MİLÇƏKLƏNMƏK

f.
1. Quyruğu ilə və ya bədəninin hər hansı bir hərəkəti ilə üstünə, göz-başına qonan milçəkləri qovmaq (heyvanlar haqqında).
Çil at büdrədi, sonra yerində sakit dayandı və gödək quyruğu ilə milçəkləndi. S.Rəhimov.
[Nəcəfalı:] Ay Məhər, elə hər sözə şübhə eləməkdən, milçəklənən at kimi başını yırğalamaqdan başqa bir şey bilmirsən. B.Bayramov.

2. məc. dan. Heç hərəkət etməmək, qətiyyən tərpənməmək, qımıldanmamaq.
MİLÇƏKLƏNMƏ
MİLÇƏKTUTAN

Значение слова в других словарях