METEOROQRAFİYA
METEOROLOJİ
OBASTAN VİKİ
Meteorologiya
Meteorologiya (yun. μετέωρος (meteoros) – atmosfer və səma hadisələri, -λογία (logiya) – elm) — Yer atmosferinin xassələrini, quruluşunu və onda gedən fiziki prosesləri öyrənən elm. Bir sıra ölkələrdə meteorologiyanı dövrümüzdə mühüm əhəmiyyət kəsb etməsinə müvafiq olaraq atmosfer fizikası adlandırırlar. Planetimizi əhatə edən qazvari təbəqəyə atmosfer deyilir. Atmosferdə fasiləsiz olaraq mürəkkəb fiziki proseslər gedir və bu özünü bizim müşahidə etdiyimiz hava dəyişkənliyində göstərir. Hava şəraiti və onun kəskin dəyişmələri insan fəaliyyətinin müxtəlif sahələrinə təsir göstərir. Buna görə də müxtəlif hava şəraitinin yaranma səbələrini və atmosfer proseslərinin daxili mahiyyətinin öyrənilməsi müasir elmin mühüm sahələrindən biridir. Meteorologiya atmosfer və orada baş verən hadisələri öyrənir. Meteorologiya haqqında ilk təsəvvürləri eradan əvvəl 340-cı ildə yunan alimi Aristotel vermişdir. O "Meteorologika" adlı əsərində bu elm haqqında məlumat vermişdir.
Meteorologiya peykləri
Meteorologiya peykləri, (hava vəziyyəti peykləri) Dünyanın ətrafındakı buludların şəkillərini çəkən, istilik ölçmə edən və bu məlumatları Dünyadakı mərkəzlərə göndərən peyklərdir. Elm adamları meteorologiya peyklərindən aldıqları məlumatlara əsaslanaraq, önümüzdəki günlərdə havanın necə olacağına bağlı fırtına və qasırğalar ola biləcəklərini önə çıxardarlar. Bu təxminlər televiziya, radio və qəzet kimi rabitə orqanları ilə bizə çatdırılır. Meteorologiya xəritələri bu peyklərdən gələn məlumatlara görə yaradılmaqdadır. İlk meteorologiya peyki olan Vanguard 2 17 fevral 1959-cu ildə idarə edilmişdir. Peykin məqsədi buludların sıxlığını və rezistansını ölçməkdir, ancaq çox məhdud məlumat əldə edilmişdir. İlk müvəffəqiyyətli peyk 1 aprel 1960-cı ildə NASA tərəfindən atılan TIROS-1 olaraq qəbul edilir.
Sinoptik meteorologiya
Meteorologiya elmi atmosferi, onun quruluşunu, xüsusiyyələrini və onda baş verən fiziki proseslərin mahiyyətini öyrənir. Bu ad iki yunan sözünün birləşməsindən: meteor — atmosfer hadisəsi, yaxud səma hadisəsi və logiya-elm sözlərindən yaranmışdır. Meteorologiya geofizika elmlərinə aiddir. Atmosferdə baş verən proseslərin öyrənilməsinin əsas mahiyyəti ondan ibarətdir ki, bu proseslər üzərində müşahidələr aparılır və alınmış nəticələr sonradan təhlil edilir. Bu zaman fizikada, hidromexanikada, aerodinamikada və termodinamikada qəbul olunmuş ümumi qanunlardan istifadə olunur. Sinoptik meteorologiya – proqnoz məqsədilə atmosfer proseslərinin yaranma mexanizmlərini, hava şəraitinin dəyişməsinin səbəblərini öyrənir.
Smerç (Meteorologiya)
Smerç — tropik siklonun mərkəzində yaranan atmosfer burulğanıdır. Smerçə Şimali Amerikada tornado, Cənub Şərqi Asiyada tayfun deyirlər.
