MAT-MƏBHUT zərf [ ər. ] Heyrət içində, böht içində, çox təəccüblə. Mat-məbhut durmaq. – Hamı mat-məbhut bir-birinə baxırdılar. H.Nəzərli. [Dərviş:] Mən mat-məbhut qaldım. A.Divanbəyoğlu. Kərim mat-məbhut oturub dərin fikrə getmişdi. Ə.Vəliyev.