MAĞ

qədim farslarda, midiyalılarda kahin, sehrbaz.
MAGİZM
MAHPƏRƏST
OBASTAN VİKİ
Cəhənnəmağzı mağaraları
Cəhənnəmağzı mağaraları (türk. Cehennemağzı Mağaraları) — Türkiyənin şimalında, Zonquldak ilinin Qaradaəniz Ereğli ilçəsində yerləşən, yan-yana düzülmüş üç mağaradan ibarət mağara sistemi. Mağaralardan biri erkən xristianlıqda kilsə kimi istifadə olunmuşdur. Cəhənnəmağzı mağaraları Ereğli muzeyinə bağlı arxeoloji ərazidir. İlk mağara iki hissəyə bölünmüşdür. Birinci hissənin döşəməsi orijinal bitkilərdən və həndəsi motivlərdən ibarət mozaika ilə döşənmişdir.Bölmədə sütunlar, kapitellər və yağ lampası üçün nişələr var. İkinci hissənin şərq divarında kiçik bir apsida açılmışdır və onun qarşısında pilləkənlər var. Çox qədim xristian kilsəsi olan bu mağara xristianlığın ilk illərində gizli bir ibadət yeri olaraq istifadə edilmişdir. İkinci mağara yol kənarından təxminən 10–12 metr (33–39 ft) yüksəklikdəki yamacda yerləşir. Bura yerli xalq tərəfindən "Böyük Yusif mağarası" adlanır.
Damcılı mağarası
Damcılı mağarası - mağara-düşərgə olub, Qazax rayonunun Daş Salahlı kəndindən Xram çayına qədər uzanan Aveydağın Cənub-Şərqində, əhəng qayalığın altındadır. Aveydağ mağaralar qrupundan ən irisidir. Sahəsi 360 m 2-dir. Yarımdairəvi şəkildədir. Qabaq hissəsi dağılmışdır. Qarşı tərəfdən hündürlüyü 4 metrdir. Təbii çatlardan süzülən su damcılarına görə damcılı adlandırılmışdır. Arxeoloji qazıntılar zamanı qarışıq təbəqədən nukleuslar, itiuclu, qaşov, bıçaqvari alətlər, lövhəşəkilli bıçaqlar, ox ucluqları, biz və s. tapılmışdır. Daş məmulatı 8000-dən çox olub 550-dən çoxu alət, qalanları isə qəlpədir.
Damladaş mağarası
Damladaş (türk. Damlataş Mağarası) — Türkiyənin Alaniya şəhəri yaxınlığında mağara. Mağara Alaniya yarımadasının qərb qurtaracağında yerləşir. Aralıq dəniz yaxınlığında yerləşən mağaranın yaxınlığında məşhur Alaniya qalası yerləşir. Alaniya şəhərinin mərkəzindən mağaraya 3 km, Antaliyaya isə 124 km-dir. Mağara öz adını iki söz birləşməsindən götürmüş:(türk. damla — damla, damcı, taş — daş). Çox zaman "cilalanmamış qiymətli daş" və ya "stalaqtit" sözü mənasında işlənilir. Mağara ilk dəfə 1948-ci ildə aşkar edilmiş. Sahildə liman tikintisi zamanı daş əldə etmək üçün yaxınlıqdakı qayalıq ərazi partladılmış və nəticədə mağara girişi açılmışdır.
Datszu mağaraları
Datszu mağaraları — Çinin Siçuan əyalətində və Çuntsin şəhərində VII–X əsrlərə aid heykəlli mağaralar. Mühafizə olunan 75 hissədən ibarət kompleks. Datszu mağaraları yerli və dünya incəsənəti tarixində xüsusi yer tutur. Qədimdə burada iqtisadi və mədəni cəhətdən inkişaf etmiş rayon yerləşirdi, digər yerlərdən qabaq burada daosizm və buddizm meydana gəlmişdir. Buna görə də daşda oyma sənəti bu rayonda qədim tarixə malikdir, mağaralarda daş təsvirlərə burada hər yerdə rast gəlmək olar, 50 qəzada 200-dən artıq mağara qorunub saxlanmışdır. Onların tikintisi Cənub və Şimal sülalələri dövründə başlanmış (420-589-cu illərdə), Min və Tsin sülalələrinə qədər davam etmişdir (1368-1911-ci illər), Tan sülaləsi dövründə isə (618-1279-cu illər) mağaraların yaradılması daha sürətli aparılmışdır. Bu gün onlar Qansudakı "Moqao", Xenandakı "Lunmen" və Şansidəki "Yunqan" mağaraları ilə eyni dərəcədə məşhurdurlar. Sıçuan və Çuntsindəki mağara heykəl kompozisiyaları arasında "Datszu" yeraltı zalları ən böyük ölçüsü, dolğunluğu və yüksək bədiiliyi ilə seçilir. Onları "incəsənət xəzinəsi", "daşda oyma diyarı" adlandırırlar. "Datszu" mağaraları Datszu qəzasında yerləşir, bu Çuntsindən cəmi 165 km uzaqdadır.
