Mast

I die; -, -en kökəltmə II der; -(e)s, -e/-en dirək
Massiv
Mastdarm
OBASTAN VİKİ
Elias Mastokanqas
Elias Mastokanqas (1 fevral 2001-ci ildə Finlandiyada anadan olub) — Finlandiya Veikkausliiqa təmsilçilərindən olan İnter Turku klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Finlandiyalı futbolçudur. == Klub karyerası == === İnter Turku === Kantola İnter Turku akademiyası vasitəsilə inkişaf etmişdir. Mastokanqas öz peşəkar karyerasında debütünü 19 avqust 2017-ci ildə Kemi klubuna qarşı oyunda etmişdir. O, 84-cü dəqiqədə Makumba Kancini ilə əvəz olunmuşdur. Həmin görüşdə İnter Turku kubok görüşündə rəqibinə 5-1 hesabı ilə qalib gəlmişdir. == Karyera statistikası == === Klub === 9 yanvar 2018 tarixində yenilənib 1UEFA Çempionlar Liqası görüşləri daxildir. 2Finlandiya Superkuboku görüşləri daxildir.
Marçello Mastroyanni
Marçello Mastroyanni (it. Marcello Mastroianni) — İtaliya aktyoru. == Həyatı == Marçello Vinçenso Domeniko Mastroyanni 28 sentyabr 1924-cü ildə İtaliyada anadan olmuşdur. Uşaqlığı, eləcə də gəncliyi Turin və Roma şəhərlərində keçmişdir. Bu dövrdə tamaşalar son dərəcə neorealist üslubunda hazırlanırdı. İş elə gətirir ki, aktyorun çəkildiyi ilk filmlər də bu üslubda olur. Lukino Viskontinin "Bəyaz gecələr" və Mario Moniçellinin "Naməlum cinayətkarlar" filmlərində çəkilən Mastroyanni Fellininin "Şirin həyat" filminə çəkiləndən sonra daha da məşhurlaşır. Bu ekran əsəri onu bütün Avropaya tanıdır. 1961-ci ildə kino tənqidçiləri Mastroyanninin "Gecə" filmində (rejissor: Mikelancelo Antonioni) ifa etdiyi obrazı müzakirə edirlər. Bu aktyorun iştirakı ilə sonralar çəkilmiş "İtalyansayağı boşanma" filmi də uğur qazanır.
Mastaba
Mastaba (ər. ‏‏مصطبة, DMG maṣṭaba, "daş kətil və ya oturacaq") — Qədim Misirin İlkin və ən qədim dövrlərinə aid dördkünc (kvadrat) formalı qəbir məqbərə. Mastaba ehramın oturacaq forması olub, divarları relyeflərlə bəzədilmiş bir neçə otaq və hücrələrdən ibarət alt qata və ya zirzəmiyə malik məzar tikilisidir. Məhz sonralar mastaba tikilisi əsasında ehramlar inşa olunmuşdur.
Mastabat al-Firon
Əl-firon (mastaba) - Misirdə qədim abidələrdən biri.
Mastabe adası
Mastabe adası (ing. Masbate) — Filippin arxipelaqının mərkəzində, sahəsi 3269 km² olan ada. Əhalisi — 672 227 nəfərdir (2010). == Coğrafiya == Cənubdan Visayan dənizi, qərbdən Sibuyan dənizi, şərqdən Samar dənizi ilə əhatələnmişdir. Maksimal hündürlüyü 697 metrdir. Cənub hissəsində dərin körfəz vardır. Bitki örtüyü tropik meşələrdir. == İnzibati bölgü == Əsas şəhəri - Mastabe.Ada Mastabe vilayətinə daxildir. Burada 1 şəhər dairəsi və 14 inzibati vahidlik vardır. == İqtisadiyyat == Adanın əsas gəlir mənbəyi kənd təsərrüfatıdır.
Mastail
Mastail — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 1049 nəfərdir. == Toponimiyası == Oykonim talış dilində Mastəyl adlanır. Kəndin adı talış dilindəki most (qatıq) və əyi (Əli adının yerli tələffüz formasıdır) sözlərindən düzəlib, “qatıq satan Əli, qatıqçı Əli” mənasındadır. Həqiqətən də Əli adlı bir nəfər vaxtilə uzun müddət həmin kənddə qatıq satmaqla məşğul olmuşdur. Digər mülahizələrə görə, bu oykonim talış dilindəki mıstəyl sözündən olub, mis filizinin çıxdığı yer” deməkdir.
