massiv
Mast
OBASTAN VİKİ
Massiv
Massiv – proqramlaşdırmada eynitipli verilənlərin siyahısı. Massivin hər hansı bir elementinə müraciət etmək üçün massivin adından və indeks ifadəsindən ibarət olan ifadədən istifadə etmək olar. Massivin hər bir elementinə müraciət onun öz nömrəsi ilə olur. Yəni hər bir elementin öz nömrəsi var. Bu nömrəyə massivin indeksi deyilir. Hər elementin massivdə vəziyyəti onun indeksi ilə müəyyən olunur. Buna görə də massiv nizamlanmış olur. Kompüter Fayl KAZIMOV TOFİQ, f.-r.e.n., AMEA İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, "Alqoritmləşdirmə və proqramlaşdırmanın əsasları (Üçüncü mühazirə)".
Massiv (dəqiqləşdirmə)
Massiv (geoloji termin) - termin
Dağ massivi
Dağ massivi və ya massiv — Geoloji quruluş cəhətdən bir cür olan yastı dağ təpələrindən ibarət sahə, Tyan şan massivi, Monblan massivi.
Feqeraş (dağ massivi)
Feqeraş (rum. Munţii Făgăraşului) — Cənubi Karpat dağlarından keçən dağ massivi. Massif Rumıniyanın ən mərkəzində yerləşir, ölkənin ən yüksək zirvələridə buradadır — Moldovanu (2544 m), Him (2535 m), Vistia Mare (2527 m) və Lespezi (2522 m). Feqaraş Olta vadisi ilə Dymbovitsa çayının baş çayları arasında təxminən 60 km uzanır. Geoloji baxımdan massiv kristal süxurlardan ibarətdir. Yamaclar təxminən 1700 m hündürlüyə qədər fıstıq, palıd və iynəyarpaqlı meşələrlə örtülüdür \. 2000 m-dən yuxarıda bir neçə nisbətən böyük buzlaq gölü var. Valaxiya və Transilvaniyanı birləşdirən Transfeqeraş şossesi massivdən keçir..
Laçın massivi
Laçın massivi və ya Laçınkənd — Bakının Qaradağ rayonu ərazisində, Qurd qapısı yaxınlığında Bakı dairəvi avtomobil yolu üzərində yaşayış massivi. 1993-cü ildə Laçın rayonu ermənilər tərəfindən işğal edildikdən sonra əsasən Laçın rayonunun İmanlar kəndinin əhalisi burada yerləşmişdir. Yaşayış massivi daha çox Laçınkənd adı ilə tanınır. Yaşayış massivi dağın yamacında yerləşir. Həmçinin "Qurd qapısı" adlanan ərazi ilə Sədərək Ticarət Mərkəzi aralığında, Bakı dairəvi avtomobil yolu üzərindədir. Laçın massivində Laçın rayonu İmanlar kənd ümumi orta məktəbi fəaliyyət göstərir (Laçın rayonu Vüqar Cavanşir oğlu Niftəliyev adına İmanlar kənd tam orta məktəbi isə Sumqayıtın Hacı Zeynalabdin qəsəbəsində fəaliyyət göstərir).
Massive Attack
Massive Attack - Bristol, İngiltərədən olan trip-hop qrupudur. Qrup 1987-ci ildə dağılmış "The Wild Bunch" qrupunun üzvləri tərəfindən qurulub. 1988-ci ildə "Any Love" adlı ilk sinqlı satışa çıxardan qrup bir çox məşhurlarla əməkdaşlıq etmiş və bir çox film üçün saundtrek hazırlamışdır. 2011-ci ilə qədər 5 studiya albomu hazırlayan qrupun kompozisiyaları bir çox televiziya proqramlarında və filmlərdə səsləndirilib («Şakal (film)»), («Betmen (film)»), («Mulen Ruj! (film, 2001)»), («Blade II)»), («Doktor Haus (teleserial, 2004)»), («Matriça (film)»), («Qapışma (film, 2000)»), («Həbsxanadan qaçış»), («187 (film)»), («Qal (film)»), («Pi (film)»), («Luck (teleserial)») və s.). Həmçinin qrupun doğma Bristol'da Tube adlı kiçik gecə klubunda da maliyyə payı var. Robert Del Nadja (Robert Del Naja) ("3D") Qrant Marşall (Grant Marshall) ("Daddy G") Nil Devidj (Neil Davidge) Endrü Vaulz (Andrew Vowles) ("Mushroom") Albomların yazılışı vaxtı qrup çox vaxt vokalistlərlə aməkdaşlıq edir.