Dağ kralının mağarasında
"Dağ kralının mağarasında" (norv. I Dovregubbens Hall) — Henrik İbsenin 1867-ci ildə yazdığı Per Günt pyesinin 2-ci pərdəsinin altıncı səhnəsi üçün təsadüfi musiqi kimi Edvard Qriq tərəfindən 1875-ci ildə bəstələnmiş orkestr musiqi parçasıdır. O, əvvəlcə Opus 23-ün bir hissəsi idi, lakin sonra Per Günt, Suite No. 1, Op.46-nın son parçası olaraq çıxarıldı. Onun asanlıqla tanınan mövzusu ona populyar mədəniyyətdə simvolik status qazanmağa kömək etdi, burada bir çox sənətçi tərəfindən aranjiman edilib. Adın tərcüməsi hərfi deyil. Duvr Norveçin dağlıq bölgəsidir və "qubbe" (qoca) kişi və ya ər kimi tərcümə olunur. "Gubbe" qadın həmkarı "kjerring" ilə birlikdə kişi və qadın trolları, "trollgubbe" və "trollkjerring"ləri fərqləndirmək üçün istifadə olunur. Tamaşada Dovregubben Peer Gyntin fantaziyada icad etdiyi trol kralıdır. Əsər baş qəhrəman Per Günt, yuxu kimi bir fantaziyada "Dovregubbens (Dağ kralının meşəsi) zalına" girərkən ifa olunur.
Daş Salahlı mağarası
Daş Salahlı mağarası — Aveydağ mağaraları qrupundan olan ən iri mağara. Qazax rayonunun Daş Salahlı kəndindən Qərbdə vulkanik qayalıqdadır. Hündürlüyü 35 metr, uzunluğu 17 metr, eni 10 metr, sahəsi 170 kv. metrdir. Arxeoloji qazıntılar zamanı Daş Salahlı mağarasında iki mədəni təbəqə üzə çıxarılmışdır. I təbəqədən arxeoloji material tapılmamışdır. II təbəqədən Paleolit dövrünə aid materiallar tapılıb. Mağaranın girəcəyində diametri 2 metr olan böyük ocaq yeri aşkarlanıb. Ocaq külü arasından daş məmulatı və heyvan sümükləri tapılıb. Heyvan sümüklərinin əksəriyyəti parçalanıb yandırılmışdır.
Daşqala mağarası
Daşqala mağarası və ya Sirab mağarası – Babək rayonu ərazisində mağara. Zəngəzur silsiləsinin suayırıcısındakı Aracı (3071,6 m) yüksəkliyindən cənub-qərbə ayrılan Dibəkli qolunun eyni istiqamətli Qırxlardağ şaxəsindən qərbə uzanan Qarabaş ayrılmasının qurtaracağında Sarıdağ (1725,0 m) və Qaraqaya (1438,0 m) dağları arasında uzanan və Orta Eosenin Lütet mərtəbəsinə aid qumdaşı, argillit və əhəndaşılardan təşkil olunmuş tirənin sıldırımlı cənub yamacındadır. Sirab kəndindən 4,2 km şimalda yerləşir. Mağaranın əhəndaşı karnizi altında qeyri-korbanat süxurlarda əmələ gəlməsi onun klastokarst mənşəli olduğuna dəlalət edir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Şahbuz seqmentinin cənub-qərb cinahında izlənilən Göynük-Vayxır dərinlik qırılmasının enmiş cənub-qərb qanadında yerləşir.