Mastara
Mastara - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Talin rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 9 km məsafədə yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim türk dilində «meşəsiz dağ», «dağın cənub tərəfi» mənasında işlənən mes sözü ilə dərə (tara) sözünün birləşməsindən əmələ gəlmişdir. Orotoponimdir. Quruluşca mürəkkəb toponimdir. == Əhalisi == 1828-1830 - cu illərdə Türkiyədən 138 erməni göçürülmüşdür. Kənddə ermənilərlə yanaşı 1831-ci il də 7 nəfər, 1897-ci ildə 18 nəfər azərbaycanlı yaşamışdır. XX əsrin əvvəllərində, 1905-1906-cı illərdə azərbaycanlılar deportasiya olunmuşdur. İndi ermənilər yaşayır.
Master of Reality
Master of Reality – İngilis heavy metal qrupu Black Sabbath-ın 1971-ci ildə çıxardığı üçüncü albomudur. Bəzən albomu ilk stauner rok albomu kimi də qiymətlənirirlər. Albom 2 milyon satandan sonra 2 platinium sertifikat almışdır. Bu albomda Toni Ayommi, ilk dəfə elektrogitarada de-tuning üsulundan istifadə etməyə başlamışdır. Bu yeni üsul, gitara tellərini daha elastik buraxaraq, 3 yarı-nota aşağısında çalmağı mümkün edirdi. Ayominin bunu tətbiqinin səbəbi sol əlindəki barmaqlarındakı problemdir. Albomun mahnı sözləri daha çox yalnızlıq, narkotika, müharibə və dini əhatə edir. Albom Billboard Pop Albums sıralamasında o dövrdə 8-ci sıraya qədər yüksəlmiş, 2003-cü ildə Rolling Stone jurnalının ən yaxşı 500 albom sıralamasında isə 298-ci sıradadır.
Master və Marqarita
Master və Marqarita (rus. Ма́стер и Маргари́та) — Mixail Bulqakov tərəfindən yazılmış, iblisin ateist Sovetlər birliyinə səfərindən bəhs edən roman. Bir çox tədqiqatçılar əsəri XX əsrin ən böyük romanlarından biri kimi dəyərləndirir və SSRİ-də azadlıqların boğulmasına qarşı yazılmış ən güclü satiralardan olduğunu qeyd edirlər. M. A. Bulqakov XX əsrin əvvəllərində "Caynaqlı mühəndis" adlı roman yazmağı düşünsə də, həmin əsəri az sonra "Master və Marqarita" adlandırır. Bu roman Bulqakovun sonuncu kitabı olur. "Master və Marqarita" əsərinin sanki özünün sonuncu əsəri olacağını duyan yazıçı onun hər səhifəsinə tükənməz fantaziyasını, başlıca fikir və ideyalarını, bir sözlə, bütün varlığını hopdurmağa çalışmışdır. Əsas məna daşıyıcısı mif olan və "roman içində roman" prinsipinin gözlənildiyi bu əsərdə mif (əslində, din tarixindən götürülmüş hadisə) süjeti müasir zaman fəsilləri ilə paralel inkişaf edir. "Master və Marqarita"da simvolik obrazlardan olan fırtına motivi bütünlüklə romanı əhatə edir və getdikcə artaraq qarşıdakı dünya dəhşətindən xəbər verir. == Tarixi == Bulqakov romanı 1928-ci ildə yazmağa başlamışdır. Belə bir mövzuda əsərin SSRİ–də uğur qazanmasının mümkünsüzlüyünü anlayan və uğurlu gələcəyə ümid etməyən yazıçı romanın ilk əlyazmasını 1930-cu ildə yandırmışdır.
Masters turniri çempionlarının siyahısı
Masters turniri (ing. Masters Tournament) — 1934-cü ildən bəri təşkil edilən illik qolf turniri. Turnirin ilk çempionu Horton Smitdir. Hər il təşkil edilən dörd böyük turnirdən birincisi olan Masters turnirinin son günü aprel ayının ikinci bazar gününə uyğun gəlir. Hər il eyni yerdə (Auqust Milli Qolf Klubu) təşkil edilən yeganə böyük turnirdir. Masters çempionları digər böyük turnirlərdə (Açıq Amerika, Açıq Britaniya, PGA Çempionatı) 5 il ərzində iştirak etmək və Masters turnirində istədikləri zaman iştirak etmək şansını qazanarlar. Masters turnirində birinci yeri əldə edən qolfçu "yaşıl pencəyi"də əldə edir. İlk yaşıl pencəyi 1949-cu ildə Sem Snid qazanmışdır. Bu pencək çempion tərəfindən bir il saxlanılır və sonra geri qaytarılır. Bu turniri birdən çox qazanan oyunçunun vücudunda çox böyük dəyişiklik olmadığı təqdirdə yalnız bir yaşıl pencək qazanacağı mənasına gəlir.
