merinos

is. mérinos [[t]merinɔs[/t]] m (qoyun, yaxud yunu)

meridional
Mesopotamiya
OBASTAN VİKİ
Merinos qoyunu
Merinos qoyunu — nazik və incə yununa görə yetişdirilən qoyun növü. Tükünün qalınlığı 15-25 mkm.-dir. Əsasən Avstraliya-da yetişdirilir. Merinos qoyun dünyada ən qədim qoyun cinslərindən biri sayılır. Bu cinsin İran, Mesopotamiya və Balkan yarımadasında yayılmasının tarixi eramızdan əvvəlki dövrə aid edilir. XIX əsrin 40-cı illərində Azərbaycana gətirilən və yüksək keyfiyyətə malik olan merinos qoyunu burada sonrakı əsrdə özünün daha geniş inkişafına başlamışdır. 1840-cı ildə Tavrida quberniyasından Azərbaycana köçürülən ruslar özlərilə bərabər merinos qoyunu gətirmiş və Azərbaycanın müəyyən ərazisində saxlamışlar. Rusiyanın Tavrida, Xerson və Yekaterinoslav quberniyalarından Azərbaycana gələn rus duxoborları da merinos qoyununu bu ərazidə inkişaf etdirmişdir. Birinci dünya müharibəsi ərəfəsində Azərbaycanın Kiçik Qafqaz hissəsində, xüsusilə Gədəbəy və Şəmkirdə 90 min baş merinos qoyunun olduğu göstərilir. Merinos qoyununun Azərbaycanda nisbətən geniş istifadə edilməsi təkcə ətlik deyil, həm də yüksək keyfiyyətli çox və zərif yununun olması ilə əlaqədardır.
Avstraliya merinosu
Avstraliya merinosu — zərifyunlu qoyun cinsi. == Tarixi == Avstraliya merinosu XIX əsrin birinci yarısında Avstraliyada İngiltərə, İspaniya və Almaniyadan gətirilən merinoslardan yetişdirilmişdir. 1929-cu ildə SSRİ-yə gətirilmiş və Qroznı qoyun cinsinin yetişdirilməsində istifadə edilmişdir. == Xarakteristikası == Avstraliya merinosu eksteryerinə və yun keyfiyyətinə görə fayn, medium və stronq tipləri var. Qoçların diri çəkisi 80–95 kq, doğar (anac) qoyunlarınkı 42–48 kq; qoçlar 9–10 (ən çox 20 kq-a qədər), doğar qoyunlar 4–5 kq (ən çox 10 kq-a qədər) yun verir. Təmiz yun çıxması 48–55%-dir. Əsasən, uzun, kambol növlü, sıx, zərif, çox elastik və parlaqdır. Avstraliyada bütün qoyunların 80%-i merinoslardır. == İstinadlar == == Əlavə ədəbiyyat == Иванов М. Ф. Полное собрание сочинений, том 4, Москва, 1964, с. 244—246.
Azərbaycan dağ merinosu
Azərbaycan dağ merinosu — 1940-cı illərin sonunda Azərbaycan SSR-də yetişdirilən incə yunlu dağ qoyun cinsi. Qafqaza köçürülmüş molokanların özləri ilə gətirdikləri Mazayev, yeni Qafqaz merinosları ilə qabayunlu bozax cinsi qoyunlarınını çarpazlaşdırılması nəticəsində alınmışdır. Vasili Georgieviç Smaraqdov, Mirzə Sadıxov, Firuz Məlikov, Süleyman Hüseynov, Qara Haqverdiyev, 1947-ci ildə Azərbaycan dağ merinosunun yetişdirilməsi işlərinə görə Stalin mükafatına layiq görülüblər. Cins 1948-ci ildə təsdiq edilmişdir.

Значение слова в других словарях