metan

ру метан en methane de Methan fr méthane es metano it metano
metallik hidrid
metan istehsalı
OBASTAN VİKİ
Metan
Metan qazı – kimyəvi formulu CH4 olan sadə karbohidrogen. Adi şəraitdə, yəni atmosfer təzyiqi altında və otaq temperaturunda rəngsiz, iysiz və mavi rənglə yanan qazdır. Suda az həll olur və havadan yüngüldür. Onun kritik parametrlərinə əsasən metanın maye halına çevrilməsi üçün nisbətən aşağı temperatur (−82 °C) tələb olunur. Metan təbii qazın əsas komponentidir, parafinlər və ya alkanlar adlanan doymuş alifatik karbohidrogenlərin homoloji sırasının birinci üzvüdür. Quruluşda C-C əlaqəsinin olmaması onu bu sıranın digər üzvlərindən fərqləndirir, o, ən dayanıqlı və nisbətən inert karbohidrogendir. Onun parçalanma temperaturu etanın parçalanma temperaturundan 200 °C yüksəkdir, eyni zamanda sıranın digər üzvləri arasındakı temperatur fərqi təxminən 25 °C təşkil edir. Azərbaycanda illik metan qazı istehsalı 40–45 mln. m3.qaya. Metan Yer səthindən ayrılan qazların çoxunun əsas kütləsini təşkil edir.
Metanfetamin
Metamfetamin və ya Azərbaycan dilində tanınan adı ilə patı — narkotik və hallüsinasiya xüsusiyyəti olan sintetik maddə. Bir çox narkotik maddə kimi 6–24 saat davam edən güclü eyforiya, asılılıq yaratma qabiliyyətinə malikdir. Tərkibi cəhətdən amfetaminə yaxın psixoaktiv maddədir. IUPAC adı (S)-N-metil-1-fenil-propan-2-amin olan metamfetamin, ümumi adı Desoxyn® olaraq 5/10 mg həblər halında ABŞ bazarında var. Ancaq maddə qaçaq istehsal ilə tanınmışdır. Efedrin ya da Psevdoefedrin molekulunu hidrogenizə edərək asanlıqla əldə edilə bilindiyi üçün hər yerdə istehsal etmək mümküdür. "Meth lab" adlanan bu yerlər, istehsal əsnasında xaric olan fosfata görə qırmızı rəngə boyanır və pişik sidiyi qoxusu verir. Metamfetaminin müxtəlif küçə adları var: met, patı, kristal, krenk (crank), ays (ice), şüşə (glass). Metamfetaminin qlobal istehsalı və qaçaqmalçılığı günümüzdə əsas problemə çevrilib, onun istehsalı və dövriyyəsindən narkotik kartelləri və cinayət təşkilatları külli miqdarda gəlir əldə ediblər. 1887-ci ildə amfetaminin sintezlənməsindən qısa müddət sonra, metafemtamini ilk dəfə 1893-cü ildə kimyagər Naqai Naqayoşi efedrin maddəsindən sintezlədi.
Metanol
Metanol(metil spirti, karbinol, oduncaq spirti)- CH3OH - sadə biratomlu spirt, rəngsiz zəhərli mayedir. Havayla 6,98-35,5 % qatılıqda partlayıcı qarışıq yaradır. Metanol su və üzvü birləşmələrlə istənilən nisbətdə qarışır. Metanolu ilk dəfə 1661 ildə Boyl tərəfindən təzə mişarlanmış bərk növ oduncağın quru distilləsindən almışlar. Metanol ilk dəfə olaraq R.Boyl tərəfindən 1661-ci ildə oduncağın quru distilləsi məhsullarında müşahidə olunmuşdur (buradan da metanolun adı yaranmışdır - ağac spirti). Təmiz halda metanol 1834-cü ildə Y.Dyuma və E. Peliqo tərəfindən ayrılmışdır və onlar metanolun kimyəvi formulunu müəyyən etmişlər. Metanolun alınmasının bir neçə üsulu mövcuddur: qarışqa turşusunun duzlarının termiki parçalanması, metanın natamam oksidləşməsi və sintez- qazdan alınması və.s. Müasir sənayedə metanolu dəm qazı ilə hidrogen qarışığını 250 0C-də 150-200 atm. təzyiqdə CuO və ya ZnO katalizatorların iştiraki ilə alırlar. Bu zaman aşağıdakı tənlik üzrə reaksiya gedir və metil spirti alınır.
