Matteuccia struthiopteris
Matteuccia struthiopteris (lat. Matteuccia struthiopteris) — bitkilər aləminin qıjıkimilər şöbəsinin qıjılar sinfinin əsl qıjılar dəstəsinin onocleaceae fəsiləsinin matteuccia cinsinə aid bitki növü.
== Botaniki xarakteristikası ==
Hündürlüyü 40-130 sm olan, yeraltı zoğları yaxşı inkişaf etmiş iri bitkidir. Artıb törəyən yarpaqları artmayanlardan qısadır, novşəkilli qalın saplaqlıdır, lələkvari, xətvari sıx seqmentlidir,qonurdur. Artmayan yarpaqları yaşıldır, ayası enli, ikiqat-lələkvari-bölünmüşdür; birinci sıranın seqmentləri xətvari-neştərvaridir, sivriləşmişdir, ikinci sıranın seqmentləri oturaqdır, tamkənarlıdır, çəpinə əyilmişdir və 30 cütə yaxındır. Saplağı şırımlı-qanadlıdır. Sorusları dəyirmidir. Çoxillikdir. Avqust-sentyabr aylarında sporlayır.
== Azərbaycanda yayılması ==
BQ qərb, BQ şərq, Lənk.