Mehranrud nahiyəsi
Mehranrud mahalı — XIV əsr-1990 inzibati nahiyə. Təbriznın bölgələrindən biri.
Təbrizin şərqində yerləşən bu mahal Təbrizdən axan Mehranrud çayının adı ilə əlaqədardır. Şəhər darvazasından oraya beş fərsəng məsafə var idi. İsfənc, Sədabad onun böyük qəsəbələri idi. Orada bir sıra kəndlər, o cümlədən Çanqur, Qasımabad, Yuxarı Gəvanlıq, Mərnab, Bakşin, Nəhənd, Üsbənc, Qərəçəlu, Növcədih, Quvalan, Anbardan, Kəlixan, Zırnıq, Fəhvəsfənc (indiki Basmınc), Ġstiliq, Keçəlabad, Kərmavcan, Barus var idi
1593-cü ildə Osmanlı İmperiyasının Təbriz əyalətinin nahiyəsi
E. Çələbinin yazdığına görə, Təbrizin dörd tərəfində təqribən 7 nahiyə (Mehranrud, Səravrud, Dideherdər, Ərdənəq, Dudqat, Canımrud, Bədistan) var. Şəhərin şərqində yerləşən Mehranrud nahiyəsinə daxil olan Rut, İsfənc, Səidabad kəndlərində müxtəlif məscid, karvansara, hamam, kiçik üstüörtülü bazar, bağ və bağçalar yerləşirdi. Səyyah xüsusilə vurğulayır ki, əksər kəndlər adı çəkilən ictimai tikililərə malik idilər.
1725-ci ildə Osmanlı İmperiyasının Təbriz əyalətinin Təbriz livasının nahiyəsi .