Metanoldan yüksək təmizliyə malik hidrogenin alınması
Metanolla iş (film, 1979)
Metanol metil spirtinin başqa adıdır. Kinolentdə istehsalatda metanoldan istifadə olunmasından söhbət gedir. Film Azərbaycan SSR Qaz Sənayesi Nazirliyinin sifarişi ilə çəkilmişdir.
Metanolla İş (1979)
Metanol metil spirtinin başqa adıdır. Kinolentdə istehsalatda metanoldan istifadə olunmasından söhbət gedir. Film Azərbaycan SSR Qaz Sənayesi Nazirliyinin sifarişi ilə çəkilmişdir.
Metanın pirolizi
Metanın pirolizi- yüksək temperaturda 1200 – 1500 oC və reaksiya məhsullarının tez bir zamanda soyudulması ilə gedən prosesdir. Piroliz nəticəsində asetilen alınır ki, bu da son məqsəd deyil və üzvi sintez məhsullarının alınması üçün aralıq maddədir. Belə ki, metanın pirolizi təkcə asetilenin alınması üçün iqtisadi cəhətdən səmərəli olmadığından bu texnologiya adətən asetilenin digər məhsullara məsələn sintetik kauçuk emalı zavodlarında tətbiq edilir. Piroliz prosesinin effektivlik dərəcəsini müəyyən edən əhəmiyyətli faktor alınan və istifadə edilən karbohidrogenlərin yüksək temperatura davamlılığıdır. Karbohidrogenlərin termiki davamlılığı haqqında onların əmələ gəlməsinin sərbəst enerji temperaturunun dəyişməsini izləməklə mühakimə yürütmək olar. Verilmiş temperaturda sərbəst enerji nə qədər az olarsa, karbohidrogen bir qədər stabil olar. Bu asılılığın tədqiqi göstərdi ki, temperaturun artması ilə asetilenin stabilliyi artır, digər karbohidrogenlərdə stabillik enir.Bu onu göstərir ki, karbohidrogenlər müvafiq temperaturda asetilinə çevrilə bilərlər. Belə ,ki 1200 oC temperaturda asetilenin sərbəst əmələ gəlmə istiliyi, metanın sərbəst əmələgəlmə istiliyindən az olduğundan, bu asetilinin bilavasitə metandan alınmasını mümkün edir. Ancaq asetilen 1500 oC temperaturda termodinamiki cəhətdən stabil olmayıb, az bir zaman müddətində hidrogenə və karbona (duda) ayrıla bilər. Metanın pirolizindən alınan asetilenin parçalanmasının qarşısını almaq üçün piroliz qazlarının reaksiya zonasında qalma müddəti saniyənin yüzdə bir hissəsindən artıq olmamalıdır.
İspaniya metanol zəhərlənməsi
İspaniya metanol zəhərlənməsi — 1963-cü ildə İspaniyada baş verən kütləvi zəhərlənmə. Zəhərlənmənin əsas səbəbi Qalisiya bölgəsinin Orense şəhərindən olan tacir Rogelio Akviların satdığı təhlükəli miqdarda metanol tərkibli içkilər olmuşdur. Rəsmi məlumata görə 51 nəfər ölmüş və 9 nəfər kor olmuşdur. Amma qeyri-rəsmi mənbələrə görə ölüm sayı 1000–5000 arasında olmuşdur. Rogelio Akvilar içkilərin tərkibinə ümumilikdə 175.000 litr metanol qatmışdır. Bu onun üçün daha sərfəli və qazanclı idi. Belə ki, metanol etil spirtinə nəzərən daha ucuz idi. Həmçinin Rogelio Akvilar Viqo şəhərində yerləşən "Lago e Hijos" adlı şirkətə də metanol satmışdır. İlk ölüm halları 1963-cü ilin fevralında Lansarotedə müşahidə olunmuşdur. Əczaçılar bu zəhərlənmənin səbəbini fikirləşərkən 4 ölüm halının eyni şənlikdə baş verdiyini müşahidə etdilər.

Digər lüğətlərdə