marşrut taksi

dolmuş

marketinq
mart
OBASTAN VİKİ
Marşrut
Marşrut (alm. Marschroute, fr. marche — hərəkət, irəliyə gediş və route — yol) — əsas məntəqələr göstərilməklə müəyyən coğrafi orientirlərlə müqayisədə hansısa obyektin hərəkəti. Marşrutun əvvəli və son nöqtəsi olur. Marşrutun yolu əvvəldən müəyyən edilir və ondan istifadə edənlər məlumatlı olurlar. == Həmçinin bax == Turist marşrutu Nəqliyyat logistikası Cədvəl Yol == Mənbə == Яндекс.
Taksi
Taksi (fr. taximetre, lat. taxo — qiymətini müəyyən edirəm), taksomotor[mənbə göstərin] — getdiyi yolun haqqı taksometrə əsasən ödənilən sərnişin və ya yük avtomobili. Eyni zamanda həm yük, həm də sərnişin daşıyan taksilər də var. Taksi kimi seriya ilə buraxılan, həmçinin konstruksiyasında talsiyə məxsus xüsusiyyətlər nəzərə alınmış xüsusi avtomobillərdən istifadə olunur. İlk taksilər Londonda 1903-cü ildə işləməyə başlamışdır. Taksi dayanacaqlarında xüsusi işarələr qoyulur, bəzən dayanacaqlar rabitə vasitələri olan dispetçer məntəqələri və siqnalizasiya qurğuları ilə təchiz olunur. Marşrut taksiləri də var. Bəzi şəhərlərdə "ekspres-taksi" adlanan nəqliyyat hərəkəti təşkil olunur. Belə taksilər dayanacaqlara daxil olmur, şəhər daxilində hərəkət edərək sərnişinləri küçənin istənilən yerində maşına mindirir.
Marşrut planalma
Marşrut planalma (rus. маршрутная съемка, ing. compass sketching) — topoqrafik və başqa xəritələri tərtib etmək və yenidən düzəltmək üçün ayrı-ayrı marşrutlar üzrə yerin plana alınmasıdır. İnstrumental menzula, aerofototopoqrafik və b. ilə /, yaxud gözəyarı planalma üsulları ilə aparılır.
Mavi marşrut
"Mavi marşrut" (mac. Országos Kéktúra, qısaldılmış halda OKT) — Macarıstanın milli piyada marşrut yolu. Bu marşrut avropa piyada marşrut şəbəkəsinin bir hissəsi hesab olunur. == Tarixi == Milli mavi marşrut və ya sadəcə mavi marşrut Avropanın ilk şəhərlərarası piyada turist marşrutu hesab olunur. Bu barədə ilk dəfə olaraq 1938-ci ildə məlumat verilmiş və uzunluğu o dövrdə 910 km göstərilmişdir. İkinci dünya müharibəsindən sonra bir çox macar piyada turizm həvəskarları bu yolla hərəkət etməyə başladılar. Budapeştin idman turizm cəmiyyəti "Lokomotiv" 1952-ci ildə bu marşrutu rəsmən "mavi" yol adlandırdı. Tezliklə bu cəmiyyət marşrutla bağlı buklet və xəritələr yaratdılar. 1961-ci ildən "Mavi marşrut" hərakatının təşkilatşılığını və idarəçiliyini "Təbətin dostlar" assosiasiyası öz üzərinə götürdü. "Mavi marşrutun" ilk illərində bu yol barəsində ancaq idmançı turistlər məlumatlı idi.
Taksi (dəqiqləşdirmə)
Taksi — müəyyən ödəniş haqqı qarşılığında müəyyən yerə getmək üçün sürücüsü olan avtomobildir.
Taksi (film)
Taksi — müəyyən ödəniş haqqı qarşılığında müəyyən yerə getmək üçün sürücüsü olan avtomobildir.
Taksi 2
Taksi 2, Gérard Krawczykin rejissoru olduğu 2000-ci il istehsalı Fransız komediya və aksiyon filmidir. Marsel şəhərindəki bir taksi sürücüsü Danielə həmin şəhərdə olan bir yapon nazirin sürücüsü olmaq və ona şəhəri göstərmək tapşırılır. Ancaq səyahət zamanı idarəolunmaz hadisələr onu bir yapon yakuza dəstəsinin arxasınca getmək üçün polislə əməkdaşlığa məcbur edir.
