Geokimyəvi rejim
Geokimyəvi rejim – tektonik, maqmatik, hidrotermal, metasomatik, metamorfik, hidrodinamiki, epigenetik və biokimyəvi proseslərdə iştirak edən kimyəvi elementlərin və yaxud kimyəvi birləşmələrin formalaşdırdığı fiziki-kimyəvi şəraitdir. Geokimyəvi rejimin tipləri çox olub hansısa bir kimyəvi elementin və yaxud da kimyəvi birləşmənin fiziki-kimyəvi xüsusiyyətini özündə saxlayır. Bunlara geokimyəvi rejimin fiziki, kimyəvi, termik, üzvi, bərpaedici, oksidləşdirici, hidrodinamiki, hidrokimyəvi, atmokimyəvi, biogeokimyəvi, biokimyəvi və s. tipləri daxildir. Geokimyəvi rejim tiplərinin müəyyən edilməsində fəal su növlərindən (kükürdlü, hidrokarbonatlı, hidrogen-sulfidli və s.), həmçinin su növlərinin kimyəvi təkibindən (CO2, H2S, CH4, H2, N2, O2, Fe, K, Ca, Mg, S və s.) və geokimyəvi xüsusiyyətlərindən istifadə edilir.