marşrut taksi
masa
OBASTAN VİKİ
Mart
Mart — Qriqorian təqvimi ilə ilin üçüncü ayıdır. 31 gündən ibarətdir.Yaz fəslində mövcud aydır. Yuli Sezarın təqvim islahatından əvvəl Qədim Romada ilin birinci ayı sayılırdı. Mart sözü Qədim Roma mifologiyasında müharibə tanrısı olan Marsın adı ilə bağlıdır. Görünür əkin işləri başladığından romalılar bu ay Marsa xüsusi ehtiram göstərirdilər ki onların üzərinə müharibə göndərməsin. Onun şərərfinə qurbanlar kəsirdilər.
10 mart
10 mart — Qriqorian təqvimində ilin 71-ci günü. Bu tarixdə ilin sonuna 294 gün (uzun ildə 295 gün) qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 27 fevral tarixinə uyğun gəlir. == Əhəmiyyətli hadisələr == === 1600-cü ildən əvvəl === 1496 — Santo-Dominqo şəhərini təsis edəndən sonra Xristofor Kolumb komandanı qardaşına buraxaraq İspaniyaya yola düşüb. === 1601–1900 === === 1901–cari === 1922 — Mahatma Qandi Hindistanda həbs edildi, fitnəyə görə mühakimə olundu və altı il həbs cəzasına məhkum edildi, lakin appendisit əməliyyatına görə təxminən iki ildən sonra sərbəst buraxıldı. 1977 — Astronomlar Uranın halqalarını kəşf ediblər. 2000 — Dotkom köpüyü NASDAQ Composite birja indeksində 5,048,62 səviyyəsinə çatıb. 2020 — Antiqua və Barbuda, Boliviya, Honduras, Konqo Demokratik Respublikası, Monqolustan və Yamaykada ilk dəfə COVID-19 qeydə alınıb. === Azərbaycana aid hadisələr === 1735 — Gəncə yaxınlığında Nadir şah Əfşar və Rusiya arasında müqavilə imzalanıb. Rus qoşunları işğal olunmuş ərazilərdən çıxarılıb.
11 mart
11 mart — Qriqorian təqvimində ilin 72-ci günü. Bu tarixdə ilin sonuna 293 gün (uzun ildə 294 gün) qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 28 fevral tarixinə uyğun gəlir. == Əhəmiyyətli hadisələr == === 1600-cü ildən əvvəl === === 1601–1900 === 1851 — Cüzeppe Verdinin "Riqoletto" operasının ilk tamaşası Venesiyada keçirilib. === 1901–cari === 1990 — Litva Sovet İttifaqından müstəqilliyini elan edib. 2006 — Çilinin ilk qadın prezidenti olan Mişel Baçeletin andiçmə mərasimi keçirilib. 2020 Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) COVID-19 virusunu pandemiya elan edib. Kot-d'İvuar, Qayana, Namibiya, Sent-Vinsent və Qrenadin, Seyşel adaları və Türkiyədə ilk dəfə COVID-19 qeydə alınıb. === Azərbaycana aid hadisələr === 1959 — Sumqayıtda ilk dəfə tramvay yolu istifadəyə verilmişdir. 1992 — Azərbaycan, Böyük Britaniya, Qvineya və Nigeriya arasında diplomatik əlaqələr qurulmuşdur.
12 mart
12 mart — Qriqorian təqvimində ilin 73-cü günü. Bu tarixdə ilin sonuna 292 gün (uzun ildə 293 gün) qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 29 fevral tarixinə uyğun gəlir. == Əhəmiyyətli hadisələr == === 1600-cü ildən əvvəl === === 1601–1900 === === 1901–cari === 1913 — Avstraliyanın gələcək paytaxtı rəsmi olaraq Kanberra adlanıb. 1918 — Sankt-Peterburq 1713-cü ildən paytaxt statusun çox hissəsini saxlamasına baxmayaraq, Moskva yenidən Rusiyanın paytaxtı oldu. 1938 — Anşluss: Almaniya qoşunları Avstriyanı işğal edərək, Almaniyaya birləşdirdi. 1993 — Şimali Koreya Nüvə Silahlarının Qarşısının Alınması Müqaviləsindən çıxacağını elan edir və müfəttişlərin nüvə obyektlərinə daxil olmasına icazə verməkdən imtina edib. 1999 — Keçmiş Varşava Müqaviləsi Təşkilatının üzvləri olan Çexiya, Macarıstan və Polşa NATO-nun üzvü olub. 2009 — Maliyyəçi Bernard Medoff Uoll-Strit tarixinin ən böyük fırıldaqlarından birində günahını etiraf edib. 2011 — Fukuşima-1 AES-də reaktor Senday zəlzələsi və sunamisindən bir gün sonra partlayaraq atmosferə radioaktivlik yayıb.
13 mart
13 mart — Qriqorian təqvimində ilin 74-cü günü. Bu tarixdə ilin sonuna 291 gün (uzun ildə 292 gün) qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 1 mart tarixinə uyğun gəlir. == Əhəmiyyətli hadisələr == === 1600-cü ildən əvvəl === === 1601–1900 === 1781 — Vilyam Herşel Uran planetini kəşf edib. === 1901–cari === 1988 — Yaponiyanın Aomori və Hakodate şəhərləri arasında dənizaltı seqmenti ilə dünyanın ən uzun tuneli olan Seykan tuneli açılıb. 2016 — Türkiyənin paytaxtı Ankara vilayətinin Kızılay səmtində terror aktı törədilib. 2020 — Efiopiya, Keniya, Kosovo, Qazaxıstan, Qvatemala, Qvineya, Mavritaniya, Sent-Lüsiya, Sudan, Surinam, Uruqvay və Venesuelada ilk dəfə COVID-19 qeydə alınıb. === Azərbaycana aid hadisələr === 1909 — "Zənbur" jurnalı ilk dəfə nəşr olunub. 1995 Azərbaycan və Syerra-Leone arasında diplomatik əlaqələr qurulmuşdur. Xüsusi Təyinatlı Polis Dəstəsinin komandiri polkovnik Rövşən Cavadov rəhbərliyində Azərbaycan hərbçiləri dövlət çevrilişinə cəhd ediblər.