Daşsalahlı mağarası
Daş Salahlı mağarası — Aveydağ mağaraları qrupundan olan ən iri mağara. Qazax rayonunun Daş Salahlı kəndindən Qərbdə vulkanik qayalıqdadır. Hündürlüyü 35 metr, uzunluğu 17 metr, eni 10 metr, sahəsi 170 kv. metrdir. Arxeoloji qazıntılar zamanı Daş Salahlı mağarasında iki mədəni təbəqə üzə çıxarılmışdır. I təbəqədən arxeoloji material tapılmamışdır. II təbəqədən Paleolit dövrünə aid materiallar tapılıb. Mağaranın girəcəyində diametri 2 metr olan böyük ocaq yeri aşkarlanıb. Ocaq külü arasından daş məmulatı və heyvan sümükləri tapılıb. Heyvan sümüklərinin əksəriyyəti parçalanıb yandırılmışdır.
Denis mağarası
Denis mağarası (altay dili. Аю-Таш) — Dağlıq Altayda, Anuy çayı (Rusiyanın Altay diyarının Ust-Kan rayonu) sahilində mağara, çoxtəbəqəli arxeoloji abidə. Mağara Anuy çay dərəsinin sağ sahilində, Qara Anuy kəndindən 6 km aşağıda yerləşir. Mağara dəniz səviyyəsindən 670 metr, çay yatağından isə 28 metr yüksəklikdə yerləşir. Mağaraya giriş Anuy silsiləsinin cənub-qərb və qərb ətəyindədndir. Mağara horizontal forma tipinə, geniş girişə və suya yaxın yerləşdiyindən uzun müddət qədim yaşayış məskəni olmuş. Mağaraya çatmaq asandır və o üzdən bölgədə çox məşhurdur. Sahəsi 270 m², uzunluğu 110 metr olan mağaranın arxeoloqlar üçün maraqlı hissəsi onun girişdən sonrakı (qrott) hissəsidir. Oval formasında olan giriş ortalama 32×7 metrdir, üzü cənub-qərb istiqamətə baxır. Girişdən sonra mağara daxili tədricən genişlənir və 10 -11 metrə çatır.
Dodo mağara kilsəsi
Dodo mağara kilsəsi (gürc. დოდოს რქა) — Keşikçidağ monastır kompleksinə daxil olan tarixi-memarlıq abidəsidir. Kilsənin əsası VI əsrin I yarısında David Qarecinin tələbələrindən biri olan Dodo tərəfindən qoyulmuşdur. Kilsənin əsası VI əsrin I yarısında David Qarecinin tələbələrindən biri olan Dodo tərəfindən qoyulmuşdur. Onun tarixi aid olduğu monastırın ümumi tarixi ilə birbaşa əlaqəlidir. XII-XV əsrlərdə tikili monastır və monastır kilsəsi kimi fəaliyyət göstərmişdir. XIII-XVIII əsrlərdə kompleks monqollar, Teymurilər, Səlcuqlular və Səfəvilərin hücumlarına məruz qalmış, dəfələrlə yağmalanmış və tərk edilmişdir. Kilsə müxtəlif dövrlərə (VI-XVIII əsrlərə) aid mağaralar kompleksindən ibarətdir. Kilsənin əsas zalı XI-XIII əsrlərə aid edilir. Qayanın küncündə yerləşən kiçik sövmə kilsənin ən mühüm və qədim hissəsi olmaqla ziyarətgah kimi istifadə olunur.
Dövlət Universal Mağazası
GUM (rus. ГУМ, tələffüzü [[Beynəlxalq fonetik əlifba|[ˈɡum]]], abbreviatura rus. Главный универсальный магазин) əvvəllər bir çox Sovet şəhərlərində mövcud olan Alış-veriş mərkəzlərinə verilən addır, eyni zamanda Sovet dövründə Beynəlxalq Hökumət Mağazası (rus. Государственный универсальный магазин) olaraq tanınırdı. Oxşar ada malik mağazalar keçmiş sovet dövlətlərində yerləşirdi. Ən məşhur GUM Moskvanın Kitay-qorod rayonunda, qərb tərəfi Qızıl Meydana baxan formada inşa edilmişdir. Bu gün ticarət mərkəzi kimi istifadə olunur. 1920-ci illərin əvvəllərində bu yer Yuxarı Ticarət Binaları (rus. Верхние торговые ряды) kimi tanınırdı. Yaxınlıqda, Bolşoy Teatrı ilə üzbəüz GUM-a çox oxşar olan başqa bir bina yerləşirdi, bu gün bu bina TsUM kimi tanınır.