Taksi 3
Taksi 3, Gérard Krawczykin rejissoru olduğu 2003-cü ildə ekranlara çıxmış Fransız komediya və döyüş filmidir. Sylvester Stallone filmin qonağı olmuşdur. Daniel və Marsel polisinin şən bir qrupu başqa bir macəraya başlamaq üçün yığışır. Bu dəfə Şaxta baba geyimində gəzən Şaxta baba dəstəsi qovulur. Beləliklə, Emilie yenə də tamamilə dəyişdirilmiş Peugeot 406 ilə cinayətkarları ədalət mühakiməsinə çıxarmaq vəzifəsini Daniel üzərinə qoyur. Marseldən Tignesə, Cannebieredən xizək sürmə yamaclarına kimi onlar birlikdə hərəkət edirlər.
Taksi 4
Taksi 4 (T4xi olaraq da adlandırılır), Gérard Krawczykin rejissoru olduğu 2007-ci ildə istehsal olunmuş Fransız komediya filmidir. Ssenarisi Luc Bessona məxsus film, 2003-cü ildə buraxılmış Fransız döyüş/komediya filmi olan Taksi 3-ün davamıdır. Serianın digər filmlərində olduğu kimi Samy Naceri də "Daniel Morales" taksi sürücüsünü canlandırır, lakin bu dəfə maşını Peugeot 407-dir. Frédéric Diefenthal "Émilien Coutant-Kerbalec", Jean-Christophe Bouvet "General Bertineau" rolunu oynayır. Filmdə ayrıca Fransız futbolçu Djibril Cissé də rol alır, Bernard Farcy, Emma Sjöberg də filmdə iştirak edirlər. Komissar Gilbert adi bir otel təmizləyicisinin terrorçu olduğunu və məşhur futbolçu Cibril Sissenin qanunsuz bir mühacir olduğunu düşünmüşdür. Belçikalı bir cinayətkar Afrikaya göndərilmədən əvvəl 24 saat müddətində Marsel polisində nəzarətdə saxlanılır. Emilien o qədər sadəlövh bir polisdir ki, oğru bunu dərk edərək asanlıqla Emilieni günahsız bir insan olduğuna inandırır.
Yandex.Taksi
Yandex.Taxi — Rusiya, MDB, Şərqi Avropa, Afrika və Yaxın Şərqdə sürücülük və qida texnologiyası sahəsində ixtisaslaşmış Rusiyanın İT şirkəti Yandex tərəfindən hazırlanmış və taksi sifarişinə xüsusi önəm verən bir tətbiqdir. Yandex.Taxi Rusiya, Belarusiya, Moldova, Ermənistan, Gürcüstan, Qırğızıstan, Qazaxıstan, Özbəkistan, Latviya, Estoniya, Litva, Serbiya, İsrail, Fil Dişi Sahili, Finlandiya, Qana və Rumıniyanın 300-dən çox böyük şəhərində aktiv şəkildə fəaliyyət göstərir. Son beş ölkədə Yango adlı bir marka altında fəaliyyət göstərir. Xidmət yarandığı gündən bəri 36 milyondan çox insan tərəfindən istifadə edilmişdir. 2018-ci ilin sentyabr ayından sistemdə 700 mindən çox sürücü qeydiyyatdan keçib. Yandex.Taxi 2018-ci ilin dekabr ayından etibarən qida çatdırılması üçün Rusiyada Yandex Eats adı altında istifadəçilərə xidmət göstərir. Yandex.Taxi ilk dəfə 2011-ci ildə Rusiyanın paytaxtı Moskva şəhərində 11 taksi dayanacağı və 1000 sürücüsü ilə fəaliyyətə başladı. Xidmət ilk dəfə işə salındıqda Android və iOS telefonları üçün mobil tətbiq kimi təqdim edildi və vebsayt 28 iyun 2012-ci ildə istifadəyə verildi. 2012-ci ildən etibarən Yandex.Taxi özü tərəfindən edilən taksi zəngləri üçün komissiya almağa başladı. Tigran Khudaverdyan, Yandex.Taxi xidmətini 2014-cü ildə öz üzərinə götürdü.