14 mart
14 mart — Qriqorian təqvimində ilin 75-ci günü. Bu tarixdə ilin sonuna 290 gün (uzun ildə 291 gün) qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 2 mart tarixinə uyğun gəlir. == Əhəmiyyətli hadisələr == === 1600-cü ildən əvvəl === === 1601–1900 === === 1901–cari === 1974 — Zair milli futbol komandası Afrika Millətlər Kubokunu qazanıb. 1976 — Mərakeş milli futbol komandası Afrika Millətlər Kubokunu qazanıb. 2020 — Ekvatorial Qvineya, Esvatini, Konqo Respublikası, Mərkəzi Afrika Respublikası və Ruandada ilk dəfə COVID-19 qeydə alınıb. === Azərbaycana aid hadisələr === 1996 — Azərbaycan və Seneqal arasında diplomatik əlaqələr qurulmuşdur.
15 mart
15 mart — Qriqorian təqvimində ilin 76-cı günü. Bu tarixdə ilin sonuna 289 gün (uzun ildə 290 gün) qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 3 mart tarixinə uyğun gəlir. == Əhəmiyyətli hadisələr == === 1600-cü ildən əvvəl === 1564 — Moğol İmperatoru Əkbər şah qeyri-müsəlman təbəələrdən cizyə vergisini ləğv edib. === 1601–1900 === 1820 — Men ABŞ-nin 23-cü ştatı olub. === 1901–cari === 1917 — Rusiya çarı II Nikolay Rusiya taxtından imtina edərək 304 illik Romanovlar sülaləsinə son qoyur. 1990 — Mixail Qorbaçov Sovet İttifaqının ilk prezidenti seçilib. 2011 — Suriyada vətəndaş müharibəsi başlayıb. 2019 — Yeni Zelandiyada Kraystçerç məscidlərinə hücum nəticəsində 51 nəfər həlak olub. 2020 — Baham adaları və Özbəkistanda ilk dəfə COVID-19 qeydə alınıb.
16 mart
16 mart — Qriqorian təqvimində ilin 77-ci günü. Bu tarixdə ilin sonuna 288 gün (uzun ildə 289 gün) qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 4 mart tarixinə uyğun gəlir. == Əhəmiyyətli hadisələr == === 1600-cü ildən əvvəl === === 1601–1900 === === 1901–cari === 1968 — Vyetnam müharibəsi: ABŞ Silahlı Qüvvələri tərəfindən Cənubi Vyetnamın Sonq Tin bölgəsindəki silahsız əhaliyə qarşı Sonqmi qətliamını törətmişdir. 1978 — Qana milli futbol komandası Afrika Millətlər Kubokunu qazanıb. 1988 — Hələbcə şəhərinə zəhərli qaz hücumu: İraq kürdlərin məskunlaşdığı Hələbcə qəsəbəsi Səddam Hüseynin göstərişi ilə zəhərli qaz və sinir agentləri qarışığı ilə hücuma məruz qalmışdır. 1990 — Əlcəzair milli futbol komandası Afrika Millətlər Kubokunu qazanıb. 2020 — Benin, Qrenada, Liberiya, Somali və Tanzaniyada ilk dəfə COVID-19 qeydə alınıb. === Azərbaycana aid hadisələr === 1992 — Azərbaycan və Liviya arasında diplomatik əlaqələr qurulmuşdur.
17 mart
17 mart — Qriqorian təqvimində ilin 78-ci günü. Bu tarixdə ilin sonuna 287 gün (uzun ildə 288 gün) qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 5 mart tarixinə uyğun gəlir. == Əhəmiyyətli hadisələr == === 1600-cü ildən əvvəl === 180 — Kommod atası Mark Avrelinin ölümündən sonra on səkkiz yaşında Roma İmperiyasının yeganə imperatoru olur. === 1601–1900 === === 1901–cari === 1969 — Qolda Meir İsrailin ilk qadın baş naziri seçilib. 2020 — Barbados, Qambiya və Monteneqroda ilk dəfə COVID-19 qeydə alınıb.
18 mart
18 mart — Qriqorian təqvimində ilin 79-cu günü. Bu tarixdə ilin sonuna 286 gün (uzun ildə 287 gün) qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 6 mart tarixinə uyğun gəlir. == Əhəmiyyətli hadisələr == === 1600-cü ildən əvvəl === 37 — Roma senatı Tiberinin vəsiyyətini ləğv edir və Kaliqulanı imperator elan edib. 1571 — Valletta Maltanın paytaxtı olub. === 1601–1900 === === 1901–cari === 1965 — Sovet kosmonavtı Aleksey Leonov "Vosxod 2" kosmik gəmisini 12 dəqiqəyə tərk edərək açıq kosmosa çıxan ilk insan olub. 1984 — Kamerun milli futbol komandası Afrika Millətlər Kubokunu qazanıb. 2020 — Qırğızıstan, Nikaraqua, Salvador, Uqanda, Yeni Kaledoniya və Zambiyada ilk dəfə COVID-19 qeydə alınıb. === Azərbaycana aid hadisələr === 1915 — Birinci Dünya Müharibəsi zamanı Mustafa Kamal Atatürkün komandanlığı ilə Çanaqqala müharibəsi zəfərlə yekunlaşmışdır. Müharibədə 3000-dən çox Azərbaycan türkü qəhrəmancasına şəhid olmuşdur.
19 mart
19 mart — Qriqorian təqvimində ilin 80-ci günü. Bu tarixdə ilin sonuna 285 gün (uzun ildə 286 gün) qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 7 mart tarixinə uyğun gəlir. == Əhəmiyyətli hadisələr == === 1600-cü ildən əvvəl === === 1601–1900 === 1895 — Lümyer qardaşları yeni patentləşdirilmiş kinematoqraflarından istifadə edərək ilk kadrlarını çəkirlər. === 1901–cari === 1945 — İkinci Dünya müharibəsi: Adolf Hitler Almaniyadakı bütün sənaye sahələri, hərbi qurğular, mağazalar, nəqliyyat vasitələri və rabitə vasitələrinin məhv edilməsini əmr edən "Nero Fərmanı" verib. 1982 — Qana milli futbol komandası Afrika Millətlər Kubokunu qazanıb. 2020 — Çad, Fici, Haiti və Nigerdə ilk dəfə COVID-19 qeydə alınıb. === Azərbaycana aid hadisələr === 1994 — Bakı metropolitenində terror aktı baş vermişdir.