İzobar (meteorologiya)
İzobar — xəritədə müəyyən vaxtda atmosfer təzyiqinin bərabər olduğu nöqtələri birləşdirən izoxət. Bu xəritələrin üstünə qoyulmuş rəqəm atmosfer təzyiqinin neçə mm.-ə (və ya mb.-a) bərabər olduğunu göstərir.
Finlandiya Meteorologiya İnstitutu
Finlandiya Meteorologiya İnstitutu (fin Ilmatieteen laitos, isv. Meteorologiska institutet, ya da daha qısaca FMI) — Finlandiyada hava vəziyyəti təxmini etmək və hava vəziyyətinə dair məlumatlar toplayan və raporloyan dövlət agentliyidir. Finlandiya Nəqliyyat və Kimlik Nazirliyinə bağlanmışdır, ancaq təşkilatın yarı-muxtar bir quruluşu var. İnstitut yalnız məlumat toplama işə etməməkdədir. Hava hadisələrini atmosferik elmdə araşdırmaq məqsədiylə bir çox işlər görməkdədir. Təşkilatın əsas mərkəzi Kumpulan kampusu, Helsinki, Finlandiyadır. İnstitutda təxminən 540 kadr çalışmaqdadır.
Ümumdünya Meteorologiya Təşkilatı
Ümumdünya Meteorologiya Təşkilatı — BMT-nin meteorologiya sahəsində ixtisaslaşmış hökumətlərarası qurumudur. Azərbaycan 27 dekabr 1993-cü il tarixindən etibarən ÜMT-nin üzvüdür. 1950-ci ildə yaradılmışdır. O, BMT-nin Yer atmosferinin vəziyyətini və okeanlarla qarşılıqlı əlaqəsini izləmək üçün səlahiyyətli orqandır. ÜMT-nin mənzil-qərargahı İsveçrənin Cenevrə şəhərindədir. Ümumdünya Meteorologiya Təşkilatının yaradılması haqqında Konvensiyanın qüvvəyə mindiyi gün, martın 23-ü Ümumdünya Meteorologiya Günü qeyd olunur. Hava, iqlim və su dövranı milli sərhədlərlə müəyyən edilmədiyinə görə, qlobal miqyasda beynəlxalq əməkdaşlıq meteorologiya və hidrologiyanın inkişafı və onların tətbiqindən əldə edilən fayda üçün mühüm əhəmiyyət kəsb edir. Ümumdünya Meteorologiya Təşkilatı belə beynəlxalq əməkdaşlığın əsasını yaradır. Yarandığı gündən Ümumdünya Meteorologiya Təşkilatı bütün bəşəriyyətin təhlükəsizliyinin və rifahının təşviqində mühüm rol oynayır. Milli Meteoroloji və Hidroloji Xidmətlər, Ümumdünya Meteorologiya Təşkilatının rəhbərliyi və proqramları çərçivəsində həyatın və əmlakın təbii fəlakətlərdən qorunmasına, ətraf mühitin qorunmasına və cəmiyyətin bütün təbəqələrinin ərzaq təhlükəsizliyi, su ehtiyatları və nəqliyyat kimi sahələrdə iqtisadi və sosial rifahının qorunmasına və gücləndirilməsinə mühüm töhfə verir.
Aviasiya meteorologiyası
== Meteorologiya == Meteorologiya elmi atmosferi, onun quruluşunu, xüsusiyyələrini və onda baş verən fiziki proseslərin mahiyyətini öyrənir. Bu ad iki yunan sözünün birləşməsindən: meteor — atmosfer hadisəsi, yaxud səma hadisəsi və logiya-elm sözlərindən yaranmışdır. Meteorologiya geofizika elmlərinə aiddir. Atmosferdə baş verən proseslərin öyrənilməsinin əsas mahiyyəti ondan ibarətdir ki, bu proseslər üzərində müşahidələr aparılır və alınmış nəticələr sonradan təhlil edilir. Bu zaman fizikada, hidromexanikada, aerodinamikada və termodinamikada qəbul olunmuş ümumi qanunlardan istifadə olunur.

Значение слова в других словарях