Taksi 5
"Taksi 5" (fr. Taxi 5) — Frank Qastambid tərəfindən yaradılan komediya filmi. Filmin premyerası 12 aprel 2018-ci ildə baş tutub. Rusiyada filmin sərbəst buraxılması 10 May 2018-ci ildə baş tutub. Film əvvəlki filmin (Taksi 4) hadisələrindən 10 il sonra baş verir. Paris Polis müfəttişi Silven Maro Fransanın paytaxtının ən yaxşı polis müfəttişlərindən biri hesab olunur və istənilən cinayətkarı tuta bilir. O, xüsusi qüvvələrdə xidmət etmək arzusundadır, lakin tapşırıqlarından biri zamanı onu Paris bələdiyyə başçısını həyat yoldaşı ilə birlikdə görürlər və rəhbərlik Maronu Marselin bələdiyyə polis bölməsinə yollayır. Köhnə polis işçisi, indi isə Marselin bələdiyyə sədri olan Gibert, Silvenə Ferrarilərlə şəhəri alt-üst edən cinayətkar dəstənin qarşısını almağı tapşırır. O, bu işin öhdəsindən layiqincə gəlmək üçün əfsanəvi taksi sürücüsü olan Danielin qardaşı oğlu Ediyə müraciət edir . Frank Qastambid — polis müfəttişi Silven Maro Malik Bentlaxa — taksist Eddi Makluf, Danielin qardaşı Sabrina Uazani — Samia Makluf, Danielin bacısı Bernar Farsi — Marselin bələdiyyə başçısı Eudar Montut — polis müfəttişi Alen Trezor, Emilin dostu Ramzi Beida — Raşid Salvador Espozito — Toni Doq Anuar Tubalu — Mişel Petruçiani Frank Qastambid "Daxildə 50 dəqiqə"yə müsahibəsində bildirib ki, əgər "Taksi 5" yaxşı gəlir əldə etsə, onun növbəti işi "Taksi 6" olacaq.
Taksi sürücüsü
Taksi (fr. taximetre, lat. taxo — qiymətini müəyyən edirəm), taksomotor[mənbə göstərin] — getdiyi yolun haqqı taksometrə əsasən ödənilən sərnişin və ya yük avtomobili. Eyni zamanda həm yük, həm də sərnişin daşıyan taksilər də var. Taksi kimi seriya ilə buraxılan, həmçinin konstruksiyasında talsiyə məxsus xüsusiyyətlər nəzərə alınmış xüsusi avtomobillərdən istifadə olunur. İlk taksilər Londonda 1903-cü ildə işləməyə başlamışdır. Taksi dayanacaqlarında xüsusi işarələr qoyulur, bəzən dayanacaqlar rabitə vasitələri olan dispetçer məntəqələri və siqnalizasiya qurğuları ilə təchiz olunur. Marşrut taksiləri də var. Bəzi şəhərlərdə "ekspres-taksi" adlanan nəqliyyat hərəkəti təşkil olunur. Belə taksilər dayanacaqlara daxil olmur, şəhər daxilində hərəkət edərək sərnişinləri küçənin istənilən yerində maşına mindirir.
Mavi marşrut (Macarıstan)
"Mavi marşrut" (mac. Országos Kéktúra, qısaldılmış halda OKT) — Macarıstanın milli piyada marşrut yolu. Bu marşrut avropa piyada marşrut şəbəkəsinin bir hissəsi hesab olunur. == Tarixi == Milli mavi marşrut və ya sadəcə mavi marşrut Avropanın ilk şəhərlərarası piyada turist marşrutu hesab olunur. Bu barədə ilk dəfə olaraq 1938-ci ildə məlumat verilmiş və uzunluğu o dövrdə 910 km göstərilmişdir. İkinci dünya müharibəsindən sonra bir çox macar piyada turizm həvəskarları bu yolla hərəkət etməyə başladılar. Budapeştin idman turizm cəmiyyəti "Lokomotiv" 1952-ci ildə bu marşrutu rəsmən "mavi" yol adlandırdı. Tezliklə bu cəmiyyət marşrutla bağlı buklet və xəritələr yaratdılar. 1961-ci ildən "Mavi marşrut" hərakatının təşkilatşılığını və idarəçiliyini "Təbətin dostlar" assosiasiyası öz üzərinə götürdü. "Mavi marşrutun" ilk illərində bu yol barəsində ancaq idmançı turistlər məlumatlı idi.