1 mart
1 mart — Qriqorian təqvimində ilin 62-ci günü. Bu tarixdə ilin sonuna 303 gün (uzun ildə 304 gün) qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 18 fevral tarixinə uyğun gəlir. == Əhəmiyyətli hadisələr == === 1600-cü ildən əvvəl === 834 — İmperator I Lüdovik Frank krallığının yeganə hökmdarı olaraq yenidən hakimiyyətə gəlib. === 1601–1900 === 1803 — Ohayo ABŞ-nin 17-ci ştatı olub. 1867 — Nebraska ABŞ-nin 37-ci ştatı olub. 1867 — Antuan Anri Bekkerel radioaktiv parçalanmanı aşkar edib. === 1901–cari === 1947 — Beynəlxalq Valyuta Fondu təsis edilib. 1980 — Avstraliya milli futbol komandası OFK Millətlər Kubokunu qazanıb. 1998 — "Titanik" dünya üzrə 1 milyard dollardan çox gəlir əldə edən ilk film olub.
23 mart
23 mart — Qriqorian təqvimində ilin 84-cü günü. Bu tarixdə ilin sonuna 281 gün (uzun ildə 282 gün) qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 11 mart tarixinə uyğun gəlir. == Əhəmiyyətli hadisələr == === 1600-cü ildən əvvəl === === 1601–1900 === === 1901–cari === 1956 — Pakistan dünyada ilk İslam respublikası olub. 2020 — Beliz və Myanmarda ilk dəfə COVID-19 qeydə alınıb. 2021 — Süveyş kanalının girişində konteyner gəmisi 6 günlük tıxac yaradıb. === Azərbaycana aid hadisələr === 1961 — Marinski teatrında Arif Məlikovun "Məhəbbət əfsanəsi" baletinin premyerası keçirilmişdir. 1992 — Azərbaycan və Cənubi Koreya arasında diplomatik əlaqələr qurulmuşdur.
24 mart
24 mart — Qriqorian təqvimində ilin 85-ci günü. Bu tarixdə ilin sonuna 280 gün (uzun ildə 281 gün) qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 12 mart tarixinə uyğun gəlir. == Əhəmiyyətli hadisələr == === 1600-cü ildən əvvəl === 1199 — İngiltərə kralı I Riçard Fransada döyüşərkən arbaletlə yaralanaraq, aprelin 6-da vəfat etmişdir. === 1601–1900 === 1603 — Şotlandiya kralı VI Ceyms I Elizabetin ölümündən sonra İngiltərə və İrlandiya kralı oldu. === 1901–cari === 2020 — Liviya, Laos və Sent-Kits və Nevisdə ilk dəfə COVID-19 qeydə alınıb. === Azərbaycana aid hadisələr === 1990 — Bağanis-Ayrım qətliamı baş vermişdir. 1992 — Azərbaycan və Finlandiya arasında diplomatik əlaqələr qurulmuşdur.
25 mart
25 mart — Qriqorian təqvimində ilin 86-cı günü. Bu tarixdə ilin sonuna 279 gün (uzun ildə 280 gün) qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 13 mart tarixinə uyğun gəlir. == Əhəmiyyətli hadisələr == === 1600-cü ildən əvvəl === === 1601–1900 === === 1901–cari === 1949 — 92.000-dən çox qolçomaq qəflətən Baltikyanı ölkələrdən Sibirə deportasiya edilib. 1975 — Səudiyyə Ərəbistanının kralı Feysəl ibn Əbdüləziz Əl Səud qardaşı oğlu tərəfindən öldürülüb. 2020 — Burundi, Mali və Qvineya-Bisauda ilk dəfə COVID-19 qeydə alınıb.
27 mart
27 mart — Qriqorian təqvimində ilin 88-ci günü. Bu tarixdə ilin sonuna 277 gün (uzun ildə 278 gün) qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 15 mart tarixinə uyğun gəlir. == Əhəmiyyətli hadisələr == === 1600-cü ildən əvvəl === 1513 — İspaniya səyyahı Xuan Ponse de Leon Floridaya ilk səyahətində Baham adalarının şimal ucuna çatıb. === 1601–1900 === === 1901–cari === 1977 — Tenerife aeroportunda fəlakət: Tenerifedə dumanlı uçuş-enmə zolağında iki Boeing 747 təyyarəsi toqquşub və nəticədə 583 nəfər həlak olub. 1988 — Kamerun milli futbol komandası Afrika Millətlər Kubokunu qazanıb. 2020 — Şimali Makedoniya NATO-nun 30-cu üzvü olub. === Azərbaycana aid hadisələr === 1992 — Azərbaycan, Kuba, Misir və Filippin arasında diplomatik əlaqələr qurulmuşdur. 1993 — Qarabağ müharibəsi: Azərbaycan və Ermənistan Silahlı Qüvvələri arasında Kəlbəcər uğrunda döyüş baş vermişdir. 2022 — Xocalı rayonunun Fərrux kəndi Azərbaycan Silahlı Qüvvələri tərəfindən azad edilib.
28 mart
28 mart — Qriqorian təqvimində ilin 89-cu günü. Bu tarixdə ilin sonuna 276 gün (uzun ildə 277 gün) qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 16 mart tarixinə uyğun gəlir. == Əhəmiyyətli hadisələr == === 1600-cü ildən əvvəl === === 1601–1900 === 1854 — Krım müharibəsi: Fransa və İngiltərə Rusiyaya müharibə elan ediblər. === 1901–cari === 1969 — Yunan şairi və Nobel mükafatı laureatı Yorqos Seferis BBC World Service-ə Yunanıstanda xuntaya qarşı çıxan məşhur bəyanatla çıxış edib. === Azərbaycana aid hadisələr === 1992 — Azərbaycan və Suriya arasında diplomatik əlaqələr qurulmuşdur.
29 mart
29 mart — Qriqorian təqvimində ilin 90-cı günü. Bu tarixdə ilin sonuna 275 gün (uzun ildə 276 gün) qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 17 mart tarixinə uyğun gəlir. == Əhəmiyyətli hadisələr == === 1600-cü ildən əvvəl === === 1601–1900 === === 1901–cari === 1974 — Çinin Şaansi əyalətində Terrakota ordusu aşkar edilib.
2 mart
2 mart — Qriqorian təqvimində ilin 63-cü günü. Bu tarixdə ilin sonuna 302 gün (uzun ildə 303 gün) qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 19 fevral tarixinə uyğun gəlir. == Əhəmiyyətli hadisələr == === 1600-cü ildən əvvəl === 1498 — Vasko da Qamanın donanması Mozambik adasına səfər edib. === 1601–1900 === === 1901–cari === 1969 — Fransanın Tuluza şəhərində Konkordunun ilk sınaq uçuşu həyata keçirilib. 1970 — Rodeziya Britaniya tacı ilə son əlaqələrini kəsərək özünü respublika elan edib. 2020 — Andorra, İndoneziya, Latviya, Mərakeş, Portuqaliya, Seneqal, Səudiyyə Ərəbistanı və Tunisdə ilk dəfə COVID-19 qeydə alınıb. === Azərbaycana aid hadisələr === 1992 — Azərbaycan BMT-nin üzvlüyünə qəbul olunub. 1995 — Azərbaycan və Burundi arasında diplomatik əlaqələr qurulmuşdur. 2005 — Azərbaycan jurnalisti Elmar Hüseynov Bakıda işdən evə qayıdarkən yaşadığı evin üçüncü mərtəbəsində naməlum şəxs tərəfindən yaxın məsafədən odlu silahdan açılmış atəş nəticəsində qətlə yetirilmişdir.
