçi (Şantar adaları)
Ptiçi adası — Şantar adaları qrupuna daxil olan ada. Ada materikdən 12 km aralıda qərarlaşır. Uzunluğu 2,5 km, eni isə ən gen hissəsə 1,5 km təşkil edir. Ada ərazisində nəhəng eynəkli təmizçi koloniyası var. Burada Uria lomvia yuva qurur. 1999-cu ildə digər adalarla birlikdə «Şantar adaları» yasaqlığına daxil edilir. 2013-cü ildən isə Şantar Adaları Milli Parkı elan edilmişdir.
Çeşmə Mantaş (Bicar)
Çeşmə Mantaş (fars. چشمه منتش‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 1,012 nəfər yaşayır (228 ailə). Əhalisini kürdlər təşkil edir.
Cantar de mio Cid
ElCantar de mio Cid, Kastiliya cəngavəri Rodrigo Díaz de Vivar el Campeadorun həyatının son illərindən ilham alınaraq onun qəhrəmanlıqlarının nümayiş etdirildiyi müəllifi məlum olmayan bir əməl mahnısıdır. Mühafizə altında olan versiyası, mövcud tənqidçilərin əksəriyyətinə görə, 1200-cü illər ətrafında tərtib edilmişdir. Əsərdəki hadisələr rekonkista dövründə baş vermişdir. İspaniyanın milli dastanı hesab olunur. Əsər hal-hazırda orta əsrlərə məxsus əlyazma kimi İspaniya Milli Kitabxanasında saxlanılır və müvafiq olaraq 3 hissədən ibarətdir: Cantar del destierro, Cantar de las bodas və Cantar de la afrenta de Corpes.
Şantar Adaları Milli Parkı
Şantar adaları Milli Parkı — 30 dekabr 2013-cü ildə Oxot dənizində yerləşən Şantar adalarının təbiətini qorunmasını təmin etməkdir. Milli park Rusiya Federasiyasının Ekologiya və Təbii Ehtiyatlar Nazirliyinin balansındadır. Milli park Oxot dənizinin qərbində yerləşir. İnzibati cəhətdən Xabarovsk diyarı ərazisində qərarlaşır. Milli parkın ərazisi 5155 km² təşkil edir. Bu ərazinin 2412 km² torpaq ərazisi, 2743 km² ərazi isə dəniz fonduna daxildir. Bu statusun verilməsi 40 il gecikmişdir. Boris Aleksandroviç Voronovun sözlərinə görə burada ilk dəfə qoruğun yaradılması 1975-ci ilə təsadüf edir. 1999 ildə № 249 qərarla Şantar adaları yasaqlıq elan edilir. 15 il sonra yasaqlığın yerində milli park yaradılır.
Bancar
Bancar Qərbi Yava və Mərkəzi Yavanın arasında yerləşən kiçik bir müstəqil (hər hansı inzibati əraziyə tabe olmayan) Qərbi Yavaya aid şəhərdir. Bu şəhər həmçinin Bancar Patromanor və ya Pataruman də kimi tanınır. == Coğrafiyası == Bancar şəhəri müxtəlif landşaftlara malikdir. Şəhərin şimal, cənub və qərb hissələrində dağlıq ərazilər var. Şəhər mərkəzi Citanduy tərəfdən bölünür. Kənd təsərrüfatının bir hissəsi, xüsusilə də ətraf ərazilərdə də var. Bancar ərazisindəki əkinçilik zonası düyü sahələrindən, Perhutaninin (iş sahəsindəki planlaşdırma, idarəetmə, biznes və meşə mühafizəsini yerinə yetirmək vəzifəsi və səlahiyyətinə malik olan İndoneziyaya məxsus olan Neqaradi Biznes İnstitutu) idarə etdiyi gəmiqayırma və mebel istehsalı üçün istifadə edilən ağaclar və adi tropik yağışlı meşələrdən ibarətdir. 2006-cı ildə Purvaharca qəsəbəsində yeni bir bələdiyyə binası və Polis qərargahının inşası üçün bir sıra təpələrin ləğv olunması və meşə ağaclarının kəsilməsi lazım oldu. == Tarix == 612-ci ildə Yuqaninq Raca Kavasa kitabına görə "Kendan Krallığı"ndan Prabu Kandiavan oğlu Prabu Vreti-kandayun "Qaluh dövləti"ni qurdu. Şəhər mərkəzi Cimuntur çayı və Citanduy çayı tərəfindən möhkəmləndirilmiş Karanqkamulyan ərazisində yerləşir.