Dərəşam mağarası
Dərəşam mağarası — Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Gülüstan kəndi yaxınlığında, Dərəşam dəmiryol stansiyasından şərqində, qayaların arasında arxeoloji abidə. Təbii mağara 3 salondan ibarətdir. Yaşayış əsasən birinci salonda olmuşdur. Lakin mağaranın daxilinə doğru uzanan ikinci, xüsusən üçüncü salon ən çətin hava şəraitində hər hansı təhlükədə etibarlı sığınacaqdır. Təbii mağaranın ön tərəfi əhəng məhlulundan istifadə etməklə daşdan hörülmüş hündür divarla kəsil mişdir. Vaxtilə mağaranın təbii girişi olmuşdur. Lakin hazırda divarın bir qismi və girişi tamamilə dağılmışdır. Buradakı mədəni təbəqə əsasən mağaranın divar hörülmüş qabaq hissəsində olmuşdur. Toplanmış materiallara, bitki qalıqlarına əsaslanaraq demək olar ki, mədəni təbəqənin alt hissəsi gec çürüyən tikanlı bitkilərdən-gəvən və gəngiz dən ibarət olmuşdur. Divarla mağaranın arasındakı döşəməyə müxtəlif tullantılar və bitki çürüntüləri dolmuşdur.
EQMA mağarası
EQMA (türk. Peynirlikönü Düdeni) — Türkiyənin Mersin ilində yerləşən, dərinliyinə görə ölkənin ən dərin mağarası. Dünyada isə dərinliyinə görə 2014-cü ilin statistikasına görə 16-cı yerdədir. Mağara Mersinin Anamur ilçəsində, Çukurpınar yayalası ilə Peynirlik yaylasının kəsişmə hissəsində yerləşir. Dərinliyi 1429 m, uzunluğu 3118 m, girişin hündürlüyü 1900 metr yüksəklikdə yerləşir. İlk 100 metrdən sonra mağara tədricən daralır və çox hissəsi 1 metr genişliyində olan qalerilərdən ibarətdir. Mağaranın girişi çox dar olub, topraq üzərində sürünərək gediləsi bir şəkildədəir. Bir az genişləndikdən sonra yarım metrə qədər daralan mağara 20 metrlik dik enişə qədər belə davam edir. 65 metr dərinlikdə olan Gözəllik salonu yeri mağaranın diqqət çəkən yerlərindən biridir. 232 metrdə "Sahte Huzur" adlı yerdən sonra mağara genişlənir.
Ellora mağaları
Ellora mağaraları — Hindistanda Maharaştra ştatında yerləşən Ellora kəndindəki mağaralar sistemi. 1983-cü ildən UNESCO bədii irsinə daxil edilmiş bu məbəd və qalalar 6-9 əsrlərə aiddir. 34 mağaradan 12 buddist, 17-isi induizm, 5 isə caynist məbədidir. Hindistanda Maharaştra əyalətinin şimalında Auranqabad şəhərinə 30–40 km uzaqlığında olan Ellora mağaralarının tarixi olduqca qədimdir. Acanta mağaralarına çox yaxındır, lakin aralarındakı fərqdən ötrü iki mağara müqayisə belə edilə bilməz. Ellorada yalnız şəkillər deyil, heykəl və heykəlciklər də aşkarlanmışdır və əlavə olaraq tək bir məbəd deyil bir çox dinə aid məbədlər də tapılmışdır. Mağaralar şimal-cənub istiqamətində oyulublar və ən başdakı mağara ilə ən sondakı arasında təxminən 2 kilometr məsafə var. Bu sahədə cəmi 34 mağara var. Bu 34 mağaradakı məbədlərın hamısı eyni dinə aid deyil. 17 induizmə, 12 buddist və 5 dənə də caynist məbədi mövcuddur ki, bu da tarixdə fərqli dinlərə xidmət etdiyini ortaya qoyur.