30 mart
30 mart — Qriqorian təqvimində ilin 91-ci günü. Bu tarixdə ilin sonuna 274 gün (uzun ildə 275 gün) qalır. XX və XXI əsrdə Yuli təqvimi ilə 18 mart tarixinə uyğun gəlir. == Əhəmiyyətli hadisələr == === 1600-cü ildən əvvəl === === 1601–1900 === 1867 — ABŞ Alyaskanı Rusiyadan $7,2 milyon dollara, təxminən hər akra - 2 sent (4,19 dollar/km²) satın alıb. === 1901–cari === 1955 — Argentina milli futbol komandası Amerika Kubokunu qazanıb. 1976 — İsrail-Fələstin münaqişəsi: 1948-ci ildən bəri bir fələstinli kollektiv tərəfindən İsrail siyasətlərinə qarşı ilk mütəşəkkil cavab olaraq, fələstinlilər ilk Torpaq Gününü yaradıblar. 1981 — Vaşinqtonda ABŞ prezidenti Ronald Reyqan Con Hinkli tərəfindən otelin qarşısında sinəsindən güllələnib; eyni hadisədə daha üç nəfər yaralanıb. 2017 — SpaceX orbital sinifli raketin dünyada ilk dəfə təkrar uçuşu həyata keçirilib. 2020 — Botsvanada ilk dəfə COVID-19 qeydə alınıb. === Azərbaycana aid hadisələr === 1918 — Mart soyqırımı və ya Mart hadisələri — 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhəri başda olmaqla Bakı, Gəncə və İrəvan quberniyalarının müxtəlif bölgələrində və digər ərazilərdə Bakı Soveti və Daşnaksütundan olan erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri qırğın.
Mart.Crov.
Raul Nereo Martinez Krovetto (isp. Raúl Nereo Martínez Crovetto; 1921, Buenos-Ayres – 1988) — Argentina botaniki. == Elmi fəaliyyəti == Raul Nereo Martinez Krovetto toxumlu bitkilər üzrə ixtisaslaşmışdır. == Əsərləri == Raúl Martínez Crovetto. 1996. Zoonimia y etnozoología de los Pilagá, Toba, Mocoví, Mataco y Vilela. Ed. J. Pedro Viegas Barros. BAires: Instituto de Lingüística, Facultad de Filosofía y Letras de la UBA Raúl Martínez Crovetto. 1981.
Mart Nutt
Mart Nutt (21 mart 1962, Tallin – 2 iyun 2019) — estoniyalı siyasətçi və tarixçi. == Təhsili == Mart Nutt 1980-ci ildə Tallin Nomme gimnaziyasını bitirdikdən sonra Tartu universitetinə daxil olub. 1985-ci ildə universiteti tarix etnoqrafiya üzrə magistr dərəcəsi ilə bitirib. 1988-ci ildə doktorluq dərəcəsi alıb. 16 dekabr 2011-ci ildə Tallin Politexnik Universitetində " Eston parlamentinin hakimiyyəti, beynəlxalq münasibətlərin formalalaşdırılması və reallaşdırılması" mövzusunda namizədlik dissertasiyası müdafiə edib. == Fəaliyyəti == 1988-ci ildən 1991-ci ilə qədər Estoniya açıq səma altında muzeyinin elmi rəhbəri olub. 1991-ci ildən 1992-ci ilə qədər o Estoniya Xarici İşlər Nazirliyində şöbə müdiri vəzifəsində fəaliyyət göstərib. 2003-cü ildən 2004-cü ilə qədər Yaan Tonisson İnstitutunda elmi rəhbər olub. 2011-ci ildə İnsan Hüquqları İnstitutunun idarə heyətinin üzvü olmuşdur. === Siyasi fəaliyyəti === 1989-cu ildə azad gənclər təşkilatı olan "Res Publica"-nın üzvü kimi Respublikaçı Milli Koalisiyanın yaranmasında təşəbbüs göstərənlərdən biri kimi tanınmışdır.
Mart hadisələri
Mart soyqırımı və ya Mart hadisələri — 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Göyçay, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və Daşnaksütundan olan erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri qırğın. Azərbaycanın 3-cü prezidenti Heydər Əliyevin 26 mart 1998-ci il tarixli Sərəncamı ilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur. == Soyqırımdan öncəki vəziyyət == 1917-ci ildə Rusiyada baş vermiş Oktyabr inqilabının nəticəsində, Stepan Şaumyanın başçılıq etdiyi bolşevik Bakı Soveti Bakı quberniyasında hakimiyyəti ələ keçirmişdir. Etnik erməni olan və Britaniya hökumətindən milyon qızıl rubl məbləğində ilkin yardım alan Stepan Şaumyan, Bakıda azərbaycanlılara qarşı bolşeviklərlə erməni milliyətçilərinin əməkdaşlığını təmin etmişdir. Bakıda rus və erməni silahlı dəstələri Azərbaycan əhalisini qarət etməyə başlayır. Soyğunçuluq, qarmaqarışıqlıq və özbaşına axtarışlar ancaq azərbaycanlıların yaşadığı məhəllələrdə baş veririrdi. Buna etiraz edən müsəlman tacirləri bütün mağazaları bağlamışdılar. 1917-ci il dekabrın 26-da Bakıda türklərin dükan və mağazalarının, demək olar ki, çoxu bağlanmışdı. Hadisələrdən təlaşa düşən azərbaycanlılar narahat olmağa başlayırlar. "İsmailiyyə" binasının qarşısında mitinq keçirilir və buraya 3000 nəfərə qədər türk toplaşır və onlar Müsəlman İctimai Təşkilatları Komitəsindən tələb edir ki, şəhərdə qayda-qanun yaradılması üçün tədbir görsünlər.