Piton-de-Nej massivi
Piton-de-Nej (fr. Massif du Piton des Neiges) — Reyunyon adasında yerləşən dağ massivi. Maksimal hündürlüyü 3070 metr olan Piton-de-Nej dağıdır. Bundan əlavə massivdə Qros Morn, Qran-Benar, Roş-Erkit və Maido kimi zirvələrdə vardır. Massiv vulkanik mənşəllidir. Yaşının 8 milyon il olması ehtimal edilir. Son püskürmə 12 min il öncəyə təsadüf edir. Piton-de-Nej bir yatmış vulkandır. Ondan cənub-şərqdə yerləşən Piton-de-la-Furnez vulkanı 400 illik müşahidə zamanı 150 dəfə püskürmüşdür.
Sen-Qotard massivi
Sen-Qotard massivi — İsveçrədə dağ silsiləsi, Alp dağlarının bir hissəsi. Are çayının mənbəyidir. Mərkəzi Alp dağlarında kristal kütləsidir. Arhornda 4,275 metrə qədər yüksəlir. Vadilərlə bir qədər girintili olan Sen-Qotard massivinin hündür zirvələri var. Bunlara Yunqfrau (4,166 m), Mönx (4,105 m), Fişerhorn (4,049 m), Alexhorn (4,182 m) və nəhayət ən yüksək zirvə olan Finsterarborn (4,275 m) aiddir. Alp dağlarının bu hissəsi çox yüksəkdir və eroziya nəticəsində kənarları tamamilə yuyulmuşdur, nəticədə çox güclü kristal-metamorfik (xüsusilə qneys) təməl əmələ gəlmişdir. Sen-Qotard massivi kütləvi suların dağılma mərkəzi rolunu oynayır. Burada hündür vadilər çox girintili deyil, dar vadilər və geniş hövzələr bir-birini əvəz edir. Bu vadilər hərəkət etmək üçün əlverişli olmayan kiçik bölgələri təşkil edir.
Vinson massivi
Vinson massivi — Antarktidanın ən hündür dağıdır. Cənub qütbündən 1200 aralıda yerləşir. Öz növbəsində Elsuort dağlarının tərkib hissəsini təşkil edir. Massivin uzunluğu 21 km, eni isə 13 km təşkil edir. Massivin mövcudluğu haqqında ilk məlumat 1957-ci ilə aiddir. Massiv təyyarədən aşkarlanmışdır. Massiv amerikalı siyasətçi Karl Vinsonun şərəfinə adlandırılmışdır. Ən hündür zirvəsi Vinson pikidir. Dağın hündürlüyü 4892 metr təşkil edir.
Vulkan massivi
Vulkan massivi (rus. массив вулканический, ing. pile, volcanic cruster, volcanic massif) — bir neçə kiçik vulkanın bir- birinə çox yaxın yerləşməsi zamanı əmələ gəlir.
Yasamal (yaşayış massivi)
Yasamal — Bakının Yasamal rayonu ərazisində yaşayış massivi. Yasamal termini elmi ədəbiyyatda "dağ döşündə yerləşən, çox geniş olmayan, az meyilli düz sahə" kimi izah edilir. Açıqlıq, meşəsiz sahələrə, dağ belinə də yasamal deyilir. Oronimin yastı və yal sözlərindən ibarət olduğu güman edilir. "Yasamalbaşı", "Yasamal ətəyi" və s. terminləri Şamaxı, Ağsu, Göyçay, Gədəbəy, Şəmkir, Qəbələ rayonlarında işlənir. Əsasən 1959-cu ildən Xızı rayonunun kəndlərindən köçənlər Bakının Yasamal deyilən yerində yaşayış mənzilləri tikməyə başlamışlar. Bakı şəhərinin qərb hissəsində yerləşir. Oykonim ərazidəki Yasamal dərəsinin adı ilə adlandırılmışdır.
Çu-Ponq massivi
Çu-Ponq massivi — Vyetnamın Mərkəzi plato ərazilərində, Kambocaya qədər uzanan mürəkkəb topoqrafiyası, dərələri və meşələri olan massiv. Çu-Ponq Zyalay çayının şimalında, Ya-Krel çayının cənubunda yerləşir və Vyetnamın Çu-Pronq rayonunda yerləşir. Çu-Ponq massivi 1965-ci ildə Vyetnam müharibəsi zamanı Ya-Dranq döyüşünün yeri idi.

Значение слова в других словарях