Ellora mağaraları
Ellora mağaraları — Hindistanda Maharaştra ştatında yerləşən Ellora kəndindəki mağaralar sistemi. 1983-cü ildən UNESCO bədii irsinə daxil edilmiş bu məbəd və qalalar 6-9 əsrlərə aiddir. 34 mağaradan 12 buddist, 17-isi induizm, 5 isə caynist məbədidir. Hindistanda Maharaştra əyalətinin şimalında Auranqabad şəhərinə 30–40 km uzaqlığında olan Ellora mağaralarının tarixi olduqca qədimdir. Acanta mağaralarına çox yaxındır, lakin aralarındakı fərqdən ötrü iki mağara müqayisə belə edilə bilməz. Ellorada yalnız şəkillər deyil, heykəl və heykəlciklər də aşkarlanmışdır və əlavə olaraq tək bir məbəd deyil bir çox dinə aid məbədlər də tapılmışdır. Mağaralar şimal-cənub istiqamətində oyulublar və ən başdakı mağara ilə ən sondakı arasında təxminən 2 kilometr məsafə var. Bu sahədə cəmi 34 mağara var. Bu 34 mağaradakı məbədlərın hamısı eyni dinə aid deyil. 17 induizmə, 12 buddist və 5 dənə də caynist məbədi mövcuddur ki, bu da tarixdə fərqli dinlərə xidmət etdiyini ortaya qoyur.
Evripid mağarası
Evripid mağarası (yun. Σπήλαιου του Ευριπίδη) — Yunanıstanın Salamis adasının cənubundakı Peristeria kəndi yaxınlığındakı mağara. Evripid mağarası Saronic Körfəzinə baxan bir təpənin kənarında yerləşən on kiçik otağı ilə 47 metr dərinliyində dar bir mağardır. Bu yer qədim zamanlardan bəri məşhurlaşmışdır, dramaturq Evripidin faciələrini yazdığı yer olması ehtimalına görəı mağaranın adı onun şərəfinə adlandırılmışdır. Qədim müəlliflər Filochor və Satir Evripidi cəmiyyətdən çəkinən, bir mağarada gizlənən bir misantrop kimi təsvir etdilər. İkinci əsr Roma müəllifi Aulus Gellius Afinaya gəldiyi zaman "pis və qaranlıq mağaranı" ziyarət etdiyini iddia etdirdi. Qazıntılar 1990-cı illərdə Yunanıstan Mədəniyyət Nazirliyinin Paleoantropologiya şöbəsi ilə əməkdaşlıq edərək Yannin Universitetinin (Epirus) tarixçi arxeologiya dosenti Yannos Q. Lososun rəhbərliyi altında aparılmışdır. Tapıntılar Neolit dövrünə və ondan sonrakı dövrlərə aiddir. Bunlara daş alətlər və ox başlıqları daxildir. Miken dəfnləri, eramızdan əvvəl V əsrə aid qara şirdən hazırlanan çardaq keramikası, Roma dövrünün sikkələri və saxsı heykəlciklər; eləcə də Frank dövründən olan zərgərlik əşyaları aşkarlanmışdır.
Fingal mağarası
Finqal mağarası (ing. Fingal’s Cave) — Məskunlaşma olmayan Staff adasında, dəniz dalğalarının abraziyası nəticəsində meydana gələn mağara. Ada Daxili Hebrid adaları qrupuna daxildir. Mağara həm Şotlandiya Milli qoruğunun ərazisində yerləşir və həm də Şotlandiya Milli Fonduna daxildir. Finqal mağarası adanın cənubunda, dəniz sahilində yerləşir. Ərazi lava axınları zamanı formalaşan bazalt sütunlarından təşkil olunub. Xarici görünş baxımdan o Şimali İrlandiyada olan Nəhənglərin döşəməsini xatırladır. Ada bütünlüklə bazalt sütunlarından təşkil olunduğundan Staffa adıda sütun-ada mənası verir. Mağara altıbucaqlı, hündürlüyü 11 metrə çatan bazalt sütunlarından təşkil olunub. Girişi yetərincə böyük olub, tağ formasındadır.
Finqal mağarası
Finqal mağarası (ing. Fingal’s Cave) — Məskunlaşma olmayan Staff adasında, dəniz dalğalarının abraziyası nəticəsində meydana gələn mağara. Ada Daxili Hebrid adaları qrupuna daxildir. Mağara həm Şotlandiya Milli qoruğunun ərazisində yerləşir və həm də Şotlandiya Milli Fonduna daxildir. Finqal mağarası adanın cənubunda, dəniz sahilində yerləşir. Ərazi lava axınları zamanı formalaşan bazalt sütunlarından təşkil olunub. Xarici görünş baxımdan o Şimali İrlandiyada olan Nəhənglərin döşəməsini xatırladır. Ada bütünlüklə bazalt sütunlarından təşkil olunduğundan Staffa adıda sütun-ada mənası verir. Mağara altıbucaqlı, hündürlüyü 11 metrə çatan bazalt sütunlarından təşkil olunub. Girişi yetərincə böyük olub, tağ formasındadır.