Mart inqilabı
Almaniyada 1848-1849-cu illər inqilabı (alm. Deutsche Revolution von 1848/49‎) və ya Mart inqilabı (alm. Märzrevolution‎) — 1848-ci ilin martından 1849-cu ilin yayın axırınadək Alman İttifaqı ərazisində baş verən inqilabi hadisələr, 1848-ci il üsyanlarından biri. Mart inqilabı Mərkəzi Avropanın bir çox ölkələrində baş verən burjua-demokratik inqilabının bir hissəsi idi. Onun əsas məsələlərindən biri Almaniyanın birləşməsi. Knyaz və feodalların təsərrüfat fəaliyyətlərinə müdaxiləsinin qarşısının aınması, siyasi həyata burjuaziyanın buraxılması idi. İnqilab dövründə ümumalman parlamenti — Frankfurt Milli Məclisi yaradıldı və senzura ləğv edildi.
Mart soyqırımı
Mart soyqırımı və ya Mart hadisələri — 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Göyçay, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və Daşnaksütundan olan erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri qırğın. Azərbaycanın 3-cü prezidenti Heydər Əliyevin 26 mart 1998-ci il tarixli Sərəncamı ilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur. == Soyqırımdan öncəki vəziyyət == 1917-ci ildə Rusiyada baş vermiş Oktyabr inqilabının nəticəsində, Stepan Şaumyanın başçılıq etdiyi bolşevik Bakı Soveti Bakı quberniyasında hakimiyyəti ələ keçirmişdir. Etnik erməni olan və Britaniya hökumətindən milyon qızıl rubl məbləğində ilkin yardım alan Stepan Şaumyan, Bakıda azərbaycanlılara qarşı bolşeviklərlə erməni milliyətçilərinin əməkdaşlığını təmin etmişdir. Bakıda rus və erməni silahlı dəstələri Azərbaycan əhalisini qarət etməyə başlayır. Soyğunçuluq, qarmaqarışıqlıq və özbaşına axtarışlar ancaq azərbaycanlıların yaşadığı məhəllələrdə baş veririrdi. Buna etiraz edən müsəlman tacirləri bütün mağazaları bağlamışdılar. 1917-ci il dekabrın 26-da Bakıda türklərin dükan və mağazalarının, demək olar ki, çoxu bağlanmışdı. Hadisələrdən təlaşa düşən azərbaycanlılar narahat olmağa başlayırlar. "İsmailiyyə" binasının qarşısında mitinq keçirilir və buraya 3000 nəfərə qədər türk toplaşır və onlar Müsəlman İctimai Təşkilatları Komitəsindən tələb edir ki, şəhərdə qayda-qanun yaradılması üçün tədbir görsünlər.
Eduar Leon Skott de Martenvil
Eduar Leon Skott de Martenvil (fr. Edouard-Leon Scott de Martinville; 25 aprel 1817 - 26 aprel 1879) — fransız naşir, kitabxanaçı və kitab ticarətçisi. == Həyatı == Eduar Leon Skott de Martenvil 25 aprel 1817-ci ildə Parisdə anadan olmuşdur. == Fonoavtoqraf == Eduar Leon Skott de Martenvil 1853-cü ildə dünyada ilk səsyazma cihazı olan fonoavtoqraf qurğusunu kəşf etmişdir. == Patenti == 25 mart 1857-ci ildə Fransa hökuməti Skotta kəşf etdiyi fonoavtoqraf qurğusu üçün patent vermişdir. Məhz bu qurğunun konstruksiyası əsasında sonradan fonoqraf və qrammofon yaradılmışdır. == Ədəbiyyat == Əliquliyev R.M., Salmanova P.M. İnformasiya cəmiyyəti: maraqlı xronoloji faktlar. Bakı: “İnformasiya Texnologiyaları” nəşriyyatı, 2013, 169 səh.
Enzo Martinez
Enzo Martinez (d. 15 avqust 1994) — Uruqvaylı üzgüçü. Enzo Martinez Uruqvayı 2017-ci ildə XXXVII Su idman növləri üzrə Dünya Çempionatında təmsil etdi. == Karyerası == Enzo Martinez birinci dəfə Dünya Çempionatına 2017-ci ildə qatıldı. O, Budapeştdə baş tutan XXXVII Su idman növləri üzrə Dünya Çempionatında kişilər 100 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 51.39 saniyəlik nəticəsi ilə 119 üzgüçü arasında 63-cü oldu və yarımfinala vəsiqə qazana bilmədi.
Estibaliz Martinez
Estibaliz Martinez (9 may 1980) — İspaniyanı təmsil edən bədii gimnast. == Karyerası == Estibaliz Martinez İspaniyanı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində qızıl medalın sahibi olub.
Euphorbia martinae
Euphorbia martinae (lat. Euphorbia martinae) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin südləyənkimilər fəsiləsinin südləyən cinsinə aid bitki növü.
Filipsburq (Sint-Marten)
Filipsburq (nid. Philipsburg) — Sint-Martenin paytaxtı, yeganə şəhəri və əsas limanıdır. == Əhalisi == 2006-cı ildə əhalisi 1338 nəfər olmuşdur. == İstinadlar == == Xarici keçidlər == Philipsburg Jubilee Library, Public Library of St.
Gideon Martell
Gideon Alcernon Mantell (ing. Gideon Algernon Mantell; 3 fevral 1790[…] – 10 noyabr 1852[…], London, İngiltərə) — Böyük Britaniyalı tibb baxıcısı, geoloq və paleontoloq. == Tərcümeyi-halı == Gideon Alcernon Mantell 3 fevral 1790-cı ildə Luisdə anadan olmuşdur. Onun iquanadontun xarici görünüşünü və həyat tərzini bərpa etməyə cəhd göstərməsi dinozavrların elmi cəhətdən öyrənilməsinin əsası hesab olunur. 1822-ci ildə o, əvvəlcə, daşlaşmış dişləri, daha sonra isə iquanodontun skeletinin böyük bir hissəsini (və son nəticədə identifikasiyasını) aşkar etdi. Gideon Mantellin İngiltərənin cənub ərazilərinin təbaşir dövrünə aid tarixinin araşdırılması sahəsindəki tədqiqatları mühüm elmi əhəmiyyət kəsb etmişdir. 1849-cu ildə alim London Kral Cəmiyyətinin Krallıq medalı (ingilis dilində; Royal Medal) ilə təltif olunmuşdur.. Gideon ALcernon Mantell 10 noyabr 1852-ci ildə London şəhərində vəfat etmişdir. == Əsərləri == Outlines of the natural history of the environs of Lewes. 4to, 24pp, 3pl.