Kaftar
Zolaqlı kaftar (lat. Hyaena hyaena) — yırtıcılar dəstəsinin kaftarlar fəsiləsinə aid məməli heyvan cinsi. Kritik vəziyyətdədir. Təbii şəraitdə nəslinin kəsilmə təhlükəsi var. Arealın kənarında olan nadir növdür. == Xarici görünüşü == Bədəninin uzunluğu 110–120 sm, quyruğunun uzunluğu isə 30 sm-dir. Kütləsi 30–39 kq olur. Bədəni qısa, quyruğu uzun, qulağı böyükdür. Görkəmcə itə oxşasada bir çox cəhətlərinə görə ondan fərqlənir. Çiyin-boyun nahiyyəsində at yalına bənzər uzun, cod tükləri var.
Kantal
Kantal (fr. Cantal; oks. Cantal ) — Fransanın Mərkəzi Cənub hissəsində departament.Overn rayonunun departamentlərindən biridir. Seriya Nömrəsi-15. İnzibati mərkəzi - Oriyak. Əhali sayı - 154.135 nəfər (şöbələri arasında 96-ci yeri tutur) (2010-cu il məlumatına görə). == Coğrafiyası == Şöbənin sahəsi 5726 km². == Tarixi == Kantal— 1790-ci ildə mart ayında Böyük Fransa İnqilabı zamanı yaradılmış, ilk 83 şöbədən biridir. Adı Lo və Qaronna çaylarından götürülüb. Keçmiş Overn vilayetində yerləşir.
Lantan
Lantan (La) – D.İ. Mendeleyevin elementlərin dövri sistemində 57-ci element. == Xarici keçidlər == 1794-cü ildə fin kimyaçısı Y.Qadolin serit mineralında yeni “ittirium torpağı” aşkar etdi. 1803-cü ildə həmin mineralda Y.Y.Berselius və alman kimyaçısı Vilhelm Xizinger (1766-1852) daha bir “torpağı” tapdılar, onu da “serium torpağı” adlandırdılar. Bu “torpaqlardan” sonralar bir sıra nadir torpaq elementlərinin oksidlərini ayırdılar. Onlardan biri 1839-cu ildə kəşf olunmuşdur və Berseliusun təklifi ilə lantan adlandırılmışdır. Yunan lanthano – “görünməz qalıram, gizlənirəm” sözündəndir; yeni element on illərlə kimyaçılardan “gizlənmişdir”.
Maktak
Maktak (inuit dilində:Maktak, "muktuk" variantında da tez-tez rast gəlinir; (çukça dilində: итгилгын, ман'так'; nen dilində: кылтын'гын) — Eskimos, nen və çukça mətbəxlərində dondurulmuş balina dərisindən və balina piyindən hazırlanan ənənəvi yemək. Bəzi dialektlərdə, xüsusilə inuinnaktun dialektində sözü "yeməli dəri" mənasında ifadə olunur.. == Qidalanmada əhəmiyyəti == Maktak - S vitamininin (Askorbin turşusunun) əsas mənbələrindən biridir. 100 qram baliba dərisində 38 mq askorbin turşusu vardır.. Balina piyi eyni zamanda D vitamini ilə zəngindir..
Mandat
Mandat — hər hansı bir şəxsin, təşkilatın, dövlətin səlahiyyətlərini bildirən sənəd.
Manfra
Manfra — manqa stilində olan Fransa-Belçika komiksləri. == Etimologiya == "Manfra" sözü "manqa" və "fransız" sözlərinin birləşməsi nəticəsində yaranmışdır. Bəzən bu sözün əvəzinə franqa, fransızca manqa və qlobal manqa (sonuncusu manqa stilində olan Qərb komikslərini bildirmək üçün də istifadə olunur) sözləri işlədilir.
Manowar
"Manowar",1980-ci ilin axırlarında yaranmış bir heavy metal musiqi qrupudur. Qrupun adı Joey DeMaionun (qrupun qurucusu) da bir müsahibədə dediyi kimi: həyatın hər gün davam edən mübarizə olmasından ilham alaraq "man of war" şəklində qurmuşlar. Üstəlik Manowar bir növ müharibə gəmisidir. "Manowar" daha çox inandıqları mifolojik tanrılarla əlaqəli mahnılar yazıb, heavy metal mədəniyyətini əks elətdirən bəstələr hazırlamaqdadır. Manowarın müharibədən bu qədər çok bəhs etmələri və mahnılarının həddindən artıq sərt olması bəzi dedi-qodulara səbəb olmaqdadır. Məsələn "Manowar"ın mahnıları həddindən artıq motivasiya edici olduğundan Amerikalı əsgərlərə dinlədilməkdədir. Bundan başqa "Manowar" haqqında faşist ifadələri gəzmiş ancaq "Manowar" mahnıları əsgərlərə dinlədilməsi üçün yazmadıqlarını söyləmişlər. Qrupun mahnı sözləri əksəriyyətlə fantastik və mifoloji mövzuları, xüsusilə Skandinaviya mifologiyasında əsas alır. Amma "Triumph of the Steel" albomunun hamısı Truva döyüşünü mövzu almışdır. 1984-cü ildə qrup daha əvvəl bir neçə dəfə yeniləməyi sınadığı "ən yüksək səsli performans rekordu"nu 139 desibel ilə yeniləyərək Ginnesin Rekordlar Kitabına girmişdir.