Florida mağara ayısı
Florida mağara ayısı (lat. Tremarctos floridanus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin ayıkimilər fəsiləsinin eynəkli ayı cinsinə aid heyvan növü. Pleystosen epoxası dövründə mağara mühitinə uyğunlaşmış növ. Onların alıqları ABŞ-ın Florida ştatı ərazisində aşkar edilmişdir. Eynəkli ayılarla birlikdə eyni cinsə aiddirlər. Anotomik baxımından And ayılarının bənzəridirlər.
Fukui mağarası
Fukui mağarası (福井洞窟, Fukui dokutsu) – Yaponiyanın Naqasaki prefekturasının Sasebo şəhəri yaxınlığında yerləşən mağara. Mağara arxeoloji tapıntılarına görə tanınır. Fukui mağarası 1935-ci ildə Fukui İnari məbədinin rekonstruksiyası zamanı kəşf edilmişdir. Rekonstruksiya zamanı yerli tarixçilər burada ox ucluqları və saxsılar aşkar etmişdir. 1960-cı ildə arxeoloqlar Serizava Çosuke və Kamaki Yoşimasanın başçılığı altında mağarada geniş qazıntı işləri başlamışdır. 1960-cı ildən bəri mağaranın qazılmış 16 təbəqəsinin 7-sində (1, 2, 3, 4, 7, 9 və 15) tapılmış tapıntılar burada insan məskunlaşmasını göstərir. 15-ci təbəqədən tapılmış daş alətlərin radiokarbon testi ilə müəyyən edilmiş yaşı 31.900 ildir. Bu, Yaponiyada paleolitik dövrdə insanların yaşadığını və alətlər hazırladığını göstərir. 3-cü təbəqədə gildən hazırlanan və səthi zolaqlarla bəzədilmiş dulusçuluq məmulatı tapılmışdır. Bu dulusçuluq məmulatının yaşının 12.700 ± 500 il olduğu və dünyada tapılmış ən qədim dulusçuluq məmulatı olduğu müəyyənləşdirilmişdir.
Gilindire mağarası
Gilindire mağarası (türk. Gilindire Mağarası) və ya Aynalıgöl mağarası ― Türkiyənin cənubunda, Mersin ilinin Aydıncık ilçəsində mağara. 1999-cu ildə bir çoban tərəfindən aşkar edilmişdir. Gilindire 1965-ci ilə qədər Aydıncık şəhərinin keçmiş adı olmuşdur. Gilindire mağarası Aydıncık ilçəsindəki Sancak nöqtəsi və Kurtini krikindən təxminən 7.5 kilometr (4.7 mil) cənub-şərqdə yerləşir. Mağaranın girişi Aralıq dənizinə baxır və mağaranın qarşısında kiçik bir kənd var. Gilindire mağarasısının sahəsi 107 hektardır. Mağaranın girişi dəniz səviyyəsindən 46 metr (151 ft) yüksəkdə yerləşir. Mağaranın ümumi uzunluğu 555 metr (1,821 ft), genişliyi isə 22 metr (72 ft)-dir. Mağarada bir sıra stalaqmit və stallaktiklər var.
Hadiqaib mağarası
Hadiqaib mağarası — Şərur rayonunda Hadiqaib yaşayış yeri yaxınlığında, Axuraçayın sol sahilində, sıldırım qayaların yanında arxeoloji abidə. Uzunluğu 10 m-dən artıq, hündürlüyü 2, bəzi yerlərdə 3 m-ə çatır. Ağız hissəsi aşağıdan daşlarla hörülmüşdür. Triasın əhəngdaşıları və dolomitlərindən təşkil olunmuş yüksəkliyin yamacındadır. Ağız hissəsi aşağıdan daşlarla hörülmüşdür. Mağaranın daş dövründə ibtidai insanların yaşayış məskəni olması ehtimal edilir. Tektonik cəhətdən Şərur-Culfa qalxım zonasının Şərur seqmentinin cənub-şərq hissəsində yerləşir. Ağız hissədən 2 m içəriyə doğru qazılmış yerdə iti uclu obsidian (dəvəgözü) qəlpələri səpələnmişdir. Mağarada arxeoloji tədqiqat işi aparılmamışdır. Əldə olunan silah nümunəsinə əsasən mağaranın daş dövründə ibtidai insanların yaşayış məskəni olması ehtimal edilir.