Gunnm: Martian Memory
Gunnm: Martian Memory (銃夢 ~火星の記憶~, Ganmu Kasei no, azərb. Silah yuxusu: Mars xatirəsi‎) — "Yukito Products" tərəfindən hazırlanan və "Banpresto" şirkəti tərəfindən nəşr olunan döyüş rol videooyunu. "Battle Angel Alita" manqa seriyasına əsaslanan videooyun tarixində 27 avqust 1998-ci ildə Yaponiyada PlayStation platforması üçün satışa çıxarılmışdır. "Battle Angel Alita" manqa seriyasının əsasında hazırlanan, eləcə də "Yukito Products" şirkətinin yeganə videooyunudur. == Məzmun == "Gunnm: Martian Memory" "Battle Angel Alita" manqa seriyasının bir adaptasiyasıdır. Oyunun məzmunu Alitanın (Qalli) Daysuke İdo tərəfindən tapılması ilə başlayır və "TUNED" agenti olmasına qədər davam edir. Oyunun məzmununda müəllif Yukito Kişironun orijinal manqanı yaradan zaman fikirləşdiyi, ancaq o zaman gerçəkləşdirə bilmədiyi elementləri daşıyır. Bu elementləri oyunun kosmosda keçməsi də daxildir. == Geympley == Oyunçu məzmunda irəliləmək üçün onu və hər səviyyədə olan boss raundlarını bitirməlidir. Oyunçu Alitanı üçüncü-şəxs perspektivindən üçölçülü bir mühitdə idarə edir.
Gülcahan Güləhmədova-Martınova
Gülcahan Şüaulla qızı Güləhmədova-Martınova (23 iyun 1925, Bakı – 20 yanvar 2018) — Azərbaycanın ilk peşəkar qadın teatr rejissoru, Azərbaycan SSR xalq artisti (1981), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1972), Bakı Musiqi Akademiyasının professoru. == Həyatı == İlk azərbaycanlı qadın rejissorlardan biri olan Gülcahan Şüaulla qızı Güləhmədova-Martınova 1925-ci il iyunun 23-də Bakı şəhərində anadan olmuşdur. O, 1947–1952-ci illərdə Azərbaycan Dövlət Teatr İnstitutunun rejissorluq fakültəsində təhsil almışdır. Onun müəlllimi Mehdi Məmmədov olmuşdur. 1952-ci ildə təyinatını Rus Dram Teatrına alan Gülcahan xanım orada Stepanov-Kolosov, Saxarov, Məhərrəm Haşımov kimi rejissorlarla işləməyə başlamışdır. O, 1943-cü ildə leytenant, dəniz məktəbinin məzunu Sergey Martınov ilə ailə həyatı qurmuşdur. Gülcahan Güləhmədova-Martınova 20 yanvar 2018-ci ildə ildə 92 yaşında vəfat etmişdir. == Fəaliyyəti == Gülcahan Güləhmədova 1952–1982-ci illərdə Səməd Vurğun adına Rus Dram teatrında quruluşçu rejissor olmuşdur. Onun ilk quruluş verdiyi tamaşa Viktor Rozevin "Şadlıq sorağında" tamaşası idi. 30 il ərzində Gülcahan xanım teatrda 70-ə yaxın tamaşanın qurulşçu rejissorluğunu etmişir.
Günəş tutulması (2015, 20 mart)
Günəş tutulması - 2015-ci ilin 20 mart (cümə) tarixində baş vermiş tam günəş tutulması. Günəş tutulması Ayın Yer və Günəş arasında olduğu zaman baş verir. Bunun vasitəsilə Ay Yerdən baxan izləyicinin Günəşin təsvirini görməsini tam və qismən olaraq dayandırır. Tam günəş tutulmas Ayın görünən diametri Günəşinkindən böyük olanda baş verir. Ay bütün istiqamətlənmiş günəş şüalarını dayandırır və gündüzü qaranlıq edir. Tam tutulma Yerdə dar bir trayektoriyada baş verir, ancaq natamam günəş tutulması minlərlə kilometr uzunluğunda ərazidə görünür. Bu tutulmanın dərəcəsi 1.045-dir. Tam tutulmanın ən uzun müddəti Farer sahillərində olmuşdur, 2 dəqiqə 47 saniyə davam etmişdir. Günəş tutulması 12 avqust 2026-cı ildə baş verəcək tutulmaya qədər Avropada görülən ən axırıncı tam günəş tutulmasıdır. Öz trayektoriyasının sonunda Ayın kölgəsi şimal qütbündə Yerin səthindən kosmosa qalxır.
Günəş tutulması (20 mart 2015)
Günəş tutulması - 2015-ci ilin 20 mart (cümə) tarixində baş vermiş tam günəş tutulması. Günəş tutulması Ayın Yer və Günəş arasında olduğu zaman baş verir. Bunun vasitəsilə Ay Yerdən baxan izləyicinin Günəşin təsvirini görməsini tam və qismən olaraq dayandırır. Tam günəş tutulmas Ayın görünən diametri Günəşinkindən böyük olanda baş verir. Ay bütün istiqamətlənmiş günəş şüalarını dayandırır və gündüzü qaranlıq edir. Tam tutulma Yerdə dar bir trayektoriyada baş verir, ancaq natamam günəş tutulması minlərlə kilometr uzunluğunda ərazidə görünür. Bu tutulmanın dərəcəsi 1.045-dir. Tam tutulmanın ən uzun müddəti Farer sahillərində olmuşdur, 2 dəqiqə 47 saniyə davam etmişdir. Günəş tutulması 12 avqust 2026-cı ildə baş verəcək tutulmaya qədər Avropada görülən ən axırıncı tam günəş tutulmasıdır. Öz trayektoriyasının sonunda Ayın kölgəsi şimal qütbündə Yerin səthindən kosmosa qalxır.
Harri Martinson
Harri Edmund Martinson (isv. Harry Edmund Martinson; 6 may 1904[…] və ya 1904, Jamshoq[d] – 11 fevral 1978[…], Stokholm)) — İsveç yazıçısı, şairi, Ədəbiyyat üzrə Novel mükafatı laureatı (1974; Eyvind Yunson ilə birlikdə). == Həyatı == İsveç yazıçısı, şair və jurnalist Harri Edmund Martinson uzaq səfərlər kapitanının oğlu idi. İveçin cənubunda doğulmuşdu. Altı yaşında atasını itirmişdi. İi il sonra anası onu və altı bacısını ataraq Amerikaya köçmüşdü. Uşaqlar isə ən imkansız, bərbad vəziyyətdə olan yetimxanalarda böyümüşdülər. Təbii ki, belə bir vəziyyətdə hər hansı ardıcıl təhsildən söhbət gedə bilməzdi. Şəraitin dözülməzliyi Harrini saxlandığı uşaq evlərindən ara-sıra qaçmağa məcbur etmişdi. Müstəqil həyata erkən yaşlarından başlamışdı.
