Matteo Falkone — rejissor Tofiq Tağızadənin qısametrajlı bədii filmi.[1]
Matteo Falkone | |
---|---|
Janr | dram |
Rejissor | Tofiq Tağızadə |
Əsərin müəllifi | Prosper Merime |
Ssenari müəllifləri |
N.German Tofiq Tağızadə |
Baş rollarda |
Nodar Şaşıqoğlu — Matteo Falkone Tamilla Ağamirova — Cüzeppa Ceyhun Mirzəyev — Fortunato |
Operator | Rasim Ocaqov |
Bəstəkar | Qara Qarayev |
Rəssam | Kamil Nəcəfzadə |
İstehsalçı | Azərbaycanfilm |
İlk baxış tarixi | 1960 |
Filmin digər adı | Mateo Falkone |
Filmin növü | qısametrajlı bədii film |
Müddət | 19 dəqiqə |
Ölkələr | SSRİ |
Dil | azərbaycanca |
İl | 1960 |
Texniki məlumatlar |
2 hissə 542 metr 35 mm |
Rəng | ağ-qara |
IMDb | ID1992179 |
Kinolent vətənpərvərlik, öz xalqına sədaqətli olmaq, xarici işğalla barışmamaq kimi yüksək insani hisslərdən danışır.
Matteo (Nodar Şaşıqoğlu) arvadı Cüzeppa (Tamilla Ağamirova) və yeganə oğlu Fortunato (Ceyhun Mirzəyev) ilə kiçik bir kənddə sakit bir həyat tərzi keçirirlər. Lakin həbsdən qaçan siyasi məhbus Cannettonun (Tofiq Tağızadə) onların kəndində gizlənməsi ilə bu sakitlik pozulur, Matteonun ailəsində faciə baş verir.
Film Prosper Merimenin eyniadlı novellası əsasında ekranlaşdırılmışdır.
Film 2019-cu il mayın 22-də BALANS Milli Rəqəmsal Bərpa Studiyası tərəfindən bərpa olunub.
19 dəqiqəlik "Matteo Falkone" qısametrajlı filmi BALANS studiyası tərəfindən bərpa edilən ilk rəqəmsallaşdırılmış filmdir.
BALANS Milli Rəqəmsal Bərpa Studiyası tərəfindən bərpa edilmiş "Matteo Falkone" qısametrajlı filminin yenilənmiş versiyası 2019-cu il mayın 23-də Nizami Kino Mərkəzində təqdimat keçirilib. Nümayişdə görkəmli kinorejissor, xalq artisti Tofiq Tağızadənin 100 illiyinə həsr olunub. Təqdimatda çıxış edən ANS Şirkətlər Qrupunun prezidenti, rejissor, layihənin ideya müəllifi və rəhbəri Vahid Mustafayev bildirib ki, fransız yazıçısı Prosper Merimenin əsəri əsasında çəkilmiş film Tofiq Tağızadə tərəfindən 1960-cı ildə lentə alınıb. Bu film BALANS Milli Rəqəmsal Bərpa Studiyası, Milli Qəhrəman Çingiz Mustafayev adına Fond, ANS Şirkətlər Qrupu, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, "Azərbaycanfilm" kinostudiyası, AMKAD və Nizami Kino Mərkəzinin birgə təşkilatçılığı ilə təqdim olunub.[2]