Taksi (film, 1998)
Taksi (fr. Taxi) — kinokomediya, döyüş, macəra və detektiv janrlarını özündə ehtiva edən fransız filmidir. Dünya üzrə 200 mln dollar gəlir gətirməklə, Fransanın ən uğurlu filmlərindən biri hesab edilir. Çəkiliş studiyaları ARP, TF1 Films Productions, Le Studio Canal+, Cofimage 9, Studio Image 4, EuropaCorp (Aktyor) olmuşdur. Hadisələr Marseldə cərəyan edir. Filmdə Pizza kuryeri işindən çıxmış və taksi fəaliyyəti ilə məşğul olmağa başlayan gənc oğlan Danieldən bəhs edilir. Daniel və Emilyen bankları asanlıqda qarət edən "Mersedesdə (Mercedes-Benz E-klass— (W124) — model 500E. avtomobil 5 litrlik V8 tipli mühərriklə təchiz edilmişdir) gəzən" alman mütəşəkkil cinayət dəstəsini tutmağa çalışırlar. Nəhayət, Danielin sayəsində, bu, onlara nəsib olur.
Taksi (film, 2015)
Taksi (fars. تاکسی‎‎) — 2015-ci ildə ekranlara çıxmış dram janrında olan İran filmi. 65-ci Berlin Beynəlxalq Film Festivalında ən yüksək mükafat olan "Qızıl ayı" mükafatına layiq görülüb. "Taksi" 2010-cu ildə kino çəkilişlərinə rəsmi olaraq qadağa aldıqdan sonra Cəfər Pənahinin çəkdiyi sayca üçüncü filmidir. Film maşının qabağdakı cihaz lövhəsinə quraşdırılmış kamera vasitəsilə lentə alınıb. Rejissor bu üsuldan rəsmilərin diqqətini cəlb etməmək üçün istifadə edib. Filmdəki hadisələr Tehran küçələrində şütüyən taksidə baş verir. Taksinin sürücüsü rejissor Cəfər Pənahidir. Taksiyə minən sərnişinlər hərəsi öz həyatını danışır və bu ümumilikdə Tehrandakı abu havanı özündə göstərir. Rejissor onlarla söhbət zamanı İrandakı həyat tərzinin obrazını yaradır.
Taksi sürücüsü (film)
Taksi sürücüsü (ing. Taxi Driver) — 1976-cı ildə Martin Skorseze tərəfindən çəkilmiş amerikan filmi. Ssenarisi Paul Schrader tərəfindən yazılmış və baş rollarda Robert De Niro və Codi Foster çəkilmişdir. Nyu-York şəhərində çəkilən film taksi sürücüsü və veteran Travis Bikl (De Niro) və onun gecələr şəhərdə işlədiyi zaman pisləşən psixi vəziyyətindən bəhs edir. Film 7 fevral 1976-cı ildə Columbia Pictures tərəfindən kinoteatrlarda nümayiş etdirilmiş və həmin ildə Kann Film Festivalının Palma budağı, o cümlədən 49-cu Akademiya Mükafatlarında ən yaxşı film, ən yaxşı aktyor (De Niro üçün) və ən yaxşı ikinci plan qadın rolu (Foster üçün) daxil olmaqla çoxsaylı mükafatlar almışdır.
AZAL-ın marşrut şəbəkəsi
Azərbaycan Hava Yollarının marşrut şəbəkəsi — AZAL aşağıdakı istiqamətlərdə uçuşlar həyata keçirir.