Harriet Martino
Harriet Martino (ing. Harriet Martineau; 12 iyun 1802[…], Noric – 27 iyun 1876[…], Emblsayd[d], Kambriya[d]) — ingilis ilk qadın sosioloq. == Həyatı == Martino səkkiz uşağın altıncısı olaraq 12 iyun 1802-ci ildə İngiltərənin Noriç şəhərində anadan olmuşdur. Martinonun atası Tomas (1764–1826) sahibkar idi. Anası Elizabet Renkin (1772–1848) isə kiçik biznes sahibi idi. == Ölümü == Harriet Martino 27 iyun 1876-cı ildə "The Knoll"da bronxitdən öldü. O, Key Hill qəbiristanlığında anası ilə birlikdə dəfn edildi.
Henri Martin Liland
Henri Martin Liland (16 fevral 1843 – 26 mart 1932, Detroyt, Miçiqan) — ABŞ mühəndisi == Həyatı == 16 fevral 1843-cü ildə Barton şəhərciyi yaxınlığında (Vermont ştatı, ABŞ) fermer ailəsində anadan olmuşdu. 1857-ci ildə Lilandlar ailəsi Massaçusetsə köçdü. İmkansız ailələrdən olan oğlanların çoxu kimi, gələcək konstruktor da erkən yaşlarından işləməli oldu. Öz işçi karyerasına Liland trikotaj fabrikində başladı. Hər şeylə maraqlanan və hər şeyi tez qavrayan Liland zaman keçdikcə mexanik peşəsinə yiyələndi və bir sıra müəssisələrdə mexanik kimi uğurla işlədi. Əgər 1861-ci ildə ABŞ-də şimal və cənub ştatları arasında vətəndaş müharibəsi başlamasaydı, bəlkə də, Lilandın taleyi başqa cür olacaqdı. Cəbhəyə silah tələb olunurdu. Silahqayırma müəssisələrində ixtisaslı mexaniklər böyük pullar qazanmaq imkanına malik idilər. Liland "Kolt" fabrikinə işə düzəldi, bu fabrik o vaxtlar detalların standartlaşdırılması və dəqiq ölçülərə uyğun hazırlanması sahəsində lider idi və məşhur "Kolt" tapançasının buraxılışı sayəsində ad qazanmışdı. Bu fabrikdə qazandığı pullar və əldə etdiyi təcrübə Linkolna 1880-ci ildə öz şəriki ilə birlikdə "Liland and Falkoner" şirkətini təsis etmək imkanı verdi.
Inga martinicensis
Inga martinicensis (lat. Inga martinicensis) — paxlakimilər fəsiləsinin i̇nqa cinsinə aid bitki növü.
Iphiseius martigellus
Iphiseius martigellus (lat. Iphiseius martigellus) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin iphiseius cinsinə aid heyvan növü.
Isabel Martínez de Perón
İsabel Martines de Peron (isp. isaˈβel maɾˈtinez de peˈɾon), İsabel Martinez de Peron və ya İsabel Peron; (4 fevral 1931[…]) — 1974-1976-cı illərdə Argentinanın prezidenti. Xuan Peronun həyat yoldaşı (1961-1974). Ərinin 1973-1974-cü illərdəki prezidentliyi dövründə İsabel həm vitse-prezident kimi çalışmış, həm də ölkənin birinci xanımı olmuşdur. Xuan Peronun 1974-cü ildə vəfat etməsindən sonra, 1 iyul 1974-cü ildən 24 mart 1976-cı ilədək Argentinanın prezidenti olmuşdur. Kraliça və ya baş nazirdən fərqli olaraq, tarixdə "prezident" tituluna sahib olan ilk qadındır. 1981-ci ildə İspaniyaya sürgün edilmişdir. 1976-cı ilin fevralında itkin düşmüş şəxsin Argentina silahlı qüvvələrinin "təxribatçılara" qarşı əməliyyat keçirməsinə icazə verən fərmanları imzalaması səbəbi ilə 2007-ci ildə Argentina məhkəməsinin hökmü ilə həbs edilməsinə qərar verildi. O, 12 yanvar 2007-ci ildə İspaniyadakı evinin yaxınlığında həbs edildi. Bundan sonra İspaniya məhkəmələri onun Argentinaya verilməsini rədd etdi.
Jan-Martin Şarko
Jan-Marten Şarko (fr. Jean-Martin Charcot; 1825 — 1893) — fransız həkim-psixiatr, Ziqmund Freydin müəllimi, nevroloji xəstəliklər üzrə mütəxəssis, isteriyanın psixogen təbiəti haqda yeni təlimin yaradıcısı. Öz hipotezlərinin doğruluğunu sübut etmək üçün psixiatriya sahəsində kliniki tədqiqatlarının çoxunu hipnoz vasitəsilə etmişdir. Paris universitetində psixiatriya kafedrasının yaradıcısı olmuşdur. Paris Elmlər Akademiyasının (1883-cü ildən), Fransa Coğrafiya Cəmiyyətinin üzvü olmuşdur. Qütb tədqiqatçısı, okeanoqraf Jan-Batist Şarkonun atasıdır. == Bioqrafiya == O, 29 noyabr 1825-ci il tarixində Parisdə kasıb kareta ustasının ailəsində anadan olmuşdur. Onun atası 3 oğlundan yalnız Jan-Martinə yaxşı təhsil verə bilmişdir. Onu Kondors liseyinə qoyurlar. 1844-cü ildə o, Paris universitetinin tibb fakültəsinə daxil olur.
Jelson Martins
Jelson Dani Batalya Martins (Portuqalca tələffüz: [[Beynəlxalq fonetik əlifba|[ˈʒɛɫson mɐɾˈtĩʃ]]]; 11 may 1995-ci ildə anadan olub) — Primyera liqa təmsilçilərindən olan Sportinq CP klubunda və Portuqaliya milli futbol komandasında yarımmüdafiəçi kimi çıxış edən peşəkar Portuqaliya futbolçusudur.
Karl Martell
Karl Martell (lat. Carolus Martellus, fr. Charles Martel; 23 avqust 688 – 22 oktyabr 741) — 717-741-ci illərdə Pipinlər sülaləsindən olan frank mayordromu, Gödək Pipinin atası. 732-ci ildə baş vermiş olan Puatye döyüşü ilə Avropanı ərəblərdən xilas edən şəxs kimi tarixə düşmüşdür.