Mastigion appendiculatum
Bulbophyllum appendiculatum (lat. Bulbophyllum appendiculatum) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü. == Arealı == Himalayın şərqindən Assama qədər yayılmışdır.
Mastigion putidum
Bulbophyllum putidum (lat. Bulbophyllum putidum) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü. == Sinonim == Cirrhopetalum putidum Teijsm. & Binn. Mastigion putidum (Teijsm.
Mastigophora
Qamçıdaşıyanlar (lat. Mastigophora) – sarkomastiqoforlara aid sinif. Qamçılılar — Mastigophora yarımtipi Yarımtip nümayəndələrinin əsas əlaməti – sayı birdən bir neçəyədək olan hərəkət orqanoidi qamçıların mövcudluğudur. Bəzilərində qamçı ilə yanaşı psevdopodiyalar da olur. Qamçılıların əksəriyyəti şirin sularda, dəniz hövzələrində, torpaqda məskunlaşmış sərbəstyaşayan orqanizmlərdir. Bir sıra növləri parazitdir. Onlar onurğasız və onurğalı heyvanların, eləcə də insanın bədən səthində, daxili orqanlarında və toxumlarında parazit həyat sürürlər. Yarımtipin tərkibinə 8000-ə yaxın növ daxildir. Volvoksidlər – Volvoxida dəstəsi Tək yaşayan yaşıl və ya rəngsiz qamçılılardır. Bədən forması girdə, ovalvarı, uzunsov, ellipsvari olur.
Mastika püstəsi
Saqqız ağacı (lat. Pistacia lentiscus) — hazırda tibb, yeyinti sənayesi kimi sahələrdə aktiv istifadə edilən, Herodot və Hipokrat dövlərindən məşhur olan ağac. == Tarixi == Damla saqqızı, tarixinin izləri çox qədim zamanlara dayanan və hazırda tibb, yeyinti sənayesi kimi sahələrdə aktiv istifadə edilən, Heredot və Hipokrat dövlərindən məşhur olan təbii bir möcüzədir. Türkiyəli məşhur botanikaçı professor Əkrəm Sezikiz sözlərinə görə Dioskolidis miladdan sonra ikinci əsrdə Anadolunu gəzərək Materiya Medika kitabını yazan tanınmış bir həkim-əczaçıdır. Müəllif əsərində saqqızın həzmi asanlaşdırmasının yanında dişlər üçün də faydalı olduğunu qeyd etmişdir. Galenos Anadolulu bir həkim-əczaçıdır. Berqamada dünyaya gəlib, orda işləyib və qərbdə tibbin atası olaraq tanınır. Galenos müxtəlif qərb səyyahlarının da saqqızın madə-bağırsaq xəstəliklərinin, qara ciyər iltihablanmasının müalicəsində istifadə etdiklərini, saqqız çeynəməyin vəya dərman şəklində qəbul etmənin, qusmanın qarşısını almaqda, iştaha açıcı, həzmi asanlaşdırıcı, mədə xəstəliklərində və xüsusən də mədə ağrılarının aradan qaldırılması üçün istifadə edildiyini qeyd etmişdir. Damla saqqızı elmi adı pistasya lentiskus varietekia olan ağacın gövdələrinə açılan yaralardan axıb quruyan maddədir. Bu ağac Egey dənizi ətrafında yetişməklə birlikdə xüsusən də burda yerləşən Saqqız adasında yetişdirilərək saqqız istehsalında istifadə edilir.
Mastodon
Mastodonlar — Mammut cinsinə aid olan nəsli kəsilmiş xortumlulardır.