Taksi 5 (film, 2018)
"Taksi 5" (fr. Taxi 5) — Frank Qastambid tərəfindən yaradılan komediya filmi. Filmin premyerası 12 aprel 2018-ci ildə baş tutub. Rusiyada filmin sərbəst buraxılması 10 May 2018-ci ildə baş tutub. Film əvvəlki filmin (Taksi 4) hadisələrindən 10 il sonra baş verir. Paris Polis müfəttişi Silven Maro Fransanın paytaxtının ən yaxşı polis müfəttişlərindən biri hesab olunur və istənilən cinayətkarı tuta bilir. O, xüsusi qüvvələrdə xidmət etmək arzusundadır, lakin tapşırıqlarından biri zamanı onu Paris bələdiyyə başçısını həyat yoldaşı ilə birlikdə görürlər və rəhbərlik Maronu Marselin bələdiyyə polis bölməsinə yollayır. Köhnə polis işçisi, indi isə Marselin bələdiyyə sədri olan Gibert, Silvenə Ferrarilərlə şəhəri alt-üst edən cinayətkar dəstənin qarşısını almağı tapşırır. O, bu işin öhdəsindən layiqincə gəlmək üçün əfsanəvi taksi sürücüsü olan Danielin qardaşı oğlu Ediyə müraciət edir . Frank Qastambid — polis müfəttişi Silven Maro Malik Bentlaxa — taksist Eddi Makluf, Danielin qardaşı Sabrina Uazani — Samia Makluf, Danielin bacısı Bernar Farsi — Marselin bələdiyyə başçısı Eudar Montut — polis müfəttişi Alen Trezor, Emilin dostu Ramzi Beida — Raşid Salvador Espozito — Toni Doq Anuar Tubalu — Mişel Petruçiani Frank Qastambid "Daxildə 50 dəqiqə"yə müsahibəsində bildirib ki, əgər "Taksi 5" yaxşı gəlir əldə etsə, onun növbəti işi "Taksi 6" olacaq.
Taksi sürücüsü (film, 1976)
Taksi sürücüsü (ing. Taxi Driver) — 1976-cı ildə Martin Skorseze tərəfindən çəkilmiş amerikan filmi. Ssenarisi Paul Schrader tərəfindən yazılmış və baş rollarda Robert De Niro və Codi Foster çəkilmişdir. Nyu-York şəhərində çəkilən film taksi sürücüsü və veteran Travis Bikl (De Niro) və onun gecələr şəhərdə işlədiyi zaman pisləşən psixi vəziyyətindən bəhs edir. Film 7 fevral 1976-cı ildə Columbia Pictures tərəfindən kinoteatrlarda nümayiş etdirilmiş və həmin ildə Kann Film Festivalının Palma budağı, o cümlədən 49-cu Akademiya Mükafatlarında ən yaxşı film, ən yaxşı aktyor (De Niro üçün) və ən yaxşı ikinci plan qadın rolu (Foster üçün) daxil olmaqla çoxsaylı mükafatlar almışdır.
Azərbaycan Hava Yollarının marşrut şəbəkəsi
Azərbaycan Hava Yollarının marşrut şəbəkəsi — AZAL aşağıdakı istiqamətlərdə uçuşlar həyata keçirir.
Kanadada öldürülmüş taksi sürücülərinin siyahısı
Tbilisi-Ağdam marşrut avtobusunun partladılması (1990)
Tbilisi-Ağdam marşrut avtobusunun partladılması — 10 avqust 1990-cı il tarixdə "Tbilisi-Ağdam" marşrutu ilə hərəkət edən sərnişin avtobusunun partladılması. Hadisə nəticəsində 20 nəfər həlak olmuş, 30 nəfər yaralanmışdır. Cinayətin təşkilatçıları Armen Mixayloviç Avanesyan və Mixayil Mixayloviç Tatevosov (Tatevosyan) cinayət məsuliyyətinə cəlb olunmuşlar. 1992-ci ilin mayında A. Avanesyan ölüm cəzasına məhkum edilmiş, M. Tatevosov isə 15 il azadlıqdan məhrum edilmişdir. İstintaq zamanı məlum olmuşdur ki, cinayətkarlar 1991-ci ilin iyulun 17-də Ağdam-Tbilisi marşrutu ilə hərəkət edən sərnişin avtobusunu da partlatmağı planlaşdırmış, lakin özlərindən asılı olmayan səbəblərdən aksiyanı həyata keçirə bilməmişlər. M. Tatevosov 1992-ci ilin may ayında Tərtər rayonunda azərbaycanlı girovlarla dəyişdirilmişdir.