Manqal
Manqal (ərəb. منقل‎ - portativ) — içində od qalayıb, üstündə şişlik ət, toyuq, balıq və s. bişirmək üçün istifadə edilən xüsusi ocaq növü. == Hazırlanması == Manqal dəmirdən, misdən və ya gildən düzəldilir. Manqal adətən dördkünc və uzunsov olur. Üstündə şiş qoymaq üçün kəsiklər, kənarlarında daşımaq üçün qulp düzəldilir. Əksər manqallar dörd(4) ayaqlı olur. Manqalın uzunluğu müxtəlif, eni isə şişin üzunluğundan 10-15 sm qısa olur. == İstifadə == Manqalın içində ağac, kömür və ya odun yandırılıb köz salınır. Qızardılan məhsul şişlərə taxılıb manqala eninə düzülür.
Manqan
Manqan (Mn) – D.İ. Mendeleyevin kimyəvi elementlərin dövri cədvəlində 25-ci element. Batareyalarda depolarizator olaraq və şüşə üzərində dəmir çirkliliyi səbəbiylə yaranan yaşıl rəngi yox etmək üçün istifadə edilir. Ametist daşının rəngini verən də maqneziumdur. Polad və batareya istehsalında, dəmiryolu xəttlərinin və kassaların istehsalında, həmçinin keramika sənayesində istifadə edilir. Güclü bir oksidləşdirici olan permanqanat (MnO4), əczaçılıq işlərində kəmiyyət təhlillərdə istifadə edilir. Canlılar üçün əhəmiyyətli bir əsər element olan manqan, xüsusilə heyvanlarda B1 vitamini istifadəsində rol oynayır. Bitkilərdə manqanın miqdarı 0,001-0,01% (kütlə ilə) olur. Manqanın xeyli hissəsini bəzi pas göbələkləri, su qozu, su gülü, Leptothrix, Crenothrix növündə bakteriyalar və bəzi diatoma yosunları (Cocconies) özlərinə toplayır. Manqan bəzi fermentləri aktivləşdirir, fotosintezdə və C, B, E vitaminlərinin sintezində iştirak edir, şəkərlərin miqdarının artmasına və onların yarpaqlardan axmasına kömək edir, bitkilərin böyüməsini və toxumaların yetişməsini sürətləndirir. Amma, manqan qeyri-bərabər paylanır, məsələn, üzümün gövdələrinin 100q quru maddəsində o, 191 mq-a yaxın, köklərdə 130mq, giləmeyvələrdə 70mq-a yaxın olur.
İmanlar
İmanlar (Laçın)
Manjaro
Manjaro — istifadəçi rahatlığı və əlçatanlığa diqqət edən, Arch Linux əməliyyat sisteminə əsaslanan pulsuz və açıq mənbəli Linux paylanması. Paket meneceri olaraq dalğavari buraxılış yeniləmə modelindən və Pacman-dan istifadə edir. Əsasən Avstriya, Fransa və Almaniyada inkişaf etdirilmişdir. Rəyçilər Manjaro Linux-u quraşdırılması və istifadəsi asan, həm yeni başlayanlar, həm də təcrübəli istifadəçilər üçün uyğun olan Linux paylanması kimi qiymətləndirirlər. Ən müasir Arch mənşəli paylamanı quraşdırmaq və saxlamaq üçün asan və dostcasına yol kimi tövsiyə olunur. Bəzi rəyçilər AUR-da mövcud olan və upstream mənbələrdən yenilənmək üçün reputasiyaya malik olan böyük proqram təminatı kolleksiyasını cəlbedici görürlər. Digər rəyçilər isə müxtəlif iş masası mühitləri olan rəsmi və icma versiyalarının geniş kolleksiyasını vurğulayırlar. == Tarixi == Manjaro ilk dəfə 10 iyul 2011-ci ildə buraxıldı. 2013-cü ilin ortalarında beta mərhələsində idi, baxmayaraq ki, son sistemin əsas elementləri, o cümlədən GUI quraşdırıcısı (Antegros forku), frontend seçimi birlikdə gələn paket meneceri (Pacman), Xfce iş masası üçün Pamac (GTK) və Openbox nəşri üçün Octopi (Qt), MHWD (Manjaro Hardware Detection, pulsuz və xüsusi video drayverlərinin aşkarlanması üçün) və Manjaro Settings Manager (sistem miqyasında parametrlər, istifadəçi idarəetməsi və qrafika drayverinin quraşdırılması və idarə edilməsi üçün) tətbiq edilmişdi. 2012-ci ildə 0.8.3 versiyasının buraxılması ilə GNOME Shell dəstəyi dayandırıldı.