Karmen Martinez
Karmen Martinez (26 dekabr 1982) — Paraqvaylı marafonçu. Karmen Martinez Paraqvayı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Karmen Martinez birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında marafon yarışlarında qüvvəsini sınadı və məsafəni 2 saat 56 dəqiqə 43 saniyəyə qət edərək 157 marafonçu sırasında 115-ci yeri tutdu.
Karpenko adına Martınov diyarşünaslıq muzeyi
Karpenko adına Martınov diyarşunaslıq muzeyi — Rostov vilayətinin Martınov rayonu, Martınovka xutorunda yerləşən diyarşunaslıq muzeyi Muzeyin adresi: 346660, Rostov vilayəti, Martınov r, Martınovka x, Lenin k, ev 46 == Tarixi və təsviri == Rostov vilayətinin Martınov rayonu, Martınovka xutorunda yerləşən diyarşunaslıq muzeyi veteran və Böyük vətən müharibəsi iştirakçılarının xatirində təşkil edilmişdir. Rəsmi olaraq açılış tarixi 7 noyabr 1967-ci il qəbul edilir. Muzey uzun zaman rayon Mədəniyyət sarayında yerləşirdi. 1992-ci ildə muzeydə oğurluq baş verir. Oğrular tapılmır. Bu zaman mühüm ekponatlar oğurlanmışdır. 199-cu ildə muzey Mərkəzi rayon kitabxanasına köçürülür. Bu zaman muzeyin eksponat sayı 1924 olmuşdur. Bu zaman eksponatlar aşağıdakı kimi çeşidlənmişdir: şəkillər (16 ədəd), əl işləri (20 ədəd), numizmatika nümunələri (50 ədəd), arxeoloji tapıntı (3 ədəd), etnoqrafik predmetlər (120 ədəd), foto (1300 ədəd), sənədlər (414 ədəd). 2004-cü ildə bina Böyük Martınovka kəndi, Lenin küçəsi ev 46 ünvanına köçürülmüşdür.
Kodi Martin
Kodi Martin — Koul Sprousun "Zak və Kodinin əla həyatı" və Zak və Kodinin gəmidəki macəraları seriallarındakı baş roludur. == Həyatı == Zak Martin əkiz qardaşı Kodidən 10 dəqiqə əvvəl "Joseph's Hospital in Seattle" xəstəxanasında 20 fevral 1993-cü ildə dünyaya gəlmişdir. Buna baxmayaraq onun doğulduğu tarix dəqiq məlum deyil. "Zak və Kodinin əla həyatı" serialının epizodlarına deyilir ki, Zak və Kodi 23 sentyabr 1992-ci ildə doğulub. Epizodlardan birində Zak etiraf edir ki, onun valideynləri İsveç əsillidirlər.
Kurt Marti
Kurt Marti (alm. Kurt Marti‎: Bern, 31 yanvar 1921 – Bern, 11 fevral 2017) — İsveçrəli teoloq və şair. Onun poeziyasında çox vaxt mənəvi və dini məqamlar öz əksini tapırdı. Marti daha çox "ləhcə ədəbiyyatı"nı intellektual keyfiyyətə çatdıran şəxs kimi məşhur olmuşdur. == İstinadlar == == Xarici keçidlər == Publications by and about Kurt Marti in the catalogue Helveticat of the Swiss National Library "Literary estate of Kurt Marti". HelveticArchives. Swiss National Library.
Kwik-E-Mart
Kwik-E-Mart — Simpsonlar cizgi-serialında bir mağaza. 7-Eleven və Wawa Inc kimi amerikan marketlərinin parodiyasıdır və onlarla bağlı stereotipləri əks etdirir. Yüksək qiymətləri və mallarının keyfiyyətsizliyi ilə məşhurdur. Onu Apu Nahasapeemapetilon adlı bir Hind-Amerikalı personaj idarə edir. İlk olaraq "Danışan baş" adlı buraxılışda ortaya çıxmış və o vaxtdan bəri Simpsonlar cizgi-serialında bir çox buraxılışda çıxmış və adi bir hala gəlmişdir. == Real Həyat versiyası == 2007-ci il, İyul ayında, ümumiyyətlə Kwik-E-Martın cizgi-filmdə mühüm yer tutmasından etibarən, ABŞ marketlər zənciri olan 7-Eleven, insanları Simpsonlar cizgi-serialına təşviq etmək üçün Kanada və ABŞ-dakı ümumilikdə 11 mağazasının adını dəyişərək Kwik-E-Mart qoyur. Konsepsiya, ilk dəfə 2007-ci ildə Fox Reklam Şirkəti tərəfindən elan edilmişdir. Bu hadisədən sonra, 7-Eleven mağazası bu təklifi qəbul edir və 10 milyon $ ödəniş edir. Bununla yanaşı, bu marketlərdən, Simpsonlar cizgi filmində yer alan Slurpee içkisini alan hər bir şəxsə, Simpsonlar cizgi-seriyasını izləmək üçün olan veb-səhifəyə pulsuz aktivasiya kodu verilirdi və bu strategiya, 7-Eleven mağazalarının gəlirlərini 30% artırdı.
Lautaro Martinez
Lautaro Javier Martinez (22 avqust 1997) – İtaliya A Seriyasında çıxış edən İnterin argentinalı peşəkar futbolçusu. == Karyerası == === Racinq Klub === Racinq Klubda ilk matçına 1 noyabr 2015-ci ildə keçirilən Racinq Klub-Crucero del Norte FK matçının 80-ci dəqiqəsində çıxıb. Matç Racinq Klubun 3–0 hesablı qələbəsi ilə başa çatıb. Racinq Klubun heyətində ilk qolunu isə 30 yanvar 2016-cı ildə keçirilən İndependiente-Racinq Klub matçında vurub. Matçın 74-cü dəqiqəsində meydana çıxan Martinez 75-ci dəqiqədə fərqlənməyi bacarıb. Matç Racinq Klubun 1–3 hesablı qələbəsi ilə başa çatıb.4 iyul 2018-ci ildə Racinq Klubdan ayrıldı. === İnter === 4 iyul 2018-ci ildə İnter ilə müqavilə imzaladı.İnterdə ilk matçına 14 iyul 2018-ci ildə keçirilən Luqano-İnter matçında çıxıb. Matça start heyətdə başlayan Martinez 46-cı dəqiqədə əvəzlənib. Eyni zamanda Lautaro Martinez matçın 16-cı dəqiqəsində fərqlənib. Matç İnterin 0–3 hesablı qələbəsi ilə başa çatıb.

Значение слова в других словарях