Mastodon (musiqi qrupu)
Mastodon — amerikan hevi-metal qrupudur. Qrup 2000-ci ildə ABŞ-nin Corciya ştatında yaranmışdır. Mastodonun musiqi tərzində vokallar və musiqi alətlərinin uğurlu iştirakı xüsusi yer tutur. Qrupun dörd üzvü də mahnılarda öz vokalları və oxuma üslubları ilə seçilirlər. Mastodon indiyə qədər altı studiya albomu, bir konsert albomu, bir DVD və ilkin dövrlərdəki materialların toplusu olan bir box set yayımlayıb. 2002-ci ildə "Remission" adlı debüt albomunu çıxardan qrup musiqi tənqidçilərindən olduqca müsbət rəylər aldı. Qrupun ikinci albomu olan "Leviathan", German Melvillin məşhur romanı olan Moby Dick'in motivləri əsasında hazırlanmışdır. Bu albom 2004-cü ildə Revolver, Kerrang! və Terrorizer musiqi jurnalları tərəfindən "İlin Albomu" seçildi. Mastodon iki dəfə Qremmi mükafatına namizəd göstərilib.
Masturbasiya
Masturbasiya (lat. manus — əl + turbare — tərpətmək) — cinsiyyət üzvlərinin orqazm prosesi baş verənə qədər stimulyasiyası. Şəxs öz-özünə və ya başqa bir şəxs tərəfindən, əllə və masturubasiya alətləri vasitəsilə də masturubasiya ilə məşğul ola bilər. Masturbasiya sözünün mənşəyi haqqında müxtəlif fikirlər vardır. Əsas fikirlərdən biri, bu sözün yunan dilində olan mezea (azərb. penislər‎) və latın dilində olan turbare (azərb. əllə qarışdırmaq‎) sözlərinin birləşməsindən yaranmışdır. Masturbasiya tez-tez edilmədiyi halda, insan sağlamlığı üçün təhlükəsi yoxdur. Tez-tez masturbasiya edən şəxslərdə masturbasiyadan asılılıq yarana bilər. Aparılan araşdırmalar nəticəsində məlum olmuşdur ki, bəzi insanlar orqazm halını cinsi əlaqə zamanı yox, yalnız masturbasiya nəticəsində əldə edə bilirlər.
Masturubasiya
Masturbasiya (lat. manus — əl + turbare — tərpətmək) — cinsiyyət üzvlərinin orqazm prosesi baş verənə qədər stimulyasiyası. Şəxs öz-özünə və ya başqa bir şəxs tərəfindən, əllə və masturubasiya alətləri vasitəsilə də masturubasiya ilə məşğul ola bilər. Masturbasiya sözünün mənşəyi haqqında müxtəlif fikirlər vardır. Əsas fikirlərdən biri, bu sözün yunan dilində olan mezea (azərb. penislər‎) və latın dilində olan turbare (azərb. əllə qarışdırmaq‎) sözlərinin birləşməsindən yaranmışdır. Masturbasiya tez-tez edilmədiyi halda, insan sağlamlığı üçün təhlükəsi yoxdur. Tez-tez masturbasiya edən şəxslərdə masturbasiyadan asılılıq yarana bilər. Aparılan araşdırmalar nəticəsində məlum olmuşdur ki, bəzi insanlar orqazm halını cinsi əlaqə zamanı yox, yalnız masturbasiya nəticəsində əldə edə bilirlər.
Paphiopedilum mastersianum
Paphiopedilum mastersianum (lat. Paphiopedilum mastersianum) — səhləbkimilər fəsiləsinin pafiopedilum cinsinə aid bitki növü. Cypripedium mastersianum Rchb.f.
Mastodon (veb-sayt)
Mastodon — öz-özünə host edilən sosial şəbəkə xidmətlərini idarə etmək üçün pulsuz və açıq mənbə proqram təminatı. O Twitter-ə bənzər mikrobloq xüsusiyyətlərinə malikdir. Hər birinin öz davranış kodeksi, istifadə şərtləri, məxfilik siyasəti və seçimləri və məzmunun moderasiyası siyasətləri mövcuddur və örnəklər və ya serverlər kimi tanınan çoxlu sayda müstəqil idarə olunan bəndlər tərəfindən təklif olunur. Hər bir istifadəçi istənilən digər serverdəki istifadəçilərlə problemsiz əlaqə saxlaya bilən xüsusi Mastodon serverinin üzvüdür. Bu istifadəçilərə qaydalarına üstünlük verdikləri serveri seçmək, lakin daha böyük federasiya edilmiş sosial şəbəkəyə girişi saxlamaq üçün çeviklik vermək məqsədi daşıyır. Mastodon Lemmy, Pixelfed, Friendica və PeerTube kimi Fediverse xidmətlər ansamblının bir hissəsinə çevrilən ActivityPub protokolu ilə yaradılıb. Mastodon Yevgeni Roçko tərəfindən 2016-cı ilin oktyabrında Hacker News-da elan edilmişdir və 2022-ci ildə İlon Maskın Twitter-i satın almasından sonra məşhurlaşmağa başlayıb. Layihə Almaniyanın qeyri-kommersiya təşkilatı Mastodon gGmbH tərəfindən idarə olunur. Mastodonun tərtibatı kraudfandinqdir və kodu reklamı dəstəkləmir. == Funksionallığı və xüsusiyyətləri == Mastodon serverləri W3C-nin 1.6 versiyasından bəri həyata keçirilən ActivityPub standartından istifadə edərək kommunikasiya qura bilən sosial şəbəkə proqram təminatı ilə işləyir.