Baytar
Baytar — heyvanların sağlamlığı ilə məşğul olan mütəxəssis. Baytarlar baytar məntəqələrində, heyvanat parklarında və kənd təsərrüfatı müəssisələrində çalışırlar. Baytarlığın əsası heyvanların əhliləşdirilməyə başladığı dövrdən qoyulmuşdur. Baytarlıq təbabəti və tibb elminin mahiyyətini mükəmməl bilən zəka sahiblərinin məşhur bir kəlamı var: "Tibb həkimləri yalnız insanları, baytar həkimləri isə bütün bəşəriyyəti müalicə edir". == Ədəbiyyat == Z. Ələsgərov və başq. Baytarlıq virusulogiyası. Uniprint, Bakı, 415 səh., 2009.
Candar
Candar, Candari — Gürcüstan Respublikasının Kvemo Kartli mahalının Qardabani bələdiyyəsi ərazisində azərbaycanlıların yaşadığı kənd. Marneulidən 3 kilometr şimalda, dəniz səviyyəsindən 460 metr yüksəklikdə yerləşir. Candar kəndi Marneuli aqlomerasiyasına daxildir. Əhalisi 3118 nəfərdir (2002); əsasən əkinçiliklə məşğuldur. Kənddə Azərbaycan dilində məktəb 1922-ci ildən fəaliyyət göstərir. == Tanınmış şəxsləri == == Mənbə == Azərbaycan Milli Ensiklopediyası. V cild. Bakı, 2014. səh.185.
Maqlar
Maqlar (Qədim fars dilində. 𐎶𐎦𐎢𐏁 (maguš), q. yunan dili. Μάγοι, lat. magus) — qədim İranda, eləcə də İranla qonşu olan bir sıra ölkələrdə keşişlər və kahinlər kastasının üzvləridir. Midiya tayfalarından biri olan Herodota görə və eyni zamanda Midiya falçıları və kahinləri maqlar kimi adlanırdı. Bəzi tədqiqatçıların fikrincə, maqlar öz dini baxışlarında monoteizmə sitayiş etmişlər. Zərdüştiliyin Qərbi İranda yayılması ilə maqlar Zərdüştün öz peyğəmbəri kimi tanıyaraq onun kahinləri kimi fəaliyyət göstərirlər (tədqiqatçılar bu hadisəni müxtəlif yollarla qeyd edirlər: eramızdan əvvəl 7-ci əsrdən 5-ci əsrin sonu - IV əsrin əvvəlinə qədər). Maqlar Qədim İranın siyasi həyatında böyük rol oynamışlar; dövlətçiliyin ilkin mərhələlərində qəbilə zadəganlarına qarşı mübarizədə ümumiyyətlə kral hakimiyyətini dəstəkləyirdilər; Sasanilər dövründə maqlar əsasən ictimai həyatın mühafizəkar normalarının əsas dayağı idi. Ellinizm dövründə və sonralar “maqlar” sözü sehrbazlar, astroloqlar və s.
Çartar
Güneyçartar — Azərbaycan Respublikasının Xocavənd rayonunun Güneyxırman kənd inzibati ərazi dairəsində kənd. 1992-ci ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Güneyçartar kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində yenidən Azərbaycan Respublikasının suverenliyinə qayıtmışdır. Kəndin adı Güneycarpaz variantında da qeydə alınmışdır. Oykonim güney (güntutan, cənub) və cartar/cartaz (dağda uçurum, yarğan) komponentlərindən düzəlib, "cənubda yerləşən yarğanlı dağ" mənasındadır. Kənd yerləşdiyi ərazinin coğrafi movqeyi ilə bağlı adlandırılmışdır. Güneyçartar kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmışdır: Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən 2 oktyabr 1992-ci ildə işğal edilmişdir. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində yenidən Azərbaycan Respublikasının suverenliyinə qayıtmışdır. Kənd Qarabağ silsiləsinin ətəyində yerləşir.