Metanfetamin
Metamfetamin və ya Azərbaycan dilində tanınan adı ilə patı — narkotik və hallüsinasiya xüsusiyyəti olan sintetik maddə. Bir çox narkotik maddə kimi 6–24 saat davam edən güclü eyforiya, asılılıq yaratma qabiliyyətinə malikdir. Tərkibi cəhətdən amfetaminə yaxın psixoaktiv maddədir.
IUPAC adı (S)-N-metil-1-fenil-propan-2-amin olan metamfetamin, ümumi adı Desoxyn® olaraq 5/10 mg həblər halında ABŞ bazarında var. Ancaq maddə qaçaq istehsal ilə tanınmışdır. Efedrin ya da Psevdoefedrin molekulunu hidrogenizə edərək asanlıqla əldə edilə bilindiyi üçün hər yerdə istehsal etmək mümküdür. "Meth lab" adlanan bu yerlər, istehsal əsnasında xaric olan fosfata görə qırmızı rəngə boyanır və pişik sidiyi qoxusu verir.
Metamfetaminin müxtəlif küçə adları var: met, patı, kristal, krenk (crank), ays (ice), şüşə (glass). Metamfetaminin qlobal istehsalı və qaçaqmalçılığı günümüzdə əsas problemə çevrilib, onun istehsalı və dövriyyəsindən narkotik kartelləri və cinayət təşkilatları külli miqdarda gəlir əldə ediblər.
1887-ci ildə amfetaminin sintezlənməsindən qısa müddət sonra, metafemtamini ilk dəfə 1893-cü ildə kimyagər Naqai Naqayoşi efedrin maddəsindən sintezlədi.