Herakl mağaraları
Herakl mağaraları (ərəb. مغارة هرقل‎) — Mərakeşin Tanca-Titvan regionunda yerləşən mağara. Karst tipli olan Herakl mağaraları Tanjer şəhərindən 14 kilometr qərbdə yerləşir. Herakl mağarlarının biri quruya, biri dənizə olan 2 çıxışı var. Ehtimal var ki, dənizə olan çıxışı Finikiyalılar yaradıb. Maraqlıdır ki dənizə olan çıxış Afrika qitəsinin formasını xatırladır, ona görə də mağaranın başqa adı "Afrika Mağarası"dı. Təbii yaranan Herakl mağaralarını Berberlər xeyli genişləndirdilər, onlar zeytun yağının istehsalı üçün istifadə edilən dəyirman daşılarını düzəltmək üçün mağaranın divarlarından daşlar götürürdülər E.ə. 6000-cü il — neolit dövrünün yaşayış məskəni 1878-ci il — mağara yenidən aşkar edildi 1900-cu illər — mağara fahişəxana kimi istifadə olunub 1920-ci il — mağara publika üçün açıldı 1952=ci il — Milli irs obyekti elan edildi 1982-ci il — elektrik fənərlər quraşdırıldı 1995-ci il oktyabrın 23-ü — Britaniyanın Def Leppard rok qrupu mağarada konsert verdi. Həmin gün London və Vankuverdə də çıxış etməklə Def Leppard qrupu bir gün ərzində üç qitədə üç konsert verən dünyanın ilk rok qrupu oldu və Ginnesin Rekordlar Kitabına daxil edildi. 2003-cü il dekabrın 20-si — bir sıra tikinti işlərinin yaratdığı daş sürüşməsindən sonra publika üçün bağlandı 2004-cü il yanvar ayı — mağara yenidənqurma işləri ilə əlaqədar bağlandı 2015-ci il sentyabr ayı — Mərakeş kralı VI Mohamedin 2 illik bərpaedilmə işlərindən sonra yenidən açıldı Maöara uzun müddət "dibsiz" sayılırdı.
Hər şeyin satıldığı mağaza
"Hər şeyin satıldığı mağaza" - Fərdi inkişaf-Motivasiya, Araşdırma, Elmi-Kütləvi “Ceff Bezos dövrümüzün ən uzaqgörən, məqsədyönlü, yorulmaz yenilikçilərindən biridir. Stiv Cobs kimi o da İndustriyaları dəyişir və yeni sahələr yaradır. Bred Stoun bu dolğun hekayədə onun ehtirasını və İstedadını əks etdirə bilib”. “Stiv Cobs” əsərinin müəllifi Uolter Ayzekson ““Hər şeyin satıldığı mağaza” yeni rəqəmsal İqtisadiyyatın dinamikasını anlamağa çalışan hər kəsə – həm satanlara, həm də alanlara ünvanlanıb. Əgər siz nə vaxtsa bir düymə ilə alış-veriş etmisinizsə, bu kitabı mütləq oxumalısınız”. “Hackers and in the plex” kitabının müəllifi Stiven Levi "Alinino". "teaspress".
Hər şeyin satıldığı mağaza (kitab)
"Hər şeyin satıldığı mağaza" - Fərdi inkişaf-Motivasiya, Araşdırma, Elmi-Kütləvi “Ceff Bezos dövrümüzün ən uzaqgörən, məqsədyönlü, yorulmaz yenilikçilərindən biridir. Stiv Cobs kimi o da İndustriyaları dəyişir və yeni sahələr yaradır. Bred Stoun bu dolğun hekayədə onun ehtirasını və İstedadını əks etdirə bilib”. “Stiv Cobs” əsərinin müəllifi Uolter Ayzekson ““Hər şeyin satıldığı mağaza” yeni rəqəmsal İqtisadiyyatın dinamikasını anlamağa çalışan hər kəsə – həm satanlara, həm də alanlara ünvanlanıb. Əgər siz nə vaxtsa bir düymə ilə alış-veriş etmisinizsə, bu kitabı mütləq oxumalısınız”. “Hackers and in the plex” kitabının müəllifi Stiven Levi "Alinino". "teaspress".

Значение слова в других словарях