Betela mastica
Betle istiotu (lat. Piper betle) — bitkilər aləminin i̇stiotçiçəklilər dəstəsinin i̇stiotkimilər fəsiləsinin i̇stiot cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Chavica betle (L.) Miq. Piperi betlum (L.) St.-Lag.
Dendrobium mastersianum
Dendrobium anosmum (lat. Dendrobium anosmum) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin dendrobium cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Callista anosma (Lindl.) Kuntze Dendrobium superbum Rchb.f. === Heterotipik sinonimləri === Callista scortechinii (Hook.f.) Kuntze Dendrobium anosmum var. dearei (Rolfe) Ames & Quisumb. Dendrobium anosmum var. huttonii (Rchb.f.) Ames & Quisumb. Dendrobium dayanum B.S.Williams Dendrobium leucorhodum Schltr. Dendrobium macranthum Hook. Dendrobium macrophyllum Lindl.
Master və Marqarita (film, 2024)
"Master və Marqarita" (rus. Мастер и Маргарита) — Mixail Bulqakovun eyni adlı romanı əsasında Mixail Lokşinin rejissorluğu ilə çəkilmiş Rusiya fentezi dram filmi. Filmdə əsas rollar Auqust Dihl, Yevgeni Tsıqanov, Yuliya Sniqir, Klas Banq, Yuri Kolokolnikov, Aleksey Rozin və Polina Auq tərəfindən canlandırılmışdır. Filmin istehsalını Rusiya Kino Fondunun dəstəyi ilə "Mars Media Entertainment", "Amedia" və "Profit" şirkətləri həyata keçirmişdir. Filmin premyerası 25 yanvar 2024-cü ildə baş tutmuşdur.
Mastercard
Mastercard Inc. (əvvəllər MasterCard Worldwide və ya MasterCard Incorporated) 210 ölkədə 22 min maliyyə institutunu birləşdirən beynəlxalq ödəniş sistemi, transmilli maliyyə korporasiyasıdır.Şirkətin əsas qərargahı ABŞ-ın Nyu-York ştatının Westchester County-də yerləşir. Əvvəlcə Banklararası, Master Charge kimi tanınan Mastercard, sonradan Visa Inc-dən Visa kredit kartlarının emitentinə çevrilən Bank of America tərəfindən buraxılan BankAmericard kartlarına rəqib olaraq bir neçə Kaliforniya bankı tərəfindən yaradılmışdır. 1966-1979-cu illərdə Mastercard "İnterbank" və "Master Charge" adlanırdı. Mastercard Beynəlxalq Assosiasiyası onun üzvləri tərəfindən idarə olunur.Mastercard-ın baş ofisi Purchase , New York -da Mastercard Beynəlxalq Qlobal Qərargahında yerləşir. Qlobal Əməliyyatlar Mərkəzi Missuri ştatının Sent-Luis şəhərinin ətrafı O'Fallonda yerləşir. Kredit kartı məlumatlarının satışı 2018-ci ildə Bloomberg-in dərc etdiyi hesabata görə, Google-un reklam məqsədləri üçün istifadəçilərinin kredit kartı məlumatları üçün Mastercard-a milyonlarla dollar ödədiyini bildirdi. Müqavilə ictimaiyyətə açıqlanmamışdı. Iki şirkət arasında gizli sövdələşmə dörd illik danışıqlardan sonra baş tutub. == QkR == QkR ABŞ və Avstraliyada fəaliyyət göstərən Mastercard tərəfindən hazırlanmış mobil ödəniş proqramıdır və ödənişlər əlaqəli kredit kartından ödənilməklə smartfon vasitəsilə məhsul və xidmətlər sifariş edilir.
Masterpiece
Masterpiece — ABŞ musiqi qrupu Big Thief-in debüt studiya albomu. 27 may 2016-cı ildə Saddle Creek Records tərəfindən buraxılıb.